VINKABRAL N20 KAP
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Periferik damargenişləndirici preparat |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
19,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
VİNKABRAL 30 mq uzunmüddətli təsirə malik kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Vincamine
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 30 mq vinkamin vardır. Köməkçi maddələr: şəkər kürəcikləri, opadry clear (hipromelloza, triasetin), surelease clear, talk, hipremelloza 5 c P, povidon K30, makroqol 6000, təmizlənmiş su, titan dioksid (E 171), jelatin, xinolin sarısı (E 104), günəş qürubu sarısı boya maddəsi (E110), eritrozin (E 127).
Təsviri
Narıncı rəngli qapağa və ağ rəngli gövdəyə malik bərk jelatin kapsullardır. Kapsulun daxilində ağ rəngli qranullar vardır.
Farmakoterapevtik qrupu
Periferik damargenişləndirici preparat. ATC kodu: C04AX07.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Vinkamin – Vinca minor bitkisindən alınan alkaloiddir. Preparat beyin damarlarına selektiv vazotənzimləyici təsir göstərərək beyin qan dövranının metabolik tələbata adaptasiyasını təmin edir.Vinkabral qlükozanın oksidləşməsini sürətləndirir və enerjinin yaranmasını artıraraq beynin metabolizmini yaxşılaşdırır, orqanizmin ümumi fəallığını yüksəldir. Preparat həmçinin baş beyin damarlarını xüsusilə də kapilyarları genişləndirərək beyin qan dövranını yaxşılaşdırır. Hipoksiya vəziyyətində olan neyronların oksigenlə təchizatını artırır. Metabolik prosesləri və arterial təzyiqi tənzimləyir. Zehni iş qabiliyyətini və yaddaşı gücləndirir. Təsiredici maddənin kapsuldan tədricən azad olması preparatın bir neçə saat ərzində fasiləsiz təsirini təmin edir. Farmakokinetikası Daxilə qəbuldan sonra vinkamin tez bir zamanda sorulur. Uzun müddətli təsirə malik 30 mq dozanın qəbulundan sonra12 saat ərzində plazmada dəyişilməmiş preparatın səviyyəsi > 5 nq/ml- dir.Əsasən, böyrəklərlə dəyişilməmiş və ya 5 formalı metabolitlər şəklində xaric olur.T ½ 60 -90 dəqiqədir. Plazmanın zülalları ilə birləşməsi 64 %-dir.
İstifadəsinə göstərişlər
– Yaddaşın və diqqəti toplamanın, diqqətin zəifləməsi, yaşlı insanlarda diqqət və informasiya qəbulunun pozulması – Başgicəllənmə, baş ağrısı və damar mənşəli miqren – Diabetik angiopatiya – Baş beyin damarlarının aterosklerotik zədələnməsi – Kəllə-beyin travmalarından sonrakı vəziyyət – Beyin işemiyasından sonrakı serebral dəyişikliklər – Hipertonik ensefalopatiya – Damar mənşəli eşitmə və görmə funksiyasının pozulması – Mövcud olduğu yer və vaxta görə oriyentasiyanın pozulması – Müxtəlif psixi pozulmaların nəticəsi olan emosional dəyişikliklər Əks göstərişləri – Vinkaminvə ya köməkçi maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq. – Beynin şişləri, kəskin insult – Qıcolma, miokardda işemiya, aritmiyalar, ağır dərəcəli elektrolit dəyişikliklər (hipokaliemiya və ya hipokalsiemiya) – 18 yaşa qədər olan uşaqlar – Hamiləlik və laktasiya dövrü
