Lipideks SR 250 mq N30 kapsul
| Dərman forması | Kapsul |
|---|---|
| Farmakoloji təsir | Qan zərdabında lipid azaldıcı vasitələr/xolesterol və triqliserid azaldıcı vasitələr/fibratlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,34 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LİPİDEKS SR 250 mq mikropellet kapsullar Beynəlxalq patentləşdirilməmiş adı: Fenofibrate
Tərkibi
Təsiredici maddə: 1 kapsulda tədricən azad olan mikropellet şəklində 250 mq fenofibrat vardır. Köməkçi maddələr: neytral mikropellet (30 ölçüdə) (şəkər kürəcikləri), əsasi butilləşdirilmiş metakrilat sopolimeri (Eudrajit E 100), metakril turşusu – metil-metakrilat sopolimeri (1:1) (Eudrajit L 100), talk, bərk jelatin kapsul acıq narıncı qeyri- şəffaf qapaq/narıncı şəffaf gövdə: qapaq: günəş qürubu sarısı FCF-FD&C sarı 6 (E110), titan dioksid (E171), jelatin; gövdə: günəş qürubu sarısı FCF- FD&C sarı 6 (E110), jelatin.
Təsviri
Bir tərəfi acıq narıncı qeyri-şəffaf, digər tərəfi isə narıncı şəffaf kapsullardır. Kapsulun möhtəviyyatı açıq sarı rəngli dairəvi mikropelletlərdən ibarətdir.
Farmakoterapevtik qrupu
Qan zərdabında lipid azaldıcı vasitələr/xolesterol və triqliserid azaldıcı vasitələr/fibratlar. ATC kodu: C10AB05
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Fenofibrat fibrat turşusunun törəməsi olaraq insanlarda lipid-azaldıcı təsiri Peroksisom Proliferator Aktivləşdirən α-tip reseptorlarını (PPARα) aktivləşdirməsi vasitəsilə ilə izah olunur. Bu mexanizm vasitəsilə fenofibrat lipolizi yüksəldir, lipoprotein lipazanı aktivləşdirmək və Apoprotein C-III ifrazını azaltmaqla triqliseridlərlə zəngin hissəciklərin plazmadan eliminasiyasını artırır. PPARα-nın aktivləşməsi, həmçinin Apoprotein A-I, A-II və YSL (yüksəksıxlıqlı lipoprotein) xolesterininin sintezini artırır. Epidemioloji tədqiqatlar göstərir ki, zərdabda lipid səviyyəsinin qeyri-normal yüksəlməsi ilə ürək- damar xəstəlikləri riskinin artması arasında əlaqə vardır. Dislipidemiyanın belə formalarını nəzarətdə saxlamaq üçün fenofibratla müalicə məqsədəuyğundur. Lakin, dislipidemiyanın müalicəsi məqsədilə uzunmüddətli istifadə edilən preparatın mümkün faydası və əlavə təsirləri hələ də elmi müzakirələrin mövzusudur. Odur ki, fenofibratın ürək-damar xəstəliklərinin yaranması və ölümlə nəticələnməsinin qarşısını alan faydası hələ ki, sübut edilməmişdir. Fibratlarla müalicənin ürək-damar xəstəliklərinin baş vermə ehtimalını azalda biləcəyi haqqında sübutlar vardır, lakin bunlar, ürək-damar xəstəliklərinin ilkin və ikincili profilaktikasında bütün ölüm səbəblərini azaltdığını göstərmir. Tip 2 şəkərli diabet xəstəliyi olan 5518 xəstə üzərində aparılan randomizəolunmuş plasebo-nəzarətli tədqiqatda, simvastatinə əlavə olaraq fenofibrat təyin edilmiş diabet xəstələrində ürək-damar xəstəlikləri riskini azaltmaq xüsusiyyəti (ACCORD) tədqiq edilmişdir. Fenofibrat+simvastatin müalicəsi simvastatin monoterapiyası ilə müqayisədə qeyri-fatal miokard infarktı, qeyri-fatal insult, kardiovaskulyar ölüm hallarında klinik əhəmiyyətli fərq nümayiş etdirməmişdir (risksəviyyəsi [RS] 0,92, 95 % Eİ (etibarlı interval) 0,79-1,08, p=0,32; mütləq risk azalması: 0,74 %). Dislipidemiyalı xəstələrin spesifik altqrupda YSL-X-nin ən az (≤ 34 mq/dl və ya 0,88 mmol/l) və TQ-nin ən çox miqdarında (≥ 