Kalsemin Advans N60 tablet

Dərman formasıTablet
Farmakoloji təsirMineral əlavələr. Vitamin D və/və ya digər vasitələr ilə kombinasiyada kalsium preparatı.
İstehsal ölkəsiABŞ

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,81 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KALSEMİN ADVANS örtüklü tabletlər CALCEMIN ADVANCE

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 500 mq kalsium (kalsium sitrat və kalsium karbonat), , 40 mq maqnezium (maqnezium oksid), 7,5 mq sink200 BV vitamin D3 (sink oksid), 1 mq mis (mis oksid), 1,8 mq manqan (manqan sulfat), 250 mkq bor (natrium borat) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza (E460), stearin turşusu (E570), natrium kroskarmelloza, maltodekstrin, soya polisaxaridi, natrium laurilsulfat. Örtük: hipromelloza, maqnezium silikat (E553a), titan dioksid (E171), triasetin (E1518), mineral yağ (E905), FD&C Qırmızı № 40 qətran (E129), FD&C Mavi № 1 qətran (E133), FD&C Sarı № 6 qətran (E110).

Təsviri

Bir tərəfi çərtilmiş çəhrayı rəngli oval tabletlərdir.

Farmakoterapevtik qrupu

Mineral əlavələr. Vitamin D və/və ya digər vasitələr ilə kombinasiyada kalsium preparatı. АТС kodu: А12АX.

Farmakoloji xüsusiyyətləri

Tərkibində vitaminlər, makro-/mikroelementlər olan kombinəedilmiş preparat. Təsiri tərkibinə daxil olan inqrediyentlərin xüsusiyyətlərinə əsaslanır. Farmakokinetikası Kalsium əsasən nazik bagırsagın proksimal şöbəsindən aktiv vitamin D-asılı daşıyıcı mexanizm vasitəsilə sorulur. Sorulandan sonra kalsium orqan və sistemlərdə və ilk olaraq sümük toxuma- sında paylanır. Mədədə kalsium ionları, pH-dan asılı olaraq azad olur. Kalsium karbonat şəklində qəbul edilmiş kalsiumun sorulması 20-30% təşkil edir və əsasən 12-barmaq bagırsaqda vitamin D-asılı aktiv daşıyıcı mexanizm vasitəsilə olur. Sidik, nəcis və tərlə xaric olunur. Kalsiumun sidiklə ekskresiyası onun kanalcıq reabsorbsiyasının və yumaqcıq filtrasiyasının nəticəsidir. Vitamin D nazik bagırsaqda sorulur. Biomənimsənilməsi 50-70%-dir. O, spesifik alfa- qlobulinlərlə əlaqə yaradaraq, qaraciyərə nəql edilir və orada 25-hidroksixolekalsiferola metabolizə olunur. Sonraki 1,25-dehidroksixolekalsiferola hidroksilləşməsi böyrəklərdə baş ve- rir. Bu metabolit vitaminin kalsiumun absorbsiyasını artırmaq qabiliyyətinə cavabdehdir. Metabolizə olunmamış D vitamini əzələ və piy toxumasında yıgılır. D vitamini nəcis və sidiklə xaric olunur. Minerallar əsasən nazik bagırsagın yuxarı şöbələrində sorulur və böyrəklər vasitəsilə xaric edilir. Bundan əlavə, qismən nəcislə də xaric olurr.

