TROKSERUTIN 2% 40 GR GEL

Dərman formasıGel
Farmakoloji təsirAngioprotektorlar, bioflavonoidlər və kapilyarların kövrəkliyini azaldan preparatlar qrupuna daxildir
İstehsal ölkəsiBolqarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,45 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl bu içlik-vərəqəni diqqətlə oxuyun Bu dərman preparatı aptekdən reseptsiz buraxılır. Buna baxmayaraq, müalicənin yaxşı nəticəsini əldə etmək üçün dərman preparatının istifadəsi üzrə təlimatlara diqqətlə riayət etmək lazımdır. – Bu içlik-vərəqəni atmayın. Sizə onu yenidən oxumaq lazım gələ bilər. – Hər hansı əlavə suallar meydana çıxdıqda, həkiminizə müraciət edin. – Əgər simptomlarınız pisləşirsə və ya 5 gün ərzində onların yaxşılaşması müşahidə olunmazsa, həkiminizə müraciət edin. – Əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik-vərəqədə qeyd edilməyən digər əlavə təsirlər meydana çıxarsa, həkiminizə məlumat verməyiniz xahiş olunur. TROKSERUTİN SOFARMA 2% gel TROXERUTIN SOPHARMA 2% Beynəlxalq patentləşdirilməmiş adı: Troxerutin

Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 20 mq trokserutin vardır. Köməkçi maddələr: karbomer 980, dinatrium edetat, benzalkonium xlorid, natrium hidroksid, təmizlənmiş su.

Təsviri

Sarı-yaşıl rəngli və iysiz geldir.

Farmakoterapevtik qrupu

Angioprotektorlar, bioflavonoidlər və kapilyarların kövrəkliyini azaldan preparatlar qrupuna daxildir. ATC kodu: C05CA04.

Farmakoloji xüsusiyyətləri

Bu dərmanlar kapilyarların keçiriciliyini və kövrəkliyini azaldır, antioksidant təsir göstərir. Trokserutin venaların tonusunu artırmağa, iltihabəleyhinə və ödem əleyhinə təsirə malikdir. Trokserutinlə müalicə nəticəsində ayaqlarda ağırlıq hissi və bununla bağlı simptomlar itir.

İstifadəsinə göstərişlər

Trokserutin aşağıdakı hallarda göstərişdir: simptomatik xroniki venoz çatışmazlığı; venaların varikoz genişlənməsi;səthi tromboflebit, periflebit və flebotromboz; posttrombotik sindrom; posttrombotik ödem və hematomaların müalicəsi üçün.

Əks göstərişlər

Aşağıdakı hallarda Trokserutin Sofarma 2% geli qəbul etmək olmaz – Əgər Sizdə trokserutinə və ya dərmanın hər hansı digər komponentinə qarşı allergiya (yüksək həssaslıq) varsa. – Əgər Sizdə dəri səthinin bütövlüyü pozulubsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

– Gel yalnız zədələnməmiş dəri səthinə sürtülür. – Dərmanın açıq yaralara, selikli qişalara və gözlərə düşməsinin qarşısını almaq lazımdır. – Damarların yüksək keçiriciliyə malik vəziyətlərində ( həmçinin qızılyel, qrip, qızılca, allergik reaksiyalarda), gelin effektini artırmaq üçün o askorbin turşusu ilə birgə istifadə olunur – Benzalkonium xlorid dəri reaksiyalarına səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hal-hazırda hər hansı digər dərman preparatı qəbul edirsinizsə, yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul edəcəksinizsə, bu barədə müalicə həkiminə və ya əczaçıya məlumat verin. Troxserutin preparatının dəri səthinə istifadəsi zamanı digər dərman preparatları ilə qarşılıqlı təsir ehtimalı yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizə və ya əczaçınıza müraciət edin. Hamiləlik və laktasiya dövründə, Trokserutin Sofarmanı gel kimi istifadə etmək olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Trokserutin Sofarma 2% gel – xaricə istifadə olunan dərman vasitəsidir. Nəqliyyat vasitələrinin idarə edilməsinə və avtomobillərlə işləməyə heç bir təsir göstərmir.

İstifadə qaydası və dozası

Trokserutin Sofarma 2% geli həmişə bu içlik vərəqədəki təlimatları dəqiq yerinə yetirərək istifadə edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və əczaçınızdan soruşun. Gel gündə 2 dəfə – səhər və axşam zədələnmiş sahəyə tam hopdurulana qədər diqqətlə yüngülcə sürtülür. Lazım olarsa, geli sarğının və elastik corabların altından sürtmək olar.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, Trokserutin Sofarma 2% geli əlavə təsirlər törədə bilər, baxmayaraq ki, onlar hamıda təsadüf olunmur. Əksər hallarda dərman vasitəsi əlavə təsirlər törətmir. Nadir hallarda və uzun müddət istifadə olunduqda dərinin qızarması və qaşınma mümkündür. Əgər şikayətlər davam edərsə və ya Sizin vəziyyətiniz pisləşərsə, həkiminizə müraciət edin! Əgər bu içlik vərəqədə təsvir edilməyən hər hansı əlavə təsirlər qeyd edilərsə, bu barədə həkiminizə və ya əczaçınıza məlumat verməniz xahiş olunur.

Doza həddinin aşılması

Doza həddinin aşılması yerli istifadədə cox az mümkündür. Daxilə böyük miqdarların təsadüfi qəbulunda, onun orqanizmdən çıxarılması üçün ümumi tədbirlərin görülməsi və simptomatik müalicənin aparılması zəruridir.

Buraxılış forması

40 q gel, içəri divarı zərərsiz lakla örtülmüş alüminium membran tublarda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

Xüsusi saxlanma şəraiti tələb olunmur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantıları üçün konteynerlərə atmayın. Artıq istifadə olunmayan dərman preparatını necə atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunması üçündür.

Yararlılıq müddəti

5 il. Tub açıldıqdan sonra yararlılıq müddəti 1 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“SOFARMA” SC. İliyensk şossesi küç.16, 1220 Sofiya, Bolqarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TROKSERUTIN 2% 40 GR GEL” üçün ilk rəyi siz yazın.