Aspartin 500 mq 10 ml N5 inyeksiya
| Dərman forması | İnyeksiya üçün məhlul |
|---|---|
| Farmakoloji təsir | Qaraciyər müalicəsində istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
50,25 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ASPARTİN infuziya üçün məhlul ASPARTINE Beynəlxalq patentləşdirilməmiş adı: L-ornitin-L-aspartat
Tərkibi
Təsiredici maddələr: 1 ml məhlulun tərkibinə 500 mq L-aspartat-L-ornitin vardır. Köməkçi maddələr: natrium metabisulfit, dintrium edetat, inyeksiya üçün su.
Təsviri
Qəhvəyi rəngdə olan şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Qaraciyər müalicəsində istifadə olunan preparatlar. ATC kodu: A05BA.
Farmakoloji xüsusiyyətləri
Preparat detoksikasiyaedici və hepatoprotektor xüsusiyyətlərə malikdir. ASPARTİN ornitin tsiklini aktivləşdirir, ammonyakın səviyyəsini azaldır. L-ornitin-L-aspartat orqanizmdə ammonyakın sidik cövhərinə və qlutaminə çevrilməsini təmin edir. Ornitin karbamoilfosfatsintetaza və karbamoiltransferaza fermentinin katalizatoru olub sidik cövhərinin sintezinin əsasını təşkil edir. Preparat, həmçinin parenteral qidalanma tələb olunan xəstəliklər zamanı zülal mübadiləsini yaxşılaşdırır, STH və insulin sekresiyasını stimullaşdırır. Preparat böyrəklər vasitəsilə orqanizmdən xaric olunur.
İstifadəsinə göstərişlər
Gizli və aşkar qaraciyər ensefalopatiyası simptomları ilə müşayiət olunan qaraciyər detoksikasiya fəaliyyətinin pozulması səbəbiylə yaranan xəstəliklərin müalicəsi.
Əks göstərişlər
Preparata qarşı fərdi yüksək həssaslıq, Laktik asidoz. Metanolla zəhərlənmiş pasiyentlər. Fruktoza-sorbitola qarşı dözümsüzlük. Fruktoza-1,6-difosfat çatışmazlığı. Böyrək çatışmazlığı (kreatinin klirensi >3 mg/100ml)
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ağır böyrək çatışmazlığında (kreatinin səviyyəsi 3 mq/100 ml-dən çox olarsa) istifadə etmək olmaz. Yaşlı xəstələrdə dərman istifadəsinə dair məhdudiyyət müəyyən edilməmişdir. Uşaqların istifadəsi haqqında məlumatlar mövcud deyil. Yüksək dozada istifadəsi zamanı sidik cövhərinin səviyyəsinə nəzarət etmək vacibdir. Preparatın tərkibindəki natrium pirosulfit pasiyentlərdə allergik reaksiyalara (məs., anafilaktik) və zəif və ya həyati təhlükəli astma tutmalarına səbəb ola bilər. Preparatın istifadəsi zamanı əlavə təsirlər müşahidə olunarsa, preparatın dozası və yeridilmə sürəti optimallaşdırılmalıdır . Digər dərman maddələri ilə qarşılıqlı təsiri Digər dərman maddələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsindən qaçınmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə zamanı nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməkdən çəkinmək tövsiyə olunur.
İstifadə qaydası və dozası
Preparat 500 ml infuziya üçün məhlula (fizioloji məhlul, Ringer məhlulu və ya 5%-li qlükoza məhlulu) qarışdırılaraq vena daxilinə damcı üsulu ilə təyin edilir. Orta terapevtik doza 4 ampul (20 q) təşkil edir, ağır hallarda (koma, prekoma) dozanı 8 ampula (40 q) qədər qaldırmaq olar. İnfuziyanın sürəti saatda 5 q-dan artıq olmamalıdır. 500 ml infuziya üçün məhlulda 6 ampuldan artıq həll etmək olmaz.
Əlavə təsirləri
Sinir sistemi: bəzən qızdırma və ürəkbulanma (oksipitial bölgə); Allergik reaksiyalar; Mədə-bağırsaq sistemində narahatlıq və qusma yarana bilər.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı dispeptik əlamətlər baş verə bilər, bu zaman simptomatik müalicə və preparatın orqanizmdən xaric edilməsinin sürətləndirilməsi istiqamətində tədbirlər aparılmalıdır.
Buraxılış forması
10 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq laızmdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Acies Pharmaceutical Pvt. Ltd., India. Plot No. 14, Mile Stone, Rudrapur Kashipur Road, Village Alakh Devi, Post Prem nagar Tehsil Gadarpur, Distt, Udham Singh Nagar, Gadapur, Uttrakhand., India.
Qeydiyyat vəsiqəsinin sahibi
GETTA PHARMA LTD, Great Britain. 20-22 Wenlock Road, London, England, №17GU.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.