ESKOLAN 40 MG N-30 TB

Dərman formasıTablet
Farmakoloji təsirKardiovaskulyar dərmanlar, hipolipidemik dərman preparatları – HMQ-KoA-reduktazanın inhibitorları

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,51 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ESKOLAN-SANOVEL 40 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Atorvastatin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq atorvastatinə ekvivalent miqdarda Kalsium atorvastatin vardır. Köməkçi maddə: mikrokristallik selluloza, kalsium karbonat, laktoza monohidrat, natrium kroskarmelloza, polisorbat 80, hidroksipropilsellüloza, maqnezium stearat, ağ opadri 02F28526.

Təsviri

Ağ rəngli, uzunsov örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Kardiovaskulyar dərmanlar, hipolipidemik dərman preparatları – HMQ-KoA-reduktazanın inhibitorları. ATC kodu: С10АА05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Atorvastatin 3-hidroksi-3-metilqlutaril-koenzim A-nı sterolların (o cümlədən xolesterinin- XS) sələfi olan mevalon turşusuna çevirən açar fermentin – HMQ-KoA reduktazanın selektiv rəqabətli inhibitorudur. Atorvastatin qaraciyərdə HMQ-KoA-reduktazanı inhibə etməklə və hüceyrələrin səthində qaraciyər ASLP (aşağı sıxlıqlı lipoproteinlər) reseptorlarının sayını artırmaqla plazmada xolesterinin və lipoproteinlərin səviyyəsini aşağı salır, nəticədə XS- ASLP-in mənimsənilməsinin və katabolizminin güclənməsinə səbəb olur. Atorvastatin XS- ASLP-nin əmələ gəlməsini və ASLP hissəciklərinin sayını azaldır. O, ASLP reseptorların aktivliyini güclü və davamlı şəkildə artırır, həmçinin sirkulyasiya edən ASLP-in keyfiyyətinə müsbət təsir göstərir. Atorvastatin adətən digər hipolipidemik dərman vasitələri ilə müalicə olunmayan homoziqot hiperxolesterinemiyalı xəstələrdə XS-ASLP-in səviyyəsini effektiv şəkildə aşağı salır. Atorvastatinin effektinin dozadan asılılığının öyrənilməsi zamanı müəyyən edilmişdir ki, preparat (10-80 mq dozada) ümumi xolesterinin səviyyəsini 30-46%, XS-ASLP-in səviyyəsini 41-61%, apolipoprotein B-nin səviyyəsini 34-50% və triqliseridlərin səviyyəsini 14-33% azaldır. Müalicənin nəticələri heteroziqot ailəvi hiperxolesterinemiya, hiperxolesterinemiyanın qeyri-ailəvi formaları, qarışıq hiperxolesterinemiya, o cümlədən insulindən asılı şəkərli diabet xəstələrində bənzər olmuşdur. Farmakokinetikası Sorulması Atorvastatinin daxilə qəbul etdikdən sonra tez sorulur; C 1-2 saatdan sonra əldə olunur.max Absorbsiya dərəcəsi və plazmada konsentrasiya dozaya proporsional olaraq artır. Atorvastatinin mütləq biomənimsənilməsi 14%-ə bərabərdir, HMQ-KoA reduktazaya münasibətdə inhibə aktivliyinin sistemli biomənimsənilməsi təxminən 30%-dir. Baxmayaraq ki, qida qəbulu dərman vasitəsinin arbsorbsiya sürətini və dərəcəsini müvafiq olaraq 25 və 9% azaldır, C və AUC göstəricilərinə əsasən demək olar ki, XS-ASLP səviyəsində azalmamax atorvastatinin qida ilə birgə və ya arılıqda qəbul olnması zamanı eynidir. Atorvastatinin axşam qəbulu zamanı onun qan plazmasındakı konsentrasiyası səhər vaxtı qəbuldan daha az olur (C və AUC üçün təxminən 30%). Ancaq XS-ASLP səviyəsinin azalması qəbul vaxtındanmax aslı olamayaraq eyni olur. Paylanması Atorvastatinin orta paylanma həcmi təqribən 381 litr təşkil edir. Preparatın 98%-dən çox hissəsi plazma zülalları ilə birləşir. 0,25 təşkil edən qan/plazma konsentrasiya nisbəti preparatın eritrositlərə pis penetrasiyasının göstəricisidir. Metabolizmi Atorvastatin orto- və parahidroksilləşmiş törəmələr və beta-oksidləşmənin müxtəlif məhsullarına qədər intensiv şəkildə metabolizmə uğrayır. İn vitro təqdiqatlarda HMQ-КоА reduktazanın orto- və parahidroksilləşmiş metabolitlər tərəfindən inhibə olunması atorvastatinlə müşahidə olunan inhibə olunma ilə ekvivalentdir. HMQ-КоА reduktazaya münasibətdə inhibəedici aktivliyin təqribən 70%-i aktiv metabolitlərlə bağlıdır. İn vitro təqdiqatlar atorvastatinin P-450 3A4 sitoxromun ilə metabolizminin əhəmiyyətini göstərir və bu izofermentin tanınmış inhibitoru olan eritromisin il ə bərabər istifadə edildikdən sonra insanın qan plazmasında preparatın konsentrasiyasının yüks əlməsi ilə uyğun gəlir. Xaric olması Atorvastatin və onun metabolitləri qaraciyər və/və ya qaraciyərdən kənar metabolizmdən sonra əsasən ödlə çıxarılır; lakin, görünür ki, atorvastatin bağırsaq-qaraciyər resirkulyasiyasına məruz qalmır. Yarımçıxarılma dövrü təxminən 14 saat təşkil edir, lakin HMQ-KoA reduktazaya münasibətdə inhibə edici aktivliyin yarımçıxarılma dövrü 20-30 saata bərabərdir ki, bu da aktiv metabolitlərin olması ilə izah edilir. Preparatın peroral qəbulundan sonra qəbul olunmuş dozanın 2%-dən az bir hissəsi sidiklə xaric olur. Xüsusi kliniki hallarda farmakokinetikası Ahıl yaşlı şəxslər Sağlam ahıl yaşlı şəxslərdə atorvastatinin və onun metabolitlərinin qan plazmasında üçünkonsentrasiyası, aşağı yaşda olan böyüklərlə müqayisədə yüksək olur (təxminən C max 40%, AUC üçün 30%). Klinik məlumatlar gənc xəstələrlə müqayisədə yaşlı xəstələrdə preparatın istənilən dozasının qəbulu zamanı ASLP səviyəsi daha çox azaldığını göstərir. Uşaqlar Uşaq yaşlı xəstə qrupu üçün farmakokinetik məlumat yoxdur. Cins Qadınlarda atorvastatinin qan plazmasındakı konsentrasiyası və kişilərdən fərqlidir (təxminən C üçün 20% yüksək, AUC üçün 