Nitroqliserin 0,5 mq N40 tablet

Dərman formasıTablet
Farmakoloji təsirKardiologiyada istifadə olunan vazodilatatorlar. Üzvi nitratlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,20 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NİTROQLİSERİN sublinqval tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nitroglycerin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq nitroqliserinə nəzərən laktoza üzərində 2% nitroqliserin vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, prejelatinləşdirilmiş nişasta, natrium kroskarmelloza, kalsium stearat.

Təsviri

Dairəvi formalı, yuxarı və aşağı səthləri yastı, kənarları kəsik, ştrixlə, ağ və ya krem çalarlı rəngdə birqatlı tabletlərdir. Tabletin səthində mərmərliliyə yol verilir. Qırıldıqda lupa altında nisbətən bircinsli quruluş görünür.

Farmakoterapevtik qrupu

Kardiologiyada istifadə olunan vazodilatatorlar. Üzvi nitratlar. ATC kodu C01D A02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Əsasən vena damarlarına təsir göstərən periferik vazodilatatordur. Nitroqliserinin təsiri başlıca olaraq önyüklənmənin (periferik venaların genişlənməsi və qanın sağ qulaqcığa daxil olmasının azalması hesabına) və postyüklənmənin (ümumi periferik damar müqavimətinin azalması) azalması hesabına miokardın oksigenə olan tələbatının azalması ilə əlaqədardır. Ağrı sindromunun formalaşmasının damar komponentini tormozlamaqla, damarların simpatik tonusuna mərkəzi tormozlayıcı təsir göstərir. Meningeal damarları genişləndirir ki, onun istifadəsi zamanı meydana çıxan başağrısı da bununla izah edilir. Sublinqval formalarının istifadəsi zamanı stenokardiya tutması adətən 1,5 dəqiqədən sonra aradan qalxır, hemodinamik və antianginal təsiri 30 dəqiqədən 60 dəqiqəyə qədər saxlanılır. Farmakokinetikası Selikli qişaların səthindən sürətlə və tam absorbsiya olunur. Sublinqval istifadə zamanı dərhal sistem qan axınına düşür. 0,5 mq dozada sublinqval istifadə zamanı biomənimsənilməsi – 100%, qan plazmasında maksi- mal konsentrasiyası 5 dəqiqədən sonra qeyd edilir. Qan zülalları ilə birləşməsi 60% təşkil edir.

İstifadəsinə göstərişlər

Stenokardiya (stenokardiya tutmalarını aradan qaldırmaq və qısamüddətli profilaktika üçün).

Əks göstərişlər

Nitratlara qarşı yüksək həssaslıq, şok, kollaps, arterial hipotenziya (sistolik AT 100 mm c. süt.- dan aşağı, diastolik AT 60 mm c. süt.-dan aşağı), sol mədəciyin aşağı dolma təzyiqi ilə kəskin miokard infarktı, hipertrofik obstruktiv kardiomiopatiya, yüksək kəllədaxili təzyiq (o cümlədən, hemorragik insult zamanı, başın yaxınlarda keçirilmiş travması), yüksək gözdaxili təzyiqlə bağlıbucaqlı qlaukoma, eyni zamanda sildenafillə və fosfodiesterazanın digər inhibitorları ilə istifadə, bradikardiya (50 zərbə/dəq-dən aşağı), serebral işemiya, ürəyin tamponadası, hamiləlik.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatı risk və fayda nisbətini nəzərə almaqla, ehtiyatla qəbul etmək lazımdır: nəzarətsiz hipovolemiya zamanı, ağciyər arteriyasında normal və ya aşağı təzyiq zamanı ürək çatışmazlığı olan xəstələrə, ağır anemiya, hipertireoz, beyin qan dövranının pozulması zamanı, ağır böyrək və/və ya qaraciyər çatışmazlığı zamanı (methemoqlobinemiyanın inkişaf riski). Aortal stenoz zamanı, ağciyərlərin toksik ödemində ehtiyatla istifadə etmək lazımdır. Aydın ifadə olunmuş serebral aterosklerozu olan ahıl yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Müalicə dövründə alkoqoldan istifadə edilməməlidir. Müalicə zamanı hamama, saunaya getmək, isti duş qəbul etmək əks göstərişdir. Tableti çeynəmək olmaz, belə ki, ağız boşluğunun selikli qişasından sistem qan axınına təsiredici maddənin artıq miqdarı daxil ola bilər. Digər üzvi nitratlara qarşı olduğu kimi, tez-tez istifadə zamanı nitroqliserinə qarşı vərdişolma (tolerantlıq) inkişaf edə bilər, hansı ki, dozanın artırılmasını tələb edir. Nitroqliserinin uzunmüddətli istifadəsi zamanı tolerantlığın inkişaf etməsinin qarşısını almaq üçün gün ərzində preparatı fasilələrlə (10-12 saat intervalla) qəbul etmək və ya eyni zamanda kalsium antaqonistləri, AÇF inhibitorları və ya diuretiklər təyin etmək tövsiyə olunur. Lazım gələrsə, tolerantlığın inkişaf etdiyi zaman müvəqqəti olaraq (bir neçə günlüyə) Nitroqliserinin istifadəsini ləğv etmək və onu digər farmakoterapevtik qrupdan olan antianginal vasitələrlə əvəz etmək lazımdır. Preparatın tərkibində laktoza vardır, ona görə də qalaktozaya qarşı irsi dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükozq-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlər bu preparatdan istifadə etməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər vazodilatatorlarla, hipotenziv vasitələrlə, AÇF-in inhibitorları ilə, “ləng” kalsium kanallarının blokatorları ilə, fosfodiesterazanın inhibitorları ilə, diuretiklərlə, trisiklik antidepressantlarla, MAO-nun inhibitorları ilə, etanolla və etanoltərkibli preparatlarla, beta- adrenoblokatorlarla, prokainamidlə, xinidinlə, novokainamidlə birlikdə istifadə zamanı nitroqliserinin hipotenziv təsiri güclənir. Atropin və M-xolinolitik təsirli digər preparatlar nitroqliserinin təsirini aşağı sala bilər (preparatın sekresiyasını və biomənimsənilməsini azaltması nəticəsində). Dihidroerqotaminlə istifadəsi qan plazmasında onun konsentrasiyasının yüksəlməsinə və arterial təzyiqin yüksəlməsinə (dihidroerqotaminin biomənimsənilməsinin yüksəlməsi nəticəsində) gətirib çıxara bilər. Heparinlə birlikdə istifadəsi zamanı sonuncunun antikoaqulyant təsirinin azalması mümkündür (preparatın ləğvindən sonra qanın laxtalanma qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması mümkündür ki, bu da heparinin dozasının azaldılmasını tələb edə bilər). Fenobarbital qaraciyərdə nitratların metabolizmini aktivləşdirir. Alfa-adrenomimetiklər, histamin, pituitrin, kortikosteroidlər, MSS-nin stimulyatorları, arı zəhəri, ilan zəhəri, günəş şüaları nitroqliserinin antianginal təsirini zəiflədir. Salisilatlar qanda nitroqliserinin səviyyəsini yüksəldir, barbituratlar onun metabolizmini sürətləndirir. Sulfhidril qrupların donatorları (kaptopril, asetilsistein, unitiol) nitroqliserinə qarşı azalmış həssaslığı bərpa edir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Nitroqliserinin hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Pediatriyada istifadəsi Uşaqlarda istifadə təcrübəsi yoxdur, ona görə də onun bu yaş qrupuna daxil olan pasiyentlərdə istifadəsi tövsiyə olunmur. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrini və yüksək diqqət tələb edən mexanizmləri idarə edərkən nəzərə almaq lazımdır ki, nitroqliserinin qəbulu reaksiya sürətinin azalmasına səbəb ola bilər.

