Parasetamol 200 mq N10 tablet

Dərman formasıTablet
Farmakoloji təsirDigər analgetiklər və qızdırmasalıcı preparatlar. Anilidlər
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,20 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəni sonadək oxuyun, belə ki, burada Sizə vacib məlumat vardır. İçlik vərəqəni atmayin. Onu yenidən oxumaq lazım gələ bilər. Əlavə suallar yarandıqda, həkimə müraciət edin. Bu dərman vasitəsi məhz Sizə təyin edilib. Onu başqalarına verməyin. Bu, onlara zərər yetirə bilər, hətta onların xəstəliklərinin simptomları Sizdə olduğu kimi olsa belə. Hər hansı əlavə təsir yarandıqda, həkimə müraciət edin. Bu məlumat istənilən əlavə təsirə şamil edilir, o cümlədən bu içlik vərəqədə qeyd edilməyənlərə də. PARASETAMOL 200 mq; 500 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq və ya 500 mq parasetamol vardır. Köməkçi maddələr: povidon, natrium kroskarmelloza, stearin turşusu, kartof nişastası.

Təsviri

Dairəvi formalı, ağ və ya krem çalarlı demək olar ki, ağ rəngli, yastı slindrik, iti kənarlı və xətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Digər analgetiklər və qızdırmasalıcı preparatlar. Anilidlər. ATC kodu: N02BE01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Parasetamol analgetik və antipiretikdir (ağrıkəsici və qızdırmasalıcı). Mərkəzi sinir sistemində ağrı və termorequlyasiya mərkəzlərinə təsir göstərərək siklooksigenaza fermentini bloklayır. İltihabəleyhinə təsiri praktiki olaraq yoxdur. Farmakokinetikası Mədə-bağırsaq traktından tez və demək olar ki, tamamilə sorulur, TC 0,5-1 saat ərzində əldəmax olunur; C – 5-20 μg/ml. Plazma zülalları ilə 20-30%-i bağlanır. Hemato-ensefalik baryerdənmax keçir. Süd verən ana tərəfindən qəbul edilən parasetamolun dozasından 1%-dən azı ana südünə keçir. Parasetamolun terapevtik effektiv plazma konsentrasiyası 10-15 mq/kq dozada qəbul edildikdə əldə olunur. Qaraciyərdə metabolizə olunur (90-95%): 80%-i qeyri-aktiv metabolitlərin yaradılması ilə qlükuron turşusu və sulfatlarla konyuqasiya reaksiyalarına daxil olur; 17%-i hidroksilləşməyə məruz qalaraq 8 aktiv metabolitin yaranmasına səbəb olur, onlar isə qeyri-aktiv metabolitlərini yaradaraq qlütationla birləşirlər. Qlütaion çatışmazlığı olduqda bu metabolitlər hepatositlərin ferment sistemlərini bloklayır və onların nekrozuna səbəb ola bilər. Preparatın metabolizmində CYP2E1 izofermenti də iştirak edir. Yarımxaricolma dövrü (T½) 1-4 saatdır. Böyrəklər vasitəsilə (ilk gündə qəbul edilən terapevtik dozanın 90-100%-i) metabolitlər, əsasən konyuqatlar şəklində, cəmi 3%-i dəyişilməyərək xaric olunur. Yaşlı pasiyentlərdə preparatın klirensi azalır və yarımxaricolma dövrü artır.

İstifadəsinə göstərişlər

Ağrı sindromlarının və qızdırmalı vəziyyətlərin əksəriyyətində mülayim təsirli analgetik və qızdırmasalıcı preparat şəklində simptomatik terapiya: – başağrı (miqren və gərginliklə əlaqəli baş ağrıları daxil omaqla), diş ağrısı, boğaz ağrısı, bel ağrısı, əzələ ağrısı, revmatik ağrı (yüngül dərəcəli artritlər), ağrılı menstruasiyalar zamanı; – “soyuqdəymə” xəstəlikləri və qrip fonunda bədən temperaturunun yüksəlməsi zamanı.

