Metronidazol 0,5 % 100 ml infuziya Yurifarm

Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirSistem istifadə üçün mikrobəleyhinə preparatlar. İmidazol törəmələri
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,13 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

METRONİDAZOL infuziya üçün məhlul

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq metronidazol vardır. Köməkçi maddələr: natrium xlorid, dinatrium edetat, inyeksiya üçün su.

Təsviri

Şəffaf, rəngsiz və ya zəif sarımtıl rəngli mayedir.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün mikrobəleyhinə preparatlar. İmidazol törəmələri. ATC kodu: J01X D01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Metronidazol – mikroorqanizmlərə nüfuz edə bilən stabil birləşmədir. Anaerob şəraitdə metro- nidazol, mikrob hüceyrəsində ferredoksinin və flavodoksinin oksidləşməsi yolu ilə piruvat-fer- redoksin-oksidoreduktaza fermenti ilə nitrozoradikallar əmələ gətirir. Nitrozoradikallar əsas DNT cütləri ilə birləşmə məhsulları əmələ gətiri ki, bu da DNT zəncirlərinin qırılmasına və hüceyrələrin məhv olmasına səbəb olur. Antimikrob həssaslığın testlənməsi üzrə Avropa komitəsi tərəfindən müəyyən edilən minimal inhibəedici konsentrasiya (MİK), həssas mikroorqanizmləri (S) rezistentlərdən (R) ayıran kəsmə nöqtələri aşağıda göstərilir: – qrammüsbət anaeroblar (S: ≤ 4 mq/ml, R > 4 mq/ml); – qrammənfi anaeroblar (S: ≤ 4 mq/ml, R > 4 mq/ml). Həssas və rezistent mikroorqanizmlərin siyahısı (sistem təsirli antibiotiklərin rezistentliyinə aid məlumatların analizi üzrə Mərkəzi idarənin məlumatlarına əsasən, Almaniya, 2009-cu il, dekabr): 0 0⌂ Anaeroblar: Bacteroides fragilis, Clostridium difficile , Clostridium perfringens , 0 0 0 0 Fusobacterium spp. , Peptoniphilus spp. , Peptostreptococcus spp. , Porphyromonas spp. , Prevotella spp., Veillonella spp. ; 0 0 0 Digər mikroorqanizmlər: Entamoeba histolytica , Gardnerella vaginalis , Giardia lamblia , Trichomonas vaginalis . Qazanılmış həssaslıqları problem ola bilən ştammlar Qrammənfi aeroblar: Helicobacter pylori. Təbii rezistent mikroorqanizmlər: bütün obliqat aeroblar: Qrammüsbət mikroorqanizmlər: Enterococcus spp., Staphylococcus spp., Streptococcus spp. Qrammənfi mikroorqanizmlər: Enterobacteriaceae, Haemophilus spp. Bu cədvəllər dərc olunan zaman, mövcud məlumatlar əldə olunmamışdır. İlkin ədəbiyyatda, ehtimal olunan standart referent istinadlar və müvafiq ştammların həssaslığı barədə terapevtik tövsiyələr verilmişdir. ⌂ Yalnız penisillinlərə qarşı allergiya olan pasiyentlərdə istifadə etmək olar. Metronidazola qarşı rezistentlik mexanizmləri Hal-hazırda metronidazola qarşı rezistentlik mexanizmləri, yalnız qismən tədqiq olunub. Н. руlori mikroorqanizmlərinin metronidazola qarşı rezistentliyi