Erbinol 250 mq N14 tablet

Dərman formasıTablet
Farmakoloji təsirDematologiyada istifadə üçün göbələk əleyhinə vasitələr. Sistem istifadə üçün göbələk əleyhinə vasitələr
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,71 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ERBİNOL tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq terbinafin (terbinafin hidroxlorid şəklində) vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, qarğıdalı nişastası, hipromelloza, talk, susuz kolloidal silisium dioksid, maqnezium stearat.

Təsviri

Dairəvi formalı, yastı, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.

Farmakoterapevtik qrupu

Dematologiyada istifadə üçün göbələk əleyhinə vasitələr. Sistem istifadə üçün göbələk əleyhinə vasitələr. ATC kodu: D01BA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Terbinafin geniş spektrli aktivliyə malik olan, allilamin qrupundan göbələk əleyhinə vasitədir. Kiçik konsentrasiyalarda terbinafin dermatofitlərə, kif göbələklərinə və müəyyən dimorf göbələklərə qarşı funqisid təsir göstərir. Maya göbələklərinə qarşı təsiri, onların növündən asılı olaraq funqisid və ya funqostatik ola bilər. Terbinafin spesifik olaraq göbələk sterolunun biosintezini ilkin mərhələdə pozur. Bu erqosterol çatışmazlığına və hüceyrə daxilində skvalenin toplanmasına gətirib çıxarır, bu isə göbələk hüceyrələrinin məhvi ilə nəticələnir. Terbinafin göbələk hüceyrə membranında skvalenepoksidaza fermentini inhibə etməklə təsir göstərir. Bu ferment sitoxrom P-450 sisteminə aid deyil. Daxilə qəbulu zamanı, terbinafin dəridə, saçda və dırnaqlarda funqisid təsirini təmin edən konsentrasiyalarda toplanır. Farmakokinetikası Peroral qəbulundan sonra terbinafin mədə-bağırsaq traktından yaxşı sorulur (> 70 %), əhəmiyyətli dərəcədə presistem eliminasiyaya məruz qalır, mütləq biomənimsənilməsi təxminən 50 % təşkil edir. Terbinafinin birdəfəlik 250 mq dozada peroral qəbulu zamanı 1,5 saat ərzində 1,30 mkq/ml qan plazmasında maksimal plazma konsentrasiyasına (C ) çatır.max Dərman vasitəsi üç fazalı eliminasiya prosesinə malikdir, son yarımxaricolma dövrü təxminən 16,5 gündür. Sabit konsentrasiya vəziyyətində (maksimal ilə müqayisədə sabit konsentrasiyası 70% səviyyəsində təxminən 28 gündən sonra müşahidə olunur), birdəfəlik doza ilə müqayisədə, terbinafinin maksimal konsentrasiyası orta hesabla 25 %, qan plazmasında “konsentrasiya-zaman” əyrisi altında sahə göstəricisi (AUC) isə 2,3 dəfə yüksək olur. AUC göstəricisinin plazmada artması ilə effektiv yarımxaricolma dövrünü hesablamaq olar və o təxminən 30 saat təşkil edir. Qida qəbulu terbinafinin biomənimsənilməsinə təsir edir (AUC göstəricisinin artması 20 %-dən aşağıdır), lakin bu halda doza korreksiyasına ehtiyac yoxdur. Terbinafin əhəmiyyətli dərəcədə plazma zülalları ilə bağlanır. O, sürətlə derma vasitəsilə yayılır və dərinin lipofil buynuz qatında toplanır. Terbinafin həmçinin yağ vəziləri sekreti ilə xaric edilir, bununlada dəridə, saç follikullarında, saçda və yağ vəziləri ilə zəngin dəridə yüksək konsentrasiyada toplanır. Həmçinin terbinafin ilə müalicə başlandıqdan bir neçə həftə ərzində dırnaq plastinlərinə paylanılması aşkar olunmuşdur. Terbinafin P450 sitoxrom sisteminin ən azı yeddi izofermenti vasitəsi ilə sürətlə metabolizmə uğrayır, onların arasında əsas rolu CYP2C9, CYP1A2, CYP3A4, CYP2C8 və CYP2C19 izofermentləri oynayır. Biotransformasiya nəticəsində göbələk əleyhinə təsiri olmayan metabolitlər, əsasən, sidiklə xaric olunurlar. Klinik cəhətdən yaş həddindən asılı olaraq farmakokinetik xüsusiyyətlərdə dəyişikliklər müşahidə edilmir, lakin böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə xaricolma sürəti azala bilər, bu isə, öz növbəsində qanda terbinafinin miqdarının yüksəlməsinə gətirib çıxarır. Böyrək çatışmazlığı (kreatinin klirensi < 50 ml/dəq) və ya qaraciyər çatışmazlığı olan pasiyentlərin iştirakı ilə aparılmış tədqiqatlarda terbinafin klirensinin 50 %-ə qədər azala biləcəyi müəyyən edilmişdir.

