Novo-passit N10 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Bitki mənşəli sedativ vasitə |
| İstehsal ölkəsi | Çexiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,62 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NOVO-PASSİT örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 157,5 mq Novo-Passitin quru ekstraktı (pişikotunun kökü və kökümsovundan (5 hissə), melissanın otundan (2 hissə), dəlikli dazıotundan (5 hissə), yemişanın yarpaqlarından və çiçəklərindən (5 hissə), passifloranın otundan (1 hissə), mayaotunun meyvəsindən (5 hissə), qara kəndəlaşın çiçəklərindən (2 hissə) alınan (1:6,5), 200 mq qvayfenezin vardır. Köməkçi maddələr: silisium dioksid, mikrokristallik sellüloza, qliseril tribegenat, maqnezium stearat, laktoza monohidrat. Örtük: yaşıl opadri «AMB 80W31115» (polivinil spirit, titan dioksid, talk, soya lesitini, ksantan kitrəsi, xinolin sarısı boya maddəsi, sari dəmir oksidi boya maddəsi, indiqokarmin boya maddəsi).
Təsviri
Oval formalı, hər iki tərəfi qabarıq, solğun yaşıl rəngli, hər iki tərəfində bölmə xətti olan örtüklü tabletlərdir. Eninə kəsiyində nüvə bircins olmayan açıq qəhvəyi və ya bozumtul çalarlı açıq qəhvəyi rəngli struktura malikdir.
Farmakoterapevtik qrupu
Bitki mənşəli sedativ vasitə. ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Təsir mexanizmi Farmakoloji aktivliyi tərkibinə daxil olan ekstraktın komponentləri əsasən dərman bitkisi xammalı əsasında sedativ (sakitləşdirici) təsirli və anksiolitik (həyəcanəleyhinə) effektə malik olan qvayfenezinlə əlaqədar olan kombinəedilmiş preparatdır.
İstifadəsinə göstərişlər
● Qıcıqlanma, həyəcan, qorxu, yorğunluq, huşsuzluq ilə müşayiət olunan nevrasteniya və nevrotik reaksiyalar. ● “Menecer sindromu” (müntəzəm psixi gərginlik vəziyyəti). ● Yuxusuzluq (yüngül forması). ● Sinir gərginliyi səbəbindən yaranan başağrı. ● Miqren. ● Mədə-bağırsaq sisteminin funksional xəstəliklıri (dispeptik sindrom, “qıcıqlanmış bağırsaq” sindromu). ● Neyrosirkulyator distoniya və klimakterik sindrom zamanı simptomatik vasitə qismində. ● Psixi gərginliklə əlaqədar qaşınan dermatoz (atopik və seboreyalı ekzema, övrə).
Əks göstərişlər
● Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. ● Miasteniya. ● 12 yaşa qədər uşaqlar. ● Laktozaya qarşı dözümsüzlük, laktaza defisiti, qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Mədə-bağırsaq sisteminin kəskin xəstəlikləri, qaraciyər xəstəlikləri, alkoqolizm, baş beynin xəstəlikləri və ya travması, epilepsiya, 12 yaşa qədər uşaqlar. Preparatla müalicə dövründə alkoqollu içkilərdən istifadə etmək olmaz. Novo-Passitin qəbulu zamanı, xüsusilə açıq dərili pasiyentlərdə ultrabənövşəyi şüaların təsirindən qaçmaq lazımdır (birbaşa günəş şüalarının uzun müddət təsiri, solyari). Preparatın 7 gün ərzində qəbulu fonunda xəstəliyin simptomları aradan qalxmadığı və ya ağırlaşdığı halda bu barədə həkimə məlumat vermək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Novo-Passitlə digər dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı onların təsiri güclənə və ya zəifləyə bilər. Preparatın digər dərman vasitələrilə eyni vaxtda istifadəsindən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Preparat alkoqolun və mərkəzi sinir sistemini zəiflədən digər maddələrin təsirini gücləndirir. Skelet əzələlərinin boşalması (mərkəzi miorelaksasiya) üçün istifadə edilən dərman vasitələri preparatın əlavə təsirlərinin yaranması riskini artıra bilər, ilk növbədə əzələ zəifliyini. Preparatın tərkibində olan dazıotu ekstraktı hormonal kontrasepsiyanın effektivliyini azaldır, eləcə də, əsasən transplantasiyadan sonra transplant orqanın və ya toxumanın ayrılması riskini azaldan dərman vasitələrinin (immunodepressiv preparatlar) istifadəsi, QİDS-in müalicəsi üçün təyin olunan dərman vasitələri, kardiovaskulyar xəstəliklər, bronx xəstəlikləri və tromboemboliyanın qarşısının alınması. Uyuşmazlığı İstifadə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Hamiləlik dövründə preparat, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olarsa, aşkar göstəriş olduqda təyin edilir. Laktasiya Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi dövründə yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır (o cümlədən, nəqliyyat vasitələrini idarə etməkdən, hərəkətli mexanizmlərlə işləməkdən).