İstifadə qaydası və dozası

Böyüklərdə istifadə olunur. Preparatı ilk dəfə təyin edərkən, onun arterial təzyiqə təsirini öyrənmək lazımdır. Nitroqliserinin istifadəsinin effektivliyinə nəzarəti ürək yığılmalarının tezliyinə və arterial təzyiqin səviyyəsinə əsasən həyata keçirmək lazımdır. Stenokardiya tutmasının ilk simptomları meydana çıxan kimi, dərhal istifadə etmək lazımdır. Ağrı baş verdiyi zaman dərhal bir tablet dil altına qoymaq və udmadan, tam sorulana qədər dilin altında saxlamaq lazımdır. Preparatın adi dozası – 1 tablet dil altına. 3-5 dəqiqədən sonra antianginal təsir olmazsa, daha bir Nitroqliserin tableti istifadə etmək lazımdır. 2-3 tabletin qəbulundan sonra müalicəvi effekt olmazsa, həkim çağırmaq lazımdır. Stenokardiya tutmaları tez-tez baş verərsə, uzunmüddətli təsirə malik preparatlar qəbul etmək lazımdır.

Əlavə təsirləri

MSS-nə: qeyri-dəqiq görmə, başağrısı və zəiflik hissi, həyacanlılıq, psixotik reaksiyalar, tormozlanma, dezorientasiya. Ürək-damar sisteminə: reflektor taxikardiya, dəri örtüklərinin hiperemiyası, istilik hissi, arterial hipotenziya, o cümlədən ortostatik kollaps, sianoz, solğunluq, methemoqlobinemiya. Həzm sisteminə: ürəkbulanma, qusma, ağızda quruluq, qarında ağrı, diareya mümkündür. İmmun sistemə: allergik reaksiyalar, o cümlədən dəri səpgisi, qaşınma; anafilaktik şok. Digər: oyanıqlıq, görmənin pozulması, qlaukomanın kəskinləşməsi, hipotermiya. Bəzən arterial təzyiqin kəskin düşməsi zamanı stenokardiya tutmalarının güclənməsi müşahidə oluna bilər (paradoksal “nitrat” reaksiyaları).

Doza həddinin aşılması

Simptomları: ortostatik disrequlyasiya ilə arterial təzyiqin azalması (90 mm c. süt.-dan aşağı), başağrısı, güclü başgicəllənmə, bayılma, ürək döyüntülərinin sürətlənməsi, ürəkbulanma və qusma, təngnəfəslik, ifadəli zəiflik, bədən temperaturunun yüksəlməsi, arterial hipotenziya, istilik hissi və ya titrətmə, tər ifrazının yüksəlməsi. Yüksək dozalarda istifadə zamanı (20 mkq/kq-dan çox) – kollaps, dodaqların, dırnaqların və ya ovucun sianozu, methemoqlobinemiya, dispnoe və taxipnoe. Müalicəsi: xəstəni üfiqi vəziyyətə gətirməli, ayaqlarını qaldırmalı, ağır hallarda plazmaəvəzedicilər, simpatomimetiklər, oksigen təyin edilir, methemoqlobinemiya zamanı – metilen göyü.

Buraxılış forması

0,5 mq-lıq 40 tablet, konteynerdə. 1 konteyner içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2,5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

ÖSC “Texnoloq”, Ukrayna, 20300, Uman ş., Çerkassk vil., Stara prorizna k. 8.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nitroqliserin 0,5 mq N40 tablet” üçün ilk rəyi siz yazın.