TREPARIN 600 MG 2 ML N10 AMP
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Antitrombotik dərman vasitələri |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
41,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TREPARİN 600 inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Sulodexide (Glucuronyl glucosaminoglycan sulfate).
Tərkibi
Təsiredici maddə: 2 ml məhlulun tərkibində 600 LRU sulodeksid (qlukuronil qlükozamino- qlikan sulfat) vardır. Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su. ٭LRU – Lipoproteinlipase releasing unit – lipoproteinlipazanın azad olmasının aktivlik vahidi.
Təsviri
Şəffaf, rəngsiz və ya yüngül sarımtıl rəngi olan məhluldur.
Farmakoterapevtik qrupu
Antitrombotik dərman vasitələri. ATC kodu: B01AB11.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Sulodeksidin peroral və parenteral yeridilməsi ilə aparılan klinik tədqiqatların nəticələri, onun antitrombotik təsirinin dozadan asılı olaraq koaqulyasiya faktorlarını inhibə etməsinə (o cumlədən, aktivləşmiş X faktorunu zəiflətməsi) əsaslandığını göstərir. Həmçinin antitrombotik təsiri, trombositlərin adheziyasının inhibə olunması, sirkulyasiyanın və divar fibrinolitik sisteminin aktivləşməsi ilə əlaqəlidir. Sulodeksid, adətən, tromboz riskli damar pozğunluqları olan pasiyentlərdə dəyişilmiş viskozimetrik parametrləri normallaşdırır: bu təsir fibrinogen səviyyəsini azaltmasına əsaslanır. Sulodeksid lipoprotein lipazanın aktivliyini artıraraq, lipid səviyyəsini tənzimləyir. Farmakokinetikası Absorbsiya Farmakoloji testlər, sulodeksidin venadaxili, əzələdaxili və oral istifadəsindən sonra biomənimsənilməsinin yüksək olduğunu göstərmişdir. Sulodeksidin peroral və venadaxili bolyus istifadəsindən sonra biomənimsənilməsi demək olar ki, eynidir. Paylanması Sulodeksidin parenteral istifadəsi sürətli paylanma və ardınca ikifazalı elliminasiya ilə xarakterizə olunur. Nişanlanmış substansiyanın, əsasən, qaraciyərdə, böyrəklərdə və damar endotelində toplanması müşahidə olunmuşdur. Biotransformasiyası Metabolizmi əsasən qaraciyərdə baş verir. Eliminasiyası Əsasən sidiklə xaric olur. Qəbul edildikdən sonra ilk 24 saatda 50%, 48 saat ərzində isə 67% sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
Treparin 600 inyeksiya üçün məhlul böyüklərdə dəri xoralarının (xroniki venoz xoralar) müalicəsi üçün təyin edilir (bu xoralar ayaqlarda venaların xəstəlikləri nəticəsində formalaşır). Sulodeksid qan damarlarında (arteriya və ya venalarda) qan laxtalarının (trombların) formalaşmasının qarşısını alır.