İstifadəsinə göstərişlər

Dərinin və dırnağın Trichophyton (T. rubrum, T.mentagrophytes, T. verrucosum, T. violaceum), Microsporum canis və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyaları. Peroral istifadə üçün nəzərdə tutulmuş Erbinol, zədələnmənin lokalizasiyası, infeksiyanın ağırlığı və ya yayılmasına görə peroral müalicə məqsədəuyğun hesab edildikdə saçqıran dəmrovun (saya dəri trixofitiyası, qasıq trixofitiyası və pəncə dermatofitiyası) müalicəsi üçün göstərilir. Peroral istifadə olunan Erbinol preparatı onixomikozun müalicəsi üçün göstərilir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; qaraciyərin xroniki və ya kəskin xəstəlikləri; laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qaraciyər funksiyası Erbinol preparatı xroniki və ya kəskin qaraciyər çatışmazlığı olan pasiyentlərə əks göstərişdir. Erbinol preparatı təyin olunmamışdan əvvəl qaraciyərin funksiyasının testi həyata keçirilməli və keçmişdə qaraciyərin hər hansı bir xəstəliyin olması qiymətləndirilməlidir. Qaraciyər çatışmazlığının olub-olmamasından asılı olmayaraq pasiyentlərdə hepatotoksiklik yarana bilər, bu səbəbdən qaraciyərin müntəzəm monitorinqinin aparılması (müalicədən 4-6 həftə sonra) məsləhət olunur. Erbinol preparatının qəbulu qaraciyər funksiyasının test göstəricilərində yüksəlməsi halında dərhal dayandırılmalıdır. Nadir hallarda terbinafin ilə müalicə olunan pasiyentlərdə ciddi qaraciyər çatışmazlığı (bəzən ölümlə nəticələnən və ya qaraciyər transplantasiyasını tələb edən) halları qeydə alınmışdır. Əksər hallarda həmin pasiyentlərdə ciddi sistem xəstəliklər qeyd olunmuşdur. Erbinol preparatı təyin olunmuş pasiyentlər, qaşınma, səbəbi məlum olmayan ürəkbulanma, iştahanın pozulması, anoreksiya, sarılıq, qusma, yorğunluq, abdominal nahiyənin sağ üst hissəsində ağrı, sidiyin tündləşməsi və ya nəcisin solğunlaşması kimi qaraciyər funksiyasının pozğunluğuna işarə olan əlamətlər və simptomlar haqqında dərhal xəbər vermələri barədə təlimatlandırılmalıdırlar. Bu simptomlar izlənilən pasiyentlərdə terbinafinin peroral qəbulu dayandırılmalı və pasiyentin qaraciyər funksiyası dərhal qiymətləndirilməlidir. Dəri reaksiyaları Ciddi dəri reaksiyaları (məsələn, Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomlarla dərman reaksiyası (DRESS)) terbinafin qəbul edən pasiyentlərdə çox nadir hallarda qeyd olunmuşdur. Proqressivləşən dəri səpgisi yarandıqda, Erbinol preparatı ilə müalicə dayandırılmalıdır. Psoriaz mövcud olan pasiyentlərdə Erbinol preparatı ehtiyatla istifadə edilməlidir, çünki çox nadir hallarda psoriazın kəskinləşməsi qeyd olunmuşdur. Hematoloji effektlər Terbinafin qəbul edən pasiyentlərdə qanın