İstifadəsinə göstərişlər

Kalsium, vitamin D və mikroelementlərin catışmazlıgını, onlara olan təlabatı müəyyən pəhriz ilə təmin edə bilmədikdə, əsasən uzunmüddət catlşmazlıqda, qeyri-müntəzəm, balanslaşdırılmamış qidalanmada və həyatın müəyyən dövrlərində artan tələbatını təmin etmək ücün: – yetkinlik – postmenopauza – hamiləlik və laktasiya dövrü (klinik və/və ya həkimin tövsiyəsi ilə) – qocalıq dövrü, o cümlədən: – osteoporozun profilaktikası və xüsusi müalicəsi ücün bir əlavə kimi.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Hiperkalsiemiya, agır hiperkalsiuriya, nefrolitiaz, D hipervitaminozu, agır böyrək catışmazlıgı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Tövsiyə olunan dozanı kecmək olmaz. Digər mənbələrdən D vitamininin yüksək dozalarını və/və ya kalsium olan dərman vasitələrinin və ya qidalarının (süd kimi) eyni vaxta qəbulu zamanı, Kalsemin Advans preparatını ciddi tibbi nəzarət altında qəbul etmək lazımdır. Belə hallarda, kalsiumun qanda və sidikdə olmasını müntəzəm nəzarət altında saxlamaq lazımdı. D vitamini ilə birlikdə kalsium tərkibli preparatlar vasitəsilə uzunmüdətli müalicə zamanı qan zərdabında kreatininin miqdarının təyin olunması vasitəsilə kalsiumun qan zərdabında və sidikdə konsentrasiyasına və böyrəklərin funksiyalarına nəzarət etmək zəruridir, xüsusilə yaşlı şəxslərdə ürək qlikozidlərinin, kalsium kanallarının blokatorlarının və ya tiazid diuretiklərinin eyni vaxtda qəbulu zamanı. Bu daş əmələ gəlməsinə meyilli xəstələrə də aiddir. Hiperkalsiyemiya və ya böyrək funksiyasının pozulması əlamətləri meydana çıxarsa, dozanı azaltmaq və ya müalicəni dayandırmaq lazımdır. Böyrək funksiyalarının yüngül və orta dərəcəli pozulmaları olan xəstələrdə D vitamininin qan zərdabında kalsium və fosfata nəzarət etməklə, ehtiyatla istifadəsi tövsiyə olunur. Yumşaq toxumaların kalsifikasiya riski nəzərə alınmalıdır. Ağır böyrək çatışmazlığı olan xəstələrdə D vitamini xolekalsiferol şəklində metabolizə olunmur. Buna görə də, bu xəstələrdə D vitamininin digər növlərini istifadə etmək tövsiyə olunur. D vitamininin aktiv formasına yüksək metabolizm səviyyəsi riski oldugundan preparat sarko- idozlu xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Bu xəstələrdə, kalsiumun qan zərdabında və sidikdə miqdarına nəzarət etmək tövsiyə olunur. 12 yaşınadək uşaqlarda preparat istifadə üçün nəzərdə tutulmayıb. Hiperkalsiemiya riski yüksək oldugundan kombinasiyalı vitamin preparatlarını tərpənməz halda qalan osteoporozlu xəstələrə ehtiyatla istifadə etmək lazımdır. Böyrək xəstəliklərində, sidikdaşı xəstəliklərində, paratireoid vəzinin xəstəliklərində, sümüklərdə şişlərin metastazlarında preparatın istifadəsi üçün həkim məsləhəti mütləqdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Karbamazepin, fenitoin, barbituratlar, rifampisin: D vitamininin qeyri-fəal metabolitlərinə3 metabolizmini artırır və bununla da, onun effektini azaldır. Bifosfonatlar, flüoridlər: bifosfonatların və natrium flüoridlərin mədə-bagırsaq traktından sorulaması azala bilər. Kalsemin Advans preparatını yeməkdən əvvəl və ya ən azı 1-2 saat sonra qəbul etmək tövsiyə olunur. Bifosfanatları və Kalsemin Advans preparatını günün müxtəlif vaxtlarında istifadə etmək tövsiyə olunur. Tetrasiklin: tetrasiklinin