10% aşağıdır). Lakin, kişi və qadınlarda atorvastatinmax qəbulu zamanı XS-ASLP səviyəsinin azalmasında klinik əhəmiyyətli fərq yoxdur. Böyrək funksiyalarının pozulması Böyrək xəstəlikləri atorvastatinin plazma konsentrasiyasına və ya XS-ASLP-nin azalmasına təsir göstərmir, ona görə də, böyrək funksiyalarının pozulması olan xəstələr üçün preparatın doza korreksiyasına ehtiyac yoxdur. Hemodializ Böyrək xəstəliklərinin terminal mərhələsində olan xəstələrlə tədqiqatların aparılmamasına baxmayaraq, hesab olunur ki, preparat qanın plazma zülalları ilə intensiv bağıandığına görə hemodializ atorvastatinin böyrək klirensini əhəmiyyətli dərəcədə artırmır. Qaraciyər çatışmazlığı Qaraciyərin xroniki alkoqol xəstəliyi olan pasiyentlərdə atorvastatinin konsentrasiyası nəzərəçarpacaq dərəcədə artır. C və AUC göstəriciləri Çayld-Pyu şkalası üzrə A sinifmax qaraciyər xəstəlikləri olan xəstələrdə 4 dəfə, Çayld-Pyu şkalası üzrə B sinif qaraciyər xəstəlikləri olan xəstələrdə isə C və AUC göstəriciləri müvafiq olaraq 16 və 11 dəfə artır.max Cədvəl 1. Birgə istifadə olunan preparatların atorvastatinin farmakokinetikasına təsiri. Atorvastatin Birgə istifadə olunan dərman AUC Cmax vasitələri və dozalanma rejimi Doza, mq göstəricisində göstəricisində & & dəyişiklik dəyişiklik Siklosporin 5,2 mq/kq/gün, stabil 10 mq 1 dəfə/gün, 28 gün ↑8,7 dəfə ↑10,7 dəfə doza # Tipranavir 500 mq 2 dəfə/gün / ritonavir 200 mq 2 dəfə/gün, 7 gün 10 mq 1 dəfə/gün ↑9,4 dəfə ↑8,6 dəfə # Telaprevir 750 mq hər 8 saat, 10 20 mq 1 dəfə/gün ↑7,88 dəfə ↑10,6 dəfə gün# Sakvinavir 400 mq 2 dəfə/gün /ritonavir 400 mq 2 dəfə/gün, 15 40 mq 1 dəfə/gün, 4 gün ↑3,9 dəfə ↑4,3 dəfə gün #,‡ Klaritromisin 500 mq 2 dəfə/gün, 80 mq 1 dəfə/gün, 8 gün ↑4,4 dəfə ↑5,4 dəfə 9 gün # Darunavir 300 mq 2 dəfə/gün /ritonavir 100 mq 2 dəfə/gün, 9 10 mq 1 dəfə/gün, 4 gün ↑3,4 dəfə ↑2,25 dəfə gün # İntrakonazol 200 mq 1 dəfə/gün, 4 40 mq 1 dəfə/gün ↑3,3 dəfə ↑20% gün # Fosamprenavir 700 mq 2 dəfə/gün /ritonavir 100 mq 2 dəfə/gün, 14 10 mq 1 dəfə/gün, 4 gün ↑2,53 dəfə ↑2,84 dəfə gün # Fosamprenavir 1400 mq 2 10 mq 1 dəfə/gün, 4 gün ↑2,3 dəfə ↑4,04 dəfə dəfə/gün, 14 gün # Nelfinavir 1250 mq 2 dəfə/gün, 14 10 mq 1 dəfə/gün, 28 gün ↑74% ↑2,2 dəfə gün # Qreyfrut şirəsi 240 ml 1 dəfə/gün 40 mq 1 dəfə/gün ↑37% ↑16% #* Diltiazem 240 mq 1 dəfə/gün, 28 Dəyişiklik 40 mq 1 dəfə/gün ↑51% gün yoxdur Eritromisin 500 mq 4 dəfə/gün, 7 10 mq 1 dəfə/gün ↑33% ↑38% gün Amlodipin 10 mq, birdəfəlik doza 80 mq 1 dəfə/gün ↑15% ↓12% Simetidin 300 mq 1 dəfə/gün, 4 10 mq 1 dəfə/gün, 2 həftə ↓1%-dən az ↓11% həftə Kolestipol 10 mq 2 dəfə/gün, 28 40 mq 1 dəfə/gün, 28 həftə Müəyən deyil ↓26%** həftə Maaloks TC 30 ml 1 dəfə/gün, 17 10 mq 1 dəfə/gün, 15 gün ↓33% ↓34% gün Efavirenz 600 mq 1 dəfə/gün, 14 10 mq 3 gün müddətinə ↓41% ↓1% gün Rifampin 600 mq 1 dəfə/gün, 7 gün (eyni vaxtda yeridilmə 40 mq 1 dəfə/gün ↑30% ↑2,7 dəfə zamanı) #, † Rifampin 600 mq 1 dəfə/gün, 5 40 mq 1 dəfə/gün ↓80% ↓40% gün (ayrı-ayrı dozalarla)#, † Hemfibrozil 600 mq 2 dəfə/gün, 7 40 mq 1 dəfə/gün ↑35% ↓<1% gün # Fenofibrat 160 mq 1 dəfə/gün, 7 40 mq 1 dəfə/gün ↑3% ↑2% gün # Boseprevir 800 mq 3 dəfə/gün, 7 40 mq 1 dəfə/gün ↑2,3 dəfə ↑2,66 dəfə gün # & – x dəfə dəyişiklik şəklində göstərilən məlumatlar eyni zamanda dərman vasitələrinin birgə istifadəsi və yalnız atorvastatinin istifadəsi (yəni 1 dəfə = dəyişiklik yoxdur) arasında sadə nisbətdir. % dəyişikliyi şəklində göstərilən məlumatlar atorvastatinin tək istifadəsi zamanı (yəni 0% = dəyişiklik yoxdur) göstəricilərin % nisbətdə fərqini əks etdirir. # – klinik əhəmiyyəti haqqında məlumat əldə etmək üçün. * – Qreyfrut şirəsinin həddən artıq istifadəsi (gündə 750 ml-1,2 l və daha artıq) zamanı AUC (2,5 dəfəyə qədər) və/ və ya C (71%-ə qədər) daha çox yüksəlməsi barəsində məlumatlarmax var. ** – Dərman qəbulundan 8-16 saat sonra götürülmüş tək bir nümunə. † – Rifampinlə ikiqat qarşılıqlı təsirə görə atorvastatinlə rifaminin birgə istifadəsi tövsiyə olunur, çünki məlum olmuşdur ki, atorvastatinin rifampindən sonra qəbul olunması, atorvastatinin qan plazmasındakı konsentrasiyasının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. ‡ – Bu tədqiqatdakı sakvinavir/ritonavirin kombinasiyasının dozası klinik olaraq tətbiq edilə bilən bir doza deyil. Klinik şəraitdə istifadə zamanı atorvastatinin ekspozisiyasının artması bu tədqiqatdakından daha çox olacağı güman edilir. Buna görə də, preparatlar ehtiyatla və ən aşağı lazımi dozada istifadə olunmalıdır. Cədvəl 2. Atorvastatinin birgə istifadə olunan preparatların farmakokinetikasına təsiri. Birgə istifadə olunan preparat və dozalanma rejimi CmaxAtorvastatin göstəricisində göstəricisindəPreparat/doza, mq dəyişiklik dəyişikli (%-lə) (%-lə) 80 mq 1 dəfə/gün, 15 gün Antiprin 600 mq 1 dəfə/gün ↑3 ↓11 80 mq 1 dəfə/gün, 14 gün Dioksin 0,25 mq 1 dəfə/gün, 20 gün # ↑15 ↓20 Peroral kontraseptivlər 1 dəfə/gün, 2 ay ↑2840 mq 1 dəfə/gün, 22 gün noretisteron 1 mq ↑23 ↑19 etinilestradiol 35 mkq ↑30 Tipranavir 500 mq 2 dəfə/gün / ritonavir Dəyişiklik Dəyişiklik 10 mq 1 dəfə/gün 200 mq 2 dəfə/gün, 7 gün yoxdur yoxdur 10 mq 1 dəfə/gün, 4 gün Fosamprenavir 1400 mq 2 dəfə/gün, 14 ↓27 ↓18 gün Fosamprenavir 700 mq 2 dəfə/gün Dəyişiklik Dəyişiklik 10 mq 1 dəfə/gün, 4 gün /ritonavir 100 mq 2 dəfə/gün, 14 gün yoxdur yoxdur

