LORINDEN C 15 GR MELHEM

Dərman formasıMəlhəm
Farmakoloji təsirYerli istifadə üçün qlükokortikosteroid+ mikrobəleyhinə vasitə
İstehsal ölkəsiPolşa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,18 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

LORİNDEN C xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Kliochinol + Flumetasone

Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,2 mq flumetazon pivalat, 30,0 mq klioxinol vardır. Köməkçi maddələr:arı mumu, vazelin.

Təsviri

Açıq sarı və ya boz çalarlı ağ rəngli yağlı kütlədir. Tək-tək yumşaq kristalların toplanması yol veriləndir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlükokortikosteroid+ mikrobəleyhinə vasitə. ATC kodu: D07BB01.

Farmakoloji xüsusiyyətləri

Lorinden® C yerli istifadə üçün kombinəolunmuş preparatdır, təsiri tərkibinə daxil olan qlükokortikosteroid flumetazon və antibakterial vasitə klioxinolla əlaqədardır. Flumetazon mülayim iltihabəleyhinə aktivliyə malik yerli istifadə üçün sintetik qlükokortiko- steroiddir. Tez zamanda baş verən iltihabəleyhinə, qaşınmaəleyhinə və allergiyaəleyhinə təsir göstərir. Yerli damardaraldıcı təsirinin nəticəsində ekssudativ reaksiyaları azaldır. Klioxinol bəzi qrammüsbət və qrammənfi mikroorqanizmlərə və qarşı antibakterial aktivliyə və zəif göbələkəleyhinə təsirə malikdir. Farmakokinetikası Sorulması Applikasiyadan sonra flumetazon dərinin buynuz qişasına nüfuz edir, az miqdarda qana sorulmaq qabiliyyətinə malikdir və sistem təsir göstərir. Flumetazonun sorulması dərinin nazik hissəsində, büküşlər olan nahiyədə, üzdə istifadə zamanı, okklyuzion sarğılardan və dərinin geniş nahiyəsində istifadəsi zamanı güclənir. Qlükokortikosteroidlərin sorulması uşaqlarda böyüklərə nisbətən güclüdür. Metabolizmi Dəri vasitəsilə absorbsiya olunan flumetazon qaraciyərdə metabolizmə uğrayır. Xaric olması Böyrəklər vasitəsilə və az miqdarda ödlə, əsasən qlükuron turşusu ilə birləşmə şəklində və əhəmiyyətsiz miqdarda dəyişilməmiş şəkildə sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Lorinden® C preparatı dərinin quru iltihabi xəstəlikləri, xüsusilə allergik etiologiyalı, qlükokortikosteroidlərə həssas (ağırlaşmış ikincili bakterial infeksiya) dərinin həddindən artıq kirəcləşməsi və hədsiz qaşınma ilə gedən kəskin və xroniki dermatozlar zamanı xaricə istifadə edilir: – seboreyalı dermatit; – atopik dermatit; – kontakt allergik dermatit; – multiformalı eksudativ eritema; – psoriaz; – qırmızı yastı dəmrov.