patoloji dəyişiklikləri (neytropeniya, aqranulositoz, trombositopeniya, pansitopeniya) nadir hallarda qeydə alınmışdır. Erbinol preparatı ilə müalicə olan pasiyentlərdə baş verən hər hansı dəyişikliyin səbəbi qiymətləndirilməli və müalicə rejimində dəyişikliklər, o cümlədən, Erbinol preparatı ilə müalicənin dayandırılması nəzərdən keçirilməlidir. Böyrək funksiyası Böyrək çatışmazlığı olan pasiyentlərdə (kreatinin klirensi 50 ml/dəq-dən az və ya plazma kreatinin 300 mikromol/l-dən çox) terbinafin istifadəsi kifayət qədər öyrənilməmişdir və bu səbəbdən istifadəsi tövsiyə olunmur. Digər Erbinol preparatı qırmızı qurd eşənəyi xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir lazımdır, çünki çox nadir hallarda qırmızı qurd eşənəyi xəstəliyi qeyd olunmuşdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrinin terbinafinə təsiri Terbinafinin plazma klirensi metabolizmi induksiya edən preparatlarla sürətlənə və P450 sitoxromu inhibə edən preparatlarla inhibə edilə bilər. Bu vasitələr ilə birgə təyin olunduqda Erbinol preparatının dozasını müvafiq olaraq dəyişmək lazımdır. Terbinafinin təsirini və ya plazmada konsentrasiyasını artıra bilən dərman vasitələri Simetidin terbinafinin klirensini 30 % azaldır. Flukonazol CYP2C9 və CYP3A4 fermentlərini inhibə etdiyindən, terbinafinin C və AUCmax göstəricilərini müvafiq olaraq 52 % və 69 % artırır. Göstəricilərin bənzər artımı həm CYP2C9 və CYP3A4-u inhibə edən ketokonazol və amiodaron kimi digər preparatlarla terbinafinin birgə qəbulu zamanı baş verə bilər. Terbinafinin təsirini və ya plazmada konsentrasiyasını azalda bilən dərman vasitələri Rifampisin terbinafinin klirensini 100 % artırır. Terbinafinin digər dərman vasitələrinə təsiri Terbinafin aşağıdakı dərman vasitələrinin təsirini və ya plazma konsentrasiyasını artıra bilər. Kofein – terbinafin venadaxili yeridilən kofeinin klirensini 21 % azaldır. Əsasən CYP2D6 ilə metabolizmə uğrayan dərman vasitələrinin in vitro və in vivo tədqiqatlarda terbinafinin CYP2D6-vasitəsilə metabolizmi inhibə etdiyini göstərir. Bu məlumatlar trisiklik antidepressantlar, β-adrenoreseptorlarının blokatorları, serotoninin geri tutulmasının selektiv inhibitorları, antiaritmik preparatlar (1A, 1B və 1C sinifləri daxil olmaqla) və B tipli monoaminoksidazanın inhibitorları kimi CYP2D6 tərəfindən metabolizmə uğrayan dərman vasitələrini qəbul edən pasiyentlər üçün klinik əhəmiyyət kəsb edə bilər, xüsusilə preparat dar terapevtik pəncərəyə malik olduqda. Terbinafin dezipraminin klirensini 82 % azaldır. Sağlam insanların iştirakı ilə aparılan tədqiqatlarda, dekstrometorfanın “sürətli” metabolizatorlarında (öskürək əleyhinə dərman və