204 mq/dl və ya 2,3 mmol/l) fenofibrat+simvastatin müalicəsi simvastatin monoterapiyasına nisbətən 31 % nisbi risk azalması nümayiş etdirmişdir (risk səviyyəsi [RS] 0,69, 95 % Eİ 0,49-0,97, p=0,03; mütləq risk azalması: 4,95 %). Digər altqrup analizi aparılmış müalicənin cinsi mənsubiyyətindən statistik əhəmiyyətli asılılığı nümayiş etdirmişdir (p=0,01). Belə ki, kompleks müalicə kişilərdə faydalı olduğu halda (p=0,037) qadınlarda simvastatin müalicəsi ilə müqayisədə daha yüksək risk potensialı yaradır (p=0,069). Bu, yuxarıda adı çəkilən dislipidemiyalı xəstələrin altqruplarda müşahidə edilməmişdir, lakin fenofibrat+simvastatin müalicəsinin dislipidemiyalı qadınlarda faydası haqqında aşkar dəlillər yoxdur və mümkün zərərli təsirlər bu altqruplarda da istisna edilməməlidir. Lipoprotein fraksiyasında fenofibratla aparılan tədqiqatlar ASL və ÇASL xolesterin səviyyəsində azalma nümayiş etdirir. YSL xolesterinin səviyyəsi sürətlə artır. ASL və ÇASL triqliseridləri azalır. Ümumi effekt aşağı və çox aşağı sıxlıqlı lipoprotein səviyyəsinin yüksək sıxlıqlı lipoproteinlərə nisbətən azalması ilə meydana çıxır ki, bu da epidemioloji tədqiqatlara əsasən aterogenlik riskinin azalmasına səbəb olur (ateroskleroz riskinin). Paralel olaraq Apolipoprotein-A və apolipoprotein-B səviyyəsi YSL, ASL və ÇASL səviyyələrinə müvafiq şəkildə artır. Fenofibrat müalicəsi zamanı ksantomanın reqressiyası (azalması) müşahidə edilmişdir. Hiperlipidemik xəstələrin təqribən 20 %-də, xüsusilə IV tip xəstəliyi olanlarda plazmada sidik turşusunun səviyyəsi artır. Fenofibratın urikozurik təsiri vardır və belə xəstələrdə əlavə olaraq effektivdir. Fibrinogen və (a) lipoprotein səviyyəsi yüksək olan xəstələrdə fenofibratla klinik tədqiqatlar zamanı bu göstəricilərdə azalma müşahidə edilmişdir. Fenofibratla müalicədə C-reaktiv zülal kimi digər iltihab göstəricilərinin də azalması müşahidə olunur. Farmakokinetikası Sorulması və paylanması Maksimal plazma konsentrasiyası dozanın qəbulundan sonra 4- 5 saat ərzində yaranır. Uzunmüddətli müalicə zamanı qanda stabil səviyyədə müşahidə edilir. Fenofibroik turşusu plazma albumini ilə yüksək dərəcədə birləşir, antivitamin K agentlərini proteinlərlə birləşmələrində əvəz edərək onların ayrılmasına və antikoaqulyant effektin yüksəlməsinə səbəb ola bilər. Plazmada dəyişilməmiş hissəsi tapılmamışdır. Fenofibroik turşusu əsas plazma metabolitidir. Fenofibroik turşusunun plazmadan yarımxaricolma müddəti təqribən 20 saatdır. Biotransformasiyası və eliminasiyası Preparat əsasən sidiklə ekskresiya edilir. Demək olar ki, toplam olaraq 6 gün ərzində tam olaraq bədəndən xaric olur. Fenofibrat əsasən fenofibroik turşusu və onun qlükuro-birləşmələri şəklində ekskresiya edilir. Təkrar təyin olunan dozaların kinetik tədqiqatları preparatın kumulyasiya olunmadığını (toplanmadığını) göstərir. Fenobibroik turşusu hemodializ zamanı eliminasiya edilmir.
İstifadəsinə göstərişlər
LİPİDEKS SR pəhriz və digər qeyri-farmakoloji müalicəyə (məs., idman, bədən kütləsinin azaldılması) əlavə kimi aşağıdakı xəstəliklərin müalicəsində təyin edilir: – Ağır hipertriqliseridemiyanın müalicəsində (aşağı YSLP-xolesterini səviyyələri ilə birlikdə və ya onsuz). – Qarışıq hiperlipidemiya, statinlər əks göstəriş olduqda və ya qeyri-tolerantlıq olduqda.
