Vominor N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Ürəkbulanmaya qarşı və qusmaəleyhinə preparatlar |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,91 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VOMİNOR 25/50 mq tabletlər VOMINORE Beynəlxalq patentləşdirilməmiş adı: Meclozine Dihydrochloride & Pyridoxine Hydrochloride.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq meklozin dihidroxlorid və 50 mq piridoksin hidroxlorid vardır. Köməkçi maddələr:laktoza, susuz iki əsaslı kalsium hidrofosfat, qarğıdalı nişastası, natrium laurilsulfat, kolloidal susuz silisium dioksid, maqnezium stearat.
Təsviri
Ağ rəngli, dairəvi, hamar səthli, bir tərəfində “V050” yazısı olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Ürəkbulanmaya qarşı və qusmaəleyhinə preparatlar. ATC kodu: R06AE55.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Meklozin Meklozin mərkəzi antixolinergik təsirə malikdir. Vestibulyar stimulyasiyanı azaldır və labirint funksiyasını zəiflədir. Həmçinin uzunsov beyinin hemoreseptor trigger zonasına təsir edir və bununla ürəkbulanma, yırğalanma ,başgicəllənməyə qarşı təsir göstərir. Piridoksin Zülalların, karbohidratların və yağların metabolizmində iştirak edən piridoksalın sələfi olan piridoksin, həmçinin qaraciyərin və əzələ qlikogeninin azad olunmasında və GABA (mərkəzi sinir sisteminin daxilində) və hemin sintezində iştirak edir. Bundan başqa Vominor preparatının tərkibində piridoksinin olması onu hamiləlik zamanı faydalı edir. Piridoksin eritrositlərdə zülalların, karbohidratların və yağların mənimsənilməsi ilə əlaqədar olan müxtəlif mübadilə proseslərində koferment rolunu oynayan piridoksal fosfata çevrilir. Farmakokinetikası Meklozin Təsiri 1 saata başlayır. Təsir müddəti 24 saatdır. Paylanması Paylanma həcmi 7 l/kq təşkil edir. Metabolizmi Qaraciyərdə norxlorsiklizinə qədər metabolizə olunur. Yarımxaricolma dövrü 5 saat təşkil edir. Plazmada maksimal konsentrasiyaya 3 saat ərzində çatır. Xaric olması Sidik və nəcis vasitəsi ilə dəyişilməmiş və metabolit şəklində xaric olunur. Piridoksin Absorbsiyası Enteral və parenteral yolla yaxşı sorulur. Metabolizmi Qaraciyərdə piridoksal fosfat və piridoksamin fosfata (aktiv formaları) metabolizə olunur. Yarımxaricolma dövrü 15-20 gün təşkil edir (bioloji). Xaricolması Sidiklə xaric olunur. Klinikayaqədərki təhlükəsizlik məlumatları Meklozin Kanserogenlik Meklozinin xroniki toksikliyini və ya kanserogenlik potensialını qiymətləndirən uzunmüddətli toksiklik tədqiqatları aparılmamışdır. Teratogenlik Meklozin siçovullarda insanlar üçün müalicəvi dozadan 25-50 dəfə artıq dozalarda damaq yarıqlarına və digər anomaliyalara səbəb olmuşdur. Meklozinin siçanlarda, dovşanlarda, donuzlarda və meymunlarda teratogenliyi aşkar edilməmişdir. Hamilə qadınlarda aparılan epidemioloji tədqiqatlada hamiləlik dövründə meklozinin istifadəsi ilə bağlı anomaliyaların yaranma riski artmamışdır. Mutagenlik Məlumat yoxdur. Piridoksin Məlumat yoxdur.
İstifadəsinə göstərişlər
˗ Müxtəlif mənşəli ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi, nəqliyyatda yırğalanma. ˗ Hamiləlik zamanı qusma, yalnız həkimin göstərişi ilə və həddindən artıq zərurət olduqda (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın).
Əks göstərişlər
Vominor preparatı anamnezində meklozinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə və 1 yaşdan kiçik uşaqlarda əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
˗ Preparat bağlıbucaqlı qlaukoma, prostat vəzinin hipertrofiyası, sidik və ya həzm sisteminin obstruksiyası, miasteniya və MAO inhibitorları ilə eyni vaxtda müalicə olunan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. ˗ Pasiyentlər alkoqollu içkilərin qəbulundan çəkinməlidirlər. ˗ Preparat uşaqlarda, ehtiyatla istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Meklozin sinir sisteminin depressantlarının (sedativlər, yuxugətirici preparatlar, alkoqollu içkilər) və antixolinergik vasitələrin təsirini gücləndirə bilər. Piridoksin levodopanın təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamilə qadınlarda aparılan epidemioloji tədqiqatlada hamiləlik dövründə meklozinin istifadəsi ilə bağlı anomaliyaların yaranma riski artmamışdır. Buna baxmayaraq, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır. Hamiləlik kateqoriyası: B. Vominor preparatı yalnız həkimin göstərişi ilə və ciddi zərurət olduqda qəbul edilməlidir. Laktasiya Meklozinin ana südü ilə xaricolmasını təsdiqləyən heç bir tədqiqat aparılmamışdır. Yeganə məqalədə meklozinin cüzi miqdarda xaricolması qeyd olunmuşdur. Preparat, ana südü ilə qidalanan uşaqda yuxululuğun yaranması riski səbəbindən laktasiya dövründə ehtiyatla istifadə edilməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Meklozinin istifadəsi zamanı yuxululuq yarana bilər və bu səbəbdən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edən pasiyentlər, xüsusən müalicənin ilk günlərində diqqətli olmalıdırlar. Pasiyentlərə mərkəzi sinir sisteminə tormazlayıcı təsir göstərən preparatların və alkoqolun eyni vaxtda istifadəsi ilə bağlı xəbərdarlıq edilməlidir.
