Medrol 16 mq N50 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qlükokortikosteroid dərman maddəsi |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
24,16 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MEDROL tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Methylprednisolone
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 4 mq, 16 mq və ya 32 mq metilprednizolon vardır. Köməkçi maddələr: laktoza monohidrat, saxaroza, maye parafin (yalnız 16 mq və 32 mq-lıq tabletlərdə), kalsium stearat, qarğıdalı nişastası.
Təsviri
Tabletlər 4 mq: Ağ rəngdə, elliptik formada, bir tərəfində çarpaz 2 bölgü xətti, digər tərəfində “Medrol 4” oyması olan tabletlərdir. Tabletlər 16 mq: Ağ rəngdə, elliptik formada, bir tərəfində çarpaz 2 bölgü xətti, digər tərəfində “Medrol 16” oyması olan tabletlərdir. Tabletlər 32 mq: Ağ rəngdə, elliptik formada, bir tərəfində çarpaz 2 bölgü xətti, digər tərəfində “UPJOHN 176” oyması olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Qlükokortikosteroid dərman maddəsi. ATC kodu: H02AB04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qlükokortikosteroidlər (QKS) hüceyrə membranlarından keçərək, spesifik sitoplazmatik reseptorlarla komplekslər əmələ gətirir. Sonra bu komplekslər hüceyrənin nüvəsinə daxil olaraq, DNT ilə (xromatinlə) birləşir və mRNT-nin transkripsiyasını və müxtəlif fermentlərin sonrakı sintezini stimullaşdırır; və məhz bununla QKS-in sistem istifadəsi zamanı effekti izah edilir. QKS nəinki təkcə iltihabi prosesə və immun cavab reaksiyasına əhəmiyyətli dərəcədə təsir göstərir, həmçinin karbohidrat, zülal və yağ mübadiləsinə də təsir edir. Onlar həmçinin ürək-damar sisteminə, skelet əzələlərinə və mərkəzi sinir sisteminə təsir göstərir. İltihabi prosesə və immun cavab reaksiyasına təsiri QKS-in istifadəsinə əksər göstərişlər onların iltihabəleyhinə, immunodepressiv və allergiyaəleyhinə xüsusiyyətlərilə bağlıdır. Bu xüsusiyyətlərin sayəsində aşağıdakı terapevtik effektlərə nail olunur: • iltihab ocağının ətrafında immunoaktiv hüceyrələrin sayının azalması; • vazodilatasiyanın zəifləməsi; • lizosomal membranların stabilləşməsi; • faqositozun inhibə edilməsi; • prostaqlandinlərin və onlara yaxın olan birləşmələrin əmələ gəlməsinin azalması. Metilprednizolonun 4 mq dozası 20 mq hidrokortizon kimi iltihabəleyhinə təsir göstərir. Metilprednizolon yalnız zəif mineralokortikosteroid aktivliyinə malikdir (200 mq metilprednizolon 1 mq dezoksikortikosterona ekvivalentdir). Karbohidrat və zülal mübadiləsinə təsiri QKS zülallara münasibətdə katabolik təsir göstərir. Xaric olan aminturşular qaraciyərdə qlükoneogenez prosesində qlükozaya və qlikogenə çevrilir. Periferik toxumalarda qlükozanın mənimsənilməsi zəifləyir ki, bu da, xüsusilə şəkərli diabetin inkişaf riski olan xəstələrdə hiperqlikemiya və qlükozuriyaya gətirib çıxara bilər. Yağ mübadiləsinə təsiri QKS lipolitik təsirə malikdir və bu, ilk növbədə ətraflarda təzahür olunur. QKS həmçinin lipogenetik təsir göstərir və bu, döş qəfəsi, boyun və baş nahiyəsində daha çox təzahür olunur. Bütün bunlar piy yığımlarının yenidən paylanmasına gətirib çıxarır. QKS-in maksimal farmakoloji aktivliyi plazmada konsentrasiyanın pik vəziyyətində deyil, ondan sonra təzahür olunur, deməli, preparatların təsiri ilk növbədə onların fermentlərin aktivliyinə təsir etməsilə bağlıdır. Metilprednizolon sintetik QKS hesab olunur. Farmakokinetikası Metilprednizolonun farmakokinetikası xəttidir və tətbiqi üsulundan asılı deyil. Sorulması Metilprednizolonun sorulması tez və əsasən nazik bağırsağın proksimal xissəsində baş verir; o, burada distal xissədə olduğundan təxminən 2 dəfə çox olur. Qan plazmasında maksimal konsentrasiyası (С )max təxminən 1,5-2,3 saatdan sonra əldə olunur. Metilprednizolonun zülallarla (albumin və transkortinlə) birləşməsi təxminən 40-90%-dir. Metilprednizolonun daxilə qəbulu zamanı biomənimsənilməsi adətən yüksək olur (82-89%). Aşkar paylanma həcmi 1,4 l/kq, onun ümumi klirensi isə təxminən 5-dən 6 ml/dəq/kq-a qədər təşkil edir. Metabolizmi Metilprednizolon qaraciyərdə metabolizmə uğrayır və keyfiyyət baxımından kortizolun metabolizmi ilə oxşardır. Əsas metabolitlər – 20β-hidroksimetilprednizolon və 20β-hidroksi-6α-metilprednizolondur. Metabolizm əsasən CYP3A4 izofermentinin maddəsilə həyata keçirilir (“Digər dərman maddələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Metilprednizolon geniş şəkildə toxumalara paylanır, hematoensefalik bayerdən keçir və ana südünə ifraz olunur. CYP3A4 izofermentinin digər substratları kimi metilprednizolon həmçinin toxumalarda paylanmaya və digər dərman maddələri ilə qarşılıqlı təsirinə təsir göstərən P-qlikoproteinin ATF ilə əlaqəli nəqli zülalların substratı ola bilər. Xaric olması Metabolitlər əsasən böyrəklərlə birləşməmiş şəkildə və həmçinin əsasən qaraciyərdə və qismən böyrəklərdə əmələ gələn qlükuronidlər və sulfatlar formasında xaric edilir. CYP3A4 izofermenti maddəsilə metabolizə olunan digər maddələr kimi metilprednizolon, həmçinin, adenozintrifosfatın membran nəqli prosesinə qoşula bilər, bu da onun toxumalarda paylanmasına və digər dərman maddələri ilə qarşılıqlı təsirinə təsir göstərir. Metilprednizolon – ara təsir müddətinə malik olan QKS- dir. Hüceyrədaxili aktivlik hesabına metilprednizolonun qan plazmasından yarımxaricolma dövrü (1,8 saatdan 5,2 saata qədər) və ümumiyyətlə orqanizmdən yarımxaricolma dövrü (təxminən 12-36 saat) arasında aşkar fərq müəyyən edilir. Qan plazmasında metilprednizolonun konsentrasiyası müəyyən edilmədiyi müddətdə belə, farmakoterapevtik təsiri saxlanılır.
