TETRACKLIN 1% 3 GR MELHEM TATXIMFARM
| Dərman forması | Məlhəm |
|---|---|
| Farmakoloji təsir | Antibiotiklər. Tetrasiklin |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TETRASİKLİN göz məlhəmi TETRACYCLINE Beynəlxalq patentləşdirilməmiş adı: Tetracycline
Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində aktivliyi 1000 mkq/mq olan quru maddə hesabı ilə 0,01 q tetrasiklin vardır. Köməkçi maddələr:susuz lanolin, vazelin.
Təsviri
Sarı rəngdən sarı-qəhvəyi rəngə qədər məlhəmdir.
Farmakoterapevtik qrupu
Antibiotiklər. Tetrasiklin. ATC kodu: S01AA09.
Farmakoloji xüsusiyyətləri
Tetrasiklin qrupundan olan bakteriostatik antibiotikdir. Nəqledici RNT və ribosom arasında kompleksin əmələ gəlməsini pozur ki, bu da, mikrob hüceyrəsində zülal sintezinin pozulmasına səbəb olur. Qrammüsbət (Staphylococcus spp., Staphylococcus aureus, penisillazanı produksiya edən ştammlar daxil olmaqla, Streptococcus pyogenes, Streptococcus pneumoniaе (Diplococcus pneumoniae), Bacillus anthracis, Listeria spp.); qrammənfi mikroorqanizmlərə (Escherichia coli, Haemophilus influenzae, Haemophilus ducreyi, Klebsiella pneumoniae, Neisseria gonorrhoeae, Bordetella pertussis, Enterobacter spp., Francisella tularensis (Pasteurella pestis), Salmonella spp., Shigella spp.); hüceyrədaxili (intrasellülar) və digər mikroorqanizmlərə (Chlamydia trachomatis, Chlamydia spp., Mycoplasma spp., Rickettsia spp., Treponema spp.) qarşı qeyri-aktivdir. Tetrasiklinə davamlı mikroorqanizmlər: Pseudomonas aeruginosa, Proteus spp., Serratia spp. və Bacteroides spp.-nin əksər ştammları və göbələklər. Viruslar, A qrupu beta-hemolitik streptokokklar (44% Streptococcus pyogenes ştammları və 74% Streptococcus faecalis ştammları daxil olmaqla). Farmakokinetikası Yerli istifadə zamanı tetrasiklin göz toxumalarında terapevtik konsentrasiyaya çatır, sistem absorbsiyası kiçikdir. Buynuz qişa epitelisinin zədələnməsi zamanı tetrasiklinin effektiv konsentrasiyası ön kameranın nəmliyində applikasiyadan 30 qədiqə sonra qeyd edilir.
İstifadəsinə göstərişlər
Tetrasiklinə qarşı həssas mikroorqanizmlər tərəfindən törədilmiş bakterial (o cümlədən, xlamidiya) göz infeksiyaları-blefarit, blefarokonyunktivit, keratit, keratokonyunktivit, meybomit (itdirsəyi), traxoma.
Əks göstərişlər
– Preparatın komponentlərinə qarşı hiperhəssaslıq; – böyrəklərin və qaraciyərin funksiyasının pozulması; – hamiləlik; – laktasiya dövrü; – 8 yaşa qədər uşaqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Applikasiyadan sonra görmə itiliyi müvəqqəti azalan pasiyentlərə, görmə bərpa olunana qədər nəqliyyat vasitələrini idarə etmək və yüksək diqqət tələb edən digər təhlükəli fəaliyyət növlərilə məşğul olmaq məsləhət görülmür. Bir neçə gün ərzində pasiyentin vəziyyəti yaxşılaşmadıqda, həkimlə məsləhətləşmək lazımdır.
İstifadə qaydası və dozası
Yerli istifadə edilir. 0,5-1 sm məlhəm zolağı alt göz qapağının arxasına çəkilir: – blefarit, blefarokonyuktivit: 5-7 gün ərzində gündə 3-4 dəfə; – keratit, keratokonyunktivit : 5-7 gün ərzində gündə 2-3 dəfə. Müalicənin ilk 3-5 günü ərzində pasiyentin vəziyyəti yaxşılaşmadıqda, həkimlə məsləhətləşmək lazımdır; – meybomit (itdirsəyi): iltihab simptomları itənə qədər gecələr istifadə edilir; – traxoma: hər 2-4 saatdan bir və ya tez-tez 1-2 həftə ərzində. İltihab prosesi azaldıqda, preparat gündə 2-3 dəfə istifadə edilir. Traxomanın müalicə kursunun müddəti 1-2 ayı aşmamalıdır.
Əlavə təsirləri
Allergik reaksiyalar, göz qapaqlarının hiperemiyası və ödemi, görmənin müvəqqəti dumanlanması. Doza həddinin aşılması. Preparatın istifadəsi zamanı doza həddinin aşılması az ehtimal edilir.
Buraxılış forması
1%-li göz məlhəmi. 3 q, 5 q və ya 10 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15º C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. İlkin açılmadan sonra 6 həftə ərzində yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Ünvan/İradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya. 420091, Tatarıstan Respublikası, Kazan ş., Belomorskaya k., ev 260. Tel.: (843) 571-85-58; faks: (843) 571-85-38. e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.