CYP2D6 marker substratı) terbinafin sidikdəki dekstrometorfan/dekstrorfan nisbətini orta hesabla 16-97 dəfə artırmışdır. Beləliklə, terbinafin, CYP2D6 “sürətli” (genotip) metabolizatorlarını “zəif” (fenotip) metabolizatorlarına çevirə bilər. Terbinafin ilə eyni vaxtda istifadə edildikdə praktiki olaraq qarşılıqlı təsir yaratmayan dərman vasitələri In vitro və sağlam könüllülərin iştirakı ilə aparılmış tədqiqatlar göstərir ki, terbinafin sitoxrom P450 sisteminin digər fermentləri (məsələn, tolbutamin, terfenadin, triazolam, peroral kontraseptivlər) tərəfindən metabolizmə uğrayan əksər dərman vasitələrinin klirensinin inhibəsinə və induksiyasına, CYP2D6 vasitəsilə metabolizmə uğrayanlar istisna olmaqla, cüzi təsir göstərir. Terbinafin antipirin və ya diqoksinin klirensinə təsir göstərmir. Terbinafin flukonazolun farmakokinetikasına təsir göstərmir. Bundan əlavə, terbinafin və kotrimaksozol tərkibli digər dərman vasitələrinin (trimetoprim və sulfametoksazol) zidovudin və ya teofillin arasında klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsiri yoxdur. Terbinafinin peroral kontraseptivlərlə birgə təyini zamanı pasiyentlərdə bəzi menstrual pozğunluqlar (güclü qanaxma və menstrual siklin pozğunluğu) halları qeydə alınmışdır. Lakin bu pozğunluqların rast gəlmə tezliyi tək peroral kontraseptivlər qəbul edən qadınlarda rast gəldiyindən daha çox deyildi. Terbinafin aşağıdakı dərman vasitələrinin təsirini və ya plazma konsentrasiyasını azalda bilər: Terbinafin siklosporinin klirensini 15 % artırır. Nadir hallarda Beynəlxalq normallaşdırılmış nisbətində və/və ya protrombin vaxtında dəyişikliklər terbinafinin varfarinlə birgə qəbul edən pasiyentlərdə qeyd olunmuşdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatın dölə və fertilliyə təsiri üzrə heyvanlar üzərində aparılan tədqiqatlarda əlavə effektlər aşkar edilməmişdir. Hamilə qadınlarda terbinafinin klinik istifadə təcrübəsi məhdud olduğu üçün qadının klinik vəziyyəti terbinafinin peroral müalicəsini tələb edən vəziyyət və ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu hallar istisna olmaqla, Erbinolu hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya Terbinafin ana südünə nüfuz edir, bu səbəbə görə qadınlar laktasiya dövründə Erbinol qəbul etməməlidirlər. Fertillik Preparatın dölə və fertilliyə təsiri üzrə heyvanlar üzərində aparılan tədqiqatlarda əlavə effektlər aşkar edilməmişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Terbinafinin avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Erbinolun istifadəsi zamanı başgicəllənmə kimi əlavə təsir yarandıqda, pasiyent avtonəqliyyat və mexanizmləri idarə etməkdən çəkinməlidir.