İstifadəsinə göstərişlər
Endokrin xəstəliklər • Birincili və ikincili böyrəküstü vəzi çatışmazlığı (ilk seçim preparatları – hidrokortizon və ya kortizon; lazım gəldikdə sintetik analoqlar mineral kortikosteroidlərlə birlikdə istifadə edilə bilər; mineralokortikosteroidlərin əlavə edilməsi pediatrik təcrübədə xüsusi əhəmiyyət kəsb edir); • Böyrəküstü vəzilərin anadangəlmə hiperplaziyası; • Xroniki və yarımkəskin tireoidit; • Onkoloji xəstəlik fonunda hiperkalsiemiya. Dayaq-hərəkət aparatının xəstəlikləri (o cümlədən revmatik xəstəliklər) (kəskinləşmə zamanı və ya xəstəni kəskin vəziyyətdən çıxartmaq üçün qısamüddətli əlavə müalicə kimi) • Psoriatik artrit; • Revmatoid artrit, o cümlədən yuvenil revmatoid artrit (bəzi hallarda kiçik dozalarla dəstəkləyici terapiya tələb oluna bilər); • Ankilozlaşdırıcı spondilit; • Kəskin və yarımkəskin bursit; • Kəskin qeyri-spesifik tenosinovit; • Kəskin podaqra artriti; • Posttravmatik osteoartrit; • Osteoartrit zamanı sinovit; Birləşdirici toxumanın sistem xəstəlikləri (kəskinləşmə dövründə və ya bəzi hallarda dəstəkləyici terapiya kimi) • Kəskin revmokardit; • Sistem qırmızı qurdeşənəyi; • Sistem dermatomiozit (polimiozit); • Revmatik polimialgiya; • Nəhənghüceyrəli arteriit. Dəri xəstəlikləri • Pemfiqus; • Herpesformalı bulloz dermatit; • Ağır multiformalı eritema (Stivens-Conson sindromu); • Eksfoliativ dermatit; • Göbələkşəkilli mikoz; • Ağır psoriaz; Allergik reaksiyalar (adi terapiyanın effekt göstərmədiyi ağır və əlilliyə səbəb olan vəziyyətlər) • Mövsümi və ya bütün il boyu davam edən allergik rinit; • Zərdab xəstəliyi; • Bronxial astma; • Dərman maddələrinə qarşı hiperhəssaslıq reaksiyaları; • Kontakt dermatiti; • Atopik dermatit; Göz xəstəlikləri (gözlərin və köməkçi aparatın zədələnməsi ilə birlikdə ağır kəskin və xroniki allergik və iltihabı proseslər) • Buynuz qişanın kənarlarının allergik xoraları; • Gözün ön kamerasının iltihabı; • Diffuz arxa uveit və xorioidit; • Simpatik oftalmiya; • Allergik konyunktivit; • Keratit; • Xorioretinit; • Görmə sinirinin nevriti; • Optik nevritlər: İrit və iridosiklit. Tənəffüs orqanlarının xəstəlikləri • Simptomatik sarkoidoz; • Digər maddələrlə müalicəyə tabe olmayan Leffler sindromu; • Berillioz; • Müvafiq vərəməleyhinə kimyəvi müalicə ilə birlikdə ağciyərlərin ildırımsürətli və ya disseminəolunmuş vərəmi; Hematoloji xəstəliklər • Böyüklərdə idiopatik trombositopenik purpura; • Böyüklərdə ikincili trombositopeniya; • Qazanılmış (autoimmun) hemolitik anemiya; • Eritroblastopeniya (eritrositar anemiya); • Anadangəlmə (eritroid) hipoplastik anemiya. Onkoloji xəstəliklər (palliativ terapiya kimi) • Böyüklərdə leykozlar və limfomalar; • Uşaqlarda kəskin leykozlar.. Ödem sindromu • Uremiya ilə müşayiət olunmayan və ya idiopatik tipli nefrotik sindromlu və ya sistem qırmızı qurdeşənəyinin təsirindən yaranan nefrotik sindromlu xəstələrdə diurezin stimulyasiyası və proteinuriyanın remissiyasının əldə edilməsi üçün. Mədə-bağırsaq traktı xəstəlikləri (xoralı kolit, regonal enterit və spru xəstəliyi olan pasiyentləri kritik vəziyyətdən çıxarmaq üçün) • Xoralı kolit; • Regionar enterit. İstifadəsinə digər göstərişlər • Subaraxnoidal blokada və ya blokada təhlükəsi ilə müşayiət olunan vərəm meningiti (müvafiq vərəməleyhinə kimyəvi terapiya ilə birlikdə); • Sinir sisteminin və ya miokardın zədələnməsi ilə gedən trixinellyoz. Orqanların transplantasiyası
Əks göstərişlər
• Anamnezdə preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. • Sistem göbələk infeksiyaları. • MEDROL preparatının imunnosupressiv dozaları ilə eyni vaxtda canlı və ya zəiflədilmiş vaksinlərin tətbiqi. • Kəllə-beyin travması nəticəsində baş beyinin zədələnməsi. • Ana südü ilə qidalandırma dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
• Metilprednizolon ilə terapiyanın ağırlaşmaları dozadan və müalicənin davam etdirilmə müddətindən asılı olduğundan, hər bir konkret halda risk/fayda nisbətinin analizi əsasında bu cür müalicənin vacibliyi haqqında qərar qəbul edilir, həmçinin müalicənin davam etdirilmə müddəti və qəbulun tezliyi müəyyən edilir. • Preparatın kifayət dərəcədə terapevtik effektini təmin edən minimal effektiv dozasını qəbul etmək, lazım gəldikdə dozanın aşağı salınmasını tədricən həyata keçirmək lazımdır. • Metilprednizolon ilə terapiya fonunda müxtəlif psixi pozğunluqların inkişaf etməsi mümkündür: eyforiya, yuxusuzluq, əhval-ruhiyyənin dəyişilməsi, şəxsiyyətin dəyişilməsi və ağır depressiyadan kəskin psixi təzahürlərə qədər. Bundan başqa, artıq mövcud olan emosional qeyri-stabillik və psixi reaksiyalara qarşı meyllilik də güclənə bilər. • MEDROL preparatının tətbiqi zamanı ağır psixi pozulmaların yaranması mümkündür. Simptomlar adətən terapiya başladıqdan sonra bir neçə gün və ya həftə ərzində özünü göstərir. Əksər reaksiyalar ya dozanın azalmasından sonra, ya da preparatın qəbulunu dayandırıldıqdan sonra yox olur. Buna baxmayaraq, spesifik müalicə tələb oluna bilər. Metilprednizolonun qəbulunun dayandırılmasından sonra psixoloji effektlər qeydə alınmışdır; bu effektlərin inkişaf tezliyi məlum deyil. • Pasiyentlərə və/və ya onların qohumlarına pasiyentin psixi vəziyyətində dəyişiklik yarandığı halda (xüsusən də depressiv