NADFN-nitroreduktaza (NADFN- nikotinamidadeninnukleotidfosfatın reduksiya olunmuş forması) fermentini kodlaşdıran genlərin mutasiyaları ilə əlaqədardır. Bu mutasiyalar, amin turşuları mübadiləsinə gətirib çıxarır ki, bu da fermentlərin qeyri-aktivliyinə səbəb olur. Beləliklə, metronidazolun aktiv nitrozoradikal ilə ak- tivləşmə mərhələsi baş vermir. Bacteroides ştammları, nitroimidazolları aminoimidazola çevirən nitroimidazolreduktaza fer- mentlərini kodlaşdıran genlər hesabına metronidazola qarşı rezistentdirlər ki, bunun nəticəsində də antibakterial effektiv nitrozoradikalların əmələ gəlməsi inhibə olunur. Metronidazol və digər nitroimidazol törəmələri (tinidazol, ornidazol, nimorazol) arasında tam çarpaz rezistentlik möv- cuddur. Fərdi ştammların qazanılmış həssaslığın yayılması regiondan və zamandan asılı olaraq dəyişə bilər. Bu səbəbdən, xüsusilə ağır dərəcəli infeksiyaların müalicəsi üçün, spesifik yerli məluma- lardan istifadə etmək lazımdır. Yerli rezistentliklə əlaqəli metronidazolun effektivliyinə görə şübhə meydana çıxdığı halda, ekspert məsləhətindən faydalanmaq lazımdır. Mikroorqanizm ştammlarının və onların metronidazola qarşı həssaslığının müəyyən edilməsi daxil olmaqla, xüsusilə ağır infeksiyalar olduqda və ya müalicə qeyri-efektiv olduğu halda, mikrobioloji diaqnoz təyin etmək lazımdır. Farmakokinetikası Metronidazol preparatı vena daxilinə yeridildiyi üçün, biomənimsənilməsi 100 % təşkil edir. Paylanması Orqanizmə yeridildikdən sonra metronidazol toxumalarda geniş yayılır. Metronidazol, qan plazmasına yaxın konsentrasiyalarda, öd, sümüklər, serebral abses, onurğa beyin mayesi, qa- raciyər, tüpürcək, toxum mayesi və uşaqlıq yolu ifrazatı daxil olmaqla, orqanizmin bir çox to- xuma və mayelərində aşkar olunur. Həmçinin, preparat plasentadan nüfuz edir və qan zərda- bında olan konsentrasiyalara ekvivalent miqdarda, ana südündə aşkar olunur. Proteinlərlə bir- ləşməsi 20 %-dən aşağıdır, zahiri paylanma həcmi 36 litr təşkil edir. Biotransformasiyası Metronidazol yan zəncirlərin oksidləşməsi və qlükuronidləşməsi yolu ilə qaraciyərdə metabo- lizmə məruz qalır. Onun metabolitlərinə turş oksidləşmə məhsulu, hidroksil törəmə və qlüku- ronid daxildir. Qan zərdabında əsas metaboliti – hidroksilləşmiş metabolit, sidikdə əsas metabolit isə turşu metabolitdir. Xaricolması Maddənin təxminən 80 %-i sidiklə, onlardan 10 %-dən azı dəyişilməmiş şəkildə xaric olunur. Az miqdarı qaraciyərdən xaric olunur. Yarımxaricolma dövrü 6-10 saat təşkil edir. Xüsusi pasiyent qruplarında xarakteristikası/ Böyrək çatışmazlığı preparatın xaricolmasını əhəmiyyətsiz dərəcədə ləngidir. Qaraciyərin ağır dərəcəli xəstəliklərində plazma klirensinin ləngiməsini və qan zərdabından yarımxaricolma müddətinin uzanmasını (30 saata qədər) gözləmək olar.