Əks göstərişlər

– Parasetamola qarşı yüksək həssaslıq; – 6 yaşa qədər uşaqlar. Digər parasetamol tərkibli dərman vasitələrilə, soyuqdəymə xəstəliklərinin və qripin simptomlarının müalicəsi üçün istifadə olunan kombinəolunmuş preparatlarla eyni vaxtda istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: xoşxassəli hiperbilirubinemiyalar (o cümlədən Jilber sindromu zamanı), viruslu hepatit, qaraciyərin alkoqol zədələnməsi, yaşlı pasiyentlər, hamiləlik və laktasiya dövrü. Pasiyent mülayimdən daha ağır dərəcəli artritdən əziyyət çəkdikdə və ya ağrıkəsici preparatların müntəzəm istifadəsinə ehtiyac olduqda parasetamolu, yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Həkim təyinatı olmadan, preparatı 3 gündən artıq istifadə etmək məsləhət görülmür. Ağrı sindromu və ya qızdırma 3 gündən artıq davam etdikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək tələb olunur. Parasetamolun istifadəsindən sonra qaraciyər transplantasiyasını tələb edən və ya letal sonluqla nəticələnən kəskin qaraciyər çatışmazlığı halları daxil olmaqla, qaraciyərin ciddi zədələnməsi halları barədə məlumatlar mövcuddur. Tövsiyə olunan dozanı aşmaq olmaz. Qaraciyərin toksik zədələnməsinin qarşısını almaq məqsədilə müalicə müddətində alkoqoldan istifadə etmək olmaz. Parasetamol tərkibli digər preparatlarla eyni zamanda istifadə etmək olmaz. Tövsiyə olunan dozaları aşdıqda, gecikmiş ciddi qaraciyər zədələnməsi riskinin mövcudluğunu nəzərə alaraq, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, dərhal həkimə müraciət etmək lazımdır. Qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı, böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Qaraciyərin alkoqol xəstəliyinin qeyri-sirrotik forması olan pasiyentlərdə parasetamoldan istifadə etdikdə, doza həddinin aşılması riski daha yüksəkdir. Nadir hallarda parasetamolun istifadəsindən sonra anafilaksiya halları və digər hiperhəssaslıq reaksiyaları barədə məlumat verilmişdir. Allergik reaksiya əlamətləri (üzün, ağızın, boğazın ödemi, tənəffüsün çətinləşməsi, qaşınma və səpgi) yarandıqda həkimə müraciət etmək lazımdır. Preparatı uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Uşaqlarda istifadəsi Tabletlər 6 yaşa qədər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır. Qaraciyər və böyrək funksiyasının pozulması olan pasiyentlərdə, eləcə də yaşlı pasiyentlərdə istifadəsi Preparatın dozasının və istifadə tezliyinin xüsusi korreksiyası tələb olunmur, lakin parasetamolun sutkada 2,5 q (500 mq dozada 5 tablet və ya 200 mq dozada 12 tablet) maksimal dozasını aşmaq məsləhət görülmür. Laborator göstəricilərə təsiri Parasetamolla aparılan müalicə müddətində qan plazmasında qlükoza səviyyəsinin yüksəlməsi və qlikemik profilin müəyyən edilməsi nəticələrinin dəyişməsi müşahidə oluna bilər. Qanda sidik turşusunun və şəkər səviyyəsinin müəyyən edilməsi istiqamətində analizlər aparıldıqda, göstərilən preparatın istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır. Həzm pozğunluğu, kistoz vibroz, İİV-infeksiyası, aclıq, həddindən artıq arıqlama nəticəsində müşahidə olunan qlutation çatışmazlığı, parasetamolun doza həddinin hətta bir qədər aşılması (5 q və artıq) baş verdikdə belə, qaraciyərin ağır dərəcəli zədələnməsinin inkişaf etməsinə səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Parasetamolun və digər analgetiklərin və iltihabəleyhinə preparatların uzun müddət birlikdə istifadəsi böyrəklərin toksik zədələnməsinin inkişaf etməsi və böyrək çatışmazlığının başvermə riskini yüksəldir. Yüksək dozalarda parasetamolun və salisilatların eyni vaxtda uzun müddət istifadəsi böyrək və ya sidik kisəsi xərçənginin inkişaf etmə riskini yüksəldir. Qanyaranmanı tormozlayan preparatlar parasetamolun toksiklik təzahürünü gücləndirir. Uzun müddət istifadəsi zamanı parasetamol dolayı antikoaqulyantların (varfarin və digər kumarinlər) effektini gücləndirir ki, bu da qanaxma riskinin yüksəlməsinə səbəb olur, parasetamolun birdəfəlik dozası əhəmiyyətli effekt göstərmir. Qaraciyər fermentlərinin aktivatorları (barbituratlar, fenitoin, karbamazepin, rifampisin, zidovudin, difenin, fenitoin, etanol, flumesinol, fenilbutazon və trisiklik antidepressantlar) parasetamolun qaraciyərə toksik təsir riskini yüksəldirlər. Metoklopramid və domperidon parasetamolun sorulma sürətini yüksəldirlər, kolestiramin isə azaldır. Etanol kəskin pankreatitin inkişaf etməsinə səbəb olur. Preparat urikozurik preparatların aktivliyini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Preparatın, yalnız o zaman təyin edilə bilər ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Laktasiya dövrü Parasetamol ana südünə klinik əhəmiyyətsiz dərəcədə nüfuz edir. Preparatı laktasiya dövründə istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Parasetamol nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadə qaydası və dozası

