Heksasprey 2,5 % 30 q aerozol

Dərman formasıSprey
Farmakoloji təsirAntimikrob dərman vasitəsi
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

HEKSASPREY yerli istifadə üçün sprey Beynəlxalq patentləşdirilməmiş adı: Biclothymol

Tərkibi

Təsiredici maddə: 30 q-lıq flakonda 0,75q biklotimol vardır. Köməkçi maddələr: benzil spirti, dinatrium edetat, metilparahidroksibenzoat, ulduzşəkilli anis toxumlarının yağı, ammonium qlisirrizinat, natrium saxarinat, dispers sellüloza, soya lesitini, qliserin, etanol 96%, təmizlənmiş su.

Təsviri

Xarakterik cirə qoxulu, homogen, sarımtıl çalarlı ağ rəngli suspenziyadır.

Farmakoterapevtik qrupu

Antimikrob dərman vasitəsi. ATC kodu: R02AA20, A01AB11.

Farmakoloji xüsusiyyətləri

Mikrobəleyhinə təsirə malikdir (Staphylococcus spp., Streptococcus spp., Corynebacterium spp.-yə qarşı aktivdir). Təsir mexanizmi mikrob hüceyrəsinin zülallarının koaqulyasiyası ilə əlaqədardır. Ağrıkəsici və iltihabəleyhinə təsir göstərir. Farmakokinetikası Ağız boşluğunun selikli qişasından yavaş-yavaş sorulur, uzunmüddətli yerli təsir göstərir.

İstifadəsinə göstərişlər

Ağız boşluğunun, udlağın, qırtlağın Biklotimola qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən infeksion-iltihabi xəstəlikləri (stomatitlər, qinqivitlər daxil olmaqla). Burun-udlağın və tənəffüs yollarının iltihabi va infeksion xəstəliklərinin yerli mualicəsi (kəskin və xroniki faringit, farinqolaringit, tonzillit, tonzillektomiyadan sonrakı vəziyyət, qlossit).

Əks göstərişlər

6 yaşa qədər uşaqlar. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İnhalyasiya zamanı flakon şaquli vəziyyətdə tutulmalıdır. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yerli istifadə üçün digər vasitələrlə eyni zamanda istifadəsindən çəkinmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparat həkimin məsləhəti ilə istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barəda məlumat yoxdur.

İstifadə qaydası və dozası

Yerli: qida qəbulundan asılı olmayaraq gündə 3 dəfə 2 püskürtmə istifadə edilir. Müalicə müddəti 10 gündən çox olmamalıdır. Müalicənin daha uzun müddət ərzində davam etdirilməsinə ehtiyac duyularsa, həkimin məsləhəti vacibdir.

Əlavə təsirləri

Yerli allergik reaksiyalar mümkündür. Qeyri-adi reaksiyalar müşahidə olunduğu zaman, preparatın istifadəsinin davam etdirilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.

Buraxılış forması

Yerli istifadə üçün 2,5%-li sprey. 30 q, üstdən plastika ilə örtülmüş (PVX), plastik qapaqla bağlanmış və püskürdücü klapanla təchiz olunmuş şüşə flakonda (III növ şüşədən). 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 °C -dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır. Qeydiyyat şəhadətnaməsinin sahibi BUŞARA-REKORDATİ Laboratoriyaları, 70, Avenue du General de Gaulle, İmmeuble «le Wilson», 92800 Puteaux – Fransa.

İstehsalçı

BUŞARA-REKORDATİ Laboratoriyaları, Fransa. 70, Avenue du General de Gaulle, İmmeuble «le Wilson», 92800 Puteaux – Fransa. İstehsal sahəsinin ünvanı Parc Mecatronic, 03410. Saint Victor – Fransa.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Heksasprey 2,5 % 30 q aerozol” üçün ilk rəyi siz yazın.