Inoseda 500 mq N20 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Birbaşa təsirli virus əleyhinə preparatlar. Digər virus əleyhinə preparatlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
9,61 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İNOSEDA tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Inosine pranobex
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq inozin pranobeks vardır. Köməkçi maddələr:qarğıdalı nişastası, povidon K90, mikrokristallik sellüloza, stearin turşusu, maqnezium stearat.
Təsviri
Dairəvi formalı, hər iki tərəfi qabarıq, ağ rəngli, bir tərəfində «INO» yazısı olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Birbaşa təsirli virus əleyhinə preparatlar. Digər virus əleyhinə preparatlar. ATC kodu: J05AX05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparatın təsiredici maddəsi inozin pranobeks purinin sintetik törəməsi olub (inozinin molekulyar kompleksi və 1: 3 molyar nisbətində N, N-dimetilamino-2-propanol ilə p-asetamidbenzoy turşusu duzu) və DNT-tərkibli virusların (birbaşa virus əleyhinə təsir) olduğu kimi RNT-tərkibli virusların da əksər ştamlarının replikasiyasını inhibə qabiliyyətinə malik immunomodulyator və virus əleyhinə agentdir. Virus əleyhinə təsiri hüceyrə vasitəsilə immunitetin güclənməsilə əlaqədardır. Farmakokinetikası Daxilə qəbul edildikdən sonra inozin pranobeks sürətlə və yaxşı sorulur. Plazmada maksimal konsentrasiyaya 3 saatdan sonra çatır. Farmakoloji təsiri təqribən 30 dəqiqədən sonra təzahür edir və 6 saat saxlanır. Toxumalarda yaxşı paylanma qabiliyyətinə malikdir. Eliminasiyası başlıca olaraq sidik turşusu şəklində böyrəklər vasitəsilə baş verir.
İstifadəsinə göstərişlər
Herpetik infeksiya kimi immun statusu zəif olan pasiyentlərdə virus etiologiyalı infeksion xəstəliklər.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Podaqralı, qanda sidik turşusunun səviyyəsi yüksək olan və böyrək daşı olan xəstələrdə istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qan zərdabında və sidikdə sidik turşusunun səviyyəsinin mümkün yüksəlməsi səbəbindən podaqralı pasiyentlərdə İnosedanı ehtiyatla təyin etmək lazımdır. Belə pasiyentlərdə preparatın uzun müddət istifadəsi zamanı qan zərdabında və sidikdə sidik turşusunun səviyyəsinə müntəzəm nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatı onun farmakoloji aktivliyinə neqativ təsir edən kortikosteroidlərlə, immunoqlobulinlə, sitostatiklərlə, antilimfositar immunoqlobulinlərlə eyni vaxtda istifadə etmək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlarda teratogen effektin olmamasına baxmayaraq, preparatın istifadəsindən gözlənilən fayda potensial riskdən üstün olduğu halda hamiləliyin ilk trimestrində preparatın istifadəsi mümkündür. İnozin pranobeks qan plazmasında çox kiçik konsentrasiyada aşkar edildiyi üçün preparatı laktasiya dövründə istifadə etmək olar. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Böyüklərdə sutkalıq doza orta hesabla 4-8 qəbula bölünmüş 6-8 tablet təşkil edir. Uşaqlarda preparatın şərbət dərman forması istifadə edilir. Yuxarıda qeyd edilən dozalanma rejiminin istifadəsi, bir qayda olaraq, əksər viruslu infeksiyaların müalicəsi üçün kifayətdir. Müalicənin müddəti xəstəliyin növündən asılı olaraq dəyişir. Bir qayda olaraq, simptomlar aradan qalxdıqdan sonra preparatla müalicə 1 və ya 2 gün ərzində davam etdirilir.
Əlavə təsirləri
Preparatın istifadəsi zamanı həmişə müşahidə edilən yeganə əlavə təsir qan zərdabında və sidikdə sidik turşusunun səviyyəsinin qısa müddətli artmasıdır ki, bu da müalicə bitdikdən bir neçə gün sonra normal səviyyəyə qayıdır. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsir aşkar edildikdə və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir yarandıqda, müvafiq Milli farmakonəzarət sisteminə məlumat lazımdır.
Doza həddinin aşılması
İnozin pranobeksin yarımletal dozası (LD ) terapevtik dozadan 40 dəfə artıq olduğu üçün doza50 həddinin aşılması halları qeyd edilməmişdir.
Buraxılış forması
10 tablet blisterdə. 2 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. A.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.