Preparat daxilə (peroral) qəbul üçün nəzərdə tutulmuşdur. Böyüklər və yaşı 12-dən yuxarı olan yeniyetmələr: ehtiyac olduqda hər 4-6 saatdan bir 2 tablet 200 mq və ya 1 tablet (400-500 mq) 500 mq. Preparatın qəbulu arasında interval 4 saatdan az olmamalıdır. Parasetamolun maksimal sutkalıq dozası 4 q-ı aşmamalıdır. 6-12 yaşlı uşaqlar üçün parasetamolun dozası yaşdan və bədən çəkisindən asılı olaraq hesablanır. Birdəfəlik doza bədən çəkisinə 10-15 mq/kq, maksimal sutkalıq doza bədən çəkisinə 60 mq/kq təşkil edir. Bir qayda olaraq, ehtiyac olduqda 250-500 mq dozada (500 mq dozada ½-1 tablet) gündə 3-4 dəfə istifadə edilir. Preparatı 4 saatdan tez və sutkada 4 dəfədən çox qəbul etmək olmaz. Həkim məsləhəti olmadan preparatın istifadəsini 3 gündən artıq davam etdirmək olmaz. Bərk dərman formalarının udulması zamanı meydana çıxa biləcək çətinlikləri nəzərə alaraq, tablet formasında parasetamolu 6 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət görülmür.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İmmun sistemdə baş verən pozuntular: anafilaksiya, dəri səpgisi daxil olmaqla, hiperhəssaslıq dəri reaksiyaları, angionevrotik ödem, Stivens-Conson sindromu/toksik epidermal nekroliz. Qanyaradıcı orqanlarda baş verən pozuntular: anemiya, methemoqlobinemiya, trombositopeniya, aqranulositoz. Tənəffüs sistemində baş verən pozuntular: aspirinə və digər QSİƏP-ə qarşı həssas pasiyentlərdə bronxospazm. Qaraciyərdə baş verən pozuntular: qaraciyər transplantasiyasını tələb edən və ya letal sonluqla nəticələnən kəskin qaraciyər çatışmazlığı halları daxil olmaqla, qaraciyər funksiyalarının pozulması. Əlavə təsirlər yarandıqda, o cümlədən bu təlimatda qeyd edilməyən əlavə təsirlər baş verdikdə preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. Ehtimal edilən əlavə təsirlər barədə məlumatın verilməsi Pasiyentdə bu içlik vərəqədə qeyd edilən və ya edilməyən simptomlar yarandıqda, bu barədə həkimə məlumat vermək lazımdır.

