KALSIUM XLORID 10% 100 ML MEHLUL

Dərman formasıMəhlul
Farmakoloji təsirMakro- və mikroelementlər
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,84 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KALSİUM XLORİD 5%; 10% daxilə istifadə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Calcium chloride

Tərkibi

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5 q və ya 10 q kalsium xlorid vardır. Köməkçi maddələr: metilparaben (nipagin), distillə olunmuş su.

Təsviri

Rəngsiz, şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Makro- və mikroelementlər. ATC kodu: A12AA07.

Farmakoloji xüsusiyyətləri

Kalsium xlorid kalsium çatışmazlığını aradan qaldırır. Kalsium, sümük toxumasının formalaşmasında iştirak edən bir makroelementdir, qan laxtalanma prosesi (laxtalanma sisteminin IV amili), sabit ürək fəaliyyətini, sinir impulslarının ötürülmə prosesini qorumaq üçün lazımdır. Əzələ distrofiyası, miasteniya qravis zamanı əzələ yığılmasını yaxşılaşdırır və damar keçiriciliyini azaldır.

İstifadəsinə göstərişlər

Kalsiuma yüksək tələbat (hamiləlik, laktasiya, orqanizmin boyatma periodu), müxtəlif mənşəli və lokalizasiyalı qanaxmalar (ağciyər, mədə-bağırsaq, burun, uşaqlıq və s.), allergik xəstəliklər və təzahürləri (zərdab xəstəliyi, övrə xəstəliyi, gicişmə, Kvinke ödemi), bronxial astma, spazmofiliya, alimentar distrofik ödem, tetanus, ağciyər vərəmi, raxit və osteomalyasiya, qurğuşun sancısı, hipoparatireoz, hipokalsiemiya, damarların yüksək keçiriciliyi (hemorragik vaskulit, şüa xəstəliyi), parenximatoz hepatit, toksik hepatit, nefrit, eklampsiya, maqnezium duzları, oksalat və flüor turşuları ilə zəhərlənmələr, ekzema, psoriaz, paroksizmal mioplegiyanın hiperkaliemik forması, doğuş fəaliyyətinin zəifliyi, iltihabi və ekssudativ proseslər (pnevmoniya, plevrit, adneksit, endometrit və s.).

Əks göstərişlər

Hiperkalsiemiya, ateroskleroz, trombozlara meyillilik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sidikdə daş əmələ gətirmə meyilliliyi olan xəstələrə qəbul edilən mayenin miqdarını artırmaq tövsiyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xinidinlə eyni vaxtda istifadə edildikdə, intraventrikulyar keçiriciliyi yavaşlatması və xinidinin toksikliyini artırması mümkündür. Kalsium xlorid dobutaminin kardiotonik effektini azaldır. D vitamini və ya onun törəmələri ilə eyni vaxtda istifadə edildikdə kalsiumun absorbsiyasını artırır. Tiazid diuretikləri sidikdə kalsium ifrazını azaldır, bu da hiperkalsiemiya riskini artırır. Digər kalsium və ya maqnezium tərkibli dərmanlarla eyni vaxtda istifadəsi, xüsusən də xroniki böyrək çatışmazlığı olan xəstələrdə hiperkaliemiya və ya hipermaqniemiya riskini artırır. Kalsium duzları bisfosfonatlar, flüoridlər, bəzi flüorxinolonlar və tetrasiklinlər kimi bir sıra dərmanların absorbsiyasını azaldır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizmləri idarəetmə zamanı ehtiyatlı olmaq lazımdır.

İstifadə qaydası və dozası

5-10%-li məhlulu daxilə gündə 3 dəfə yeməkdən sonra hər dəfə böyüklərə 10-15 ml, uşaqlara isə 5-10 ml təyin edilir.

Əlavə təsirləri

Daxilə qəbul zamanı epiqastral nahiyədə ağrı, qıcqırma.

Doza həddinin aşılması

Hiperkalsiemiyanın simptomları; halsızlıq, anoreksiya, qusma, poliuriya, polidipsiya, taxikardiya, mialgiya, taxikardiya.

Buraxılış forması

100 ml məhlul, şüşə flakonda. Saxlanılma şəraiti 10-15°C temperaturda quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi Azerfarm LTD, Azerbaijan Republic. Azerbaijan, Baku, Bakikhanov settl., Bunyatov str.14.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“KALSIUM XLORID 10% 100 ML MEHLUL” üçün ilk rəyi siz yazın.