Əks göstərişlər
LİPİDEKS SR 18 yaşa qədər uşaqlara, ağır qaraciyər çatışmazlığı, öd kisəsi xəstəliyi, sirroz, ağır böyrək çatışmazlığı və fenofibrata və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir. Fibratlar və ya ketoprofenlə müalicə dövründə fotoallergik və ya fototoksik reaksiyaların baş verdiyi məlumdur. Ağır hipertriqliseridemiya nəticəsində yaranan kəskin pankreatit istisna olmaqla kəskin və ya xroniki pankreatit.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kontrol edilməyən tip 2 şəkərli diabet, hipotireoidizm, nefrotik sindrom, disproteinemiya, qaraciyərin obstruktiv xəstəliyi, farmakoloji müalicə, alkoholizm kimi dislipidemiyanın ikincili səbəbləri fenofibrat təyininatı başlamazdan əvvəl müvafiq şəkildə müalicə edilməlidir. Xəstənin müalicəyə cavabı qan zərdabında lipid səviyyələrini (ümumi xolesterin, ASL-X, triqliseridlər) təyin etməklə izlənilməlidir. Əgər gözlənilən nəticə əldə edilmirsə bir neçə aydan sonra (məs. 3 ay) əlavə və ya fərqli müalicə təyin edilməlidir. Böyrək funksiyası LİPİDEKS SR-im kəskin böyrək çatışmazlığı xəstələrində istifadəsi əks göstışdədir. Mülayim və orta dərəcəli böyrək çatışmazlığı xəstələrində fenofibrat ehtiyyatla istifadə olunmalıdır. Məsləhət olunur ki, müalicəyə başladıqdan sonra ilk 3 ayda, sonra isə müntəzəm olaraq kreatininə nəzarət edilsin. Kreatinin səviyyəsində > 50 % (normanın yuxarı həddi) artım olarsa müalicə dayandırılmalıdır. Qaraciyər disfunksiyası Bəzi xəstələrdə qan zərdabında transaminazaların nisbətən yüksəlməsi müşahidə oluna bilər, lakin bu, nadir hallarda müalicəyə mane olur. Buna baxmayaraq, müalicənin ilk 12 ayında hər üç aydan bir qan zərdabında transaminazaların ölçülməsi məsləhət görülür. ALAT (SQPT) və ASAT (SQOT) səviyyəsi normanın yuxarı həddindən 3 dəfə artıqdırsa müalicə dayandırılmalıdır. Pankreatit Fenofibrat qəbul edən xəstələrdə pankreatit qeydə alınmışdır. Bu ağır hipertriqliseridemiyası olan xəstələrdə müalicənin effektivsizliyinin göstəricisi, birbaşa dərmanın təsiri və ya ümumi öd axınının pozuntusu nətisəndə yaranan öd daşları və ya çöküntünün ikincili əlaməti ola bilər. Miopatiya Fibratların və digər lipid-azaldıcı vasitələrin təyinatı zamanı nadir hallarda rabdomioliz daxil olmaqla, əzələ toksikliyi qeydə alınmışdır. Belə halların baş verməsi hipoalbuminemiya və əvvəlcədən mövcud olan böyrək çatışmazlığı zamanı artır. Əvvəlcədən miopatiya və/və ya rabdomiolizə meylliliyi olan, yaşı 70-dən yuxarı olan, ailə anemnezində irsi əzələ pozuntuları olan, böyrək çatışmazlığı, hipotiroidizmi olan və həddindən artıq alkohol qəbul edən xəstələrdə rabdomiolizin inkişafı riski daha yüksəkdir. Belə xəstələrdə fenofibrat müalicəsinin gözlənilən fayda və mümkün riskləri diqqətlə nəzərdən keçirilməlidir. Diffuz mialgiyası, miozit, əzələ qıcolmaları və əzələ zəifliyi və/və ya KFK-nin (kreatinfosfokinaza) əhəmiyyətli artımı (normal səviyyədən 5 dəfə artıq) müşahidə olunan xəstələrdə əzələ toksikliyindən şübhələnmək lazımdır. Belə hallarda fenofibratla müalicə dayandırılmalıdır. Preparat digər fibratlarla və ya HMQ-KoA reduktazanın inhibitorları ilə birgə təyin edildikdə, xüsusilə, əgər xəstədə əvvəlcədən əzələ xəstəliyi varsa əzələ toksikliyi riski yüksələ bilər. Nəticə etibarı ilə, fenofibratın statinlərlə birgə təyini ciddi qarışıq dislipidemiyası və yüksək kardiovaskulyar riski olan, əvvəlcədən əzələ xəstəlikləri olmayan şəxslər üçün saxlanmalıdır. Belə kompleks ehtiyatla təyin edilməli və xəstələr əzələ toksikliyinin əlamətləri