Menovazin 25 ml məhlul Azərfarm

Dərman formasıMəhlul
Farmakoloji təsirYerli anesteziyaedici vasitə
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,70 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MENOVAZİN xaricə istifadə üçün məhlul

Tərkibi

Təsiredici maddələr: 25 ml məhlulun tərkibində 0,625 q mentol, 0,25 q anestezin, 0,25 q novokain vardır. Köməkçi maddələr: 70%-li etil spirti.

Təsviri

Rəngsiz, şəffaf, mentol qoxulu məhluldur.

Farmakoterapevtik qrupu

Yerli anesteziyaedici vasitə. ATC kodu: D04AB.

İstifadəsinə göstərişlər

Xaricə yerli ağrıkəsici vasitə kimi nevralgiya, mialgiya, artralgiya zamanı, qaşınma əleyhinə vasitə kimi qaşınan dermatozlarda istifadə olunur.

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq zamanı preparatın istifadəsi əks göstərişdir. Dərinin tamlığının pozulması. Nəzərdə tutulan istifadə nahiyəsində dərinin iltihabi xəstəlikləri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hamiləlik, laktasiya dövründə və uşaqlarda ehtiyatla istifadə edilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşkar olunmamışdır.

İstifadə qaydası və dozası

Sutkada 2-3 dəfə dərinin ağrıyan hissələrinə sürtülür. Müalicə kursu terapevtik təsirdən asılı olaraq, davam etdirilir. Lakin müddəti 3-4 həftədən artıq olmamalıdır. Ehtiyac olduqda, müalicə kursu təkrarlanır.

Əlavə təsirləri

Allergik reaksiyalar, kontakt dermatit mümkündür. Uzunmüddətli istifadə zamanı başgicəllənmə, ümumi zəiflik, arterial təzyiqin enməsi müşahidə oluna bilər.

Doza həddinin aşılması

Yerli istifadə zamanı doza həddinin aşılması az ehtimal olunur.

Buraxılış forması

25 ml məhlul, şüşə flakonda. Müvafiq sayda flakon içlik vərəqə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

◦ 12-15 C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yaralılıq müddəti 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

AZƏRFARM LTD, Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Menovazin 25 ml məhlul Azərfarm” üçün ilk rəyi siz yazın.