İstifadəsinə göstərişlər

Metronidazola qarşı həssas mikroorqanizmlərin (əsasən, anaerob bakteriyaların) törətdikləri infeksiyaların müalicəsi və profilaktikası. Metronidazol, geniş təsir spektrli patogen mikroorqanizmlərə qarşı aktivdir, xüsusilə, Bacteroides, Fusobacteria, Clostridia, Eubacteria, anaerob kokklar və Gardnerella vaginalis. Metronidazol böyüklər və uşaqlar üçün aşağıdakı hallarda istifadə olunur: – anaerob bakteriyaların törətdikləri, əməliyyatdan sonrakı infeksiyaların profilaktikası, xüsusilə, Bacteroides və Streptococci bakteriyaların anaerob növləri; – patogen anaeroblar törətdikləri septisemiyanın, bakteriemiyanın, peritonitin, baş beyin absesinin, nekrotik pnevmoniyanın, osteomielitin, doğuşdan sonrakı sepsisin, çanaqdaxili absesin, pulviosellülitin və əməliyyatdan sonrakı yara infeksiyasının. Metronidazoldan istifadə etdikdə, antimikrib preparatların müvafiq istifadəsi üzrə milli və beynəlxalq tövsiyələri nəzərə almaq lazımdır.

Əks göstərişlər

Metronidazola və ya digər nitroimidazol törəmələrinə və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq, MSS-nin üzvi xəstəlikləri, qan sistemi xəstəlikləri. Preparatı disulfiram və ya alkoqol ilə kombinasiyada istifadə etmək tövsiyə olunmur.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Epilepsiyadan, MSS xəstəliklərindən əziyyət çəkən pasiyentlərə, qıcolma qapısı aşağı olan pasiyentlərə preparatı ehtiyatla təyin etmək lazımdır. Ağır dərəcəli qaraciyər zədələnməsi, hemopoezin pozulması (qranulositopeniya daxil olmaqla) olan pasiyentlərə, metronidazol yalnız, preparatın gözlənilən faydası potensial təhlükədən üstün olduğu halda, istifadə etmək olar. Metronidazol aerob və ya fakultativ anaerob bakteriyalara birbaşa təsir göstərmir. Klinik və ya laborator monitorinq (xüsusilə leykositlərin miqdarına) aparmaq tövsiyə olunur, metronidazolun yeridilməsi 10 gündən artıq davam etdiyi halda monitorinqin aparılması mütləqdir. Periferik və ya mərkəzi neyropatiya kimi (paresteziya, ataksiya, başgicəllənmə, qıcolma tutmları kimi simptomlar aiddir) arzuolunmayan halların olmasına xüsusi diqqət yetirmək lazımdır. Metronidazol ilə və ya tərkibində digər nitroimidazollar olan preparatlarla müalicə müddəti 10 gündən artıq olmamalıdır. Yalnız xüsusi hallarda, kəskin zərurət yarandıqda, müvafiq klinik və laborator monitorinqin müşayiəti ilə, müalicə müddətini uzatmaq olar. Təkrar müalicəni, fərdi hallara qədər maksimal məhdudlaşdırmaq lazımdır. Metronidazolun mümkün mutagen aktivliyinin istisna edilməməsini və həmçinin, heyvanlar üzərində aparılan tədqiqatlarda qeyd olunmuş müəyyən şişlərin inkişaf etmə tezliyinin yüksəlməsini nəzərə alaraq, bu məhdudiyyətlərə ciddi riayət etmək lazımdır. Ağır dərəcəli hiperhəssaslıq reaksiyaları (anafilaktik şok daxil olmaqla) meydana çıxdığı halda, Metronidazol preparatı ilə müalicəni dərhal dayandırmaq və ümumi təxirəsalınmayan müalicəyə başlamaq lazımdır. Müalicə müddətində və ya növbəti həftələr ərzində meydana çıxan davamlı diareya, psevdomembranoz kolitin (bir çox hallarda Clostridium difficile mikroorqanizmlərinin törətdiyi) nəticəsi ola bilər (“Əlavə təsirləri bölməsinə bax). Antibiotiklərin istifadəsi nəticəsində meydana çıxan bu bağırsaq xəstəliyi, həyat üçün təhlükəli ola bilər və təxirəsalınmayan müvafiq müalicə tələb edir. Peristaltikanı tormozlayan preparatlar qəbul etmək olmaz. Nevroloji