hal və intihara cəhdlər olduqda) tibbi yardım üçün müraciət etmələri ilə bağlı xəbərdarlıq etmək lazımdır. Həmçinin, pasiyentləri və ya onların qohumlarını preparatın dozasının aşağı salındığı zaman və ya ondan dərhal sonra, yaxud preparatın qəbulu tamamilə dayandırıldıqdan sonra psixi pozğunluqların yaranmasının mümkünlüyü barədə xəbərdarlıq etmək lazımdır. • Metilprednizolon ilə terapiya fonunda stresə məruz qala bilən pasiyentlərdə stres vəziyyətinə qədər, stres vaxtı və stresdən sonra preparatın dozasının artırılması göstərişdir. • Baxmayaraq ki, nəzarət olunan klinik tədqiqatlar metilprednizolonun dağınıq sklerozun ağırlaşması zamanı sağalma prosesini effektiv şəkildə sürətləndirməsini göstərsə də, metilprednizolonun bu xəstəliyin nəticəsinə və patogenezinə təsiri müəyyən edilməmişdir. Tədqiqatlar həm də göstərdi ki, lazımi effekti əldə etmək üçün metilprednizolonun kifayət qədər yüksək dozalarını təyin etmək lazımdır. • Metilprednizolonu qəbul edən pasiyentlərdə epidural lipomatozun inkişafı ilə bağlı məlumatlar mövcuddur. Bu, adətən yüksək dozalarla uzunmüddətli terapiya zamanı olur. • Metilprednizolonun immunsupressiv dozalarını qəbul edən pasiyentlərə canlı və ya zəiflədilmiş canlı vaksinlərin yeridilməsi əks göstərişdir, lakin öldürülmüş və ya inaktivləşdirilmiş vaksinlər yeritmək olar, amma bu cür vaksinlərin yeridilməsinə qarşı reaksiya zəifləyə bilər. İmmundepressiv təsir göstərməyən dozalarda metilprednizolon qəbul edən pasiyentlərdə müvafiq göstərişlərə görə immunizasiya aparıla bilər. • Metilprednizolon ilə terapiya fonunda bəzi infeksiyalar əlamətlərini gizlədə bilər, bundan başqa, yeni infeksiyalar da inkişaf edə bilər. Metilprednizolonun istifadəsi zamanı infeksiyalara qarşı davamlılığın zəifləməsi mümkündür, həmçinin orqanizmin infeksiya prosesini lokallaşdırmaq qabiliyyəti zəifləyir. İnsan orqanizminin müxtəlif sistemlərində lokallaşan viruslar, bakteriyalar, göbələklər, ibtidailər və ya helmintlər kimi müxtəlif patogen orqanizmlərin vasitəsilə törədilən infeksiyaların inkişaf etməsi həm monoterapiya şəklində, həm də hüceyrə immunitetinə, humoral immunitetə və ya neytrofillərin funksiyasına təsir göstərən digər immunodepressantlarla birlikdə metilprednizolonun istifadəsilə bağlı ola bilər. Bu infeksiyalar yüngül gedişatlı ola bilər, lakin bəzi hallarda ağır gedişatın və hətta letal nəticənin baş verməsi mümkündür. Həm də metilprednizolonun nə qədər yüksək dozaları qəbul edilərsə, infeksion ağırlaşmaların inkişaf ehtimalı da bir o qədər yüksək olar. • QKS vərəm xəstəliyinin müalicəsi zamanı müvafiq vərəməleyhinə kimyəvi terapiya ilə birlikdə təyin edildiyi vaxtda, aktiv vərəm zamanı MEDROL preparatından istifadəni ildırımsürətli və disseminəolunmuş vərəm halları ilə məhdudlaşdırmaq lazımdır. Əgər preparat latent vərəmli pasiyentlərə və ya tuberkulin sınağı müsbət nəticələnmiş xəstələrə təyin edilərsə, onda müalicə ciddi həkim müşahidəsi altında həyata keçirilməlidir, çünki prosesin reaktivləşməsi mümkündür. Metilprednizolonla davamlı müalicə zamanı bu cür pasiyentlər müvafiq profilaktik müalicə qəbul etməlidirlər. • Sadə herpes virusu tərəfindən törədilən gözlərin zədələnməsi zamanı buynuz qişanın perforasiyası ehtimalını nəzərə alaraq preparatı ehtiyatla tətbiq etmək lazımdır. • Metilprednizolon da daxil olmaqla, QKS qanda qlükozanın konsentrasiyasını artıra bilər, mövcud şəkərli diabetin gedişatını ağırlaşdıra bilər və uzunmüddətli terapiya fonunda şəkərli diabetə meylliliyə gətirib çıxara bilər. Bu xəstələrdə preparatın istifadəsi zamanı diqqətli olunmalı və xəstənin tez-tez monitorinqi aparılmalıdır. • Metilprednizolonun uzun müddətli istifadəsi arxa subkapsulyar kataraktanın, görmə sinirinin zədələnməsi ehtimalı ilə qlaukomanın əmələ gəlməsinə gətirib çıxara bilər və gözün ikincili göbələk və ya virus infeksiyasının qoşulmasına şərait yarada bilər. • Metilprednizolonla terapiya mərkəzi seroz xorioretinopatiyasının yaranmasına, bu isə öz növbəsində tor qişasının qopmasına gətirib çıxara bilər. • MEDROL preparatı ilə uzunmüddətli terapiya alan uşaqlar kəllədaxili hipertenziyanın yaranmasının yüksək risk qrupuna daxildirlər. • Metilprednizolonun yüksək dozada qəbulu uşaqlarda pankreatitin yaranmasına gətirib çıxara bilər. • Allergik reaksiyalar inkişaf edə bilər (məsələn, angionevrotik ödem). Metilprednizolonun tətbiqi zamanı, xüsusilə də anamnezində dərman preparatlarına allergik reaksiyaları olan pasiyentlərdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. • Preparatın tərkibində inək südündən əldə edilmiş laktoza mövcuddur. İnək südünə və ya onun komponentlərinə, yaxud digər süd məhsullarına qarşı təsdiqlənmiş və ya ehtimal olunan həsssaslığa malik pasiyentlərdə ehtiyatlı olmaq lazımdır, belə ki, tərkiblərində cüzi miqdarda süd inqredientlərinin iz miqdarı ola bilər. • Hidrokortizon və ya kortizonun orta və böyük dozaları arterial təzyiqin (AT) yüksəlməsinə, natrium ionlarının və suyun ləngiməsinə və kaliumun ekskresiyasının artmasına səbəb ola bilər. Sintetik QKS-in (o cümlədən metilprednizolonun) istifadəsi zamanı, onların yüksək dozalarda istifadə edildiyi hallar istisna olmaqla, bu effektlərin baş vermə ehtimalı daha az olur. Qida ilə qəbul edilən xörək