AUROBEST 15 ML DAMCI
| Dərman forması | Damcı |
|---|---|
| Farmakoloji təsir | Qulaq xəstəliklərinin müalicəsi üçün iltihabəleyhinə və yerli anesteziyaedici təsirli kombinəolunmuş preparatlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
8,59 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
AUROBEST qulaq damcısı AUROBEST Beynəlxalq patentləşdirilməmiş adı: Phenazone + Lidocaine hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 45,52 mq fenazon, 11,38 mq lidokain hidroxlorid vardır. Köməkçi maddələr: natrium tiosulfat pentahidrat, 96 %-li etanol, təmizlənmiş su, natrium hidroksid, qliserin.
Təsviri
Şəffaf, rəngsiz və ya azca qəhvəyi-sarı rəngə çalan məhluldur.
Farmakoterapevtik qrupu
Qulaq xəstəliklərinin müalicəsi üçün iltihabəleyhinə və yerli anesteziyaedici təsirli kombinəolunmuş preparatlar. ATC kodu: S02DA30.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası AUROBEST yerli istifadə üçün kombinəolunmuş preparatdır. Yerli anesteziyaedici və iltihabəleyhinə təsir göstərir. Preparatın təsiri onun tərkibinə daxil olan aktiv komponentlər olan fenazon və lidokain hidroxloridlə əlaqədardır. Fenazon analgetik və antipiretik olub, iltihabəleyhinə və ağrıkəsici təsirə malikdir. Lidokain hidroxlorid yerli anestetikdir. Fenazonla lidokain hidroxloridin kombinasiyası anesteziyanın daha tez yaranmasına səbəb olur, eləcə də onun intensivliyini və davamlılığını yüksəldir. Farmakokinetikası Absorbsiyası Təbil zarı zədələnmədiyi halda təsiredici maddələr ümumi qan dövranına sorulmur. Paylanması Məlumat mövcud deyil. Biotransformasiyası Məlumat mövcud deyil. Eliminasiyası Məlumat mövcud deyil.
İstifadəsinə göstərişlər
• Preparat intakt təbil zarı olan xəstələrdə orta otit zamanı yerli simptomatik müalicə və ağrıkəsici vasitə kimi istifadə olunur.
Əks göstərişlər
• Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. • Təbil zarının perforasiyası. • Təbil zarının incəlməsi, adheziyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı istifadə etməzdən əvvəl təbil zarının tamlığına əmin olmaq lazımdır. Təbil zarının perforasiyası zamanı preparat istifadə edildikdə aktiv maddələr ümumi qan dövranına nüfuz edə bilər ki, bu da ağırlaşmalara səbəb ola bilər. AUROBEST digər qulaq damcıları ilə eyni vaxtda istifadə edildikdə damcılatma arasındakı interval minimum 30 dəqiqə təşkil etməlidir. Preparatın tərkibində aktiv komponent olduğu ucun o, dopinq nəzarəti zamanı müsbət test göstərə bilər. Müalicə müddəti 7 günlə məhdudlaşdırılmalıdır. Müalicə müddətindən sonra heç bir yaxşılaşma müşahidə olunmazsa, müalicə yenidən qiymətləndirilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
AUROBEST-i analgetiklər və iltihabəleyhinə preparatlarla, yerli və sistem təsirli antiseptiklərlə, antibiotiklərlə birlikdə istifadə etdikdə heç bir mənfi qarşılıqlı təsir müşahidə olunmamışdır. AUROBEST ilə hər hansı dərman maddəsinin qarşılıqlı təsiri məlum deyil. AUROBEST-in tərkibindəki fenazon və lidokain hidroxlorid təbil zarının perforasiyası olan xəstələrdə ümumi qan dövranına keçir və digər dərmanlarla qarşılıqlı təsir ehtimalı yarana bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası: B. Təbil zarının perforasiyası olmayan xəstələrdə AUROBEST-in ümumi qan dövranına keçmə ehtimalı çox azdır. Nəticədə, zərurət yaranarsa, AUROBEST hamiləlik dövründə istifadə edilə bilər. Buna baxmayaraq, hamilə qadınlara ehtiyatla təyin olunmalıdır. Laktasiya dövrü Təbil zarının perforasiyası olmayan xəstələrdə AUROBEST -in ümumi qan dövranına keçmə ehtimalı çox azdır. Nəticədə laktasiya dövründə ehtiyac olduqda AUROBEST istifadə edilə bilər. Pediatriyada istifadəsi Preparat pediatrik praktikada istifadə oluna bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsiri AUROBEST nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Yalnız yerli istifadə ucun nəzərdə tutulub. AUROBEST-i hər xarici qulaq keçəcəyinə 3-4 damcı olmaqla gündə 2-3 dəfə damcılatmaq lazımdır. Soyuq məhlulun qulaq seyvanına toxunmaması üçün istifadədən əvvəl flakon ovucun içərisində isidilir. AUROBEST-in istifadə müddəti 7 gündən çox olmamalıdır, bundan sonra təyin olunmuş dozaya düzəliş edilməlidir.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, AUROBEST nadir olsa da əlavə təsirlərə səbəb ola bilər. Klinik sınaqlar zamanı aşağıdakı əlavə təsirlər meydana çıxmışdır. Aşağıdakılardan biri baş verərsə, AUROBEST qəbul etməyi dayandırın və dərhal həkiminizə məlumat verin və ya ən yaxın xəstəxanaların birinə müraciət edin: Allergik reaksiya – qəfil qaşınma, səpgi, əllərin, ayaqların, topuqların, üzün, dodaqların, ağızın və boğazın şişməsi (udmaq və ya nəfəs almağı çətinləşdirə bilər) və huşunu itirmə. Əlavə təsirlər tezliyinə görə aşağıdakı konvensiyaya uyğun olaraq təsnif edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100 – <1/10), bəzən (≥1/1000 – <1/100), nadir (≥1/10000 – <1/1000), çox nadir (<1/10,000) və məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil). Ümumi və yerli əlamətlər Naməlum tezlikdə: qulaq keçəcəyində qıcıqlanma və ya hiperemiya kimi yerli allergik reaksiyalar.
Doza həddinin aşılması
Fenazon və lidokain hidroxlorid birləşməsinin doza həddinin aşılması barədə hər hansı arzuolunmaz təsirlər müəyyən olumamışdır.
Buraxılış forması
15 ml məhlul, damcısalanı olan tıxacla, qoruyucu fırlanan qapağı və qoruyucu halqası olan aşağı sıxlıqlı polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakonun ağzı açıldıqdan sonra 28 gün ərzində istifadə olunmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“World Medicine llaç San. ve Tic. A.Ş”, Türkiyə. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
Azerimed QSC. Bakı şəhəri, Asif Məmmədov küç. 30F, AZ1033, Azərbaycan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.