CATALEYA 100 ML SIROP

Dərman formasıSirop
Farmakoloji təsirSistem istifadə üçün antihistamin preparatları. H histamin reseptorlarının blokatoru.1
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,05 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KATALEYA daxilə qəbul üçün şərbət Beynəlxalq patentləşdirilməmiş adı: Desloratadine (Dezloratadin)

Tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 2,5 mq dezloratadin vardır. Köməkçi maddələr: saxaroza, qliserin, natrium metilhidroksibenzoat, natrium propilenhidroksibenzoat, propilenqlikol, limon turşusu monohidrat, “portağal”aromatizatoru, günəş qürubu sarısı boya maddəsi (E 100) ,təmizlənmiş su.

Təsviri

Narıncı rəngli şirin dadlı şərbətdir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antihistamin preparatları. H histamin reseptorlarının blokatoru.1 ATC kodu: R06AX27.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Kataleya – antihistamin, allergiyaəleyhinə və iltihabəleyhinə təsir göstərir, yuxu törətmir. Daxilə qəbul zamanı dezloratadin (loratadinin birincili aktiv metaboliti) selektiv olaraq periferik H – histamin resep-1 torlarını blokadaya alır. Sitostatik reaksiyaları tormozlayır: iltihabəleyhinə sitokinlərin, o cümlədən interleykin-4 (İL-4), interleykin-6 (İL-6), interleykin-8 (İL- 8), interleykin-13 (İL-13), RANTES tipli iltihabəleyhinə xemokinlərlə bağlı polimorfnüvəli neytrofillərlə aktivləşmiş ifrazını, eozinofillərin adgeziyası və xemataksisini, o cümlədən P-selektini, IgE, histaminin azad olmasını. Farmakokinetikası Preparat mədə-bağırsaq traktından yaxşı absorbsiya olunur, plazmada maksimal konsentrasiyaya təxminən 3 saatdan sonra çatır. Yarımxaricolma dövrü 27 saat təşkil edir. Biomənimsənilmə qəbul edilən doza ilə (5 mq – 20 mq diapazonda) düz mütənasibdir. Hematoensefalik baryerdən keçmir, plasentar baryerə və ana südünə nüfuz edir.

İstifadəsinə göstərişlər

• Mövsümi pollinoz və ilboyu davam edən allergik rinit (burundan selik ifrazını, gicişmə və burun tutulmasını, gözlərin gicişməsini və qızarmasını, göz yaşarmasını aradan qaldırmaq üçün). • Xronik idiopatik övrə (dəri gicişməsinin və səpginin azaldılması və ya aradan qaldırılması).

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağır böyrək çatışmazlığı olan pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Şərbət formasında Kataleya şəkərli diabeti olan xəstələrə ehtiyatla təyin edilir, çünki hipoqlikemik vasitələrin dozasının korreksiyası tələb oluna bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ketokonazolla, eritromisinlə, azitromisinlə, fluoksetinlə, simetidinlə dəfələrlə birgə istifadə zamanı dezloratadinlə bu preparatların arasında klinik əhəmiyyətli qarşılıqlı təsir baş verməmişdir. Dezloratadin alkoqolun mərkəzi sinir sisteminə təsirini gücləndirmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kataleyanın hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi haqqında klinik məlumatlar yoxdur, ona görə hamiləlik zamanı preparatın istifadəsi yalnız o halda mümkündür ki, ana üçün güman edilən fayda, döl üçün potensial riskdən yüksək olsun. Dezloratadin ana südünə daxil olur, ona görə də Kataleyadan isti- fadə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Kataleyanın effektivliyi və təhlükəsizliyi 1 yaşa qədər uşaqlarda sübut olunmayıb.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kataleya nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya cüzi təsir edir.

İstifadə qaydası və dozası

Kataleyanı qida qəbulundan asılı olmayaraq az miqdarda su ilə daxilə qəbul etmək lazımdır. 1 yaşdan 5 yaşa qədər uşaqlar üçün Gündə 1 dəfə 1,25 mq (2,5 ml şərbət) təyin edilir. 6 yaşdan 11 yaşa qədər uşaqlar üçün Gündə 1 dəfə 2.5 mq (5 ml şərbət) təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün Gündə 1 dəfə 5 mq (10 ml şərbət) təyin edilir. Şərbətin dozalanması üçün 10 ml, 5ml və 2,5 ml dərəcələnmiş ölçü stəkanından istifadə edilir. Müalicə müddəti və qəbulun davamlılığı xəstəliyin xarakteri ilə müəyyənləşdirilir. Mövsümi pollinozların müa- licəsi zamanı simptomlar itdikdən sonra preparatın qəbulu dayandırılır. İlboyu allergik rinitin müalicə- sində preparat pasiyentin allergenlə kontaktda olduğu bütün dövr boyu fasiləsiz olaraq qəbul olunur.

Əlavə təsirləri

Yüksək yorğunluq, ağızda quruluq, başağrısı. Nadir hallarda aşağıdakı əlavə təsirlər müşahidə olunur. MSS-ə: başağrısı, yuxululuq, halüsinasiya, başgicəllənmə, qıcolma. Ürək-damar sisteminə: taxikardiya, ürəkdöyünmə. Həzm sisteminə: qarında ağrılar, ürəkbulanma, qusma, dispepsiya, diareya, qanda bilirubinin, qaraciyər fermentlərinin səviyyəsinin artması. Allergik reaksiyalar: anafilaksiya, angionevrotik ödem, gicişmə, səpgi, övrə. 2 yaşa qədər uşaqlarda: diareya, bədən temperaturunun artması, yuxusuzluq.

Doza həddinin aşılması

Simptomları: əlavə təsirlərin güclənməsi. Müalicəsi: mədənin aktivləşdirilmiş kömür ilə yuyulması,lazım olduqda simptomatik terapiya. Hemodializ qeyri-effektivdir.Peritoneal dializin effektivliyi təyin olunmayıb.

Buraxılış forması

Daxilə qəbul üçün 100 ml şərbət, sarı şüşə flakonda. 1 flakon ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C – dən aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakon açıldıqdan sonra preparatı 1 ay müddətində istifadə etmək olar.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Vörld Medisin İlaç Sanayi və Tic.A.Ş., Türkiyə”. Ünvan 15 Temmuz Mah., Cami Yolu Cad., No:50. Güneşli Bağcılar/İstanbul Turkey. Qeydiyyat sertifikatının sahibi Azerimed şirkətidir.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“CATALEYA 100 ML SIROP” üçün ilk rəyi siz yazın.