duzunun məhdudlaşdırılması və kalium preparatlarının təyin edilməsi lazımdır. Bütün QKS kalsiumun xaric olmasını artırır. • Sistem QKS, həmçinin, MEDROL preparatı, baş beyinin travmatik zədələnməsinin müalicəsi üçün göstərilməyib və istifadə olunmamalıdır. Metilprednizolon natrium suksinat ilə müalicə alan pasiyentlərdə baş beyin zədələnməsindən sonra 2 həftə və ya 6 ay sonra letal nəticələrinin artması qeydə alınmışdır. Metilprednizolon natrium suksinatın təyini ilə birbaşa əlaqəsi qeydə alınmamışdır. • Osteoporoz metilprednizolonun yüksək dozalarda uzunmüddətli istifadəsi zamanı tez-tez rast gəlinən və bununla belə, nadir hallarda diaqnostika olunan arzuolunmaz reaksiyadır. • Preparatı uzun müddət ərzində hər gün sutkada bir neçə dəfə qəbul edən uşaqlarda boyatmanın ləngiməsi qeyd oluna bilər, buna görə də bu cür doza rejimini yalnız mütləq göstərişlərə görə tətbiq etmək lazımdır. Alternəedici terapiyadan istifadə adətən bu əlavə reaksiyadan qaçmağa və ya onu minimuma endirməyə imkan verir. Uşaqlarda MEDROL preparatının qəbulu zamanı pasiyentlərin normal boyatma və inkişafını nəzarətdə saxlamaq lazımdır. • Metilprednizolonla terapiya fonunda inkişaf edən böyrəküstü vəzin qabıq maddəsinin ikincili çatışmazlığının təzahürlərini dozanı tədricən azaltmaqla minimuma endirmək olar. Nisbi çatışmazlığın bu tipi müalicə başa çatdıqdan sonra bir neçə ay ərzində müşahidə edilə bilər, buna görə də bu dövrdə istənilən stres vəziyyətləri zamanı yenidən metilprednizolon təyin etmək lazımdır. Mineralokortikosteroidlərin ifrazı pozula biləcəyinə görə, paralel olaraq elektrolitlər və/və ya mineralokortikosteroidlər yeridilməlidir. • Metilprednizolonun daha güclü effekti hipotireozlu və qaraciyər sirrozlu pasiyentlərdə qeyd olunur. • İmmun sistemini zəiflədən preparatları qəbul edən pasiyentlər sağlam insanlarla müqayisədə infeksiyalara daha həssasdırlar. Məsələn, su çiçəyi və qızılça MEDROL preparatını qəbul edən immuniteti olmayan uşaqlar və ya böyüklərdə daha ağır gedişatlı ola və hətta letal nəticələrə gətirə bilər. • Metilprednizolonla terapiyanın gedişatında peptik xoranın inkişaf ehtimalı haqqında vahid fikir yoxdur. Metilprednizolonla terapiya peptik xoranın simptomlarını maskalaya bilər, bununla əlaqədar olaraq, güclü ağrı sindromu qeyd olunmadan perforasiya və ya qanaxmanın əmələ gəlməsi mümkündür. QKS ilə terapiya peritonitin simptomlarını, eləcə də perforasiya, obstruksiya və pankreatit kimi MBT funksiyasının pozulması ilə əlaqəli olan digər əlamət və simptomları maskalaya bilər. QSİƏP ilə eyni vaxtda istifadə zamanı MBT-da xoraların yaranması riski artır. • Metilprednizolonun yüksək dozalarda tətbiqi kəskin pankreatitin yaranmasına gətirib çıxara bilər. • Terapiyanın ləğvi fonunda aradan qalxan, geriyədönən qaraciyər zədələnməsinin əmələ gəlməsi barədə məlumatlar mövcuddur. Bu səbəbdən də, müvafiq monitorinq aparmaq lazımdır. • MEDROL preparatının ürək-damar sistemi tərəfindən dislipidemiya, arterial təzyiqin yüksəlməsi kimi bu cür arzuolunmaz reaksiyaları, preparatı yüksək dozalarda qəbul etdikdə və uzunmüddətli müalicə zamanı meyllilik olan pasiyentlərdə yeni reaksiyalara səbəb ola bilər. Bununla əlaqədar olaraq, ürək-damar sistemi xəstəliklərinə meyllilik olan pasiyentlərdə metilprednizolon ehtiyatla qəbul edilməli və ürək-damar sisteminin vəziyyətinin əlavə monitorinqinə xüsusi diqqət yetirilməlidir. • QKS qəbulu zamanı venoz tromboemboliya daxil olmaqla tromboz halları qeyd olunmuşdur. Buna görə də, hazırda tromboembolik ağırlaşmaları olan və ya bu ağırlaşmaların inkişafına meylliliyi olan pasiyentlərdə QKS ehtiyatla tətbiq edilməlidir. • Xoralı kolit zamanı, MBT divarlarının perforasiyası, abses və ya digər irinli infeksiyanın inkişafı təhlükəsi olduqda, həmçinin divertikulit, yeni bağırsaq anastomozları, aktiv və ya latent peptik xora, böyrək çatışmazlığı, arterial hipertenziya, osteoporoz, miasteniya gravis zamanı metilprednizolonu ehtiyatla təyin etmək lazımdır. • QKS ilə sistem terapiya alan, o cümlədən metilprednizolonla, feoxromositomadan əziyyət çəkən pasiyentlərdə krizlərin inkişafı halları (o cümlədən letal nəticə ilə) barədə məlumat verilmişdir. Feoxromositoma şübhəsi olan və ya təsdiqlənmiş pasiyentlərdə Metilprednizolonu yalnız risk/fayda nisbətinin dəqiq qiymətləndirilməsindən sonra tətbiq etmək lazımdır. • Metilprednizolonla terapiya alan pasiyentlərdə Kapoşi sarkomasının inkişaf halları qeyd edilmişdir (onun ləğv edilməsi zamanı klinik remissiya baş verə bilər). • Septik şokda MEDROL preparatının effektivliyi şübhə doğurur. Yüksək dozalarda qısamüddətli kurslarla preparatın tətbiqinə sistemli baxışın nəticələri onun bu cür rejimdə tətbiqi imkanını dəstəkləmir. Lakin, belə ehtimal olunur ki, MEDROL preparatının aşağı dozalarda uzunmüddətli kurslarla (5-11 gün) qəbulu letallığı azalda bilər. MEDROL preparatının terapevtik dozalarda uzunmüddətli dövrdə tətbiqi zamanı hipotalamo-hipofizar- böyrəküstü vəzi sisteminin supressiyası (ikincili adrenokortikal çatışmazlıq) yarana bilər. Adrenokortikal çatışmazlığın dərəcəsi və müddəti hər bir pasiyentdə fərdidir və doza, qəbul tezliyi, qəbul vaxtı və terapiya müddətindən asılıdır. Preparatı günaşırı qəbul etməklə və ya dozanı tədricən