Əks göstərişlər

– Preparatın istənilən komponentinə və ya istənilən qlükokortikosteroidə qarşı yüksək həssaslıq; – dərinin bakterial, göbələk və virus (o cümlədən, suçiçəyi, sadə herpes) infeksiyası; – çəhrayı çivzə və vulqar çivzə; – perioral dermatit; – perianal qaşınma; – bələk dermatiti; – dərinin vərəmli və ya sifilitik zədələnməsi; – dəridə yeni törəmələr, o cümlədən, xərçəngdən öncə; – venaların varikoz genişlənməsilə əlaqədar flebitlər, baldırın trofik xorası; – yanıqlar; – postvaksinasiya dövrü; – hamiləliyin I trimestri; – laktasiya dövrü; – 2 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Fasiləsiz terapiyanın müddəti 2 həftədən artıq olmamalıdır. Lorinden® C məlhəminin gözlərə və selikli qişalara düşməsindən çəkinmək lazımdır. Lorinden® C məlhəminin xaricə istifadəsi zamanı qıcıqlanma əlaməti, dərinin yüksək quruluğu və ya allergiya, eləcə də, əlavə təsirlərin və ya təlimatda göstərilməyən effektlərin güclənməsi qeyd edildikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Uzun müddətli istifadəsi və/ya dərinin geniş nahiyəsinə, yaralara, zədələnmiş dəriyə sürtülməsi zamanı yüksək dozaların, okklyuzion sarğıların istifadəsi və Lorinden® C məlhəminin uşaqlarda terapiyası zamanı qlükokortikosteroidlərin sistem absorbsiyası mümkündür; hipotalamo- hipofizar-böyrəküstü vəzi sisteminin funksiyasının zəifləməsi və hiperkortisizmin simptomlarının inkişafı mümkündür. Preparatla terapiya zamanı adrenokortikotrop hormonla (AKTH) stimulyasiyadan sonra kortizolun qanda və sidikdə konsentrasiyasının müəyyən edilməsinin köməyilə böyrəküstü vəzinin funksiyasına müntəzəm nəzarət vacibdir. İkincili bakterial və ya göbələk infeksiyasının inkişafı zamanı xaricə istifadə edilən antibakterial və ya göbələkəleyhinə preparatların təyin edilməsi vacibdir. İnfeksiyanın simptomları aradan qalxmadıqda, infeksiya sağalana qədər Lorinden® C preparatının istifadəsini dayandırmaq lazımdır. Qlaukomanın və ya kataraktanın inkişafı riskilə əlaqədar Lorinden® C preparatını göz ətrafı dəriyə və ya göz qapaqlarına ehtiyatla sürtmək lazımdır, eləcə də, bu xəstəliklərin gedişi kəskinləşə bilən anamnezində bu xəstəliklər olan pasiyentlərdə. Pasiyentdə dumanlı görmə və ya digər görmə pozuntuları kimi simptomlar yarandıqda, katarakta, qlaukoma və ya mərkəzi seroz xorioretinopatiya kimi nadir xəstəliklər aid ola bilən mümkün pozuntuların səbəbini aydınlaşdırmaq üçün pasiyenti oftalmoloqa yönəltməyin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Qlükokortikosteroidlərin nazik dəridən yüksək sorulması və əlavə təsirlərin (teleangiektaziya, dəri atrofiyası, perioral dermatit) yaranmasının mümkünlüyü ilə əlaqədar Lorinden® C preparatını üz dərisində və intertrigenoz dəridə (dəri büküşləri, qolaltı çuxur, qasıq nahiyəsi, əllərin və ayaqların büküşü) xüsusilə ehtiyatla istifadə etmək lazımdır, hətta qısa müddətli istifadədən sonra. Qlükokortikosteroidlərin qana sorulmasının güclənməsi nəticəsində Lorinden® C preparatını okklyuzion sarğının altında ehtiyatla istifadə etmək lazımdır, belə ki, epidermisin atrofiyası, striya və infeksiyanın birləşməsi inkişaf edə bilər. Preparatı dərialtı toxumanın atrofik dəyişikliyi zamanı ehtiyatla istifadə etmək lazımdır, xüsusilə yaşlı şəxslərdə. Lorinden® C preparatını tolerantlığın, yayılmış pustulyoz psoriazın riskinin və yataq yaralarına görə ümumi toksikliyin inkişafı ilə törənən xəstəliyin mümkün residivinin nəticəsində psoriazı olan pasiyentlərdə xüsusilə ehtiyatla istifadə etmək lazımdır. Ehtiyatla – Dərinin geniş nahiyəsində, yaralarda, zədələnmiş dəridə istifadəsi, yüksək dozaların istifadəsi, eləcə də, qlükokortikosteroidlərlə (xüsusilə 2 yaşdan yuxarı uşaqlarda) uzun müddətli terapiya. – Üz dərisində və intertrigiaz dəridə (dəri büküşləri, qoltuqaltı çuxurlar, qasıq nahiyəsi, əllərin və ayaqların büküşləri) istifadəsi. – Gözətrafı dəridə və ya göz qapaqlarında istifadəsi (qlaukomanın, kataraktanın inkişafı riski), o cümlədən, qlaukoması və ya kataraktası olan pasiyentlərdə. – Dərialtı toxumanın atrofik dəyişikliyi, xüsusilə yaşlı şəxslərdə. Lorinden® C preparatının tərkibində daxil olan klioxinol uzun müddət və ya okklyuziv sarğılardan istifadə zamanı neyrotoksiklik riskini artıra bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Preparatın immunodepressiv effektilə əlaqədar vaksinasiya və immunizasiya aparmaq olmaz. Xaricə istifadə edilən digər preparatlarla kombinasiyada təyin etmək olmaz. Preparatın ümumi qan axınına rezorbsiyası zamanı qlükokortikosteroid insulinin, peroral hipoqlikemin vasitələrin, hipotenziv preparatların, antikoaqulyantların, təsirini, qan zərdabında prazikvantelin konsentrasiyasını azaldır. Androgenlərlə, estrogenlərlə, peroral kontraseptivlərlə, anabolik steroidlərlə, antipsixotik vasitələrlə, karbutamidlə, azatiopirinlə, xolinoblokatorlarla, antihistamin vasitələrlə, trisiklik antidepressantlarla, nitratlarla, diuretiklərlə və ürək qlikozidlərilə eyni vaxtda istifadə etdikdə, qlükokortikosteroidlərin əlavə təsirlərinin inkişafı riski artır. Lorinden® C dərman vasitəsinin tərkibində flumetazon olduğu üçün immunosupressiv preparatların təsirini gücləndirir və immunostimulyatorların təsirini zəiflədir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləliyin I trimestrində Lorinden® C preparatının istifadəsi əks göstərişdir. Lorinden® C preparatı ilə terapiya hamiləliyin II və III trimestrində həkim təyinatı ilə istifadəsi o halda mümkündür ki, ana üçün ehtimal edilən fayda dölə olan potensial riskdən üstün olsun. Belə hallarda terapiya davamlı olmamalı və dərinin kiçik nahiyəsilə məhdudlaşdırılmalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, qlükokortikosteroidlər onların hətta kiçik dozasında belə daxilə qəbulu teratogen effekt göstərir. Eləcə də, teratogen effekt güclü təsir edən qlükokortikosteroidlərin dəridə istifadəsi zamanı təzahür etmişdir. Qadınlarda hamiləlik dövründə flumetazonun xaricə istifadəsi zamanı onun teratogen effektinin öyrənilməsinə yönəldilən nəzarət edilən tədqiqatlar aparılmayıb. Laktasiya dövrü Xaricə istifadəsi zamanı ana südünə sorulan flumetazonun miqdarı barədə məlumat yoxdur. Laktasiya dövründə Lorinden® C preparatının istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Lorinden® C məlhəmini 2 yaşdan yuxarı uşaqlarda, xüsusilə uzun müddətli terapiya qismində, istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, bu qrup pasiyentlərdə böyüklərə nisbətən bədən səthinin sahəsinin bədən çəkisinə nisbəti böyük olduğu üçün hipotalamo-hipofizar- böyrəküstü vəzi sisteminin funksiyasının pozulmasının və qlükokortikosteroidlər üçün xarakterik olan əlavə təsirlərin yaranmasının inkişafı daha tez baş verə bilər, xüsusilə boyun və inkişafın ləngiməsi. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Lorinden® C məlhəmi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

