Nistatin 100000 IU 30 q məlhəm Biosintez

Dərman formasıMəlhəm
Farmakoloji təsirGöbələkəleyhinə vasitə
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

3,12 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

NİSTATİN 100 000 TV/q xaricə istifadə üçün məlhəm Beynəlxalq patentləşdirilməmiş adı: Nystatin

Tərkibi

Təsiredici maddə: 100 q məlhəmin tərkibində 2,222 q nistatin vardır. Köməkçi maddələr: susuz lanolin, vazelin.

Təsviri

Sarı və ya qonur-sarı rəngli məlhəmdir.

Farmakoterapevtik qrupu

Göbələkəleyhinə vasitə. ATC kodu: D01AA01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Göbələkəleyhinə polien antibiotikdir. Göbələkəleyhinə (funqistatik və funqisid) aktivliyə malikdir. Strukturunda artıq miqdarda dien birləşmələr vardır ki, bu da, göbələklərin sitoplazmatik membranının sterin törəmələrinə qarşı yüksək birləşmə ilə əlaqədardır. Bunun nəticəsində molekul suyun, elektrolitlərin və qeyri-elektrolitlərin nəzarət edilməyən nəqlinə səbəb olan çoxlu sayda kanal əmələ gətirməklə, hüceyrə membranına düzülür. Hüceyrə, xarici osmotik gücün təsirinə qarşı davamlılığını itirir və lizisə uğrayır. Rezistentlik çox ləng inkişaf edir. Maya göbələklərinə bənzər Candida növündən olan göbələklərə və aspergillərə qarşı aktivdir. Funqistatik təsir, yüksək dozalarda funqisid təsir göstərir. Həssas göbəlklərin nistatinə qarşı tolerantlığı çox ləng inkişaf edir. Farmakokinetikası Dəri səthindən sorulmur.

İstifadəsinə göstərişlər

Dəri kandidozunun müalicəsi və profilaktikası.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlhəmin istifadəsini nistatin tabletlərinin daxilə qəbulu ilə uyğunlaşdırmaq olar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nistatinin klotrimazol ilə eyni vaxtda istifadəsi zamanı sonuncunun aktivliyi azalır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə nistatinin istifadəsi o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun. Preparatın əhəmiyyətsiz dərəcədə sorulmasına baxmayaraq, onun ana südünə nüfuz etməsi məlum deyil, bu səbəbə görə laktasiya dövründə nistatinin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılmasını nəzərdən keçirmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Məlumat yoxdur.

İstifadə qaydası və dozası

Xaricə istifadə edilir. Məlhəm zədələnmiş nahiyəyə gündə 2 dəfə sürtülür, 12-24 saatlıq qoyulan sarğı şəklində istifadəsi mümkündür. Müalicə kursu 10-14 gündür.

Əlavə təsirləri

Dəri qaşınması, səpgi, qızdırma, üşütmə və allergik reaksiyalar mümkündür.

Doza həddinin aşılması

Bu vaxta qədər preparatın istifadəsi zamanı doza həddinin aşılması halları qeyd edilməmişdir.

Buraxılış forması

Xaricə istifadə üçün 100 000 TV/q məlhəm. 30 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

5 °С-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza ş., Drujba k., 4. Tel.:/Faks (8412) 57-72-49. Ünvan “Biosintez” İSC, Rusiya Federasiyası, 440033, Penza ş., Drujba k., 4. Tel.:/Faks (8412) 57-72-49.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nistatin 100000 IU 30 q məlhəm Biosintez” üçün ilk rəyi siz yazın.