azaltmaqla bu effektin nəzərə çarpmasını azaltmaq mümkündür (“İstifadə qaydası və dozası” bölməsinə bax). • Bundan başqa, letal nəticəyə gətirə bilən kəskin böyrəküstü vəzi çatışmazlığının inkişafı MEDROL preparatının qəbulunun qəfil dayandırılması zamanı mümkün ola bilər. • Kortikosteroidlər, o cümlədən metilprednizolon qəbulu zamanı kəskin sklerodermik nefropatiyanın inkişaf tezliyinin artması müşahidə olunduğuna görə, sistemli sklerodermiyalı pasiyentlərdə ehtiyatlı olmaq lazımdır. • Metilprednizolon İtsenko-Kuşinq sindromunun klinik təzahürlərini gücləndirə bildiyi üçün İtsenko- Kuşinq xəstəliyi olan pasiyentlərdə metilprednizolonun tətbiqindən çəkinmək lazımdır. • Kəskin miopatiya sinir-əzələ keçiriciliyinin pozulması (məsələn, miasteniya qravis zamanı) olan pasiyentlərdə və ya periferik miorelaksantlar (məsələn, pankuronium bromid) kimi n-xolinolitik preparatları eyni vaxtda qəbul edən pasiyentlərdə metilprednizolonun yüksək dozalarda tətbiqi zamanı daha tez-tez inkişaf edir. Bu cür kəskin miopatiya generalizə xarakter daşıyır, göz və tənəffüs sisteminin əzələlərini zədələyə bilər, tetraparezin inkişafına gətirib çıxara bilər. Kreatinkinazanın səviyyəsinin artması mümkündür. Bununla belə metilprednizolonun qəbulunun dayandırılmasından sonra yaxşılaşma və ya sağalma yalnız bir neçə həftə və ya hətta bir neçə il sonra baş verə bilər. • Görünür ki, böyrəküstü vəzi çatışmazlığına aid olmayan “kəsmə” sindromu həmçinin MEDROL preparatının qəbulunun kəskin dayandırılması nəticəsində yarana bilər. Bu sindroma anoreksiya, ürəkbulanma, qusma, letargiya, baş ağrısı, qızdırma, oynaqlarda ağrı, dərinin qabıqlanması, mialgiya, bədən kütləsinin azalması və/və ya AT-nin azalması kimi simptomlar daxildir. Güman edilir ki, bu təsirlər qan plazmasında metilprednizolonun konsentrasiyasının azalması səbəbinə görə deyil, metilprednizolonun qan plazmasında kəskin konsentrasiya tərəddüdü ilə bağlı baş verir. • Preparatın kanserogen və mutagen təsirləri, həmçinin onun reproduktiv funksiyaya mənfi təsir göstərməsi müəyyən edilməmişdir. Aşağıdakı hallarda ehtiyatla istifadə etmək lazımdır Mədə və onikibarmaq bağırsağın xorası, ezofagit, qastrit, kəskin və ya latent peptik xora, bağırsaq anastomozu (yaxın anamnezdə), perforasiya və ya abses təhlükəsi olan xoralı kolit, divertikulit; şəkərli diabet və ona qarşı meyllilik; hiperlipidemiya; miasteniya gravis, osteoporoz, hipotireoz, hipertireoz, kəskin psixoz, kəskin və yarımkəskin miokard infarktı, xroniki ürək çatışmazlığı, arterial hipertenziya, qıcolmalar, qaraciyər (xüsusilə də hipoalbuminemiya ilə müşayiət olunan) və ya böyrəklərin funksiyalarının ağır pozğunluğu, açıqbucaqlı qlaukoma, sadə herpes (göz forması), su çiçəyi, qızılca, stronqiloidoz, QİÇS, İİV-infeksiyası; aktiv və latent vərəm xəstəliyi, ağır bakterial və ya viruslu infeksion xəstəlikləri (superinfeksiyanın inkişaf riskini artırır, xəstəliyin simptomlarını maskalayır), preparatı yalnız spesifik mikrobəleyhinə terapiya fonunda qəbul etmək yolveriləndir; tromboembolik ağırlaşmaları olan və ya bu ağırlaşmaların inkişafına meylliliyi olan pasiyentlərdə; uşaqlarda (xüsusilə uzun-müddətli terapiya zamanı); yaşlılıq (osteoporoz və arterial hipertenziyanın yüksək inkişaf riski); laktozaya, fruktozaya qarşı dözümsüzlük, laktaza, saxaraza/izomaltaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası; kortikosteroidlər, o cümlədən metilprednizolon qəbulu zamanı kəskin sklerodermik nefropatiyanın inkişaf tezliyinin artması müşahidə olunduğuna görə, sistemli sklerodermiyalı pasiyentlərdə. Digər dərman maddələri ilə qarşılıqlı təsiri CYP3A4 izofermentinin inhibitorları – CYP3A4 izofermentini ləngidən dərman maddələri olub, qaraciyər klirensini aşağı salır və bu izofermentin substratlarının (məsələn, metilprednizolonun) plazma konsentrasiyasını artırırlar. CYP3A4 izofermentinin inhibitoru ilə eyni vaxtda istifadəsi zamanı doza həddinin aşılmasının qarşısını almaq üçün metilprednizolonun dozasının düzəliş olunması tələb oluna bilər. CYP3A4 izofermentinin induktorları – CYP3A4 izofermentini induksiya edən dərman maddələri olub, adətən qaraciyər klirensini artırırlar, bu da öz növbəsində, CYP3A4 izofermentinin substratları olan preparatların plazma konsentrasiyasının azalmasına gətirib çıxarır. Metilprednizolonla eyni vaxtda istifadəsi zamanı, lazımi effektə nail olmaq üçün metilprednizolonun dozasının artırılması tələb oluna bilər. CYP3A4 izofermentinin substratları – CYP3A4 izofermentinin digər substratı ilə eyni vaxtda istifadəsi zamanı metilprednizolonun qaraciyər klirensi ya azala, ya da arta bilər. Bu hallarda dozanın müvafiq tənzimlənməsi vacibdir. Belə ehtimal var ki, metilprednizolonun istifadəsi fonunda əlavə reaksiyalar daha çox CYP3A4 izofermentinin digər substratı ilə eyni vaxtda istifadəsi zamanı yarana bilər. Dərman maddəsi (qarşılıqlı təsir Qarşılıqlı təsir: farmakokinetik parametrlərin dəyişməsi mexanizmi) (%) Antibakterial preparatlar CYP3A4 izofermentinin inhibitoru. Bundan başqa, – izoniazid metilprednizolon izoniazidin asetilləşmə dərəcəsini və klirensini artırır. Antibiotiklər, CYP3A4 izofermentinin induktoru vərəməleyhinə preparatlar – rifampisin Peroral antikoaqulyantlar Metilprednizolonun