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Vinkaminin qəbulu iki istiqamətli iyəbənzər mədəcik taxikardiyası yarada bilər: – Hiperkaliemiya – preparatın qəbul etməzdən əvvəl kaliumun səviyyəsi orqanizmdə korreksiya olunmalıdır; – Etiologiyasından asılı olmayaraq bradikardiya – Atrioventrikulyar keçiriciliyin pozulması – Digər aritmiyalar, xüsusilə də, bradiaritmiyalar – vinkaminin qəbulu zamanı nəzarət olunmalıdır. İyəbənzər mədəcik taxikardiyasına səbəb ola bilən dərman preparatları : Aritmiyaəleyhinə preparatlar – amiadoron, bretiliy, dizopiramid, xinidin, sotalol; Digər preparatlar –bepridil, eritromisin v/d, sultoprid, astemizol, xalofantrin, pentamidin, sparfloksasin, terfenadin. Miokard infartında ürək xəstəlikləri və ya ürək çatışmazlığı zamanı ehtiyatla istifadə etmək lazımdır. Uzun müddətli istifadəsi zamanı qaraciyərin funksiysının monitorinqi tələb olunur. Preparatın tərkibinə narıncı sarı (E 110), azot rəngləyicisi allergik reaksiyalara səbəb ola bilər. Vinkabralın tərkibində az miqdarda şəkər olduğundan fruktozanı mənimsəyə bilməyən, qlükoza – qalaktozanın absorbsiyasının pozulması sindromu olan xəstələrə tövsiyyə olunmur. Preparatın tərkibində az miqdarda şəkər olduğu üçün fruktozaya qarşı dözümsüzlüyü və qlükoza- qalaktoza malabsorbsiyası olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əks göstərişi olan kombinasiya – İyəbənzər mədəcik taxikardiyasına səbəb ola bilən dərman preparatları (aritmiyaəleyhinə preparatlar – amiadoron, bretiliy, dizopiramid, xinidin, sotalol və digər preparatlar – bepridil, eritromisin v/d, sultoprid) Tövsiyyə olunmayan kombinasiya -Amfoterisin B v/d, sistemili qlükokortikoidlər və mineralkortikoidlər; – Stimuləedici işlədicilər . Digər işlədici vasitələrin istifadəsi tövsiyyə olunur; – İyəbənzər mədəcik taxikardiyasına səbəb ola bilən dərman preparatları: astemizol, xalofantrin, pentamidin, sparfloksasin, terfenadin, dalfoprostin, itrakanazol) – mədəcik ritminin pozulmalarının, xüsusilə də iyəbənzər mədəcik taxikardiyasına yaranmasına səbəb ola bilər. Əgər istifadə olunarsa, kliniki nəzarət və elektrofardioqrafiya olunmalıdır. Xinupristin, dalfopristin vinkaminlə birgə istifadə zamanı qarşılıqlı təsirə məruz qalır. Uyuşmazlığı Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Vinkaminin qəbulu nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri mövcuddur.
İstifadə qaydası və dozası
Böyüklər və yaşlı xəstələrdə: Sutkalıq doza 40-80 mq–dır. Gündə 1 dəfə 1 kapsul qəbul edilir. Kapsullar yemək zamanı və bütöv şəkildə istifadə olunmalıdır.
Əlavə təsirləri
Psixi pozğunluqlar Məlum deyil- əhəmiyyətsiz dərəcədə psixoaktiv təsirlər. Ürək – damar sisteminə: QT intervalının uzanması, iki istiqamətli iyəbənzər mədəcik taxikardiyasının yaranma ehtimalı. Mədə-bağırsaq sisteminə Nadir: ürəkbulanma, qıcqırma, ishal və ya qəbizlik, ağızda quruluq Çox nadirhalda: hiperhəssaslıq reaksiyası kimi dəridə səpgi və ya qaşınma
Doza həddinin aşılması
Vinkamin ilə intoksikasiya və ya doza həddinin aşılması hallarına dair məlumat yoxdur. Bir neçə dozanın qəbulu zamanı kliniki və elektrokardioqrafik nəzarət, simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
10 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
S.C. Rompharm Company, S.R.L. Rumıniya Eroilor küçəsi, № 1A, Otopen , Rumıniya.
Qeydiyyat vəsiqəsinin sahibi
TEMPUS MMC, Azərbaycan.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.