İstifadəsinə göstərişlər

Hiperxolesterinemiya – Böyüklərdə birincili hiperxolesterinemiya, heteroziqot ailəvi hiperxolesterinemiya və ya kombinəolunmuş (qarışıq) hiperlipidemiya zamanı pəhriz və digər qeyri-farmakoloji müalicə üsulları kifayət dərəcədə effektiv olmadıqda – ümumi xolesterin, Xs-ASLP, apolipoprotein B və triqliseridlərin səviyyəsi yüksək olan yeniyetmə və 10 yaşdan böyük uşaqlarda lipid səviyyəsini azaltmaq məqsədi ilə. – ümumi xolesterin, Xs-ASLP, apolipoprotein göstəriciləri yüksəlmiş, homoziqot ailəvi hiperxolesterinemiyalı böyük xəstələrdə pəhriz və digər qeyri-farmakoloji müalicə üsulları kifayət dərəcədə effektiv olmadıqda lipid səviyyəsini azaltmaq məqsədi ilə. Ürək-damar pozulmalarının profilaktikası – Ürək-damar hadisələrinin yüksək riski olan pasiyentlərdə digər risk faktorlarının azaldılmasına yönəldilmiş tədbirlərə əlavə olaraq, əsas ürək-damar pozulmalarının profilaktikası üçün.

