KALSIUM GLUKONAT 500 MG 10 TB. IRBIT
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Kalsium-fosfor mübadiləsinin tənzimləyicisi |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
0,20 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KALSİUM QLÜKONAT 500 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Calcium gluconate
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq kalsium qlükonat vardır. Köməkçi maddələr: kartof nişastası, kalsium stearat, talk.
Təsviri
Yastı-silindrik formalı, iti qıraqlı və xətli, ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Kalsium-fosfor mübadiləsinin tənzimləyicisi. ATC kodu: A12AA03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Kalsium və fosfor mübadiləsinin tənzimləyicisi olan kalsium preparatı, sinir impulslarının ötürülməsi prosesinin həyata keçirilməsi, skelet və saya əzələlərin yığılması, miokardın fəaliyyəti, sümük toxumasının formalaşması, qanın laxtalanması üçün tələb olunan kalsium 2+ ionlarının (Ca ) çatışmazlığını bərpa edir. Farmakokinetikası Peroral yolla istifadə olunan preparatın təxminən 20-30 %-i nazik bağırsaqda sorulur; bu proses 2+ vitamin D-nin mövcudluğundan, pH göstəricisindən, pəhrizin xüsusiyyətlərindən və Ca 2+ ionlarını birləşdirmək qabiliyyətinə malik faktorların olmasından asılıdır. Ca ionlarının 2+ absorbsiyası, onun çatışmazlığı zamanı və tərkibində Ca ionlarının miqdarı az olan pəhrizdən istifadə etdikdə, yüksəlir. Preparatın təxminən 20 %-i böyrəklər vasitəsi ilə, digər miqdarı isə (80 %-i) bağırsaq möhtəviyyatı ilə (mədə-bağırsaq traktının terminal hissəsinin divarları ilə aktiv) xaric olunur.
İstifadəsinə göstərişlər
Hipokalsiemiya, hüceyrə membranlarının (o cümlədən, damarların) keçiriciliyinin yüksəlməsi, əzələ toxumasında sinir impulslarının ötürülməsinin pozulması ilə müşayiət olunan xəstəliklər. Qalxanabənzər ətraf vəzilərin hipofunksiyası (latent tetaniya, osteoporoz), vitamin D mübadiləsinin pozulması: raxit (spazmofiliya, osteomalyasiya), xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrdə hiperfosfatemiya. 2+ Ca ionlarına olan yüksək tələbat (hamiləlik və laktasiya dövrü, orqanizmin güclü inkişaf 2+ dövrü), qidada Ca ionlarının miqdarının kifayət qədər olmaması, kalsium mübadiləsinin pozulması (postmenopauza dövründə). 2+ Ca ionlarının sürətlə xaric olması (uzunmüddətli yataq rejimi, xroniki diareya, diuretiklərin və epilepsiyaəleyhinə dərman preparatlarının, qlükokortikosteroidlərin uzunmüddətli istifadəsi fonunda ikincili hipokalsiemiya). Müxtəlif etiologiyalı qanaxmalar; allergik xəstəliklər (zərdab xəstəliyi, övrə, qızdırma sindromu, qaşınma, qaşınan dermatozlar, dərman preparatlarının yeridilməsi və qida məhsullarının qəbulu nəticəsində baş verən reaksiyalar, Kvinke ödemi); bronxial astma, distrofik alimentar ödemlər, ağciyər vərəmi, qurğuşun sancıları; eklampsiya. 2+ Mg duzları, oksalat və flüor turşuları və onların həll olunan duzları ilə zəhərlənmələr (kalsium qlükonatla qarşılıqlı təsir nəticəsində həll olunmayan və qeyri-toksik kalsium oksalat və kalsium flüorid əmələ gəlir). Parenximatoz hepatit, qaraciyərin toksik zədələnməsi, nefritlər, paroksizmal mioplegiyanın hiperkaliemik forması.