peroral antikoaqulyantların effektinə təsiri müxtəlifdir. Metilprednizolonla eyni vaxtda qəbul edildikdə onların effektinin həm artması, həm də azalması haqqında məlumatlar mövcuddur. Bu səbəbdən, istənilən antikoagulyant effektə nail olmaq üçün laxtalanma indeksləri müntəzəm olaraq izlənilməlidir. Epilepsiyaəleyhinə maddələr CYP3A4 izofermentinin induktoru (və substratı) – karbamazepin Epilepsiyaəleyhinə maddələr CYP3A4 izofermentinin induktorları – fenobarbital – fenitoin N-xolinolitiklər (miorelaksantlar) Metilprednizolon xolinolitik preparatlara təsir edə bilər. Eyni vaxtda yüksək dozalarda metilprednizolonun və n- xolinolitiklərinin qəbulu zamanı kəskin miopatiyanın inkişafı haqqında məlumatlar mövcuddur. Eyni zamanda metilprednizolon qəbul edən pasiyentlərdə pankuroniyum və vekuroniyumun effektlərinin antaqonizmi bütün rəqib n-müşahidə olunmuşdur. Bu effekti xolinolitiklərinin istifadəsi zamanı gözləmək mümkündür. Xolinesterazanın inhibitorları Metilprednizolon miasteniya gravis olan pasiyentlərdə xolinesteraza inhibitorlarının effektini azalda bilər. Hipoqlikemik preparatlar MEDROL preparatı qan plazmasında qlükozanın konsentrasiyasını artıra bildiyi üçün hipoqlikemik preparatların dozasını tənzimləmək lazımdır. Qusmaəleyhinə CYP3A4 izofermentinin inhibitorları (və substratları) – aprepitant – fosaprepitant Aromatazanın inhibitorları Aminoqlutetimidin yaratdığı böyrəküstü vəzi funksiyasının – aminoqlutetimid ləngidilməsi MEDROL preparatı ilə uzunmüddətli terapiya nəticəsində yaranan endokrin dəyişikliklərə mane ola bilər. “Ləng” kalsium kanallarının CYP3A4 izofermentinin inhibitoru (və substratı) blokatorları – diltiazem Qreypfrut şirəsi CYP3A4 izofermentinin inhibitoru Kontraseptivlər (oral) CYP3A4 izofermentinin inhibitoru(və substratı) -etinilestradiol -noetindron İmmunodepressantlar CYP3A4 izofermentinin inhibitoru (və substratı) – siklosporin Siklosporin və metilprednizolonun eyni vaxtda qəbulu zamanı qarşılıqlı olaraq metabolizmin zəifləməsi müşahidə olunur, bu da bir və ya hər iki preparatların plazma konsentrasiyalarının artmasına gətirib çıxara bilər. Buna görə də, ehtimal var ki, preparatların ayrılıqda qəbulu zamanı ortaya çıxan əlavə Dərman maddəsi (qarşılıqlı təsir Qarşılıqlı təsir: farmakokinetik parametrlərin dəyişməsi mexanizmi) (%) effektlər onların birgə istifadəsi zamanı daha tez-tez yarana bilər. Bu preparatların birgə istifadəsi zamanı qıcolma halları müşahidə olunmuşdur. İmmunodepressantlar CYP3A4 izofermentinin substratları – siklofosfamid – takrolimus Antibiotiklər-makrolidlər CYP3A4 izofermentinin inhibitorları (və substratları) – klaritromisin – eritromisin Antibiotiklər-makrolidlər CYP3A4 izofermentinin inhibitoru – troleandomisin Qeyri-steroid iltihabəleyhinə prepa- Metilprednizolon və QSİƏP-lərin eyni vaxtda istifadəsi ratlar (QSİƏP) zamanı mədə-bağırsaq qanaxması və xoralanmasının əmələ gəlməsi riski yüksələ bilər.- yüksək dozalarda aspirin (asetilsalisil turşusu) Metilprednizolon uzun müddət yüksək dozada qəbul edilən aspirinin klirensini artıra bilər. Bununla da, salisilatların qan plazmasında konsentrasiyasının azalması metilprednizolonun qəbulu dayandırıldıqda salisilatların toksikliyinin yüksək inkişaf riskinə gətirib çıxara bilər. Qan plazmasında kaliumun MEDROL preparatının və qan plazmasında kaliumun konsentrasiyasını azaldan preparatlar konsentrasiyasını azaldan preparatlarının (məsələn, diuretiklər) eyni vaxtda istifadəsi zamanı pasiyentlər hipokaliemiyanın inkişafının mümkünlüyü ilə əlaqədar olaraq diqqətli nəzarət altında olmalıdırlar. Həmçinin, nəzərə almaq βlazımdır ki, MEDROL preparatı ilə ksantin və ya 2- aqonistlərin eyni vaxtda istifadəsi zamanı hipokaliemiyanın yüksək inkişaf riski mövcuddur. Virusəleyhinə preparatlar CYP3A4 izofermentinin inhibitorları (və substratları). – İİV proteazanın inhibitorları İndinavir və ritonavir kimi İİV proteazanın inhibitorları qan plazmasında metilprednizolonun konsentrasiyasını artıra bilər. Metilprednizolon İİV proteazanın inhibitorlarının metabolizmini gücləndirə bilər, bu da qan plazmasında konsentrasiyanın aşağı düşməsinə gətirib çıxaracaq. Dərman maddələrinin qarşılıqlı təsirinin aşağıda verilmiş nümunələri mühüm klinik əhəmiyyət kəsb edə bilər. Qaraciyərin mikrosomal fermentlərinin induktorlarının (efedrin, teofillin, fenobarbital, fenitoin, rifampisin) təsirindən metilprednizolonun terapevtik təsiri zəifləyir ki, bu da arzuolunan effektin əldə edilməsi üçün preparatın dozasının artırılmasını tələb edə bilər. Oleandomisin, ketokonazol, itrakonazol, diltiazem, peroral estrogen tərkibli kontraseptivlər, qreypfrut şirəsi metilprednizolonun metabolizmini azalda və onun klirensini aşağı sala bilərlər, metilprednizolonun yarımxaricolma dövrünü, terapevtik və toksiki effektlərini artıra bilərlər. Bu halda doza həddinin aşılması hallarına yol verməmək üçün metilprednizolonun dozasını aşağı salmaq lazımdır. Asetilsalisil turşusunu və QSİƏP-ləri metilprednizolonla birlikdə xüsusi ehtiyatla istifadə etmək lazımdır. Hipokaliemiyanın yaranması ilə əlaqəli olaraq ürək qlikozidlərinin toksikliyini artırır (aritmiyaların inkişafı). Tiazid diuretiklər, karboanhidrazanın inhibitorları, digər QKS və