Əks göstərişlər

– Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; – qaraciyərin aktiv xəstəlikləri və ya transaminazaların zərdab aktivliyinin naməlum mənşəli artması (normanın yuxarı həddi ilə müqayisədə ən azı 3 dəfə); – hamiləlik; – laktasiya; Preparat uyğun kontrasepsiya metodlarından istifadə etməyən reproduktiv yaşda olan qadınlara təyin olunmur. Hepatit C-yə qarşı virusəleyhinə preparatlarla qlekaprevil/pibrentasvir müalicə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər funksiyalarına təsiri Eyni qrupdan olan digər hipolipidemik vasitələrdə olduğu kimi, atorvastatin qəbul edən xəstələrdə ALT və AST-nin zərdab aktivliyinin mülayim artması (normanın yüksək həddindən 3 dəfə artıq) qeyd olunmuşdur. Klinik tədqiqatlarda transaminazaların zərdab səviyyəsinin davamlı yüksəlməsi (normanın yuxarı həddi ilə müqayisədə ən azı 3 dəfə artıq) atorvastatin qəbul edən xəstələrin 0,7%-ində müşahidə edilmişdir. Preparatın 10, 20, 40 və 80 mq dozada qəbulu zamanı bu cür dəyişikliklərin tezliyi müvafiq olaraq 0,2%, 0,2%, 0,6% və 2,3% təşkil etmişdir. Qaraciyər transaminazalarının fəallığının artması adətən sarılıq və ya digər klinik təzahürlərlə müşayiət olunmamışdır. Atorvastatinin dozasının azaldılması, preparatın müvəqqəti və ya tam dayandırılması zamanı transaminazaların aktivliyi əvvəlki səviyyəsinə qayıtmışdır. Xəstələrin böyük əksəriyyəti atorvastatinin azaldılmış dozalarının qəbulunu hər hansı bir klinik nəticələr olmadan davam etdirmişlər. Müalicədən əvvəl, preparatın qəbulundan 6 və 12 həftə sonra və dozanın artırılmasından sonra, həmçinin bütün müalicə müddətində qaraciyər funksiyalarının göstəricilərinə nəzarət etmək lazımdır. Qaraciyər zədələnmələrinin klinik təzahürləri zamanı da qaraciyər funksiyalarını tədqiq etmək lazımdır. Qaraciyər transaminazalarının aktivliyi artdıqda, aktivlik normallaşana qədər onlara nəzarət etmək lazımdır. AST və ALT-nin aktivliyinin normanın yuxarı həddi ilə müqayisədə 3 dəfədən çox artması davam edərsə, dozanı azaltmaq və ya preparatın qəbulunu dayandırmaq lazımdır. Alkoqoldan sui-istifadə edən və/və ya qaraciyər xəstəlikləri olan xəstələr də atorvastatin ehtiyatla istifadə edilməlidir. Qaraciyərin aktiv xəstəliyi və ya aminotransferazaların aktivliyinin davamlı naməlum genezli yüksəlməsi atorvastatinin təyin edilməsi üçün əks göstərişdir. Skelet əzələlərinə təsiri Atorvastatin qəbulu zamanı və digər statinlər də olduğu kimi, mioqlobinuriya ilə müşayiət olunan kəskin böyrək çatışmazlığı ilə rabdomiolizin nadir halları təsvir edilmişdir. Mümkün mialgiya əlamətləri müşahidə olunduqda və ya rabdomioliz fonunda böyrək çatışmazlığı yaranma riski olduqda (mis., ağır kəskin infeksiya, arterial hipotenziya, geniş həcimli cərrahi müdaxilə, travmalar, metabolik, endokrin və elektrolit pozulmaları və nəzarət olunmayan qıcolmalar) preparatla müalicəni müvəqqəti saxlamaq və ya tamamilə dayandırmaq lazımdır. Atorvastatin qəbul edən xəstələrdə milagiya müşahidə edilmişdir. Miopatiya diaqnozunu (əzələlərdə ağrı və zəiflik ilə birlikdə kreatinin fosfokinazanın (KFK) aktivliyinin normanın yuxarı həddi ilə müqayisədə 10 dəfədən çox artması) diffuz mialgiya və ya əzələlərdə ağrı və ya zəiflik olan, və/və ya KFK-nın aktivliyinin güclü yüksəlməsi olan xəstələrdə güman etmək lazımdır. Təsdiqlənmiş və ya güman edilən miopatiya ilə KFK aktivliyinin nəzərəçarpacaq dərəcədə artması zamanı atorvastatinlə müalicəni dayandırmaq lazımdır. Bu sinifdən olan digər preparatlarla siklosporin, eritromisin, hipolipidemik dozada nikotin turşusu (>1q) və ya göbələkəleyhinə vasitələrlə (azol törəmələri) birgə istifadəsi zamanı miopatiya riski artır. Bu preparatlardan çoxu CYP3A4 izofermeti ilə əlaqəli metabolizmi və/və ya dərman vasitələrinin nəqlolunmasını inhibə edir. Məlumdur ki, CYP3A4 sitoxromunun izofermenti atorvastatinin biotransfarmasiyasında iştirak edən əsas qaraciyər izofermentidir. Atorvastatini fibratlar, eritromisin, immunodepresanlar, göbələkəleyhinə vasitələr (azol törəmələri), hipolipidemik dozada nikotin turşusu ilə birgə təyini zamanı müalicənin gözlənilən faydasını və mümkün olan riskini dəqiq ölçmək lazımdır. Əzələlərdə ağrı və zəifliyi aşkarlamaq məqsədi ilə, xüsusən müalicənin ilk aylarında və preparatların dozasının artırıldığı dövrlərdə xəstələri mütəmadi müşahidə etmək lazımdır. Kombinasiya ilə müalicənin zəruri olduğu hallarda qeyd olunan preparatların daha kiçik başlanğıc və dəstəkləyici dozaları nəzərdən keçirilməlidir. Bu cür nəzarət ağır miopatiya yaranmasının qarşısını almağa imkan verməsə də, bu hallarda KFK aktivliyinin vaxtaşırı müəyyən olunmasını tövsiyə etmək olar. Müalicəyə qədər Rabdomiolizin inkişafına meyililik yaradan faktorlar qeyd edilmiş pasiyentlərə atorvastatin təyin edərkən, ehtiyatlı olmaq lazımdır. Aşağıdakı hallarda statinlərlə müalicəyə başlamazdan əvvəl kreatinfosfokinazanın (KFK) aktivliyini təyin etmək lazımdır: • böyrək funksiyalarının pozulması; • qalxanabənzər vəzin hipofunksiyası; • əzələ xəstəlikləri və ya ailə anamnezində irsi əzələ xəstəliklərinin olması; • anamnezdə statinlərin və ya