kəskinləşmə riskini nəzərə alaraq, metronidazolu periferik və ya mərkəzi sinir sisteminin aktiv və ya xroniki xəstəliklərindən əziyyət çəkən pasiyentlərə ehtiyatla istifadə etmək lazımdır. Belə bir ehtimal var ki, Trichomonas vaginalis infeksiyası məhv olunandan sonra, qonokokk infeksiyası saxlanıla bilər. Böyrək çatışmazlığı olduğu halda, metronidazolun yarımxaricolma dövrü dəyişilmədiyi üçün, metronidazolun dozasının aşağı salınması tələb olunmur. Lakin, bu cür pasiyentlərin orqanizmində metronidazolun metabolitləri toplanır. Hal-hazırda bu halın klinik əhəmiyyəti məlum deyil. Hemodializ proseduraları qəbul edən pasiyentlərdə, 8 saatlıq dializin gedişində, metronidazol və metabolitləri orqanizmdən effektiv xaric olunurlar. Bu səbəbdən, hemodializdən sonra, dərhal metronidazol yeritmək lazımdır. Böyrək çatışmazlığından əziyyət çəkən dəyişkən peritoneal dializ (DPD) və ya davamlı ambulator peritoneal dializ (DAPD) proseduraları qəbul edən pasiyentlərə, Metronidazol preparatının dozasının korreksiyasını aparmaq lazım deyil. Metronidazol qaraciyərdə, əsasən oksidləşmə yolu ilə, metabolizmə məruz qalır. Qaraciyər çatışmazlığı olduğu halda, metronidazolun klirensinin əhəmiyyətli dərəcədə aşağı düşməsi baş verə bilər. Qaraciyər ensefalopatiyasından əziyyət çəkən pasiyentlərin qan plazmasında metronidazolun konsentrasiyası yüksələ bilər. Bu səbəbdən, qaraciyər ensefalopatiyasından əziyyət çəkən pasiyentlərə metronidazolu ehtiyatla yeritmək lazımdır. Gündəlik dozanı üçdə birə qədər aşağı salmaq və sutkada 1 dəfə yeritmək lazımdır. Metronidazol nikotinamidadenindinukleotid (NADH) müəyyən olunan dalğa uzunluğunda, yüksək hopdurma göstəricilərinə malikdir. Bu səbəbdən, bərpa olunmuş NADH-ın aşağı düşməsinin son nöqtəsinin müəyyən edilməsinə əsaslanan sabit axın üsulundan istifadə edərək, NADH-ı təyin etdikdə, metronidazol qaraciyər fermentlərinin yüksək konsentrasiyalarını maskalaya bilər. Qaraciyər fermentlərinin, “sıfır” göstəriciləri də daxil olmaqla, qeyri-adi aşağı konsentrasiyaları qeyd oluna bilər. Yaşlı pasiyentlərə metronidazolu ehtiyatla istifadə etmək lazımdır. Porfiriyadan əziyyət çəkən pasiyentlərə metronidazoldan istifadə etmək tövsiyə olunmur. Ataksiya, başgicəllənmə və ya şüurun dumanlanması meydana çıxdıqda, metronidazol ilə müalicəni dayandırmaq lazımdır. Metronidazol aspartataminotransferaza, alaninaminotransferaza, laktatdehidrogenaza, triqliseridlər və qlükozateksokinazanın göstəricilərini (ehtimal olunur ki, “sıfıra” qədər) aşağı salaraq, enzimatik-spektrofotometrik təyininin nəticələrinə təsir göstərir. Pasiyentləri məlumatlandırmaq lazımdır ki, metronidazol sidiyin tündləşməsinə səbəb ola bilər. Preparatı 0,9 %-li natrium xlorid məhlulunda və ya 5 %-li qlükoza məhlulunda həll etmək olar. İnsanda mutagenlik riskinin olmasını nəzərə alaraq, Metronidazol preparatının adi dövrdən daha uzun müddətli istifadə edilməsinin məqsədə uyğun olmasını dəqiq qiymətləndirmək lazımdır. Natriumun tərkibinə nəzarətli pəhriz saxlayan pasiyentlər üçün nəzərə almaq lazımdır ki, bu dərman preparatının 100 ml məhlulunun tərkibində 14 mmol (və ya 322 mq) natrium vardır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Disulfiramabənzər reaksiyanın (antabus effekti) meydana çıxma ehtimalını nəzərə alaraq, pasiyentlərə metronidazol ilə müalicə müddətində və müalicə sona çatdıqdan sonra, ən azı 