Əks göstərişlər
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə, heparinə və yaxud da oxşar tərkibli dərman vasitələrinə (qan laxtalanmasını azaltmaq üçün dərmanlar) qarşı allergiya. Qanaxmaya meyillilik (hemorragik diatez). Qanaxma pozğunluqları (güclü qanaxma ilə xarakterizə edilən pozğunluqlar). Hamiləliyin I trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Treparin 600 inyeksiya üçün məhlulunu istifadə etməzdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Xüsusilə də, əgər pasiyent antikoaqulyantlar (qanı durulaşdıran pre-paratlar) qəbul edirsə, müalicə həkimi mütəmadi qan testləri (bax. “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) təyin edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər son zamanlar pasiyent digər dərman vasitələri qəbul edibsə, hal-hazırda qəbul edirsə və ya qəbul etməyə hazırlaşırsa, bu haqda müalicə həkiminə məlumat verməlidir. Əgər pasiyent heparin (dərialtı antikoaqulyant) və ya oral antikoaqulyant dərman vasitələri (varfarin kimi) qəbul edirsə, bu haqda müalicə həkimini məlumatlandırmaq lazımdır, çünki Treparin 600 LRU/2ml inyeksiya üçün məhlul ciddi qanaxma riskini artıra bilər. Treparin 600® inyeksiya üçün məhlul bəzi maddələrlə qarışdırıldıqda kimyəvi reaksiyaya səbəb ola bilər. İnfuziya şəklində aşağıdakı maddələrlə yanaşı təyin edilə bilməz: Vitamin K, Vitamin B kompleksi ; Hidrokortizon; Hialuronidaza; Kalsium qlukonat; Dördlü ammonium duzu; Xloramfenikol, tetrasiklin, streptomisin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin I trimestri preparatın istifadəsi əks göstərişdir. Əgər pasiyent hamilədirsə, hamilə olmağa hazırlaşırsa və ya körpəyə süd verirsə, bu dərman vasitəsini qəbul etməzdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Preparatın toksikliyinə dair aparılmış araşdırmalar döl üçün heç bir riskin olmadığını göstərməsinə baxmayaraq, hər ehtimala qarşı Treparin 600® inyeksiya üçün məhlulunun hamiləlik zamanı istifadəsindən qaçmaq lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman vasitəsi nəqliyyat vasitələrini və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Bu dərman vasitəsini müalicə həkiminin tövsiyə etdiyi təlimatlara uyğun olaraq istifadə etmək lazımdır. İstifadəsinə dair əminlik olmadıqda, həkimlə məsləhətləşmək lazımdır. Məsləhət görülən doza: gündə 1 ampul əzələdaxili və ya venadaxili. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi preparatın dozasını və ya istifadə tezliyini dəyişə bilər. Dozanı istifadə etmək unudulubsa Dozanı istifadə etmək unudulubsa, ikiqat doza istifadə edilməməlidir.
Doza həddinin aşılması
Treparin 600® inyeksiya üçün məhlul təyin edilmiş dozadan artıq istifadə edildikdə, bu barədə dərhal müalicə həkiminə məlumat verilməlidir, çünki preparat qanaxma riskini artıra bilər. Qanaxma baş verərsə, yaxınlıqdakı təcili yardım məntəqəsinə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu dərman vasitəsi də əlavə təsirlərin yaranmasına səbəb ola bilər, baxmayaraq ki, bu hamıda baş vermir. Aşağıdakı əlavə təsirlərin yaranması mümkündür: Sistem orqan klassifikasiyası Rast gəlmə tezliyi məlum deyil Psixi pozğunluqlar Derealizasiya Sinir sisteminin pozğunluqları Konvulsiyalar, tremor Göz problemləri Görmə pozğunluğu Kardioloji pozğunluqlar Ürəkdöyünmə Damar pozğunluqları “İstigəlmə” hissi Tənəffüs sistemi, döş qəfəsi və divararalığı Qanhayxırma pozğunluqları Dəri və dərialtı toxuma pozğunluqları Qaşınma, qızarma və yayılmış eritema Böyrək və sidik yolları pozğunluqları Sidik kisəsinin boynunun stenozu, dizuriya (sidiyi saxlaya bilməmə) Sistem patologiyalar və inyeksiya nahiyəsində yaranan Döş qəfəsində ağrılar, inyeksiya nahiyəsində ağrı problemlər və ya yanğı hissi
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz. Yararlılıq müddəti qeyd edilən ayın son gününə aiddir.
Buraxılış forması
2 ml məhlul ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qabalşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Esseti Farmaceuti Srl. Via Campobello 15-00071 – Pomeziya (Roma) – İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
Omikron Italia S.r.l. Viale Bruno Buozzi, 5 – 00197 Roma-İtaliya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.