fibratların əzələyə toksik təsiri halları; • anamnezdə qaraciyər xəstəlikləri və (və ya) alkoqoldan sui-istifadə; • ahıl yaşlı şəxslərdə (70 yaşdan yuxarı) göstərilən tədbirlərin həyata keçirilməsinin zəruriliyinə rabdomiolizin inkişafına meyllik yaradan digər risk faktorlarını nəzərə almaqla baxmaq lazımdır. • qanda preparatların konsentrasiyasınının yüksələ bildiyi hallarda, xüsusən dərmanların qarşılıqlı təsiri və xüsusi xəstə qruplarında, xüsusən, irsi xəstəlikləri olan pasiyentlərdə. Вelə hallarda müalicənin risk və mümkün fayda nisbətinin qiymətləndirilməsi və xəstələrin klinik monitorinqi tövsiyə edilir. Əgər, müalicədən əvvəl kreatinfosfokinazanın aktivliyi əhəmiyyətli dərəcədə yüksəlmişdirsə (normanın yuxarı həddindən 5 dəfə yüksək), müalicəyə başlanılmamalıdır. Endokrin sistemə təsiri Bəzi əldə olunmuş məlumatlar göstərir ki, statinlər qrupundan olan preparatlar qanda qlükozanın miqdarını artırır və şəkərli diabetin yüksək inkişaf riski olan bəzi xəstələrdə müvafiq müalicəyə ehtiyac yaradacaq dərəcədə hiperqlikemiya törədə bilər. Lakin preparatın ürək-damar xəstəliklərinin riskini azaltmasındakı fayda, diabetin yaranmasının kiçik riskini üstələndiyindən statinlərlə müalicə dayandırılmamalıdır. Risk qrupundan olan pasiyentlərdə (acqarına qanda şəkəri 5,6 – 6,9 mmol/l, BKİ (bədən kütləsi indeksi) > 30 kq/m olan, triqliseridlərin yüksək miqdarı, arterial hipertenziya ilə) qüvvədə olan tövsiyələrə əsasən qanda şəkərin miqdarının vaxtaşırı monitorinqinin aparılmasına əsas var. Statinlər xolesterin sintezinə təsir edirlər və nəzəri olaraq böyrəküstü vəzdən cinsi hormonların sintezinə mənfi təsir göstərə bilərlər. Atorvastatin kortizolun plazmadakı bazal konsentrasiyasını azaltmır və ya böyrəküstü vəzin ehtiyatlarına mənfi təsir göstərmir. Statinlərin kişi fertilliyinə təsiri yetərli sayda xəstələrdə öyrənilməyib. Menopauza önü dövrdəki qadınlarda hipofizar-qonadal oxa təsiri məlum deyil. Ketokonazol, spironlakton və simetidin kimi endogen steroid hormonların səviyəsini və aktivliyini azaldan preparatlarla statinlərin birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Hemorragik insult Ürəyin işemik xəstəliyi (ÜİX) olmayan, son 6 ay ərzində insult və ya tranzitor işemik həmlə (TİH) keçirmiş və 80 mq atorvastatin qəbul edən 4731 xəstənin iştirakı ilə aparılmış klinik tədqiqat göstərir ki, hemorragik insul plasebo qəbul edən xəstələrlə müqayisədə atorvastatin qəbul edən xəstələrdə daha çox müşahidə edilmişdir (plasebo qəbulu zamanı 33, atorvastatin qəbulunda isə 55 hadisə). Anamnezində hemorragik insult olan xəstələrdə təkrar hemorragik insult riski atorvastatin qəbul edən xəstələrdə daha yüksək olmuşdur (atorvastatin qəbulu zamanı 7, plasebo qəbulunda isə 2 hadisə). Atorvastatin 80 mq qəbul edən xəstələrdə ümumi insult hadisələri (atorvastatin 265, plasebo 311 hadisə) və UİX (atorvastatin 123, plasebo 204 hadisə) daha az baş vermişdir. Səbəbsiz zəiflik, yorğunluq, əzələ ağrıları və yanaşı bədən hərarətinin yüksəlməsi halları yarandıqda həkimə bu barədə məlumat vermək lazımdır. Pediatriyada istifadəsi Atorvastatinin heteroziqot ailəvi hiperxolesterinemiyası olan 10 yaşdan 17 yaşa qədər uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi 6 ay davam etmiş plasebo nəzarətli klinik tədqiqatda öyrənilmşdir. Atorvastatin qəbul edən xəstələrdə müşahidə olunan əlavə təsirlər plasebo qəbul edən xəstələdə yaranan əlavə təsirlərə bənzər olmuşdur. Ən çox rast gəlinən əlavə təsir infeksiyaların yaranması olmuşdur. 20 mq və daha yüksək dozalara bu xəstə qrupunda baxılmamışdır. Bu məhdud nəzarətli tədqiqata əsasən atorvastatin qəbulu uşaqlarda boy inkişafına və ya oğlanlarda cinsi inkişafa və ya qızlarda menstural siklin müddətinə təsir etmir. Yeniyetmə qızlara atorvastatin təyin edərkən müvafiq kontrasepsiya üsullarını da tövsiyə etmək lazımdır. Atorvastatinin 10 yaşdan kiçik uşaqlarda istifadəsinə dair tədqiqatlar aparılmamışdır. Preparatın uşaqların boy və ümumi inkişafına təsirinə dair məlumatlar yetərsizdir. Ahıl yaşlı xəstələrdə Sağlam ahıl yaşlı şəxslərdə gənc böyüklərlə müqayisədə atorvastatinin plazma konsentrasiyası daha yüksəkdir (təxminən C 40%, AUC 30%). Klinik məlumatlar XS-ASLP səviyyəsininmax azalma dərəcəsi preparatın istənilən dozasının qəbulu zamanı ahıl yaşlı xəstələrdə gənc xəstələrlə müqayisədə daha çox olduğunu göstərir. İnterstisial ağciyər xəstəlikləri Bəzi statinlərin uzunmüdətli qəbulu zamanı interstisial ağciyər xəstəliklərinin yaranması mümkündür. Xəstəliyin təzahürləri nəfəs darlığı, quru öskürək və ümumi vəziyətin pisləşməsi (zəiflik, bədən kütləsinin azalması və qızdırma) ola bilər. Bu xəstəliyin yaranmasına şübhə olduqda, statin müalicəsi dayandırılmalıdır. Tabletlərin tərkibində laktoza var. Qalaktozaya qarşı irsi dözümsüzlük, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktozanın sorulmasının pozulması olan xəstələrdə atorvastatinin istifadəsi tövsiyə olunmur. Tabletlərin tərkibində 23 mq-dən az natrium vardır ki, buna görə heç bir əlavə ehtiyat tədbirlərinə ehtiyac yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