İstifadə qaydası və dozası

Böyüklər 250 mq (1 tablet) gündə bir dəfə daxilə qəbul olunur. Müalicə müddəti infeksiyanın xüsusiyyətindən və ağırlığından asılıdır. Dəri infeksiyaları Tövsiyə olunan müalicə müddəti: – pəncə dermatofitiyası (barmaqlararası, pəncə altı): 2-6 həftə; – saya dəri trixofitiyası: 4 həftə; – qasıq trixofitiyası: 2-4 həftə. Onixomikoz Əksər pasiyentlər üçün müalicə müddəti 6 həftədən 3 ayadək təşkil edir. 3 aydan az müalicə müddəti, əl dırnaqlarının infeksiyası, eləcə də baş barmaq istisna olmaqla digər ayaq barmaqlarındakı dırnaq infeksiyaları olan və daha cavan pasiyentlərdə nəzərdə tutulub. Ayaq barmağında dırnaq infeksiyalarının müalicəsində, adətən, 3 ay kifayət edir, amma müəyyən pasiyentlər üçün 6 ay və ya daha uzunmüddətli müalicə tələb oluna bilər. Daha uzun müalicə tələb edən pasiyentlər, müalicənin ilk həftələrində dırnaq böyüməsinin aşağı sürəti ilə müəyyən edilir. İnfeksiyanın əlamətlərinin və simptomlarının tam itməsi mikoloji müalicədən bir neçə həftə keçmədən əvvəl əldə edilə bilməz. Xüsusi pasiyent qrupları Qaraciyər funksiyasının pozğunluğu Erbinol xroniki və ya kəskin qaraciyər xəstəlikləri olan pasiyentlərdə əks göstərişdir. Böyrək funksiyasının pozğunluğu Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə Erbinol preparatının istifadəsi tövsiyə edilmir, çünki bu qrupda terbinafinin istifadəsi kifayət qədər öyrənilməmişdir. Uşaqlar Böyük Britaniyada aparılmış terbinafinin postmarketinq müşahidə tədqiqatında iştirak edən 314 uşaq pasiyentin peroral terbinafinlə müalicə zamanı təhlükəsizlik nəticələrinin nəzərdən keçirilməsi nəticəsində uşaqlardakı əlavə təsirlər yetkin insanlardakı kimi olduğu müəyyən edilmişdir. Yetkin insanlarda qeyd olunan əlavə təsirlər əlavə hər hansı yeni, qeyri-adi və ya daha ağır reaksiyaların olmasına aid heç bir sübut qeyd edilməmişdir. Lakin, əldə olan məlumatların sayının məhdud olduğu səbəbindən, uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə (65 yaş və yuxarı) gənc pasiyentlərlə müqayisədə dozanın korreksiyasına ehtiyac olduğu və fərqli təsirlərin olması barədə heç bir sübut mövcud deyil. Erbinol prepartının istifadəsi zamanı, yaşlı pasiyentlərdə qaraciyər və ya böyrək funksiyasının pozğunluğunun mövcüdluğunu nəzərə almaq lazımdır. İstifadə qaydası Daxilə qəbul üçün nəzərdə tutulub. Tablet su ilə bütöv udulur; Erbinol preparatının hər gün eyni vaxtda yeməkdən əvvəl və ya yeməkdən sonra qəbul edilməsinə üstünlük verilir.