mədə-bagırsaq traktından sorulması azala bilər. Kalsemin Advans preparatını yeməkdən ən azı 2-3 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək tövsiyə olunur. Ürək qlikozidləri və kalsium kanallarının blokatorları: ürək qlikozidlərinin toksikliyi arta bilər (letal aritmiya riski). Qan zərdabında kalsiumun konsentrasiyası və EKQ-yə nəzarət edilməsi məsləhət görülür. Səyrici aritmiya zamanı kalsium kanallarının verapamil kimi blokatorlarının effektivliyini azaldır. Birlikdə qəbulu tövsiyə olunmur. Levotiroksin: levotiroksinin absorbsiyası pozula bilər. Bu preparatı yeməkdən ən azı 2-4 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək tövsiyə olunur. Xinolonlər, virusəleyhinə vasitələr: xinolon qrupundan olan (məsələn, siprofloksasin, levofloksasin, norfloksasin, ofloksasin, nalidiks turşusu) və virusəleyhinə (proteazanın inhibitorları) antibakterial vasitələrin absorbsiyası pozula bilər. Bu preparatı yeməkdən ən azı 2- 4 saat əvvəl və ya 4-6 saat sonra qəbul etmək tövsiyə olunur. Tiazid diuretikləri: tiazid diuretikləri kalsiumun sidik vasitəsi ilə ifraz olunmasını azaldır. Hiperkalsiemiya riski yüksək olduğundan tiazid diuretiklərilə birlikdə qəbulu zamanı qan zərdabında kalsiumun səviyyəsini mütəmadi olaraq yoxlanması lazımdır. Qlükokortikoidlər, hamiləlik əleyhinə hormonal vasitələr: kalsiumun sorulmasını cətinləşdirir, D vitamininin effekti azala bilər. Kalsemin Advans preparatının dozasının korreksiyası tələb3 oluna bilər. İonmübadiləli duzlar, xolestiramin, işlədici, orlistat kimi: bu preparatla birgə qəbulunda D3 vitamininin mədə-bagırsaq traktından absorbsiyasını azalda bilər. D vitamininin qəbulundan sonra yeməkdən 2 saat əvvəl və ya 4-6 saat sonra istifadə etmək tövsiyə olunur. Dəmir, sink, maqnezium, ranelat stronsium: kalsium dəmir, sink, maqnezium, ranelat stronsiumun absorbsiyasını azalda bilər. Birlikdə qəbul zamanı kalsium praparatlarının qəbul intervalına yeməkdən əvvəl 2 saat və ya yeməkdən sonra 4-6 saat riayət etmək lazımdır. Qida məhsulları: müəyyən qida məhsulları ilə (məsələn, oksalat turşulu, fosfat, fitin turşulu və yüksək selluloza tərkibli qidalar) təsir ola bilər. Kalsiumun sorulmasının azalma riski oldugundan bu qida məhsullarının qəbulu ilə kalsium preparatlarının qəbulu arasındakı interval 2 saatdan az olmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kalsemin Advans hamiləlik və laktasiya dövründə tövsiyə olunmuş dozalarda istifadə oluna bilər, əgər klinik göstəriş varsa. Hamiləlik dövründə kalsiumun sutkalıq dozası 1500 mq-ı, D3 vitaminin isə 600 BV-i aşmamalıdır, cünki kalsium və D vitamininin xroniki artıq dozalanması döl və yeni dogulmuş körpə üçün zərərli ola bilər. Hamiləlik zamanı hiperkalsiemiya döldə əlavə təsirlərin inkişafına gətirib çıxara bilər: paratireoid hormonun inhibə olunması, hipokalsiemiya, tetaniya, epileptik tutmalar və aortal stenoz sindromu əlamətləri kimi retinopatiya, psixi inkişafın yubanması və ya boy artımının pozulması və yeni doğulmuş körpələrdə hiperkalsiemiyaya gətirib çıxara bilər. Süd verən analara nəzərə almaq lazımdır ki, xolekalsiferol və kalsium ana südünə daxil olur. vitamini təyin etdikdə nəzərə almaq lazımdır.Bunu, uşaga əlavə kalsium və D3 Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Təsir etmir.