HMQ-KoA reduktazanın inhibitorları siklosporinlə, fibratlarla (hemfibrozil, fenofibrat), eritromisinlə, klaritromisinlə, azol törmələri olan göbələkəleyhinə preparatlarla və nikotin turşusunun hipolipidemik dozaları ilə birgə müalicədə istifadə edildikdə, miopatiya riski artır. Atorvastatinin plazma konsentrasiyasını artıran preparatlar qəbul edən xəstələrdə atorvastatinin başlanğıc günlük dozası 10 mq təşkil edir. Klaritromisin və itrakonazolla birgə istifadə zamanı atorvastatinin maksimal dozasını azaltmaq lazımdır. CYP3A4 izofermentinin inhibitorları Atorvastatin CYP3A4 izofermenti ilə metabolizmə uğradığına görə atorvastatinin bu izofermentin inhibitorları ilə birgə qəbulu qan plazmasında atorvastatinin konsentrasiyasının artmasına gətirib çıxara bilər. Qarşılıqlı təsir dərəcəsi və təsirin güclənməsi CYP3A4 izofermentinə təsirin dəyişkənliyi ilə müəyyən olunur. Eritromisin/klaritromisin Atorvastatinin CYP3A4 izofermentini inhibə edən eritromisin (500 mq 4 dəfə/gün) və ya klaritromisinlə (500 mq 2 dəfə/gün) birgə təyinatı zamanı atorvastatinin plazma konsentrasiyasının artması müşahidə olunmuşdur. Uzunmüddətli müalicədə atorvastatin və klaritromisinin birgə istifadəsi zəruri olduğu hallarda atorvastatinin günlük dozası 20 mq-dan çox olmamalıdır. Proteaza inhibitorları Atorvastatin AUC göstəriciəri onun İİV proteaza inhibitorlarının bir neçə kombinasiyası və ya hepatit C virusunun proteaza inhibitoru telaprevirlə birgə istifadəsi zamanı tək atorvastatin qəbulu ilə müqayisədə əhəmiyyətli dərəcədə artır. Buna görə də İİV proteaza inhibitorları tipranavir+ritonavir və ya hepatit C virusunun proteaza inhibitoru telaprevir istifadə edilən xəstələr atorvastatinin istifadəsindən çəkinməlidirlər. İİV proteaza inhibitorları lopinavir+ritonavir ilə birgə atorvastatin ehtiyatla və ən aşağı dozada istifadə edilməlidir. İİV proteaza inhibitorları sakvinavir+ritonavir, darunavir+ritonavir, fosamprenavir və ya fosamprenavir+ritonavir qəbul edilən xəstələr üçün atorvastatinin dozası 20 mq-dən artıq olmamalı və ehtiyatla qəbul edilməməlidir. İİV proteaza inhibitoru nelfinavir və ya hepatit C virusunun proteaza inhibitoru boseprevir təyin edilən xəstələrdə atorvastatinin dozası 40 mq- dən artıq olmamalıdır və bu xəstələrin ciddi klinik monitorinqinin keçirilməsi tövsiyə olunur. Diltiazem hidroxlorid Atorvastatinin 40 mq dozada diltiazemin 240 mq-lıq dozası ilə birgə istifadəsi atorvastatinin plazma konsentrasiyasının artmasına səbəb olur. Simetidin Atorvastatin ilə simetidinin klinik əhəmiyyətli qarşılıqlı təsir qeyd olunmamışdır. İtrakonazol Atorvastatinin 20 mq-dan 40 mq-ya qədər dozada itrakonazolun 200 mq dozası ilə birgə istifadə olunması atorvastatinin AUC göstəricisinin artmasına səbəb olur. Uzunmüddətli müalicədə itrakonazol ilə birgə istifadə edildikdə atorvastatinin gündəlik dəstəkləyici dozası 40 mq-dan çox olmamalıdır. Qreypfrut şirəsi Qreypfrut şirəsinin tərkibində CYP3A4 inhibə edən komponentlər olduğuna görə, onun çox atorvastatinin plazma konsentrasiyasının artmasınamiqdarda (1,2 litr/gündən çox) istifadəsi səbəb ola bilər. Sitoxrom CYP3A4 induktorları Sitoxrom CYP3A4 induktorları (məs. efavirenz, rifampisin, dazıotu) ilə birgə istifadəsi atorvastatinin plazma konsentrasiyasının azalmasına səbəb ola bilər. Rifampisinlə (sitoxrom CYP3A4 induktoru və hepatositlər nəqledici zülal inhibitoru OATP1B1) ikili qarşılıqlı təsir mexanizminə görə atorvastatin ilə rifampisinin eyni zamanda istifadəsi tövsiyə olunur, çünki rifampisin qəbulundan sonra atorvastatinin gecikmiş qəbulu atorvastatinin qan plazmasındakı konsentrasiyasının nəzərəçarpacaq dərəcədə azlmasına səbəb olur. Antasidlər Maqnezium hidroksid və alüminium hidroksid tərkibli antasid suspenziya ilə eyni zamanda qəbulu atorvastatinin plazma konsentrasiyasını təqribən 35% aşağı salır, ancaq buna baxmayaraq, XS-ASLP səviyyəsinin azalma dərəcəsi dəyişilmir. Antipirin Atorvastatin antipirinin farmakokinetikasına təsir göstərmir. Azitromisin Atorvastatinin 10 mq dozada, azitromisinin 500 mq dozası ilə eyni zamanda istifadəsi atorvastatinin plazma konsentrasiyasını dəyişmir. Peroral kontraseptivlər Noretisteron və etinilestradiol tərkibli peroral kontraseptivlər ilə eyni zamanda istifadə edildikdə, noretisteron və etinilestradiolun AUC göstəricilərinin əhəmiyyətli dərəcədə (müvafiq olaraq təqribən 30% və 20%) artması müşahidə olunub. Bu təsir atorvastatin qəbul edən qadınlarda peroral kontraseptivlərin seçimində nəzərə alınmalıdır. Varfarin Atorvastatinlə varfarinin qarşılıqlı təsirinin klinik əhəmiyyətli əlamətləri aşkarlanmamışdır. Amlodipin Atorvastatin 80 mq ilə amlodipin 10 mq-nin birgə istifadəsi zamanı, atorvastatinin farmakokinetikası dəyişmir. Kolxisin Kolxisinlə atorvastatin birgə istifadə zamanı miopatiyanın yaranma riski vardır. O cümlədən rabdomioliz yaranma halları haqqında məlumat verilmişdir, buna görə də, atorvastatinlə birgə kolxisini ehtiyatla təyin etmək lazımdır. OATP1B1 nəqledici zülal inhibitorları Atorvastatin və onun metabolitləri OATP1B1 nəqledici zülalının substratlarıdır. OATP1B1 inhibitorları (məs. siklosporin) atorvastatinin biomənimsənilməsini artıra bilər. Atorvastatin 10 mq və siklosporin 5,2 mq/kq/gün dozada birgə istifadəsi atorvastatinin qan plazmasındakı konsentrasiyasını 7,7 dəfə artmasına səbəb olur. Hemfibrozil Hemfibrozil ilə HMQ-KoA-reduktazanın inhibitorları eyni zamanda istifadə edildikdə miopatiya/rabdomioliz yaranma ehtimalının artmasına görə atorvastatinin hemfibrozil ilə birgə istifadəsindən çəkinmək lazımdır. Ezetimib Ezetimibin monoterapiya qismində istifadəsi rabdomioliz daxil olmaqla, skelet əzələlərinin zədələnmələrinə səbəb ola bilər. Buna görə də ezetimib ilə atorvastatin eyni zamanda istifadə edildikdə bu halların yaranma ehtimalını artırır. Bu cür xəstələrin vəziyətinin müvafiq klinik monitorinqinin aparılması tövsiyə olunur. Kolestipol Kolestipol ilə eyni zamanda istifadə edildikdə atorvastatinin plazma konsentrasiyası təqribən 25% azalır. Ancaq atorvastatin və kolestipol kombinasiyasının hipolipidemik təsiri, bu preparatların ayrılıqda göstərdiyi təsirdən daha üstün olmuşdu. Fuzid turşusu Fuzid turşusu ilə atorvastatinin qarşılıqlı təsirinə dair tədqiqatların aparılmamasına baxmayaraq, postmarketinq tədqiqatlarda fuzid turşusu ilə atorvastatinin eyni zamanda istifadə edildikdə miopatiyanın (rabdomioliz daxil olmaqla) yaranma halları haqqında məlumat verilmişdir. Bu qarşılıqlı təsirin mexanizmi məlum deyil. Həmin hallarda xəstələr ciddi nəzarət altında saxlanmalıdır və atorvastatinin qəbulu fuzid turşusu ilə müalicə zamanı dayandırılmalıdır. Fuzid turşusu ilə müalicə bitdikdən 7 gün sonra atorvastatinin qəbulu bərpa oluna bilər. Diqoksin 10 mq atorvastatinlə diqoksinin birgə istifadəsi zamanı diqoksinin plazma konsentrasiyası dəyişilməmişdir. Ancaq 80 mq/gün dozada atorvastatinlə birgə istifadə zamanı diqoksinin plazma konsentrasiyası təxminən 20% yüksəlmişdir. Diqoksin və atorvastatin eyni zamanda istifadə edildikdə xəstələr ciddi nəzarət altında saxlanmalıdırlar. Digər fibratlar HMQ-KoA-reduktazanın inhibitorları ilə digər fibratlar eyni zamanda istifadə edildikdə miopatiyanın yaranma ehtimalı artdığına görə atorvastatin digər fibratlar ilə birgə ehtiyatla istifadə edilməlidir. Niasin Preparatın niasin ilə eyni zamanda istifadəsi edildikdə skelet əzələləri tərəfindən əlavə təsirlərin yaranma ehtimalı artıra bilər; həmin hallarda atorvastatinin dozasının azaldılması düşünülməlidir. Digər yanaşı gedən müalicəsi Klinik tədqiqatlarda antihipertenziv və estrogen əvəzedici müalicə atorvastatinlə birgə istifadə edildikdə klinik əhəmiyyətli qarşılıqlı təsir qeyd olunmamışdır. Digər preparatlarla qarşılıqlı təsiriləri öyrənən tədqiqatlar keçirilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi Hamiləlik kateqoriyası X Reproduktiv yaşda olan qadınlar müalicə zamanı adekvat kontrasepsiya metodlarından istifadə etməlidirlər. Atorvastatin reproduktiv yaşlı qadınlara, hamiləlik ehtimalı çox az olan halda və müalicə zamanı döl üçün ehtimal olunan risk barəsidə xəstənin məlumatlı olduğu halda təyin oluna bilər. Hamiləlik Hamiləlik zamanı atorvastatin istifadəsi əks göstərişdir. Laktasiya dövrü Laktasiya dövründə atorvastatin istifadəsi əks göstərişdir. Atorvastatinin ana südü ilə çıxarılması məlum deyil. Laktasiya dövründə preparatın isyifadəsi zəruri olduqda, südəmər uşaqlarda arzuolunmaz təsirlərin yaranma riskinin qarşısını almaq üçün, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Atorvastatinin nəqliyyat vasitələrini idarə etmə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən, potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olma qabiliyyətinə təsiri barəsində məlumatlar yoxdur.

