Strepsils Vitamin C və portağal ilə N24 sorma tablet
| Dərman forması | Sorma tablet |
|---|---|
| Farmakoloji təsir | Antiseptik vasitə |
| İstehsal ölkəsi | Birləşmiş Krallıq |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,57 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
STREPSİLS C VİTAMİNİ İLƏ sorma tabletlər (portağallı) Beynəlxalq patentləşdirilməmiş adı: Amylmetacrezol + Dichlorobenzyl alcohol + (Asсorbic acid)
Tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 1,2 mq 2,4-dixlorbenzil spirti, 0,6 mq amilmetakrezol, 100 mq askorbin turşusu vardır. Köməkçi maddələr: portağal aromatizatoru PHL 105288, levomentol, propilenqlikol, günəş qürubu sarısı boya maddəsi, al qırmızı boya maddəsi (Ponso 4R),çaxır turşusu, duru saxaroza, duru dekstroza (dekstroza, oliqo- və polisaxaridlər) (duru qlükoza).
Təsviri
Narıncı rəngli, dairəvi, hər iki tərəfində S hərfi təsviri olan tabletlərdir. Ağ ərp, boyanmasının qeyri-bərəbərliyi, karamel kütləsində hava qabarcıqları və kənarlarının cüzi əyriliyi mümkündür.
Farmakoterapevtik qrupu
Antiseptik vasitə. ATC kodu: R02AA03.
Farmakoloji xüsusiyyətləri
2,4-dixlorbenzil spirti və amilmetakrezol antiseptik təsir göstərir. İn vitro geniş spektrli qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir, Askorbin turşusu vitamin C mənbəyi olub, infeksion-iltihabi xəstəliklərdə vitamin C təlabatını ödəyir.
İstifadəsinə göstərişlər
İnfeksion iltihabi xəstəliklər zamanı boğaz ağrısının simptomatik müalicəsi.
Əks göstərişlər
– Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – 6 yaşa qədər uşaqlar; – saxaroza/izomaltaza defisiti, fruktoza keçirməzliyi, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik, laktasiya dövrü, şəkərli diabet. Preparatı, simptomları aradan qaldıra bilən maksimal dərəcədə mümkün qısa kursla və minimal effektiv dozada istifadə etmək məsləhət görülür. Şəkərli diabetli pasiyentlər nəzərə almalıdırlar ki, hər tabletin tərkibində təxminən 2,6 q (0,22 ÇV) şəkər vardır. Askorbin turşusunun yüksək dozaları, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olaraq oksalatların ekskresiyasını sürətləndirir. Anaları askorbin turşusunun yüksək dozalarını qəbul edən yenidoğulmuşlarda və yüksək doza qəbul edən böyüklərdə “rikoşet” sinqa müşahidə edilə bilər. yüksək dozaların qəbulu zamanı mədəaltı vəzi aparatının insulyar funksiyasının zəifləməsi mümkündür. Orqanizmində dəmirin miqdarı çox olan pasiyentlərdə askorbin turşusunu minimal dozalarda istifadə etmək lazımdır. Askorbin turşusu bərpaedici kimi bəzi laborator testlərin (qanda və sidikdə qlükozanın, bilirubinin miqdarı, “qaraciyər” transaminazalarının və laktatdehidrogenazanın aktivliyi) nəticəsini təhrif edə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər preparatlarla klinik əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir. Preparatın digər yerli mikrobəleyhinə vasitələrlə eyni zamanda istifadəsi mümkündür. Askorbin turşusu penisilin, dəmir qrupundan olan dərman vasitələrinin sorulmasını yüksəldir, heparinin və dolayı antikoaqulyantların klinik effektini azaldır, salisilatlarla və qısa təsirli sulfanilamidlərlə müalicə zamanı kristaluriyanın inkişafı riskini artırır, turşuların böyrəklər vasitəsilə xaric olmasını ləngidir, qələvi reaksiyaya (o cümlədən alkaloidlərin) malik olan dərman vasitələrinin xaric olmasını artırır,qanda peroral kontraseptivlərin konsentrasiyasını azaldır. Etanolun ümumi klirensini artırır ki, bu da öz növbəsində orqanizmdə askorbin turşusunun konsentrasiyasını azaldır. Xinolin sırasından olan dərman vasitələri, kalsium preparatları, salisilatlar, qlükokortikosteroid preparatlar, uzun müddət istifadə edildikdə, askorbin turşusu ehtiyatını sərf edir. İzoprenalinlə eyni vaxtda istifadəsi zamanı birincinin xronotrop təsirini azaldır. Uzun müddət və ya yüksək dozalarda istifadəsi zamanı disulfiramin və etanolun qarşılıqlı təsirinə mane ola bilər. Yüksək dozalarda meksiletinin böyrəklər vasitəsilə xaric olmasını artırır. Barbituratlar və primidon askorbin turşusunun böyrəklər vasitəsilə xaric olmasını artırır. Antipsixotik dərman vasitələrinin (neyroleptiklərin) terapevtik təsirini azaldır (fenotiazin törəmələrini, amfetamin və trisiklik antidepresantların kanalcıq reabsorbsiyasını).