48 saat ərzində alkoqol istifadəsindən çəkinməyi tövsiyə etmək lazımdır. Metronidazol və disulfiram preparatlarını eyni zamanda qəbul edən pasiyentlərdə psixotik reaksiyalar barədə məlumatlar var. Metronidazolu varfarin tipli peroral antikoaqulyantlarla birlikdə istifadə etdikdə, antikoaqulyant müalicənin bir qədər güclənməsi və qaraciyərdə onların metabolizminin ləngiməsi nəticəsində hemorragik ağırlaşma riskinin yüksəlməsi barədə məlumat verilmişdir. BNN-in (beynəlxalq normalaşmış nisbət) səviyyələrinə tez-tez nəzarət etmək lazımdır. Metronidazoldan istifadə etdikdə və istifadəsi dayandırıldıqdan sonra 8 gün müddətində, peroral antikoaqulyantların dozalarını korreksiya etmək tövsiyə olunur. BNN-in probleminə gəldikdə, antibiotiklərlə müalicə qəbul edən pasiyentlərdə, peroral koaqulyantların aktivliyinin yüksəlməsinin bir çox halları müşahidə edilmişdir. İnfeksion, iltihabi xəstəliklər və pasiyentin səhhətinin ümumi vəziyyəti risk faktorlarına aid ola bilər. BNN- in tezliyində infeksion patologiyanın və onun müalicəsinin rolunu müəyyən etmək çətindir. Lakin, antibakterial preparatların bəzi növləri xüsusi diqqət tələb edirlər. Bu, flüorxinolonlara, makrolidlərə, siklinlərə, klotrimazola və bəzi sefalosporinlərə aiddir. Protrombin səviyyəsinin monitorinqi vacibdir. Heparin ilə qarşılıqlı təsiri yoxdur. Eyni zamanda metronidazol və litium preparatlarını qəbul edən pasiyentlərdə, böyrəklərin mümkün zədələnmə əlamətləri ilə müşayiət olunan, orqanizmdə litiumun ləngiməsi müşahidə olunmuşdur. Metronidazoldan istifadə etməzdən əvvəl, litium ilə müalicəni məhdudlaşdırmaq və ya dayandırmaq lazımdır. Metronidazol ilə müalicə müddətində litium qəbul edən pasiyentlərin qan plazmasında litiumun, kreatininin və elektrolitlərin konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Fenitoin və fenobarbital Fenitoin və ya fenobarbital preparatlarının qəbulu fonunda metronidazol, normaya nisbətən daha sürətlə metabolizmə məruz qalır; bu səbəbdən, preparatın yarımxaricolma dövrü təqribən 3 saata qədər aşağı düşür. Metronidazol 5-flüorurasilin klirensini aşağı salır və bu səbəbdən, 5-flüorurasilin toksikliyinin güclənməsinə gətirib çıxara bilər. Siklosporin qəbul edən pasiyentlərdə, qan plazmasında siklosporin səviyyələrinin yüksəlmə riski mövcuddur. Bu preparatların kombinəolunmuş istifadəsi üçün zərurət yarandıqda, qan zərdabında siklosporinin və kreatininin dəqiq monitorinqini aparmaq lazımdır. Metronidazol qan plazmasında bisulfan səviyyələrini yüksəldə bilər ki, bu da ağır dərəcəli bisulfan toksikliyinə gətirib çıxara bilər. Amiodaron Həm metronidazolun, həm də amiodaronun eyni zamanda istifadəsi zamanı QT intervalının uzanması və torsade de pointes barədə məlumat verilmişdir. Amiodaronu metronidazol ilə kombinasiyada istifadə etdikdə, EKD-də QT intervalının monitorinqi məqsədəuyğun ola bilər. Başgicəllənmə, ürək döyüntülərinin tezliyinin artması və ya şüurun itməsi kimi, torsade de pointes olmasını göstərən simptomlar meydana cıxdıqda, ambulator müalicə qəbul edən pasiyentlərə, məsləhət almaq üçün həkimə müraciət etmək lazımdır. Karbamazepin Metronidazol karbamazepinin metabolizmini tormozlaya bilər və bunun nəticəsində onun plazma konsentrasiyalarını yüksəldə bilər. Simetidin Eyni zamanda simetidinin istifadəsi nadir hallarda metronidazolun xaricolmasını aşağı sala bilər və müvafiq olaraq, qan zərdabında