Əks göstərişlər
2+ Hiperhəssaslıq, hiperkalsiemiya (Ca ionlarının konsentrasiyası 12 mq%-dən və ya 6 mEkv/l- dən artıq olmamalıdır), hiperkalsiuriya, nefrolitiaz (kalsiumla əlaqəli), sarkoidoz, ürək qlikozidləri ilə intoksikasiya (aritmiyaların meydana çıxma təhlükəsi).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əhəmiyyət kəsb etməyən hiperkalsiuriya, yumaqcıq filtrasiyasının aşağı düşməsi müşahidə olunan xəstələrə və ya anamnezlərində nefrolitiaz olan pasiyentlərə preparatı ehtiyatla və sidikdə 2+ Ca ionlarının konsentrasiyasına nəzarət edərək təyin etmək lazımdır. Nefrolitiazın inkişaf etmə riskini aşağı salmaq üçün, çox miqdarda maye qəbul etmək tövsiyə olunur. Aşağıdakı hallarda preparatı ehtiyatla təyin etmək lazımdır: dehidratasiya, elektrolit pozğunluqlar (hiperkalsiemiyanın inkişaf etmə təhlükəsi), diareya, malabsorbsiya sindromu, əhəmiyyət kəsb etməyən hiperkalsiuriya, orta dərəcəli xroniki böyrək çatışmazlığı, xroniki ürək çatışmazlığı, yayılmış ateroskleroz, hiperkoaqulyasiya.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Etanolla, karbonatlarla, salisilatlarla, sulfatlarla farmasevtik cəhətdən uyuşmazdır (həll 2+ olunmayan və ya çətin həll olunan Ca duzlarının əmələ gəlməsi müşahidə olunur). Tetrasiklin sırasından olan antibiotiklərlə həll olunmayan komplekslər əmələ gətirir (antibakterial effekti aşağı salır). Xinidinlə eyni zamanda istifadə edildikdə, mədəcikdaxili keçiriciliyin ləngiməsi və xinidinin toksikliyinin yüksəlməsi baş verə bilər. Tetrasiklinlərin, diqoksinin, peroral dəmir preparatlarının absorbsiyasını ləngidir (bu preparatların istifadəsi arasında ən azı 2 saatlıq interval olmalıdır). Tiazid diuretiklərlə birlikdə istifadə edildikdə, hiperkalsiemiyanı gücləndirə bilər, hiperkalsiemiya zamanı kalsitoninin effektini aşağı sala bilər, fenitoinin biomənimsənilməsini aşağı salır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dövrlərdə istifadəsi ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür. Kalsium plasentar baryerdən keçir. Ana südünə nüfuz edir. Preparatı hamiləlik və laktasiya zamanı, yalnız plazmada kalsiumun konsentrasiyasının ciddi nəzarəti altında mümkündür, belə ki, hiperkalsiemiya döl və körpəyə mənfi təsir göstərir.
İstifadə qaydası və dozası
Daxilə, qida qəbulundan əvvəl və ya qida qəbulundan 1-1,5 saat sonra (süd ilə birlikdə) istifadə etmək lazımdır. Böyüklər – gündə 2-3 dəfə 1-3 q. Uşaqlarda doza bədən çəkisinə görə həkim tərəfindən təyin edilir.
Əlavə təsirləri
Qəbizlik, mədə-bağırsaq traktının selikli qişasının qıcıqlanması, ürəkbulanma, qusma, diareya, qarın nahiyəsinin yuxarı hissəsində ağrılar.
Doza həddinin aşılması
Simptomları: hiperkalsiemiyanın inkişaf etməsi. Müalicəsi: vena daxilinə 5-10 BV/kq/sutka hesabı ilə kalsitonin (preparatı 500 ml 0,9 %-li natrium xlorid məhlulunda həll etmək və 6 saat müddətində damcı üsulu ilə yeritmək lazımdır).
Buraxılış forması
500 mq dozada tabletlər. 10 tablet, konturlu-yuvalı və konturlu-yuvasız qablaşdırmada. 550 və ya 700 konturlu-yuvasız və ya 1000 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə dəst qablaşdırmaya yerləşdirilir.
Saxlanma şəraiti
15-25° C-yə qədər temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/İstehlakçılardan iradları qəbul edən təşkilat “İrbit Kimya-Əczaçılıq Müəssisəsi” ASC, Rusiya Federasiyası 623856, Sverdlovsk vilayəti, İrbit şəh., Kirov küç., 172. Tel.:/Faks: (34355) 3-60-90.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.