Glutad 600 mq N10 flakon

Dərman formasıİnyeksiya məhlulu üçün toz
Farmakoloji təsirDigər terapevtik dərman vasitələri. Antidotlar
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

47,72 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

QLUTAD əzələdaxili və venadaxili inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici Beynəlxalq patentləşdirilməmiş adı: Glutathione sodium

Tərkibi

Təsiredici maddə: 1 flakonda 643 mq qlutationun natrium duzu (600 mq qlutationa bərabər) vardır. Həlledici: inyeksiya üçün su.

Təsviri

Toz Ağ hiqroskopik tozdur. Həlledici Şşəffaf rəngsiz qoxusuz məhluldur.

Farmakoterapevtik qrupu

Digər terapevtik dərman vasitələri. Antidotlar. ATC kodu: V03AB32.

Farmakoloji xüsusiyyətləri

GLUTAD hüceyrələrdə geniş yayılmış spesifik funksiyaya malik tripeptid olub, sistein, qlutamin turşusu və qlisindən ibarətdir. GLUTAD güclü antioksidant, hepatoprotektor, immunostimulyator və detok- sikantdır. Həmçinin, GLUTAD trombolitik, antiaterosklerotik, damargenişləndirici, hipoxolesterinemik, ödqovucu və iltihabəleyhinə təsir göstərir. Qlutation qaraciyərdə, böyrəküstü vəzidə, eritrositlərdə, həmçinin ağciyər və mədə-bağırsaq traktında geniş miqdarda yayılmışdır. GLUTAD zülalların sulfhidril və disulfid qruplarına təsir göstərən ağır metal ionları ilə birləşərək, onları zərərsizləşdirir. GLUTAD maddələr mübadiləsində hidrogen daşıyıcısı kimi çıxış edir. Tərkibində az miqdarda S-H saxlayan eritrositlərin membranının oksidləşərək parçalanmasının qarşısını alır. Qlutation karbonhidrat mübadiləsində böyük əhəmiyyət daşıyır, həmçinin lipid mübadiləsinə təsir göstərməklə aterosklerozun yaranmasının qarşısını alır və qocalmanı ləngidir. Qlutation defisiti ilkin olaraq sinir sistemində öz əksini tapır; təfəkkür qabiliyyətini aşağı salır, koordinasiyanı pozur və tremora səbəb olur. Qlutationun orqanizmdə miqdarı yaşla əlaqədar olaraq azalır.Tədqiqatlar göstərir ki, qlutationun miqdarının azalması qaraciyərin işini pisləşdirir, nəticədə qanda daha çox miqdarda toksin dövr etməyə başlayır ki, bu da bütövlükdə bütün orqanizm və onun hüceyrələri üçün zərərlidir.

İstifadəsinə göstərişlər

Sisplatin və ya analoqları ilə kimyəvi terapiya nəticəsində yarana bilən neyropatiyanın profilaktikası.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq edilməmişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əzələdaxili istifadə zamanı, preparatı həlledicinin ampulunda tam həll etmək və dərhal istifadə etmək lazımdır. Məhlul aydın, şəffaf olmalı, içərisində görünən, çöküntü olmamalıdır və birdəfəlik, fasiləsiz yeridilmə üçün istifadə olunur. Qalıq qalarsa, atılmalıdır. Venadaxili istifadə zamanı, preparatı inyeksiya üçün suda (qutudakı) həll etmək və tədricən yeritmək və ya 20 ml-dən az olmayaraq infuziya üçün steril məhlulda həll edib tədricən damcı üsulu ilə yeritmək lazımdır. Dərman vasitəsini uşaqların əli çatmayan yerdə saxlayın.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Vitamin K, vitamin B , kalsium pantotenat, orat turşusu, antihistaminlər, sulfanilamidlər və tetrasiklinlər12 qlutationun biomənimsənilməsinə təsir edə bilər. Əgər heç bir uyuşmazlıq tədqiqatları yoxdursa, qlutationu digər dərman maddələri ilə eyni zamanda təyin etmək məsləhət deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Toksikliyi klinik sınaqlarla təsdiqlənməsə də, hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət deyil. Yalnız həkim nəzarəti altında istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərman vasitəsi nəqliyyat vasitələrinin idarə olunması və mexanizmlərdən istifadə qabiliyyətinə təsir etmir və ya çox cüzi təsir edir.

İstifadə qaydası və dozası

Gün ərzində əzələdaxili və ya venadaxili inyeksiya və ya venadaxili infuziya üçün 1-2 flakon. Doza xəstənin yaşından, çəkisindən və klinik vəziyyətindən asılıdır. Əzələdaxili və ya venadaxili inyeksiya üçün flakonda olan preparat qablaşdırmaya qoyulmuş ampulda olan həlledicidə (inyeksiya üçün su) həll edilməlidir. Venadaxili infuziya üçün bu məhlul ən azı 20 ml inyeksiya üçün suda həll edilməlidir. Məhlul hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Uyuşması müəyyən edilməyən hallarda dərman vasitəsi digər preparatlarla birgə istifadə edilməməlidir. İstifadədən əvvəl və istifadə zamanı orqanizmin su ehtiyatını qorumaq məqsədilə bütün tədbirlər görülməlidir. Kimyaterapiya zamanı qlutation terapiyadan 15-30 dəqiqə əvvəl istifadə edilməlidir.

Əlavə təsirləri

Mədə-bağırsaq sisteminə: ürəkbulanma, qusma. İmmun sistemə: yüksək həssaslıq reaksiyaları, dəri səpgiləri, övrə. Sinir sisteminə: başağrısı. Ümumi pozğunluqlar və istifadə nahiyəsində reaksiyalar İnfuziya zamanı qızdırma reaksiyası, ağrı və infeksiya, venoz tromboz, venanın iltihabı baş verə bilər. Məlumat vərəqinə riayət etməklə əlavə təsirlərin başvermə riskini azaltmaq olar. Əzələdaxili istifadə zamanı nadir hallarda dəridə səpgilər müşahidə edilə bilər.

Doza həddinin aşılması

Doza həddinin aşılması qeydə alınmamışdır. Doza həddinin aşılması zamanı simptomatik müalicə üsullarından istifadə edilə bilər.

Buraxılış forması

10 flakon 600 mq toz və 10 ampul 3ml inyeksiya üçün su konturlu yuvalı qablaşdırmada içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-ə qədər otaq temperaturunda, quru, sərin, qaranlıq və uşaqların əli çatmayan yerdə sazlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Laboratorio Italiano Biochimico Farmaceutico Lisapharma S.p.A, Italy. Via Licinio 11, 22036 Erba (CO) Italy.

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Italiano Biochimico Farmaceutico Lisapharma S.p.A, Italy. Via Licinio 11, 22036 Erba (CO) Italy.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Glutad 600 mq N10 flakon” üçün ilk rəyi siz yazın.