sonuncunun konsentrasiyalarının yüksəlməsinə gətirib çıxara bilər. Kontraseptivlər Nadir hallarda, bəzi antibiotiklər bağırsaqda steroid konyuqatların bakterial hidrolizinə təsir göstərərək, peroral kontraseptivlərin effektivliyini aşağı sala bilərlər və beləliklə, konyuqasiya olunmamış steroidlərin təkrar sorulması aşağı bilər ki, nəticədə də aktiv steroidlərin plazma səviyyələri aşağı düşür. Bu qeyri-adi qarşılıqlı təsir, steroid konyuqatların öd ilə xaricolma səviyyəsi yüksək olan qadınlarda müşahidə oluna bilər. Peroral kontraseptivlərin qeyri- effektivliyinin məlum halları, ampisillin, amoksisillin, tetrasiklinlər və həmçinin metronidazol daxil olmaqla, müxtəlif antibiotiklərin istifadəsi ilə əlaqələndirilmişdir. Mikofenolyat mofetil Mədə-bağırsaq florasını dəyişən maddələr (məsələn, antibiotiklər), mikofenol turşusu preparatlarının peroral biomənimsənilməsini aşağı sala bilərlər. Mikofenol turşusunun immunosupressiv effektinin aşağı düşməsini aşkar etmək məqsədi ilə, infeksiyaəleyhinə preparatlarla müalicə müddətində dəqiq klinik və laborator monitorinqin aparılması tövsiyə olunur. Takrolimus Metronidazol ilə eyni zamanda istifadə, qanda takrolimusun konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilər. Takrolimusun qaraciyər metabolizminin ehtimal edilən tormozlanma mexanizmi, CYP 3A4 izofermenti vasitəsi ilə baş verir. Qanda takrolimusun səviyyələrinə və böyrək funksiyalarına, xüsusilə takrolimus istifadəsi rejimi ilə vəziyyətləri stabilləşən pasiyentlərdə metronidazol müalicəsinin dayandırılması başladıqdan sonra, tez-tez nəzarət etmək və dozalanmanı müvafiq korreksiya etmək lazımdır. Paraklinik testlərə təsiri Nəzərə almaq lazımdır ki, metronidazol treponemaları immobilizə edə bilər ki, bu da yanlış- müsbət Nelson testinə gətirib çıxara bilər. Uyuşmazlıq Metronidazol infuziyasını sefamandol nafat, sefoksim natrium, 10 %-li dekstroza ilə qarışdırmaq olmaz, natrium laktat inyeksiyası və penisillin G kalium (ticarət adı Pfizerpen) ilə kombinasiyada istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Hamiləlik dövründə metronidazolun istifadə təhlükəsizliyi kifayət qədər öyrənilməyib. Xüsusilə, preparatın istifadəsi barədə məlumatlar ziddiyətlidir. Bəzi tədqiqatlarda inkişaf qüsurlarının tezliyinin artması aşkar edilib. Heyvanlar üzərində aparılan tədqiqatlarda, metronidazolun heç bir teratogen effekti aşkar olunmayıb. I-ci trimestr ərzində metronidazolu yalnız, digər daha təhlükəsiz alternativ olmadıqda, həyat üçün təhlükəli ağır dərəcəli infeksiyaların müalicəsi üçün istifadə etmək olar. II-ci və III-cü trimestrlərin gedişində metronidazolu həçminin, preparatın gözlənilən faydası ehtimal edilən riskdən aşkar yüksək olduğu hallarda istifadə etmək olar. Laktasiya dövrü Metronidazolun ana südünə nüfuz etdiyini nəzərə alaraq, müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Metronidazolun yarımxaricolma dövrünün uzun olduğunu nəzərə alaraq, ana südü ilə qidalanmanı müalicə dayandırıldıqdan ən tezi 2-3 gündən sonra yenidən başlamaq olar. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Pasiyentləri xəbərdar etmək lazımdır ki, yuxuya meyllilik, başgicəllənmə, şüurun dumanlanması, hallyusinasiyalar, qıcolmalar və ya görmə qabiliyyətinin müvəqqəti pozulması kimi halların meydana çıxması, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətini pisləşdirə bilər.