İstifadə qaydası və dozası
Dozalanma rejimi Böyüklər Digər həkim təyinatı olmadıqda preparat gündə 3 dəfə 1 tablet yeməkdən əvvəl qəbul edilir. Həkimlə məsləhətləşdikdən sonra dozanı gündə 3 dəfə 2 tabletə qədər artırmaq mümkündür. Güclü yorğunluq və ya süstlük yarandıqda səhər və gündüz dozasını ½ tabletə qədər azaltmaq vacibdir, axşam 1 tablet qəbul edilir. Qəbul arasındakı interval 4-6 saat təşkil edir. Uşaqlar 12 yaşdan yuxarı uşaqlar Dozalanma rejimi böyüklərdə olduğu kimidir. İstifadə qaydası Daxilə qəbul edilir. Ürəkbulanma yarandıqda preparatı yemək vaxtı qəbul etmək lazımdır.
Əlavə təsirləri
Təhlükəsizlik profilinin təsviri Preparat adətən pasiyentlər tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlərin təsviri Allergik reaksiyalar, ekzantema, başgicəllənmə, yorğunluq, yuxululuq, yüngül əzələ zəifliyi, mədə- bağırsaq sisteminin pozuntusu (ürəkbulanma, qusma, spazm, qıcqırma, diareya, qəbizlik), diqqətin toplanmasının azalması, bu əlamətlər preparat ləğv edildikdən sonra tez zamanda aradan qalxır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi onun “fayda-risk” nisbətinin fasiləsiz monitorinqinin aparılması məqsədilə vacibdir. Tibb işçiləri dərman vasitəsinin əlavə təsirləri barədə müvafiq milli sistemə məlumat verməlidirlər.
Doza həddinin aşılması
Simptomları Doza həddinin aşılması əvvəlcə süstlük və yuxululuq ilə təzahür edir. Daha sonra bu simptomlar ürəkbulanma, yüngül əzələ zəifliyi, oynaqlarda ağrı, mədədə ağırlıq hissilə müşayiət oluna bilər. Müalicəsi Doza həddinin aşılmasının simptomları təzahür etdikdə preparatın qəbulunu dayandırmaq lazımdır. Həkiməqədərki yardış: mədənin yuyulması. Müalicə simptomatikdir. Həkimə müraciət etmək vacibdir.
Buraxılış forması
10 tablet Ai/PVC (PVDC)) blisterdə. 1 və ya 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır, qutuya əlavə olaraq qoruyucu etiket yapışdırıla bilər. 30, 60 və ya 100 tablet ara qatı olan burulan qapaqlı yüksək sıxlıqlı polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsinin istifadəsindən sonra onun və ya tullantısının məhv edilməsi zamanı xüsusi ehtiyat tədbirləri və preparatla digər manupulyasiyalar Xüsusi tələb yoxdur.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Teva Czech Industries s.r.o, Czech Republic. Ostravska 305/29, 747 70 Opava-Komarov, Czech Republic.
Qeydiyyat vəsiqəsinin sahibi
Teva Pharmaceutical Industries Ltd., Israel. 5 Basel St., PO Box 3190, Petah Tikva 4951033 Israel. İstehlakçıların iradlarını qəbul edən təşkilat Rusiya Federasiyası “Teva” MMC. 115054, Moskva, Valovaya k., 35. Tel.: +7 (495) 644 22 34. Faks: +7 (495) 644 22 35. [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.