İstifadə qaydası və dozası
Preparatın qəbulu Preparat peroral qəbul olunur. Böyüklər üçün adi doza Müxtəlif mənşəli ürəkbulanma və qusma halında, tövsiyə olunan başlanğıc doza gündə 1-2 tabletdir (25-50 mq meklozin dihidroxlorid). Pasiyentin klinik cavabından asılı olaraq doza 24 saat ərzində 4 tabletə qədər artırıla bilər (100 mq meklozin dihidroxlorid). Yırğalanma xəstəliyi halında, tövsiyə olunan başlanğıc doza 1-2 tablet (25-50 mq meklozin dihidroxlorid) yola düşməzdən bir saat əvvəl qəbul edilməlidir. Sonra, nəqliyyatda olduğu müddət ərzində doza hər 24 saatdan bir təkrarlana bilər. Hamiləlik zamanı ürəkbulanma halında (yalnız həkimin göstərişi ilə və həddindən artıq zərurət olduqda), tövsiyə olunan başlanğıc doza 1-2 tablet (25-50 mq meklozin dihidroxlorid) axşam vaxtı və ehtiyac olduqda səhər vaxtı qəbul edilməlidir. 24 saat ərzində 4 tabletdən çox qəbul edilməməlidir. Uşaqlar üçün adi doza Preparat 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Böyrək çatışmazlığı olan pasiyentlər Preparatın xaricolması böyrək vasitəsi ilə baş vermir və bu səbəbdən böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Əlavə təsirləri
Bildirilən əlavə təsirlər fərdi həssaslıqdan asılıdır. Əlavə təsirlər çox vaxt keçicidir və adətən bir neçə gündən sonra və ya dozanın azaldılmasından sonra yox olur. Antixolinergik təsir ağızda quruluq (təkcə tüpürcəyin deyil, həm də mədə və bağırsaq sekresiyasının azalması), qəbizlik, mədə problemləri və daha nadir hallarda görmə problemlərinə (akkomodasiya problemləri, bağlıbucaqlı qlaukoma halında gözdaxili təzyiqinin artması) səbəb ola bilər. Preparat qida qəbulundann sonra istifadə edildikdə bu simptomlar daha az ifadə oluna bilər. Mərkəzi sinir sisteminə tormazlayıcı təsiri, fərdi olaraq və yaşa görə intensivliyi dəyişə bilən yuxululuğa səbəb ola bilər. Vertiqoya bənzər hisslər, koordinasiyanın pozulması, diplopiya, həyacan və hətta yuxusuzluq kimi digər daha az tezliklə baş verən əlavə təsirlər yarana bilər. Bəzi nadir hallarda leykemiya və aqranulositoz halları baş verə bilər. Əlavə təsirlər baş verdikdə, doza azaldılmalı və ya yatmamazdan əvvəl axşam qəbul edilməlidir.
Doza həddinin aşılması
Ciddi doza həddinin aşılmasının ən çox rast gəlinən əlaməti hipersedasiyadır və doza həddinin aşılmasının ağırlığından asılı olaraq kəskin intoksikasiya, şəxsiyyətin itirilməsi, ümumi qarışıqlıq halı, reflekslərin azalması, yorğunluq, başgicəllənmə və nəticədə koordinasiyasının pozğunluğu yarana bilər. Bu əlamətlərə alkoqol və mərkəzi sinir sistemini tormozlayan maddələr səbəb ola bilər. Bunun əksinə olaraq, bəzi nadir hallarda, xüsusilə körpələrdə, həyəcan, yuxusuzluq, baş ağrısı və qıcolmalar halları bildirilmişdir. Müalicəsi Xüsusi bir antidotu yoxdur. Qusma spontan olaraq baş verməməlidir, induksiya olunmalıdır (şüursuz xəstələr istisna olmaqla). Ən qısa müddətdə mədənin yuyulması tövsiyə olunur. Həyat funksiyalarının tez-tez yoxlanılması və pasiyentin ciddi müşahidəsi daxil olmaqla ümumi dəstəkləyici müalicə aparılmalıdır. Aktivləşdirilmiş kömür istifadə edilə bilər.
Buraxılış forması
10 tablet, PVX/alüminium blisterdə. 2 və ya 100 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
The Jordanian Pharmaceutical Manufacturing Co. Ltd. PO Box 151 Um Al-Amad 16197, Jordan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.