amfoterisin B hipokaliemiyanın, natrium tərkibli preparatlar – ödemlərin və AT-nin yüksəlməsinin inkişaf riskini artırır. Alkoqol MBT-nin ulserasiyasının və qanaxmanın inkişaf təhlükəsini artırır. Artritin müalicəsində QSİƏP ilə kombinasiya zamanı terapevtik effektin cəmlənməsi ilə əlaqədar olaraq metilprednizolonun dozasının aşağı salınması mümkündür. Parasetamolla kombinasiyada hepatotoksikliyin inkişaf riski artır (qaraciyər fermentlərinin induksiyası və parasetamolun toksiki metabolitinin əmələ gəlməsi). Metilprednizolon hipoqlikemik maddələrin təsirini zəiflədir. Eyni vaxtda antasidlərin təyin edilməsi metilprednizolonun sorulmasını zəiflədir. Metilprednizolonun yüksək dozaları somatotropinin effektivliyini azaldır. Metilprednizolonla kombinasiyada androgenlər ödemlərin inkişaf riskini artırır. Metilprednizolon vaksinlərin effektivliyini azaldır (metilprednizolon fonunda canlı vaksinlər xəstəlik əmələ gətirə bilər). Mitotan və böyrəküstü vəzin qabıq qatının funksiyasının digər inhibitorları dozanın artırılmasının vacibliyini müəyyən edə bilərlər. Antitireoid preparatlar və tireoid hormonlar: metilprednizolonun klirensi hipotireoz zamanı azalır və hipertireoz zamanı artır, buna görə də metilprednizolonun dozasını funksional testlərin nəticələri əsasında seçmək lazımdır. Metilprednizolon meksiletinin metabolizmini sürətləndirir ki, bu da, xüsusilə də “sürətli” asetilyatorlarda, preparatın plazma konsentrasiyasının azalmasına gətirib çıxarır. MEDROL preparatının istifadəsi zamanı dəri sınaqları aparıldıqda reaksiyaların ləngiməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, QKS-in tətbiqi fertilliyin azalmasına gətirib çıxarır. Heyvanlar üzərində aparılan bəzi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, QKS-in yüksək dozalarının dişi heyvanlara yeridilməsi döldə inkişaf qüsurlarının yaranmasına gətirib çıxara bilər. QKS-in insanın reproduktiv funksiyasına təsirinə dair müvafiq tədqiqatlar hələlik aparılmadığından və metilprednizolonun mümkün zərərini istisna etmək mümkün olmadığı üçün, hamiləlik zamanı və ya hamiləlik planlaşdıran qadınlarda MEDROL preparatının istifadəsi yalnız o halda göstərilib ki, anada metilprednizolonun istifadəsindən gözlənilən müalicəvi effekt ana və dölə olan mənfi təsir riskini üstələsin. QKS hamiləlik zamanı yalnız mütləq göstərişlər olduqda təyin edilməlidir. QKS ciftdən asanlıqla keçir. Retrospektiv tədqiqatların birində hamiləlik zamanı QKS qəbul edən analarda az çəkili uşaqların doğulma hallarının başvermə tezliyində artım qeyd edilmişdir. Tədqiqatlarda müəyyən edilmişdir ki, az çəkili uşaqların doğulma riski dozadan asılıdır və QKS-in daha aşağı dozalarının yeridilməsi yolu ilə minimuma endirilə bilər. Hamiləlik zamanı QKS-in yüksək dozalarını qəbul etmiş analardan doğulmuş uşaqlar böyrəküstü vəzilərin hipofunksiyasının ehtimal olunan simptomlarını aşkar etmək məqsədilə hərtərəfli müayinə olunmalıdırlar. Lakin buna baxmayaraq, doğulana qədər QKS təsirinə məruz qalmış körpələrdə böyrəküstü vəzi çatışmazlığı nadir hallarda müşahidə olunur. Hamiləlik zamanı anaları metilprednizolon qəbul etmiş yenidoğulmuşlarda kataraktanın inkişafı halları müşahidə olunub. QKS-in doğuşların gedişinə və nəticəsinə təsiri məlum deyil. QKS ana südünə keçir, buna görə də MEDROL preparatının təyin edilməsi lazım gəldikdə, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Başgicəllənmə, görmə qabiliyyətinin pozulması və halsızlığın yaranması ilə əlaqədar MEDROL preparatının istifadəsi zamanı nəqliyyat vasitələrini idarə edən və yüksək diqqət konsentrasiyası və cəld hərəkət reaksiyası tələb edən fəaliyyət növləri ilə məşğul olan şəxslər ehtiyatlı olmalıdırlar.
İstifadə qaydası və dozası
Daxilə. Preparatın başlanğıc dozası xəstəliyin xarakterindən asılı olaraq sutkada 4 mq-dan 48 mq-a qədər metilprednizolon təşkil edə bilər. Daha az ağır xəstəliklər zamanı daha aşağı dozalardan istifadə etmək adətən kifayət edir, bununla belə, bəzi xəstələr üçün daha yüksək dozalar tələb oluna bilər. Əgər kifayət qədər müddətdən sonra kafi klinik effekt əldə olunmazsa, preparatdan imtina etmək və xəstəyə terapiyanın digər növünü təyin etmək lazımdır. Qeyd etmək lazımdır ki, tələb olunan doza dəyişilə bilər və o, xəstəliyin xarakterindən və xəstənin terapiyaya reaksiyasından asılı olaraq fərdi şəkildə seçilməlidir. Uzunmüddətli terapiyadan sonra preparatın qəbulunun dayandırılmasını tədricən həyata keçirmək tövsiyə edilir. Müalicə zamanı yaxşı effekt alındıqda, ilkin dozanı müəyyən zaman fasilələrlə, əldə edilmiş klinik effektin dəstəklənməsinə imkan verən daha kiçik doza tapılana qədər tədricən azaltmaqla xəstə üçün fərdi dəstəkləyici dozanı seçmək lazımdır. Yadda saxlamaq lazımdır ki, preparatın doza rejiminə daimi olaraq nəzarət edilməlidir. Dozanın korreksiya edilməsi tələb olunan vəziyyətlər yarana bilər, məsələn, remissiyanın baş verməsi və ya xəstəliyin kəskinləşməsilə bağlı olan klinik vəziyyətin dəyişilməsi, xəstənin preparata qarşı fərdi reaksiyası, həmçinin terapiyanın yönəldiyi əsas xəstəliklə birbaşa bağlı olmayan stres vəziyyətlərinin xəstəyə təsiri; sonuncu halda xəstənin vəziyyətindən asılı olan müəyyən dövr ərzində preparatın dozasını artırmağa ehtiyac yarana bilər.