üçün ciddi nəzarətdə saxlanmalıdır. Digər Estrogenlər və ya tərkibində estrogen olan kontraseptivlər qəbul edən hiperlipidemik xəstələrdə hiperlipidemiyanın birincili və ikincili (peroral estrogen qəbulu ilə əlaqəli lipid dəyərlərinin yüksəlməsi) olması təyin edilməlidir. LİPİDEKS SR-in tərkibində günəş sarısı (E110) vardır ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Peroral antikoaqulyantlar Fenofibrat peroral antikoaqulyantların təsirini artırdığı üçün qanaxma riski yüksələ bilər. Peroral antikoaqulyant müalicəsi alan xəstələrdə antikoaqulyantların dozası müalicənin başlanğıcında1/3 qədər azaldılmalı, sonra isə, əgər vacibdirsə, tədricən BNS-ə (Beynəlxalq Normallaşdırma Səviyyəsi) əsasən uyğunlaşdırılmalıdır. HMQ-KoA reduktaza inhibitorları və ya digər fibratlar Fenofibrat HMQ-KoA reduktaza inhibitorları və ya digər fibratlarla birgə təyin edildikdə ciddi əzələ toksikiliyi riski artır. Belə müalicə kombinasiyası ehtiyatla təyin edilməli və xəstələr əzələ toksikiliyi əlamətlərinə görə yaxından izlənilməlidir. Fenofibratın simvastatinin farmakokinetikasına təsir etməsi ilə bağlı sübutlar hal-hazırda yoxdur. Siklosporin Fenofibrat siklosporinlə birgə təyin edildikdə böyrək funksiyasının çatışmazlığı kimi bəzi ciddi, lakin keçib gedən hallar qeydə alınmışdır. Belə xəstələrin böyrək funksiyası nəzarətdə saxlanılmalı və laborator parametrlərdə ciddi dəyişiklik müşahidə edildikdə fenofibrat müalicəsi dayandırılmalıdır. Qlitazonlarla eyni vaxtda istifadəsi zamanı YSL xolesterinin paradoksal enməsi halları bildirilmişdir. CYP2C19, CYP2A6 və xüsusilə də CYP2C9 fermentlərilə metabolizə olunan dar terapevtik indeksə sahib olan preparatlarla eyni vaxtda qəbulu zamanı pasiyentlər diqqətlə monitorinq olunmalı və preparatların dozasının korreksiyası məsləhət görülür. Digər Digər dərmanlarla fenofibratın klinik qarşılıqlı təsiri haqqında sübutlar yoxdur, buna baxmayaraq in vitro tədqiqatlar fenilbutazonun plazma proteinləri ilə birləşmələrindən ayrılaraq çıxarıldığını güman etməyə əsas verir. Ümumilikdə, fenofibrat digər fibratlarla birgə təyin edildikdə gəmiricilərdə yağ turşusu metabolizmində iştirak edən qarışıq funksiyalı mikrosomal oksidazaları induksiya edir (funksiyasını artırır) və bu fermentlərlə metabolizmə uğrayan dərmanlarla qarşılıqlı təsirə girə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Fenofibratın hamilə qadınlarda istifadəsi ilə bağlı müvafiq məlumatlar yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlarda teratogen təsir nümayiş etdirməmişdir. Lakin, ana üçün toksiki doza səviyyələrində embriotoksik effekt müşahidə edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. Preparatın hamiləlik dövründə istifadəsi məsləhət görülmür. Fenofibrat və/və ya metabolitlərinin ana südünə keçməsi ilə bağlı məlumat yoxdur. Odur ki, LİPİDEKS SR laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu günə kimi belə bir təsir qeydə alınmamışdır.
İstifadə qaydası və dozası
Peroral. Boş mədədən daha zəif sorulduğu üçün LİPİDEKS SR həmişə yeməklə birlikdə qəbul edilməlidir. Müalicədən əvvəl təyin edilən pəhriz müalicə ilə birlikdə davam etdirilməlidir. Böyüklər Başlanğıc doza kimi gündə bir dəfə, əsas yeməklə birlikdə 1 kapsul. Böyrək çatışmazlığı olmayan yaşlı xəstələrdə böyüklər üçün olan normal doza məsləhət görülür. Böyüklər YFS 60 ml/dəqiqə/1,73 m az olan pasiyentlərdə fenofibratın dozası azaldılmalıdır. Bu səbəbə görə böyrək çatışmazlığı olan pasiyentlərdə bu preparat istifadə edilməməlidir.
