KOLOFORT № 100 (TABLETKI) (MATERIA MEDIKA XOLDING NPF OOO) (ROSSIYA)
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Spazmolitiklər psixotrop preparatlarla kombinasiyada |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
14,05 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
KOLOFORT homeopatik sorma tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 0,006 q* alfa affin təmizlənmiş insan şiş nekrozu faktoruna qarşı antitel vardır. Beyin-spesifik zülalına qarşı 0,006 q* affin təmizlənmiş S-100 antitel. Histaminə qarşı 0,006 q* affin təmizlənmiş antitel. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat. 12, 30 200 * müvafiq olaraq 100 100 , 100 dəfə durulaşdırılımış üç aktiv durulaşdırılmış substansiyanın sulu-spirtli qarışığı şəklində laktoza monohidratın üzərinə çəkilir.
Təsviri
Yastı slindrik formalı xətti olan və iti kənarlı, ağ rəngdən demək olar ki, ağ rəngə qəər tabletlərdir. Xətti olan yastı tərəfində “MATERIA MEDICA”, digər yastı tərəfində “KOLOFORT” yazısı vardır.
Farmakoterapevtik qrupu
Spazmolitiklər psixotrop preparatlarla kombinasiyada. ATC kodu: A03C.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Eksperimental olaraq göstərilmişdir ki, preparatın komponentləri müvafiq reseptorlarla endogen tənzimləyicilərin liqand-reseptor qarşılıqlı təsirinin aktivliyini modifikasiya edir: S-100 zülalına qarşı antitel serotonin reseptorlarına və siqma 1 reseptorlarına; alfa şiş nekrozu faktoruna qarşı antitel (ŞNF-α) ŞNF-α reseptoruna; histaminə qarşı antitel mədə-bağırsaq traktında (MBT) lokalizəolunmuş H4-histamin reseptorlarına. Üç aktiv komponentin birləşməsi bağırsağın funksional pozuntusunun mərkəzi və periferik hissəsinin patogenezinə kompleks təsir göstərməyə imkan verir, o cümlədən, abdominal ağrı sindromuna. S-100 zülalına qarşı antitel geniş spektrli psixotrop aktivliyə malikdir, anksiolitik və antidepressiv, antiastenik və nootrop effekt daxil olmaqla, bu da, klinik olaraq, daxili gərginliyin, həyəcanın aradan qaldırılması, bir sıra visseral funksiyaların normallaşması, o cümlədən, yoğun bağırsağın fəaliyyətinin. ilə təzahür edir. Sedativ təsir, adətolma, ləğvetmə sindromu yaratmır. ŞNF-α-ya qarşı antitel iltihabəleyhinə ifadəolunmuş təsir göstərir, iltihab və iltihabəleyhinə sitokinlərin balansını normallaşdırır. Histaminə qarşı antitel spazmolitik, iltihabəleyhinə, ödeməleyhinə təsir göstərir. Kompleks preparatın tərkibində komponentlərin istifadəsi bağırsağın sinir və humoral funksiyasının tənzimlənməsinin normallaşmasına; BMT-nin pozulmuş motorikasını bərpa etməklə, yoğun bağırsağın uzanmasına qarşı reseptorların visseral hiperhəssaslığının azalmasına; qarında köp və mədənin dolması hissinin aradan qalxmasına, ağrı sindromunun təzahürünün azalmasına səbəb olur. Preparatın spazmolitik təsiri saya əzələnin boşalması və MBT-nin divarının tonusunun azlamsı, boşluqdaxili təzyiqin azalması, nəcisin konsistensiyasının normallaşması, onun tezliyi və yanaşı simptomlarla təzahür edilir (imperativ çağırışların aradan qalxması, bağırsağın natamam boşalması hissi, defekasiya aktı zamanı əlavə səy göstərmək və s.). Farmakokinetikası Müasir fiziki-kimyəvi analiz üsullarının həssaslığı (qaz-maye xromatoqrafiyası, yüksək effektli maye xromatoqrafiya, xromato-kütlə-spektrometriya) Kolofort preparatının təsiredici maddələrinin miqdarını bioloji mayelərdə, orqan və toxumalarda qiymətləndirməyə imkan vermir ki, bu da, texniki cəhətdən farmakokinetikanın öyrənilməsini mümkünsüz edir.
İstifadəsinə göstərişlər
Kolofоrt böyüklərdə istifadə üçün göstərişdir. Abdominal ağrı, qəbizlik, diareya, meteorizm, köp, ürəkbulanma və qusma simptomları kimi təzahür edən qıcıqlanmış bağırsaq sindromu, o cümlədən, stresslə əlaqədar.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. 18 yaşa qədər uşaqlar. Laktaza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində laktoza monohidrat vardır, bununla əlaqədar onu anadangəlmə qalaktozemiyalı, qlükoza və ya qalaktoza malabsorbsiyası sindromu və ya anadangəlmə laktazaya qarşı dözümsüzlüyü olan pasiyentlərə təyin etmək məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırkı dövrə qədər digər dərman vasitələrilə uyuşmazlığı halları qeyd edilməyib.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Kolofort preparatının təsiredici maddələrinin hamilə qadınlarda istifadəsi barədə məlumat yoxdur. Laktasiya dövrü Kolofort preparatının təsiredici maddələrinin (metabolitlərinin) ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Pediatriyada istifadəsi Kolofort preparatı uşaqlarda istifadə üçün nəzərədə tutulmayıb. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Kolofort nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Tabletin üzərindəki xətt onu yarıya bölmək üçün nəzərdə tutulmayıb. Daxilə qəbul edilir. Bir qəbula 2 tablet (tam həll olana qədər ağızda saxlamaq lazımdır- qida qəbulu zamanı deyil) təyin edilir. Gündə 2 dəfə qəbul edilir. Müalicə kursu 1 aydan az olmamalıdır; məsləhət görülən müalicə kursu 3 aydır; ehtiyac olduqda, müalicə kursunu 6 aya qədər uzatmaq və/və ya 1-2 aydan sonra təkrarlarmaq olar.
Əlavə təsirləri
Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq reaksiyaları mümkündür.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı preparatın tərkibinə daxil olan köməkçi maddələrlə əlaqədar dispeptik təzahürlər mümkündür.
Buraxılış forması
Homeopatik sorma tabletlər. 20 tablet, polivinilxlorid örtüklü və alüminium folqalı konturlu-yuvalı qablaşmada. 5 konturlu-yuvalı qablaşma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“EİŞ “Materia Medika Holdinq” MMC. Rusiya, 454139, Çelyabinsk , Buquruslanskaya k., ev 54. Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “EİŞ “Materia Medika Holdinq” MMC. Rusiya, 127473, Moskva ş., 3-cü Samotyoçnıy döngəsi, ev 9. Tel.:/Faks: +7 (495) 684-43-33. Qaynar xətt telefonları: +7 (495) 681-09-30; +7 (495) 681-93-00. E-mail: [email protected] Azərbayca Respublikasında iradları qəbul edən təşkilat “Materia Medika Holdinq “EİŞ” MMC nümayəndəliyi. Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., Xətai r., Nobel pr., v 15, məhəllə 1212. Tel.: +994 124886892. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.