İstifadə qaydası və dozası

Atorvastatin təyin etməzdən əvvəl xəstəyə standart hipolipidemik pəhriz təyin olunmalıdır və o, bütün müalicə dövründə bu pəhrizə əməl etməlidir. Preparat qida qəbulundan aslı olmayaraq günün istənilən vaxtında daxilə qəbul edilir. Preparatın dozası 10 mq/gün-dən 80 mq/gün-ə qədər dəyişir, doza seçimi XS-ASLP-nin başlanğıc səviyyəsi, müalicənin hədəfi və fərdi effekti nəzərə alınmaqla seçilir. Bütün müalicə dövründə maksimal doza 80 mq/gün təşkil edir. Müalicənin əvvəlində və/və ya atorvastatin dozasını artırdıqda hər 2-4 həftə qan plazmasında lipidlərin səviyyəsinə nəzarət olunmalı və müvafiq qaydada doza korreksiya edilməlidir. Birincili hiperxolesterinemiya və qarışıq hiperlipidemiya zamanı Əksər hallarda preparatın 10 mq dozada gündə 1 dəfə təyin olunması kifayət edir. Əhəmiyyətli terapevtik effekt 2 həftədən, maksimal terapeftik effekt isə 4 həftədən sonra müşahidə edilir. Bu effekt davamlı müalicə zamanı saxlanılır. Heteroziqot ailəvi hiperxolesterinеmiya zamanı Xəstələrin müalicəsinə 10 mq/gün doza ilə başlamaq lazımdır. Dozanın fərdi korreksiyasını 4 həftədən bir aparmaqla, gündəlik dozanı 40 mq-yə qədər çatdırmaq lazımdır. Sonra dozanı gündə 80 mq maksimal dozaya qədər artırmaq və ya atorvastatini 40 mq dozada öd turşusu sekvestrantları ilə kombinasiyada təyin etmək lazımdır. Homoziqot ailəvi hiperxolesterinеmiya zamanı Məhdud sayda məlumat var. Preparat 10 mq-dan 80 mq-a qədər dozada gündə bir dəfə təyin edilir. Preparat digər müalicə üsullarına (plazmafarez) tamamlayıcı müalicə qismində və ya digər üsullarla müalicə mümkün olmadıqda əsas müalicə kimi istifadə olunur. Ürək-damar ağırlaşmalarının profilaktikası Birincili profilaktikada gündəlik doza 10 mq təşkil edir. XS-ASLP-nin müvafiq səviyyəsinin saxlanması üçün preparatın daha yüksək dozalarının istifadəsi mümkündür. İstifadə qaydası Preparat daxilə qəbul edilir. Preparat günün istənilən vaxtında (1 dəfə/gün), qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Xüsusi xəstə qruplarında Böyrək xəstəlikləri olan xəstələrdə Böyrək funksiyalarının pozulması qan palzmasında atorvastatinin konsentrasiyasına və ya atorvastatin qəbulu zamanı XS-ASLP səviyyəsinin azalmasına təsir göstərmir, buna görə də preparatın dozasında dəyişiklik etməyə ehtiyac yoxdur. Qaraciyər funksiyalarının pozulması olan xstələrdə ehtiyatlı olmaq lazımdır (preparatın orqanizmdən çıxarılması yavaşladığına görə). Bu cür hallarda klinik və laborator göstəricilər (ALT və AST aktivliyinə mütəmadi nəzarət) ciddi nəzarətdə saxlanılmalı və əhəmiyyətli patoloji dəyişikliklər aşkarlandığı halda, preparatın dozası azaldılmalı və ya müalicə dayandırılmalıdır. 10 yaşdan 17 yaşadək uşaqlarda heteroziqot ailəvi hiperxolesterinemiya Tövsiyə olunan başlanğıc doza 10 mq/gün təşkil edir. Tövsiyə olunan maksimal gündəlik doza 20 mq/gün təşkil edir (atorvastatinin 20 mq/gün-dən yuxarı dozalarının bu xəstə qrupunda istifadəsinə dair tədqiqat aparılmayıb). Doza korreksiyasını 4 həftə və ya daha böyük intervalla aparmaq lazımdır. Ahıl yaşlı xəstələrdə Ümumi populyasiya ilə müqayisədə hipolipidemik terapiyanın təhlükəsizliyi, effektivliyi və ya müalicə hədəfinə nail olunmasında fərq qeydə alınmayıb. Kombinə olunmuş müalicə Tamamlayıcı effektə nail olmaq üçün atorvastatin preparatı öd turşularının sekvestrantları ilə birgə istifadə etmək olar. Atorvastatinin HMQ-KoA-reduktazanın inhibitorları və fibratlarla (hemfibrozil və fenofibrat kimi) birgə istifadəsindən çəkinmək lazımdır. Siklosporin, klaritromisin, itrakonazol, proteaza inhibitorları qəbul edilən xəstələrdə dozalanması Siklosporin, İİV proteaza inhibitorları (tipranavir+ritonavir) və ya hepatit C virusunun proteaza inhibitorları (telaprevir) ilə atorvastatinin birgə istifadəsindən çəkinmək lazımdır. Klaritromisin, itrakonazol və ya İİV olan və saqvinavir+ritonavir, darunavir+ritonavir, qəbul edən xəstələrin atorvastatinlə müalicəsini 20 mq-yə qədər dozayla məhdudlaşdırmaq lazımdır. Zəruri hallarda, atorvastatinin ən kiçik dozasının istifadəsinin təsdiqi məqsədi ilə klinik qiymətləndirmə aparmaq lazımdır. İİV proteaza inhibitoru nelfinavir və ya hepatit C virusunun proteaza inhibitoru boseprevir qəbul edən xəstələrdə atorvastatinlə müalicəsini 40 mq-yə qədər dozayla məhdudlaşdırmaq lazımdır. Zəruri hallarda, atorvastatinin ən kiçik dozasının istifadəsinin təsdiqi məqsədi ilə klinik qiymətləndirmə aparmaq lazımdır.