İstifadəsinə göstərişlər

Xaricə istifadə edilir. Məlhəm dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə ilə nüfuz etməsini yaxşılaşdırma üçün masaj hərəkətlərilə sürtülür. Həddindən artıq lixenizasiya və ya hiperkeratoz zamanı preparatı hər 24 saatdan bir dəyişilən okklyuzion sarğı altında istifadə etmək lazımdır. Böyüklər Sutkada 1-2 dəfədən artıq istifadə etmək olmaz. Fasiləsiz terapiyanın kursu 2 həftədən artıq olmamalıdır; əsasən üz dərisində 7 gündən artıq olmamaqla. Həftə ərzində 1 tub (15 q) məlhəmdən istifadən etmək olar. Uşaqlar və yeniyetmələr Lorinden® C preparatı 2 yaşdan aşağı uşaqlarda əks göstərişdir. Uşaqlarda böyüklərə nisbətən bədən səthinin böyük sahəsinin bədən çəkisinə görə yüksək olmasına görə hipotalamo-hipofizar-böyrəküstü vəzi sisteminin funksiyasının pozulması asan inkişaf edə və qlükokortikosteroidlərə xarakterik əlavə təsirlərin yaranması baş verə bilər, o cümlədən, boyun və inkişafın ləngiməsi. 2 yaşdan yuxarı uşaqlarda Lorinden® C preparatını yüksək ehtiyatla istifadə etmək lazımdır, yalnız dərinin kiçik nahiyəsində, həkim nəzarəti altında, qısa kursla sutkada 1 dəfə istifadə etmək lazımdır; üz dərisində istifadə etmək olmaz.