İstifadə qaydası və dozası

Metronidazolu yalnız vena daxilinə, dəqiqədə 5 ml sürətlə yeritmək lazımdır. İnfeksiyaların cərrahi əməliyyatdan əvvəl- və sonrakı profilaktikası: əsasən, abdominal (xüsusilə, kolorektal) və ginekoloji cərrahiyədə istifadə olunur. Böyüklər Əməliyyatdan bilavasitə əvvəl 500 mq, preparatın yeridilməsini əməliyyatdan təxminən 1 saat əvvəl sona çatdırmaq lazımdır. Dozanı təkrar hər 8 saatdan bir təkrar yeritmək lazımdır. Uşaqlar < 12 yaşlı uşaqlar: birdəfəlik doza bədən kütləsinin hər kq-na 20-30 mq-dır, preparatın yeridilməsini əməliyyatdan təxminən 1 saat əvvəl sona çatdırmaq lazımdır. Gestasiya yaşı < 40 həftə olan yenidoğulmuşlar: əməliyyatdan əvvəl bir dəfə, bədən kütləsinin hər kq-na 10 mq. Anaerob infeksiyalar Müalicənin müddəti onun effektivliyindən asılıdır. Əksər hallarda, 7-günlük müalicə kursu kifayət edir. Klinik göstərişlər (məsələn, drenaj üçün əlçatmayan orqanlardan infeksiyanın eradikasiyası, bağırsaqdan, burun-udlaq nahiyəsindən və ya cinsiyyət orqanlarından aerob mikroorqanizmlərin endogen kontaminasiyaya (toxumlaşma) meyllilik oduqda) olduğu halda müalicəni davam etdirmək lazımdır. Müəyyən edilmiş anaerob infeksiyaların müalicəsi Böyüklər Hər 8 saatdan bir 500 mq. Uşaqlar 8 həftədən 12 yaşa qədər uşaqlar: adi sutkalıq doza sutkada, bədən kütləsinin hər kq-na 20-30 mq və ya hər 8 saatdan bir 7,5 mq/kq. İnfeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq, gündəlik dozanı 40 mq/kq-a qədər artırmaq olar. Müalicənin davametmə müddəti adətən 7 gün təşkil edir. < 8 həftəlik uşaqlar: sutkada 1 dəfə bədən kütləsinin hər kq-na 15 mq və ya hər 12 saatdan bir 7,5 mq/kq. Gestasiya yaşı < 40 həftə olan yenidoğulmuşlarda həyatlarının birinci həftəsində metronidazolun toplanması baş verə bilər, bu səbəbdən, müalicədən bir neçə gün sonra, qan zərdabında metronidazol konsentrasiyalarının monitorinqini keçirmək lazımdır. Bakterial vaginoz Yeniyetmələr 5-7 gün müddətində sutkada 2 dəfə 400 mq və ya bir dəfə 2000 mq. Urogenital trixomoniaz Böyüklər və yeniyetmələr: bir dəfə 2000 mq və ya 7 gün müddətində sutkada 3 dəfə 200 mq və ya 5-7 gün müddətində sutkada 2 dəfə 400 mq. < 10 yaşlı uşaqlar: bir dəfə 40 mq/kq-a və ya 7 gün müddətində 2-3 dozaya bölünmüş sutkada 15-30 mq/kq-a; sutkada 2000 mq dozanı aşmaq olmaz. Lyamblioz >10 yaşlı pasiyentlər: 3 gün müddətində sutkada 1 dəfə 2000 mq və ya 5 gün müddətində sutkada 3 dəfə 400 mq və ya 7 gündən 10 günə qədər sutkada 2 dəfə 500 mq. 7 yaşdan 10 yaşa qədər uşaqlar: 3 gün müddətində sutkada 1 dəfə 1000 mq. 3 yaşdan 7 yaşa qədər uşaqlar: 3 gün müddətində sutkada 1 dəfə 600 mq-dan 800 mq-a qədər. 1 yaşdan 3 yaşa qədər uşaqlar: 3 gün müddətində sutkada 1 dəfə 500 mq. Alternativ kimi, sutkada bədən kütləsinin hər kq-na 15-40 mq təyin etmək olar, bu dozanı 2-3 dəfəyə bölmək lazımdır. Amöbioz >10 yaşlı pasiyentlər: 5-10 gün müddətində sutkada 3 dəfə 400 mq-dan 800 mq-a qədər. 7 yaşdan 10 yaşa qədər uşaqlar: 5-10 gün müddətində sutkada 3 dəfə 200 mq-dan 400 mq-a qədər. 3 yaşdan 7 yaşa qədər uşaqlar: 5-10 gün müddətində sutkada 4 dəfə 100 mq-dan 200 mq-a qədər. 1 yaşdan 3 yaşa qədər uşaqlar: 5-10 gün müddətində sutkada 3 dəfə 100 mq-dan 200 mq-a qədər. Alternativ olaraq, 5 gündən 10 günə qədər, bədən kütləsinin hər kq-na sutkada 35 mq-dan 50 mq-a qədər istifadə etmək olar, bu dozaları 3 dəfəyə bölmək lazımdır; sutkada 2400 mq dozanı aşmaq olmaz. Pediatrik pasiyentlərdə Helicobacter pylori mikroorqanizmlərinin eradikasiyası Kombinəolunmuş müalicənin tərkibində bədən kütləsinin hər kq-na sutkada 20 mq istifadə etmək lazımdır; 7-14 gün müddətində 2 hissəyə bölünmüş 1000 mq maksimal sutkalıq dozanı aşmaq olmaz. Müalicəyə başlamazdan əvvəl rəsmi tövsiyələr ilə tanış olmaq lazımdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatı, xüsusilə yüksək dozalarda, ehtiyatla istifadə etmək lazımdır. Uşaqlar Həyatlarının ilk günlərindən istifadə etmək olar.

