UROLESAN N40 KAPS
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Urologiyada istifadə edilən preparatlar |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,10 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
UROLESAN kapsullar
Tərkibi
Təsiredici maddə: 1 kapsulun tərkibində yabanı yerkökü meyvələri (Daucus carota L., fructus) (1:1), mayaotu qozaları (Humulus lupulus L., flos) (1:1), qaraqınıq otu (Oreganum vulgare L., herba) (1:1) bitkilərinin duru ekstraktları qarışığından əldə olunan 10% rütubət hesabı ilə 10,70 mq qatı Urolesan ekstraktı 1/1-ə, 4/1-ə nisbətində, ekstragent 96%-li etanol h/h; 7,46 mq istiotlu nanə yağı (Mentha × piperita L., aetheroleum), 25,50 mq Sibir ağ şam ağacı yağı (Abies sibirica L., aetheroleum) vardır. Köməkçi maddələr: maqnezium alümometasilikat*, gənəgərçək yağı, ağır maqnezium karbonat, talk, laktoza monohidrat, dinatrium edetat (trilon B), kartof nişastası. Kapsul: patent mavi V (E131), xinolin sarısı (E104), titan dioksid (E171), sarı dəmir oksidi (E172), jelatin. * – neusilin UFL2.
Təsviri
№ 0 ölçülü, gövdəsi və qapağı yaşıl rəngli bərk jelatin kapsullardır. Kapsulun möhtəviyyatı – qranullaşdırılmış toz və/və ya sarı-boz rəngdən yaşıl çalarlı boz-qonura qədər rəngli, çilli, istiotlu nanə və ağ şam ağacı ətirli bərk kütlə. Sıxılanda xırdalanma xüsusiyyətinə malik olan aqlomeratların mövcudluğu icazə veriləndir.
Farmakoterapevtik qrupu
Urologiyada istifadə edilən preparatlar. ATC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
Urolesan bitki mənşəli kombinəolunmuş preparatdır. Urolesan preparatının tərkibinə daxil olan maddələr sidik-ifrazat yollarında və böyrəklərdə müşahidə olunan iltihabi təzahürləri azaldır, böyrəklərin və qaraciyərin qan təchizatının güclənməsinə səbəb olur, diuretik, antibakterial və ödqovucu təsir göstərir, sidikdə qoruyucu kolloid əmələ gətirir və yuxarı sidik-ifrazat yollarının və öd kisəsinin saya əzələlərinin tonusunun normalaşmasına səbəb olur. Urolesan preparatı sidik cövhərinin və xloridlərin ifraz olunmasını artırır, sidik kisəsindən və böyrəklərdən kiçik konkrementlərin və qum dənəciklərinin xaric olunmasına gətirib çıxarır.
İstifadəsinə göstərişlər
Sidik-ifrazat yollarının və böyrəklərin kəskin və xroniki infeksiyaları (sistitlər və pielonefritlər), sidik daşı xəstəliyi və sidik turşulu diatez (konkrementlər xaric olunduqdan sonra onların yenidən əmələ gəlməsinin profilaktikası), xroniki xolesistitlər (o cümlədən kalkulyoz xolesistitlər), ödçıxarıcı yolların diskineziyaları, öd daşı xəstəliyi.
Əks göstərişlər
− Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq; − qastritlər (sekretor çatışmazlıqla müşayiət olunan qastritlər istisna olmaqla), mədə və onikibarmaq bağırsaq xora xəstəliyi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Konkrementlərin diametri 3 mm-dən artıq olduğu halda, preparatı istifadə etmək olmaz. Preparatın tərkibində köməkçi maddələr şəklində laktoza və kartof nişastası vardır və bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan və ya qlütenə qarşı yüksək həssaslıq və ya qlütenə qarşı dözümsüzlük qeyd olunan pasiyentlərdə preparatın göstərilən dərman formasını istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öyrənilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi öyrənilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Öyrənilməmişdir.
İstifadə qaydası və dozası
Preparat qida qəbulundan əvvəl daxilə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın böyüklərdə və 14 yaşdan yuxarı uşaqlarda istifadə üçün tövsiyə edilən dozaları: sutkada 3 dəfə 1 kapsul. Müalicə kursunun davametmə müddəti kəskin vəziyyətlərdə (o cümlədən böyrək və qaraciyər sancıları zamanı) 5 gündən 7 günə qədər, xroniki vəziyyətlərdə isə 7 gündən 1 aya qədər təşkil edir. Böyrək və qaraciyər sancıları qeyd olunduğu halda, preparatın birdəfəlik dozasını bir dəfə 2 kapsula qədər artırmaq olar və növbəti qəbulda adətən istifadə edilən birdəfəlik dozanın (1 kapsulun) istifadəsinə qayıtmaq lazımdır. Uşaqlar 14 yaşa qədər uşaqlara Urolesan preparatı şərbət və ya maye dərman forması şəklində təyin edilməlidir.
Əlavə təsirləri
Adətən Urolesan preparatı pasiyentlər tərəfindən yaxşı keçirilir. Preparatın istifadəsi müddətində aşağıda göstərilən əlavə təsirlər müşahidə oluna bilər. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: dispeptik pozğunluqlar (ürəkbulanma və qusma da daxil olmaqla). Allergik reaksiyalar, o cümlədən hiperemiya, övrə, qaşınma hissi, üz nahiyəsinin qızarması, dəri üzərində səpgilər, angionevrotik ödem (boğaz nahiyəsində göynəmə hissi, tənəffüsün çətinləşməsi, üz nahiyəsinin və dilin ödemi də daxil olmaqla). Mərkəzi və periferik sinir sistemlərində baş verən pozğunluqlar: başgicəllənmə, ümumi zəiflik. Ürək-damar sistemində baş verən pozğunluqlar: arterial hipertenziya, hipotenziya, ürək nahiyəsində ağrı.
Doza həddinin aşılması
Doza həddinin aşılması baş verdiyi halda, aşağıda göstərilən simptomlar qeyd oluna bilər: ürəkbulanma, başgicəllənmə, preparatın sedativ effektinin güclənməsi. Müalicəsi: simptomatik müalicə. Pasiyentə çoxlu miqdarda isti maye qəbul etmək, sakit vəziyyətdə qalmaq, aktivləşdirilmiş kömür və atropin sulfat (0,0005-0,001 q) tövsiyə edilməlidir.
Buraxılış forması
10 kapsul blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “Kiyevmedpreparat” İSC. Ukrayna, 01032, Kiyev şəh., Saksaqanskiy küç., 139.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.