Əlavə təsirləri
İnfeksion və parazitar xəstəliklər: opportunistik infeksiya, infeksiya, infeksiyanın maskalanması, gizli infeksiyanın aktivləşməsi, peritonit*. Qana və limfatik sistemə: leykositoz. Maddələr mübadiləsinə və qidalanmaya: metabolik asidoz, natriumun ləngiməsi, orqanizmdə mayenin ləngiməsi, kaliumun orqanizmdən xaricolma sürətinin artması və hipokaliemik alkaloz, zülalların katabolizminin səbəbindən mənfi azot balansı, dislipidemiya, qlükozaya tolerantlığın pozulması, şəkərli diabet xəstələrində insulin və ya peroral hipoqlikemik dərman maddələrinə ehtiyacın çoxalması, lipomatoz, artmış iştaha (bədən çəkisinin artmasına səbəb ola bilər). Skelet-əzələ sisteminə və birləşdirici toxumalarına: artralgiya, mialgiya, “steroid” miopatiyası, əzələ zəifliyi, əzələ atrofiyası, neyropatik artropatiya, osteoporoz, osteonekroz, patoloji sınıqlar, uşaqlarda boyatmanın ləngiməsi. Mədə-bağırsaq traktına (MBT): deşilmə və qanaxma ehtimalı olan peptik xora, mədə qanaxması, pankreatit, ezofagit, xoralı ezofagit, bağırsaq divarının perforasiyası, qarın köpü, qarın nahiyəsində ağrı, diareya, dispepsiya, ürəkbulanma. Klinik və laborator tədqiqatların göstəricilərə: sidikdə kalsium miqdarının artması, qan plazmasında kalium konsentrasiyasının azalması, dəri sınaqlarının aparılması zamanı reaksiyaların ləngiməsi, karbohidratlara qarşı tolerantlığın azalması, qan plazmasında sidik cövhəri konsentrasiyasının artması. QKS ilə müalicədən sonra qan plazmasında alanintransaminaza (ALT), aspartattransaminaza (AST) və qələvi fosfatazanın aktivliyinin artması müşahidə edilmişdir. Adətən bu dəyişikliklər cüzi olur, hər hansı klinik sindromlarla əlaqəli olmur və müalicə dayandırıldıqdan sonra geridönən olur. Dəriyə və dərialtı toxumalara: angionevrotik ödem, akne, hirsutizm, yaraların ləng sağalması, petexiyalar və ekximozlar, dərinin nazilməsi və davamlılığının azalması, eritema, hiperhidroz, dəri qaşınması, səpgi, dəri atrofiyası, striyalar, övrə. Cinsi orqanlara və süd vəzilərinə: menstrual siklin pozulmaları. Endokrin sisteminə: QKS-in “kəsmə” sindromu, İtsenko-Kuşinq sindromunun inkişafı, hipofiz- böyrəküstü vəzi sisteminin ləngidilməsi. Psixikaya: qeyri-adekvat davranış, affektiv pozulmalar (həmçinin, emosional labillik, depressiya, eyforiya, dərman asılılığı, intihar fikirləri), narahatlıq, şüurun qarışması, yuxusuzluq, qıcıqlanma, psixi pozğunluqları, əhval-ruhiyyənin dəyişkənliyi, şəxsiyyətin dəyişməsi, psixotik davranışlar, psixotik pozuntular (həmçinin, maniya, delyuziyalar, hallüsinasiyalar və şizofreniya (və ya şizofreniyanın kəskinləşməsi). Sinir sisteminə: kəllədaxili təzyiqin yüksəlməsi (görmə siniri diskinin ödemi ilə (xoşxassəli kəllədaxili hipertenziya)), baş beyinin yalançı şişi, qıcolmalar, amneziya, koqnitiv pozğunluqlar, başgicəllənmə, baş ağrısı, epidural lipomatoz. Görmə orqanına: katarakta, görmə sinirinin zədələnməsinin riski ilə gözdaxili təzyiqin artması, ekzoftalm, ekzoftalm, xorioretinopatiya, qlaukoma, buynuz qişa və skleranın nazikləşməsi. Eşitmə orqanına və vestibulyar aparata: vertiqo. İmmun sisteminə: hiperhəssaslıq reaksiyaları (anafilaktik və anafilaktoid reaksiya). Ürəyə: xroniki ürək çatışmazlığı (meylliliyi olan pasiyentlərdə). Damar sisteminə: tromboz, arterial təzyiqin yüksəlməsi, arterial təzyiqin aşağı düşməsi, ağciyər arteriyasının tromboemboliyası. Tənəffüs sisteminə, döş qəfəsi və divararalığı orqanlarına: hıçqırma. Ümumi pozğunluqlar və tətbiq edilən nahiyədə pozulmalar: artmış yorğunluq, zəiflik, periferik ödemlər, halsızlıq. Travmalar, intoksikasiyalar və manipulyasiyaların ağırlaşmaları: fəqərə sütununun kompression sınığı, sümüklərin kortikal qatının aseptik epifizionekrozu, vətərin, xüsusilə də Axill vətərinin cırılması. * MBT orqanlarının xəstəlikləri zamanı (mədə və bağırsaq divarlarının perforasiyası, pankreatit) əsas və ağır ağırlaşma peritonit hesab olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Doza həddinin aşılması
Doza həddinin kəskin aşılmasının klinik sindromu təsvir edilməmişdir. Metilprednizolonun doza həddinin aşılması zamanı kəskin toksiklik və ölüm halları haqqında məlumatlar çox nadirdir. Spesifik antidot mövcud deyil. Uzun müddət ərzində tez-tez təkrar qəbul edilmələr (hər gün və ya həftədə bir neçə dəfə) İtsenko-Kuşinq sindromunun və QKS ilə uzunmüddətli terapiya üçün xarakterik olan digər ağırlaşmaların inkişaf etməsinə gətirib çıxara bilər. Müalicəsi simptomatikdir. Metilprednizolon dializ zamanı xaric edilir.
Buraxılış forması
Tabletlər 4 mq • 10 tablet, PVX/Al folqadan hazırlanmış blisterdə. 1, 3 və ya 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. • 30 tablet, tünd rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Tabletlər 16 mq • 10 və ya 14 tablet, PVX/Al folqadan hazırlanmış blisterdə. 1 blister (14 tablet) və ya 5 blister 10 tabıet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. • 50 tablet, tünd rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Tabletlər 32 mq • 20 və ya 50 tablet, tünd rəngli şüşə flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yatarlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Pfizer Italia S.r.L.”, İtaliya. Ünvan Marino del Tronto, 63100 Ascoli Piceno, İtaliya. Qeydiyyat şəhadətnaməsinin sahibi “Pfizer HCP Corporation”, ABŞ. Ünvan nd 235 East 42 Street, New York, NY 10017, ABŞ.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.