Əlavə təsirləri

Arzuolunmayan effektlər, əsasən yüksək dozaların uzunmüddətli istifadəsi ilə əlaqədardır. Uzunmüddətli müalicəni planlaşdırdıqda, preparatın faydasını periferik neyropatiyanın inkişaf riski ilə müqayisədə qiymətləndirmək lazımdır. Arzuolunmayan effektlərin tezliyini təsvir etmək üçün istifadə olunan kriterilər aşağıdakı siyahıda göstərilir – çox tez-tez: ≥ 1/10; tez-tez: ≥ 1/100 – < 1/10; bəzən: ≥ 1/1000 – < 1/100; nadir hallarda: ≥ 1/10000 − < 1/1000; çox nadir hallarda: < 1/10000; məlum deyil: əldə olan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil. İnfeksiyalar və invaziyalar: nadir hallarda – Candida göbələklərinin törətdikləri genital superinfeksiyalar; çox nadir hallarda – müalicə müddətində və ya müalicədən sonra meydana çıxa bilən və ağır dərəcəli davamlı diareya ilə özünü biruzə verən, psevdomembranoz kolit. Qan və limfa sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – aqranulositoz, neytropeniya, trombositopeniya, pansitopeniya; məlum deyil – leykopeniya, aplastik anemiya. İmmun sistemdə baş verən pozğunluqlar: bəzən – dəridə baş verən reaksiyalar (“Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar” hissəsinə bax), angionevrotik ödem və dərman qızdırması daxil olmaqla, yüngüldən orta ağırlıq dərəcəsinə qədər hiperhəsslıq reaksiyaları; çox nadir hallarda – ağır dərəcəli sistem hiperhəssaslıq reaksiyaları: anafilaktik şoka qədər anafilaksiya; ağır dərəcəli dəri reaksiyaları; məlum deyil – Kvinke ödemi, övrə, qızdırma. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: məlum deyil – anoreksiya. Psixikada baş verən pozğunluqlar: bəzən – əsəbilik; çox nadir hallarda – çaşqınlıq və hallyusinasiyalar daxil olmaqla, psixi pozğunluqlar; məlum deyil – depressiv vəziyyət. Sinir sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – ensefalopatiya (məsələn, şüurun dumanlanması, qızdırma, baş ağrısı, hallyusinasiyalar, iflic, işığa qarşı həssaslıq, görmə qabiliyyətinin və hərəkətlərin pozulması, əyriboyunluluq) və yarımkəskin beyincik sindromu (məsələn, ataksiya, dizartriya, yerişin pozulması, nistaqm, tremor), preparatın istifadəsi dayandırıldıqdan sonra, bu hallar aradan qalxa bilər; yuxuya meyllilik və ya yuxusuzluq, başgicəllənmə, qıcolmalar; paresteziya, ağrı, ətraflarda ağırlıq və sancma hissi şəklində meydana çıxan periferik neyropatiya, baş ağrıları); məlum deyil – periferik sensor neyropatiya, metronidazolla intensiv və/və ya uzunmüddətli müalicə zamanı ani epilepsiyayabənzər tutmalar. Müalicə dayandırıldıqdan və ya preparatın dozası aşağı salındıqdan sonra neyropatiya əksər hallarda aradan qalxır; aseptik meningit. Görmə orqanında baş verən pozğunluqlar: çox nadir hallarda – əksər hallarda müvəqqəti xarakter daşıyan, ikiləşmə və miopiya kimi, görmə qabiliyyətinin pozulması; məlum deyil – optik neyropatiya/nevrit. Ürəkdə baş verən pozğunluqlar: çox nadir hallarda – EKQ-da T dalğasının hamarlanmasına bənzər dəyişikliklər. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: bəzən – qusma, ürəkbulanma, diareya, qlossit və stomatit, acı dadlı gəyirmə; məlum deyil – dadbilmə hissinin pozulması, oral mukozid, ərpli dil, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı və diareya kimi, mədə-bağırsaq pozğunluqları. Hepatobiliar pozğunluqlar: çox nadir hallarda – preparatın istifadəsi dayandırıldıqdan sonra aradan qalxan qaraciyər fermentlərinin (AST, ALT, QF) səviyyəsinin yüksəlməsi, xolestatik və ya qarışıq hepatit və qaraciyərin hepatosellülyar zədələnməsi, sarılıq və pankreatit; metronidazolu digər antibiotik preparatlarla kombinasiyada istifadə edən pasiyentlərdə, qaraciyər transplantasiyasını tələb edən qaraciyər çatışmazlığı halları barədə məlumatlar var. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən – allergik dəri reaksiyaları; çox nadir hallarda – Stivens-Conson sindromu, toksik epidermal nekroliz, dəri üzərində səpgilər, pustulyoz səpgilər, qaşınma, qızartı; məlum deyil – polimorf eritema. Dayaq-hərəkət sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: çox nadir hallarda – artralgiya, mialgiya. Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – dizuriya, sistit, sidiyi saxlaya bilməmək, sidiyin tündləşməsi (metronidazolun metaboliti hesabına). Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: tez-tez– vena daxilinə yeridildikdən sonra venaların qıcıqlanması (tromboflebitə qədər) daxil olmaqla, yeridilmə nahiyəsində reaksiyalar, pustulyoz səpgilər; nadir hallarda – zəiflik.

Doza həddinin aşılması

Suisidal cəhdlər və doza həddinin təsadüfən aşılması zamanı metronidazolun 12 q-a qədər birdəfəlik peroral dozalarının istifadə halları barədə məlumatlar var. Simptomlar qusma, ataksiya və yüngül dezoriyentasiya ilə məhdudlaşmışdır. Metronidazolun istifadəsi zamanı doza həddi aşıldıqda, spesifik antidot yoxdur. Doza həddinin aşılma ehtimalı olduğu halda, simptomatik və dəstəkləyici müalicə təyin etmək lazımdır.

Buraxılış forması

100 ml məhlul, şüşə flakonda. Müəyyən sayda flakon, müvafiq sayda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° С-dən aşağı temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Yuriya-Farm” MMC. Ünvan Ukrayna, 18030, Çerkassı şəh., Verbovetskiy küç., 108. Tel.: (044) 281-01-01.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Metronidazol 0,5 % 100 ml infuziya Yurifarm” üçün ilk rəyi siz yazın.