Əlavə təsirləri

Atorvastatin adətən yaxşı dözümlənir. Əlavə təsirlər, bir qayda olaraq, yüngül və müvəqqəti olur. Preparatın 16066 (8755 nəfər atorvastatin, 7311 nəfər plasebo qəbul etmişdir) xəstənin iştirakı ilə keçirilmiş, ortalama müalicə müddəti 53 həftə olan plasebo nəzarətli klinik tədqiqatının məlumat bazasında göstərilmişdir ki, atorvastatin qəbul edən xəstələrin 5,2%-i, plasebo qəbul edən xəstələrin isə 4%-i preparatın qəbulundan aslı olmayaraq yaranan əlavə təsirlər səbəbi ilə dərman qəbulunu dayandırıblar. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və invaziyalar: tez-tez – nazofaringit. Qanyaradıcı və limfa sistemdə baş verən pozulmalar: nadir – trombositopeniya İmmun sistemdə baş verən pozulmalar: tez-tez – аllergik reaksiyalar; çox nadir – аnafilaksiya. Metabolizmin və maddələr mübadiləsinin pozulmaları: tez-tez-hiperqlikemiya, bəzən – hipoqlikemiya, bədən kütləsinin artması, anoreksiya. Psixiatrik pozulmalar: bəzən – qorxulu yuxugörmələr, yuxusuzluq. Sinir sistemində baş verən pozulmalar: tez-tez – başağrısı; bəzən – başgicəllənmə, paresteziya, hipesteziya, dadbilmə pozğunluqları, amneziya; nadir – periferik neyropatiya. Görmə orqanında baş verən pozulmalar: bəzən – görmənin dumanlanması; nadir – görmənin pozulması. Eşitmə orqanında və vestibulyar aparatda baş verən pozulmalar: bəzən – qulaqlarda cingilti; çox nadir – eşitmə qabiliyyətinin itməsi. Tənəffüs sistemi, döş qəfəsi və orta divararalığında baş verən pozulmalar: tez-tez – boğazda və udlaqda ağrı, burun qanaxması. Mədə-bağırsaq traktında baş verən pozulmalar: tez-tez – qəbizlik, köp, dispepsiya, ürəkbulanma, diareya; bəzən – pankreatit, qarın boşluğunda ağrı, gəyirmə, qusma. Qaraciyər və öd kisəsi funksiyalarının pozulması: bəzən – hepatit; nadir – хоlestaz; çox nadir – qaraciyər çatışmazlığı. Dəriyə və dərialtı toxumaya: övrə, dəri səpgisi, qaşınma, alopesiya; nadir – angionevrotik ödem, bullyoz dermatit (o cümlədən çoxformalı eritema), Stivens-Conson sindromu və toksik epidermal nekroliz. Sümük-əzələ sisteminin və birləşdirici toxuma funksiyalarının pozulması: tez-tez – oynaqlarda, ətraflarda və beldə ağrılar, əzələ spazmı; bəzən -əzələ yorğunluğu. Boyunda ağrı, nadir – miopatiya, miozit, rabdomioliz, əzələlərin cırılması, tendinopatiya. Reproduktiv sistemə: bəzən – impotensiya; çox nadir – ginekomastiya. Ümumi pozulmalar: bəzən – asteniya, sinədə ağrı, periferik ödemlər, yorğunluq, hipertermiya. Laborator təhlillərin nəticələrində dəyişikliklər: tez-tez – qaraciyər funksiyalarının təyini zamanı yanlış nəticələr, qanda kreatinfosfokinazanın (KFK) aktivliyinin yüksəlməsi; bəzən: sidikdə leykositlərin olması təhlilinin müsbət nəticələri HMQ-КоА reduktazanın digər inhibitorlarında olduğu kimi, atorvastatinin qəbulu zamanı da plazmada aminotransferazanın aktivliyinin yüksəlməsi müşahidə edilmişdir. Bu dəyişikliklər əsasən yüngül, keçici olmuş və hər hansı bir müdaxilə və ya müalicəyə ehtiyac olmamışdır. Zərdab transaminazalarının aktivliyinin klinik əhəmiyyətli yüksəlməsi (normanın yuxarı sərhəddindən 3 dəfədən çox) atorvastatinlə müalicə olunan pasiyentlərin 0,8%-də qeyd edilmişdir.Bu yüksəlmə dərman preparatının dozasından asılı olmuş və bütün pasiyentlərdə dönər xarakterli olmuşdur. Qan zərdabında kreatinfosfokinazanın aktivliyinin yüksəlməsi (normanın yuxarı həddindən 3 dəfədən çox) atorvastatinlə müalicə olunan pasiyentlərin 2,5%-də qeyd edilmişdir. Bu nəticələr HMQ-КоА reduktazanın digər inhibitorlarının klinik tədqiqatlarında alınmış nəticələrə oxşar olmuşdur. Atorvastatin qəbul edən xəstələrin 0,4%-də kreatinfosfokinazanın aktivliyi normanın yuxarı həddindən 10 dəfədən çox yüksəlməsi qeyd edilmişdir. Pediatrik xəstələrdə Atorvastatinin uşaqlarda istifadəsinin təhlükəsizliyi üzrə klinik tədqiqatların məlumat bazasında 249 pediatrik xəstədə təhlükəsizliyinə dair məlumatlar var. Onların arasında 7 pasiyent < 6 yaşında, 14 pasiyent 6-9 yaşında, 228 pasiyent isə -17 yaşında olmuşdur. Sinir sistemi funksiyalarının pozulması: tez-tez – başağrısı Mədə-bağırsaq sisteminin funksiyalarının pozulması: tez-tez – qarın boşluğunda ağrılar Müayinələr: tez-tez – alaninaminotransferazanın aktivliyinin yüksəlməsi, qanda kreatininfosfokinazanın aktivliyinin yüksəlməsi. Əldə olunan məlumatlara əsasən güman etmək olar ki, uşaqlarda arzuolunmaz halların meydana çıxmasının tezliyi, növü və ağırlığı böyük pasiyentlərdə olduğu kimi olacaqdır. Uşaqlarda preparatın təhlükəsizliyinin saxlanmasının müddətinə dair məlumatlar məhduddur. Bəzi statinlərin qəbulu zamanı yaranan əlavə təsirlər aşağıda göstərilmişdir: • Yuxunun pozulması, yuxusuzluq, qorxulu yuxugörmələr. • Yaddaşın itirilməsi • Seksual disfunksiya • Depressiya • Nadir hallarda interstisial ağciyər xəstəlikləri, xüsusən uzunmüddətli müalicə zamanı • Diabet: risk faktorlarından və onların tezliyindən aslı olaraq (qanda qlükozanın səviyyəsi acqarına ≥5,6 mmol/l, BMI >30 kq/m2, triqliseridlərin səviyyəsinin yüksəlməsi, anamnezdə arterial hipertoniya). Qeydiyatdan sonrakı dövrdə statinlərin qəbulu ilə əlaqəli koqnitiv pozulmaların (mis: yaddaşın itməsi, unutqanlıq, amneziya, yaddaşın pisləşməsi, şüurun dumanlanması) yaranmasına dair nadir məlumatlar əldə olunmuşdur. Bu koqnitiv pozulmalar bütün statinlərin qəbulu zamanı qeydə alınmışdır. Hesabatlar bütövlükdə ciddi əlavə təsirlərə aid edilməmişdir. Bu əlamətlər statinlərin qəbulu dayandırıldıqdan sonra geridönən olublar. Bu əlamətlərin yaranma (1 gündən bir neçə ilə qədər) və aradan qalxdığı vaxt (ortalama davametmə müddəti 3 həftə) müxtəlif olmuşdur. Statinlərin qəbulu zamanı nadir immun-mənşəli nekrozlaşdırıcı miopatiya halları barəsində məlumat verilmişdir. GÖZLƏNİLMƏYƏN TƏSİRLƏR YARANDIĞI ZAMAN HƏKİMƏ MÜRACİƏT EDİN

Doza həddinin aşılması

Doza həddinin aşılması halları təsvir edilməmişdir. Zəruri hallarda simptomatik müalicə aparılır. Plazma zülalları ilə aktiv bağıanmasını nəzərə alaraq, hemodializ çətin ki, atorvastatinin klirensini artıra bilsin. Spesifik antidotu yoxdur.

Buraxılış forması

10 tablet, blisterdə. 3 və ya 9 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Digər buraxılış formaları Eskolan-sanovel 10 mq, 30 örtüklü tablet. Eskolan-sanovel 20 mq, 30 örtüklü tablet. Eskolan-sanovel 80 mq, 30 örtüklü tablet.

Saxlanma şəraiti

25°С-dən aşağı otaq temperaturunda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat şəhadətnaməsinin sahibi SANOVEL İLAÇ SAN ve TİC.A.Ş. Silivri İlcesi, Balaban Mahallesi, Cihaner sokağı, No:10, 34580, ISTANBUL/TÜRKİYƏ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“ESKOLAN 40 MG N-30 TB” üçün ilk rəyi siz yazın.