Əlavə təsirləri

Əlavə təsirlərin yaranma tezliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyəsinə uyğun təsnif edilib və aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). Əlavə təsirlər nadir hallarda inkişaf edir və geridönən xarakter daşıyır. Dəri və dərialtında baş verən pozğunluqlar: məlum deyil – akneyə bənzər simptomlar, poststeroid purpura, epidermisin və dərialtı toxumanın atrofiyası, dəridə quruluq, hipertrixoz və alopesiya, dərinin depiqmentasiyası və ya hiperpiqmentasiyası, dəri və striyanın atrofiyası, teleangiektaziya, perioral dermatit, tüklü follikulların iltihabı, ikincili infeksiya, dərinin qıcıqlanması baş verə bilər. Bəzən övrə və ya ləkəli papulyoz səpgi yarana bilər, dərinin əvvəlki xəstəliklərinin kəskinləşməsi mümkündür. Görmə orqanında baş verən pozğunluqlar: məlum deyil-görmə itiliyinin azalması. Dərman vasitəsinin göz qapaqları nahiyəsində istifadəsi zamanı bəzən qlaukoma və katarakta, nadir hallarda isə mərkəzi seroz xorioretinopatiya (MSR) inkişaf edə bilər. Sistem pozuntular: məlum deyil-uzun müddətli və/ya dərinin geniş nahiyəsində istifadəsi, okklyuzion sarğılardan istifadə zamanı və uşaqlarda terapiyası zamanı flumetazonun rezorbtiv təsirinin təzahürü kimi hiperkortisizmin simptomlarının (hiperqlikemiya, qlükozuriya, böyrəküstü vəzinin funksiyasının gerinən zəifləməsi, Kuşinq sindromunun yaranması, uşaqlarda boyun və inkişafın ləngiməsi, arterial hipertenziya, immunitetin azalması) inkişafı mümkündür. Lorinden® C preparatının tərkibinə daxil olan klioxinol preparatın uzun müddətli və ya okklyuziv sarğıların istifadəsi zamanı neyrotoksiklik riskini artıra bilər.

Doza həddinin aşılması

Lorinden® C preparatının xaricə istifadəsi zamanı kifayət qədər miqdarda absorbsiya oluna bilər ki, bu da, qlükokortikosteroidlərin sistem effektinin inkişafına səbəb ola bilər. Doza həddinin kəskin aşılmasının inkişafı az ehtimal edilir. Lakin flumetazon digər qlükokortikosteroidlər kimi zədələnmiş dərinin geniş nahiyəsində yüksək rezorbsiya xüsusiyyətilə uzun müddət istifadə edildikdə və ya okklyuzion sarğı ilə istifadə edildikdə və ya uşaqlarda uzun müddət tətbiq edildikdə, hiperkortisizmin simptomları (“Əlavə təsirləri” bölməsinə bax) inkişaf edə bilər. Doza həddinin simptomları yarandıqda, preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Müalicəsi Doza həddinin aşılması zamanı böyrəküstü vəzinin çatışmazlığının yaranma riskinin qarşısını almaq üçün həkim nəzarəti altında preparatın istifadə tezliyini tədricən azaldaraq və ya daha güclü qlükokortikosteroidlə əvəz etməklə, istifadəsini dayandırmaq lazımdır.

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm. 15 q məlhəm, daxili səthi laklanmış alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperatda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Jelfa Əczaçılıq Müəssisəsi S.A. 58 500 Yelenia Gura, V. Polya k. 21, Polşa.

Qeydiyyat vəsiqəsinin sahibi

“Bausch Health” MMC. 115162, Moskva, Şabolovka k., ev 31, bina 5, Rusiya Federasiyası. İstehlakçılardan iradları qəbul edən təşkilat 115162, Moskva, Şabolovka k., ev 31, bina 5, Rusiya Federasiyası. Tel.:/Faks: +7(495) 510-28-79.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“LORINDEN C 15 GR MELHEM” üçün ilk rəyi siz yazın.