Doza həddinin aşılması

Məsləhət görülən dozanı aşdıqda gecikmiş ciddi qaraciyər zədələnməsi riskinin mövcudluğunu nəzərə alaraq, hətta pasiyent özünü yaxşı hiss etdikdə belə, dərhal həkimə müraciət etmək tələb olunur. Parasetamolun doza həddinin aşılması yaşlı pasiyentlər və kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Doza həddinin letal sonluğa səbəb ola bilər. Böyüklərdə parasetamolu 10 q və daha çox miqdarda qəbuluqaraciyər zədələnməsinin baş verməsi mümkündür. Aşağıda göstərilən risk faktorları olan pasiyentlər tərəfindən parasetamolun 5 q-dan artıq dozada qəbul edilməsi, qaraciyər zədələnməsinə səbəb ola bilər: – karbamazepinin, fenobarbitalın, fenitoinin, primidonun, rifampisinin, dəlikli azıotunun, qaraciyər fermentlərini aktivləşdirən digər preparatların uzunmüddətli istifadəsi; – həddindən artıq miqdarda alkoqolun müntəzəm istifadəsi; – qlutation çatışmazlığı (qidalanmanın pozulması, mukovissidoz, İİV-infeksiyası, aclıq, həddindən artıq arıqlama). Parasetamolla doza həddinin aşılması zamanı ilk 24 saat ərzində kəskin zəhərlənmənin əlamətləri: ürəkbulanma, qusma, mədə ağrı, tərləmə, dəri örtüyünün avazıması. Qaraciyər zədələnməsi doza həddinin aşılmasından 12-48 saat sonra təzahür edə bilər. Qlükoza mübadiləsinin pozulması və metabolik asidoz inkişaf edə bilər. Ağır dərəcəli zəhərlənmə zamanı baş verən qaraciyər çatışmazlığı ensefalopatiyaya, qanaxmaya, hipoqlikemiyaya, beyin ödeminə və letal sonluğa йэвэк proqressivləşə bilər. Kəskin böyrək çatışmazlığı şiddətli bel ağrısı, sidikdə qanın və zülalın olması (yumaqlı bulanıq sidik) ilə təzahür edə bilər və hətta ağır dərəcəli qaraciyər zədələnməsi olmadan inkişaf edə bilər. Aritmiya və pankreatit mümkündür. Müalicəsi Doza həddinin aşılması baş verdikdə, təcili tibbi yardım vacibdir. Doza həddinin aşılmasının erkən simptomları olmadıqda belə pasiyenti dərhal xəstəxanaya çatdırmaq lazımdır. Parasetamolun həddindən artıq yüksək dozası 1 saat ərzində qəbul edildikdə, zərərçəkənə aktivləşdirilmiş kömür (20-30 q suda) kömür vermək vacibdir. Xəstəxanaya yerləşdirilənə qədər preparatın qəbulundan sonra 24 saat müddətində (optimal olaraq ilk 8 saat ərzində) bir saatdan bir pasiyentə 4 q dozada asetilsistein vermək lazımdır. Asetilsistein olmadıqda, eyni dozada metionindən istifadə etmək olar.

Buraxılış forması

Parasetamol 200 mq 10 tablet konturlu-yuvalı qablaşdırmada. 2 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə bilrikdə karton qutuya qqablaşdırılır. Parasetamol 500 mq 10 tablet konturlu-yuvalı qablaşdırmada. 2 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə bilrikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, işıqdan və nəmdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Borisov Dərman Preparatları Müəssisəsi ASC, Belarus Respublikası. Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: 8 (0177) 735612.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Parasetamol 200 mq N10 tablet” üçün ilk rəyi siz yazın.