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda həkim məsləhəti ilə mümkündür. Hamiləliyin II-III trimestrində askorbin turşusuna gündəlik minimal tələbat təxminən 60 mq təşkil edir. Nəzərə almaq lazımdır ki, döl, hamilə qadının qəbul etdiyi askorbin turşusunun yüksək dozalarına adaptasiya oluna bilər və bunun nəticəsində yenidoğulmuşda “ləğv etmə” sindromunun yaranması mümkündür. Laktasiya dövründə gündəlik minimal tələbat 80 mq təşkil edir. Tərkibində adekvat miqdarda askorbin turşusu olan ananın pəhrizi, onun südəmər körpəsinin askorbin turşusu defisitinin profilaktikası üçün kifayətdir. Nəzəri cəhətdən ananın yüksək dozalarda askorbin turşusu qəbul etməsi, körpə üçün təhlükə törədir (laktasiya dövründə anaya askorbin turşusunun gündəlik tələbatını aşmamaq məsləhət görülür). Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Preparatı istifadə etməzdən əvvəl təlimatı diqqətlə oxumaq lazımdır. Yerli istifadə edilir. 6-8 yaşlı uşaqlar Hər 4 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 5 tabletdən çox istifadə etmək olmaz. 18 yaşdan yuxarı böyüklər Hər 2-3 saatdan bir 1 tablet sorulur. 24 saat ərzində 8 tabletdən çox istifadə etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Müalicə kursunun müddəti 3 gündən artıq olmamalıdır. Preparat qəbul edildiyi 3 gün ərzində simptomlar olduğu kimi qaldıqda, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri
Aşağıda qeyd edilən əlavə təsirlər preparatın qısamüddətli istifadəsi zamanı məsləhət görülən dozalarda qəbul etdikdə qeyd edilmişdir. Xroniki vəziyyətlərin müalicəsi və uzun müddətli istifadə zamanı digər əlavə təsirlərin baş verməsi mümkündür. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistem tərəfindən baş verən pozulmalar Məlum deyil – hiperhəssaslıq reaksiyaları (o cümlədən angionevrotik ödem, övrə, səpgi, bronxospazm, huşun itirilməsi ilə hipotenziya). Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar Məlum deyil – ürəkbulanma, qarın nahiyəsində ağrı, ağız boşluğunda diskomfort hissiyyatı (yanğı hissiyyatı və ya sancma, ödem). Yuxarıda qeyd edilən və ya təlimatda qeyd edilməyən digər əlavə təsirlərin baş verdiyi halda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Mümükün doza həddinin aşılmasının zamanı mədə-bağırsaq sistemi tərəfindən baş verən diskomfortun yaranması az ehtimal edilir. Askorbin turşusunun yüksək dozaları (3000 mq-dan artıq) müvəqqəti osmotik diareya və ürəkbulanma, mədə nahiyəsində diskomfort, tez-tez sidiyəgetmə, nefrolitiaz kimi mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb ola bilər. Müalicəsi Həkim nəzarəti altında simptomatik müalicə aparılır, sürətləndirilmiş diurezdən istifadə edilir.
Buraxılış forması
Sorma tabletlər (portağallı). 2, 4, 6, 8, 10 və ya 12 tablet, blisterdə (PVX/PVDX/Alüminium). 1, 2, 3, 4 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/hüquqi şəxs Rekitt Benkizer Helsker İnterneşnl Ltd. Teyn Roud, Nottinqem, NG90 2DB, Böyük Britaniya. Rusiya Federasiyasında nümayəndə/İradları qəbul edən təşkilat “Rekitt Benkizer Helsker” MMC. Rusiya, 115114, Moskva ş., Şlyüzovaya sahil küçəsi, ev 4. Tel.: 8-800-200-82-20 (yalnız Rusiya üçün zəng pulsuzdur). [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.