İstifadə qaydası və dozası

Böyüklərə və 12 yaşından başlayaraq yeniyetmələrə yemək zamanı gündə iki dəfə 1 tablet. Yaşlı pasiyentlər: xüsusi təlimat yoxdur. Böyrək funksiyasının pozğunluqları olan xəstələr: ağır böyrək çatışmazlığı olan xəstələrə əks göstərışdir. Böyrək funksiyasının yüngül və orta dərəcəli pozğunluqlarında – ehtiyatla, qanda və sidikdə kalsium və fosforun konsentrasiyasına nəzarət etməklə istifadə etmək lazımdır. Qaraciyər funksiyasının pozğunluqları olan xəstələr: xüsusi təlimat yoxdur. Müalicə müddəti: Kalsium və vitamin D çatışmazlığını aradan götürmək ücün müalicə kursunun orta müddəti 4-6 həftədən az olmamalıdır. Osteoporozun profilaktikası ücün orta müddəti 2 aydır; osteoporozun müalicəsi üçün – 3 ay. İl ərzində təkrar kursların sayı həkim tərəfindən müəyyən edilir.

Əlavə təsirləri

Mədə-bağırsaq sisteminə: nadir hallarada qəbizlik, qarnın köpməsi, qarında ağrılar, ishal, ürəkbulanma, qusma. İmmun sistemə: allergik və anafilaktik reaksiyalar, nadir hallarda anafilaktik şok, astmatik sindrom daxil olmaqla hiperhəssaslıq reaksiyaları, dəri tərəfindən (səpgi, məxmərək, şişkinlik, qaşınma) və/və ya tənəffüs sistemi, mədə-bağırsaq traktı və ya ürək-damar sistemi tərəfindən yüngül və orta dərəcəli reksiyalar (simptomlara respirator distress-sindromu daxil ola bilər). Preparat uzun müddət qəbul edildiyi hallarda sidikdə kalsiumun səviyyəsi və qan zərdabında kalsiumun qatılığı qalxa bilər ki, buna da həkim nəzarət etməlidir. Göstərilən hər hansı bir əlavə təsir və içlik vərəqədə göstərilməyən reaksiya əmələ gələrsə, həkimə müraciyyət etmək lazımdı.

Doza həddinin aşılması

Tövsiyəyə uygun qəbulunda artıq dozalanmaya gətirən hallar haqda hec bir sübut yoxdur. Hamısı olmasada, əksər atrıq dozalanmaya aid olan məlumatlar, əlavə olaraq mono- və /və ya polivitaminlərin artıq dozalarda qəbulu ilə əlaqədardır. Gün ərzində 2500 mq kalsium və 4000 BV D vitamininin qəbulundan artıq dozada kalsium və D vitamininin qəbulu zəhərlənməyə gətirib çıxara bilər. Hiperkalsiemiya və ya hiperkalsiemiya ilə əlaqədar vəziyyətlərdən, böyrək çatışmazlığından əziyyət çəkən və yaxud nefrolitiaza meyilli olan xəstələrdə preparatın cüzi dozalarının istifadəsi zamanı D və kalsiumun toksik təsirinin meydana çıxması mümkündür. Böyrək funksiyalarının pozulmaları olan pasiyentlər hiperfosfatemiya, böyrək daşı xəstəliyi və nefrokalsinoz əmələ gəlmə rislinə malikdirlər. Kalsium və D vitamininin dozalarının kəskin və ya uzunmüddətli artıq istifadəsi D vitaminin hipervitaminozuna, hiperkalsiemiyaya, hiperkalsiuriyaya və hiperfosfatemiyaya gətirib çıxara bilər. Böyrək çatışmazlığı, «süd-qələvi sindromu», damarların və yumşaq toxumaların duzlaşması, o cümlədən də, kalsinoz bunun nəticəsi kimi nefrolitiaza gətirib çıxara bilər. Gözlənilmədən baş ağrılarının başlanması, şüurun pozulması və ya mədə-bağırsaq pozulmaları, qəbzlik, diareya, ürək bulanması və qusma kimi ilkin qeyri-səciyyəvi əlamətlər, dozanın kəskin aşılmasına işarədir. Əgər bu cür əlamətlər meydana çıxırsa, o zaman preparatın istifadəsini dayandırmaq lazımdır. Zəhərlənmə və hiperkalsiemiyanın laborator və klinik təzahürləri aşağıdakı simptomlar ola bilər: anoreksiya, arıqlama, susuzluq, poliuriya, və digər mineralların sorulmasının pisləşməsı,qan plazmasında aspartataminotransferazanın və alaninaminotransferazanın çoxalması. Xroniki doza həddinin aşılması hiperkalsemiya nəticəsində damarların və orqanların duzlaşmasına gətirib çıxara bilər. Həddən atrıq hiperkalsiemiya komaya və ölümə səbəb ola bilər. Müalicəsi: təkrar hidratlaşma, ilgək diuretikləri (furosemid), glükokortikosteroidlər, kalsitonin, bisfosfonatlar, agır hallarda hemodializ.

Buraxılış forması

30, 60 və ya 120 tablet, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Ərizəci/İstehsalçı, ünvanı Kontrakt Farmakal Korporeyşen, 135 Adams Avenyu, Xopoq, Nyu-York, 11788, ABŞ.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Kalsemin Advans N60 tablet” üçün ilk rəyi siz yazın.