URSOBILANE 500 MG N60 KAPS

Dərman formasıKapsul
Farmakoloji təsirHepatoprotektiv vasitə
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

63,31 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

URSOBİLAN 500 mq bərk kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 500 mq ursodezoksixol turşusu vardır. Köməkçi maddələr: maqnezium stearat, toz sellüloza, susuz kolloidal silisium, natrium nişasta qlikolat (Tip A). Kapsulun tərkibi: jelatin, titan dioksid (E171), indiqokarmin (E132), xinolin sarısı (E104), sarı sanset (E110).

Təsviri

İki rəngli (yaşıl-narıncı) bərk kapsullardır.

Farmakoterapevtik qrupu

Hepatoprotektiv vasitə. ATC kodu: A05AA02.

Farmakoloji xüsusiyyətləri

Hepatoprotektiv maddədir, ödqovucu təsir göstərir. Xolesterinin qaraciyərdə sintezini, bağırsaqlardan sorulmasını və öddə konsentrasiyasını azaldır, o cümlədən, ödçıxarıcı sistemdə xolesterinin həll olmasını artırır, ödün yaranmasını və xaric olmasını stimullaşdırır. Ödün litogenliyini azaldır, tərkibində öd turşularının miqdarını, həmçinin mədə və mədəaltı vəzi sekresiyasını artırır, lipazanın aktivliyini yüksəldir, hipoqlikemik təsir göstərir. İmmunomodullaşdırıcı təsirə malikdir, qaraciyərdə immunoloji reaksiyalara təsir edir: hepatosit membranlarında bir sıra antigenlərin ekspressiyasını azaldır, T-limfositlərin miqdarına və interleykin-2-nin əmələ gəlməsinə təsir göstərir, eozinofillərin miqdarını azaldır. Farmakokinetikası Daxilə qəbul etdikdə C 1-3 saat sonra yaranır. Plazma zülalları ilə birləşmə faizi yüksəkdir.max Plasentar baryeri keçir. Əsəsən bağırsaqlarla, az hissəsi isə (1%-dən az) böyrəklərlə xaric olur.

İstifadəsinə göstərişlər

Xolesterin tərkibli öd daşlarının əridilməsi məqsədi ilə (öd daşları radioşəffaf olduqda və öd kisəsi fəaliyyət göstərdiyi halda). İlkin biliar sirroz.

Əks göstərişlər

Ursodezoksixol turşusuna və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Mədə və ya 12-barmaq bağırsaq xorası. Öd kisəsinin fəaliyyət göstərməməsi və ya sərtləşmiş xolesterin daşları (yüksək kalsim tərkibli), rentgenkontrast öd daşları, radioşəffaf öd piqmentləri daşları. Böyrək və qaraciyər fəaliyyətinin ciddi pozğunluqları. Laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Esterogenlər və hormonal kontraseptivlər kimi xolesterolun öddə akkumulyasiyasını artıran dərman vasitələrinin, o cümlədən, qaraciyər üçün potensial təhlükəli dərman vasitələrinin qəbulu zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Ursodezoksixol turşusu aşağıdakı dərman vasitələri ilə qarşılıqlı təsir göstərir: -Alüminium tərkibli antasid preparatlar -Xolestiramin və xolestipol və ya xolesterini artıran digər dərman vasitələri -Antibiotiklər: neomisin -Esterogenlər və progesteron kimi hormonal kontraseptivlər. Siklosporinlə eyni zamanda istifadə edildikdə, preparatın bağırsaqdan absorbsiyası dəyişə bilər. Bu səbəbə görə dozanın korreksiyası tələb edilir. Əgər pasiyent hər hansı dərman vasitəsi qəbul etmişdirsə və ya edirsə, bu haqda həkimə və ya əczaçıya məlumat verməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı qəbul etmədən öncə hamiləlik və ya hamiləliyin planlaşdırılması haqda həkimə məlumat vermək lazımdır. Yalnız həkim belə hallarda preparatın qəbulunun mümkün olub-olmadığı haqda qərar verə bilər. Laktasiya dövründə preparatı qəbul etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Həkim məsləhətinə uyğun olaraq və ya aşağıdakı qaydada qəbul edilməlidir. Öd daşı xəstəliyi zamanı: Böyüklər: gündə 1 kapsul (8-10 mq/kq/gün) daxilə qəbul edilir. Xəstəliyin gedişinin qiymətləndirilməsi üçün mütəmadi həkim müayinəsindən keçmək lazımdır. Müalicə müddətində bir neçə aydan bir öd daşlarının əriməsinin və qaraciyərin fəaliyyətinin yoxlanması üçün laboratoriya testləri keçirilməlidir. Biliar sirroz zamanı Böyüklər: gündə 2 kapsul (13-15 mq/kq/gün) daxilə qəbul edilir. Qida qəbulu ilə qarşılıqlı təsiri Ursodezoksixol turşusunun qida qəbulu ilə heç bir qarşılıqlı təsiri yoxdur. Əgər pasiyent preparatın effektinin çox güclü və ya zəif olduğunu düşünərsə, həkimə və ya əczaçıya bu barədə məlumat verməlidir. Preparatın qəbulunun unudulması zamanı Dozanın qəbulunun unudulması zamanı ikiqat doza qəbul etmək olmaz.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi ursodezoksixol turşusu da əlavə təsirlərə səbəb ola bilər. Nadir hallarda (0,01-0,1%) qastrointestinal əlavə təsirlər: ürəkbulanma və qusma, həzm pozğunluqları, dadbilmə pozğunluqları, öd kisəsində ağrı, abdominal ağrı, meteorizm və qəbizlik baş verə bilər. Çox nadir hallarda (<0,01%): diareya, övrə. Digər hər hansı əlavə təsir müşahidə olunarsa, dərhal müalicə həkiminə müraciət etmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı dərhal müalicə həkiminə və ya əczaçıya məlumat vermək lazımdır. Ursodezoksixol turşusu ilə doza həddinin aşılması zamanı əsas simptom diareyadır. Müalicə müddətində qaraciyər funksiyalarının yoxlanması məsləhət görülür.

Buraxılış forması

12 kapsul blisterdə. 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Estedi S.L., İspaniya. Leopoldo Alas, 7 08012 Barcelona, Spain.

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Estedi S.L., İspaniya. Montseny, 41 08012 Barcelona, Spain.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“URSOBILANE 500 MG N60 KAPS” üçün ilk rəyi siz yazın.