Əlavə təsirləri

Yaşlı pasiyentlərdə gənc pasiyentlərlə müqayisədə doza dəyişikliyinə ehtiyac olduğu və fərqli təsirlərin olması barədə heç bir sübut mövcud deyil. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sisteminin pozğunluqları Çox nadir hallarda – neytropeniya, aqranulositoz, trombositopeniya; məlum deyil – anemiya, pansitopeniya. İmmun sisteminin pozğunluqları Çox nadir hallarda – anafilaktoid reaksiyalar (angionevrotik ödem daxil olmaqla), dəri və ya sistem qurd eşənəyi; məlum deyil – anafilaktik reaksiyalar, zərdab xəstəliyi tipli reaksiyalar. Maddələr mübadiləsi və qidalanma pozğunluqları Çox tez-tez – iştahanın azalması. Psixi pozğunluqlar Məlum deyil – narahatlıq və depressiya simptomları. Sinir sisteminin pozğunluqları Tez-tez – baş ağrısı; bəzən – dad hissiyyatının pozulması, o cümlədən, dad hissiyyatının itməsi. Dad hissiyyatının itməsi daxil olmaqla, dadın pozulması, adətən, preparatın dayandırılmasından sonra bir neçə həftə ərzində aradan qalxır. Dad hissiyatının uzunmüddətli itməsinin nadir halları bildirilmişdir; bəzən – paresteziya, hiposteziya, başgicəllənmə; məlum deyil – hiposmiya, anosmiya, o cümlədən, geri dönməyən. Görmə orqanın pozğunluqları Məlum deyil – görmə pozğunluğu, görmə aydınlığının pozulması, görmə kəskinliyinin azalması. Eşitmə və labirint pozğunluqları Çox tez-tez – başgicəllənmə; məlum deyil – eşitmə itkisi, eşitmə pozğunluğu, tinnitus. Damar pozğunluqları Məlum deyil – vaskulit. Mədə-bağırsaq traktının pozğunluqları Çox tez-tez – mədə-bağırsaq simptomları (mədədə dolğunluq hissi, dispepsiya, ürəkbulanma, qarın nahiyəsində ağrı, diareya); məlum deyil – pankreatit. Qaraciyər və öd yollarının pozğunluqları Nadir hallarda – qaraciyər çatışmazlığı, qaraciyər fermentlərinin səviyyəsinin artması, sarılıq, xolestaz və hepatit də daxil olmaqla ciddi qaraciyər funksiyasının pozğunluğu halları. Qaraciyər funksiyasının pozğunluğu inkişaf etdikdə, Erbinol preparatı ilə müalicə dayandırılmalıdır. Çox nadir hallarda ciddi qaraciyər çatışmazlığı (bəzən ölümlə nəticələnən hallar və ya qaraciyər transplantasiyası tələb edən hallar) barədə məlumat verilmişdir. Pasiyentlərdə qaraciyər çatışmazlığının əksər hallarda ciddi əsas sistem xəstəlikləri qeyd edilmişdir və Erbinol preparatı ilə səbəb-nəticə əlaqəsi şübhəli hesab olunmuşdur. Dəri və dərialtı toxumalarının pozğunluqıarı Çox tez-tez – səpgi, övrə; çox nadir hallarda – Stivens-Conson sindromu, toksik epidermal nekroliz, eksudativ multiformalı eritema, toksikodermiya, eksfoliativ dermatit, bullyoz dermatit, fotohəssaslıq reaksiyaları, alopesiya. Dəridə proqressivləşən səpgilər aşkar edildikdə, Erbinol preparatı ilə müalicə dayandırılmalıdır; məlum deyil – psoriatik səpgilər və ya psoriaz simptomlarının kəskinləşməsi, ciddi dəri reaksiyaları (məsələn, kəskin generalizəolunmuş ekzantematoz pustulyoz), eozinofiliya və sistem simptomları ilə dərman reaksiyası (DRESS). Əzələ-skelet sistemi və birləşdirici toxumalarının pozğunluqları Çox tez-tez – əzələ-skelet sistemi tərəfindən reaksiyalar (artralgiya, mialgiya); məlum deyil – rabdomioliz. Ümumi və yeridilmə nahiyəsində pozğunluqlar Tez-tez – halsızlıq; bəzən – yorğunluq, qripəbənzər sindrom, qızdırma. Laborator və instrumental tədqiqatların nəticələrinə təsiri Bəzən – dad hissiyyatının pozulması səbəbindən çəkinin itkisi; məlum deyil – qan plazmasında kreatinfosfokinazanın konsentrasiyasının artması. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Preparatın qeydiyyatından sonra şübhəli əlavə təsirlər barədə məlumat vermək vacibdir. Pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş verdikdə, Milli farmakonəzarət sisteminə uyğun olaraq məlumat verilməlidir.

Doza həddinin aşılması

Simptomları Terbinafinlə (5,0 q-a qədər doza) doza həddinin aşılmasının bir neçə halları məlumdur, simptomlar arasında başağrı, ürəkbulanma, epiqastral nahiyədə ağrı və başgicəllənmə qeyd edilmişdir. Müalicəsi Terbinafinin orqanizmdən xaric olması üçün ilk növbədə aktivləşdirilmiş kömür istifadə edilməlidir, ehtiyac olduqda, simptomatik terapiya aparılır.

Buraxılış forması

14 tablet blisterdə. 1 və ya 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi “WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad. No: 50 Güneşli Bağcılar/İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Erbinol 250 mq N14 tablet” üçün ilk rəyi siz yazın.