Əlavə təsirləri
Fenofibratla müalicə dövründə qeydə alınan əlavə təsirlər baş vermə tezliyinə görə az hallarda müşahidə edilir (2-4 %), adətən cüzi, keçib-gedəndir və müalicəyə mane olmur. Əlavə təsirlərin baş vermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥ 1/10), tez-tez (≥ 1/100 – < 1/10), bəzən (≥ 1/1000 – < 1/100), nadir (≥ 1/10000 – < 1/1000), çox nadir (< 1/10000), məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil). Tez-tez baş verən əlavə təsirlərə aşağıdakılar aiddir. Sinir sistemi pozuntuları Baş ağrısı. Qulaq və qulaq labirinti pozuntuları Baş gicəllənmə. Ürək pozuntuları Bəzən: tromboemboliya (ağciyər emboliyası, dərin venaların trombozu)*. Mədə-bağırsaq pozuntuları Ağırlığına görə orta ağırlıqlı həzm, mədə və ya bağırsaq pozuntuları (qarın ağrısı, ürəkbulanma, qusma, diareya və meteorizm). Bəzən: pankreatit*. Qanda homosisteinin səviyyəsinin artması. Bəzi xəstələrdə qan zərdabında transaminazaların nisbətən yüksəlməsi müşahidə oluna bilər, lakin bu, nadir hallarda müalicəyə mane olur. Öd daşlarının inkişafı qeydə alınmışdır. Reproduktiv sistemin pozuntuları Seksual disfunksiya. Dəri və dərialtı toxuma pozuntuları Səpgi, qaşınma, övrə və ya fotohəssaslıq reaksiyaları. Bəzi hallarda (hətta aylarla problemsiz istifadədən sonra) eritema, dərinin günəş şüalarına və ya süni UB şua (məs. günəş lampaları) həssaslığı, açıq nahiyələrində suluq və ya düyünlər kimi dərinin fotohəssaslıq reaksiyaları baş verə bilər. Sümük-əzələ və birləşdirici toxuma pozuntuları Digər lipid-azaldıcı vasitələrin qəbulu zamanı olduğu kimi çox nadir hallarda rabdomioliz daxil olmaqla, əzələ toksikliyi (diffuz mialgiya, miozit, əzələ qıcolmaları və zəifliyi) qeydə alınmışdır. Ümumi pozuntular Yorğunluq. Nadir hallarda qeydə alınan əlavə təsirlər Qaraciyər-öd pozuntuları Çox nadir hallarda hepatit qeydə alınmışdır. Hepatit əlamətləri (məs. sarılıq, qaşınma) meydana çıxarsa, laborator testlər aparılmaqla dəqiqləşdirilməli və əgər lazımdırsa fenofibrat qəbulu dayandırılmalıdır. Nadir hallarda göstərilən əlavə təsirlər qeydə alınmışdır: keçəlləşmə. Qan zərdabında kreatinin və sidik cövhərinin cüzi artması, həmçinin hemoqlobin və leykositlərin cüzi miqdarda azalması müşahidə edilə bilər. Çox nadir hallarda interstisial pnevmopatiya qeydə alınmışdır. Məlum deyil: sarılıq, xolelitiazın ağırlaşması, ağır dəri reaksiyaları (multiformalı eritema, Stivens- Conson sindromu, toksik epidermal nekroliz). *Tip 2 şəkərli diabeti olan 9795 xəstə üzərində aparılmış randomizəolunmuş plasebo-kontrollu FIELD tədqiqatda fenofibrat qəbul edən xəstələrdə plasebo qəbul edənlərə nisbətən pankreatitin yaranması halı statistik olaraq əhəmiyyətli dərəcədə artmışdır (0,5 %-ə qarşı 0,8 %; p=0,031). Eyni tədqiqatda ağciyər emboliyasının baş vermə hallarının statistik olaraq əhəmiyyətli dərəcədə artdığı (0,7 % plasebo qrupuna qarşı 1,1 % fenofibrat qrupu; p=0,022) və dərin venaların trombozunun baş vermə hallarının statistik olaraq qeyri-əhəmiyyətli dərəcədə artdığı qeydə alınmışdır (plasebo 1,0 %-ə [48/4900 xəstə] qarşı fenofibrat 1,4 % [67/4895 xəstə]; p=0,074). ARZUOLUNMAZ TƏSİRLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN.
Doza həddinin aşılması
Doza həddinin aşılması halları qeydə alınmamışdır. Xüsusi antidotu yoxdur. Əgər doza həddinin aşılması şübhəsi varsa simptomatik və köməkçi müalicə təyin edilməlidir. Fenofibrat hemodializlə eliminasiya edilə bilməz.
Buraxılış forması
15 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Sancaklar 81100 Düzce/Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.