Espadril 1 % 30 q krem

Dərman formasıKrem
Farmakoloji təsirAntifunqal preparatlar, imidazol törəmələri
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ESPADRİL 1% xaricə istifadə üçün krem Beynəlxalq patentləşdirilməmiş adı: Isoconazole nitrate

Tərkibi

Təsiredici maddə: 1 q kremin tərkibində 10 mq (1%) izokonazol nitrat vardır. Köməkçi maddələr: maye parafin, ağ yumşaq parafin, polisorbat 60, setostearil spirti, dinatrium edetat, sorbitan stearat, ionsuzlaşdırılmış su.

Təsviri

Ağ və ya ağımtıl rəngli kremdir.

Farmakoterapevtik qrupu

Antifunqal preparatlar, imidazol törəmələri. ATC kodu: D01AC05.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası İzokonazol – imidazolun sintetik törəməsidir. Yerli göbələk əleyhinə və antibakterial təsir göstərir. Funqistatik təsirə malikdir, konsentrasiyanı artıran zaman funqisid təsir göstərir. Dermafitlərə qarşı Trychophyton, Microsporum, Epidermophyton, kif, maya göbələkləri Candida və maya göbələyinəbənzər göbələklər Malassezia furfur (Pityrosporum spp.), həmçinin eritrazma törədicisi Corynebacterium minutissimum, Qram-müsbət bakteriyalar Staphylococcus spp, Streptococcus spp qarşı aktivdir. İzokonazol digər imidazol qrupu antimikotik dərmanlar kimi mikrobların hüceyrə divarında erqosterol sintezini pozmaqla, funqistatik və funqisid təsir göstərir. Farmakokinetikası İstifadə zamanı izokonazol çox tez müddətdə dəriyə nüfuz edir. Yerli istifadədən 1 saat sonra dəridə maksimal konsentrasiyasını toplayır. İzokonazolun dərinin buynuz qatında və epidermisdə yaratdığı konsentrasiya minimal antimikotik konsentrasiyadan yüksəkdir. İzokonazol dəridə metabolizmə uğramır. Sistem absorbsiyası çox aşağıdır.

İstifadəsinə göstərişlər

ESPADRİL 1%-li kremi dərinin göbələk xəstəliklərinin müalicəsində xaricə istifadə edilən dərman vasitəsidir. ESPADRİL 1%-li kremi göbələklərə, maya göbələklərinə, maya göbələklərinə bənzər göbələklərə (sinə dərisində və qolların yuxarı hissələrinin dərisində açıq qəhvəyi rəngli pulcuqlanan ləkələrlə özünü büruzə verən göbələk infeksiyalarının törədiciləri olan mikroorqanizmlər də daxil olmaqla) və kif göbələklərinə, habelə xüsusən, qasıq nahiyəsində, ayaq barmaqları arasında, qoltuq altlarında və süd vəzilərinin altında qırmızı – qəhvəyi rəngdə incə qabıqlanan ləkələrlə özünü büruzə verən infeksion dəri xəstəliyinin (eritrazma) törədicilərinə qarşı, əlvan (kəpəklənən) dəmrova qarşı effektivdir.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparat yalnız xaricə istifadə olunur. ESPADRİL 1%-li kremi üz nahiyəsinə çəkildiyi təqdirdə, kremin gözlərə düşməsinə yol verilməməlidir. İnfeksiyanın təkrarlanmasının qarşısını almaq üçün xəstənin istifadə etdiyi şəxsi qulluq vasitələri (əl-üz və bədən dəsmalları, pambıq alt paltarları) hər gün dəyişdirilməli və qaynadılmalıdır. İnfeksiya əl və ya ayaq barmaqları arasında olduğu halda, ESPADRİL kremini tənzif parçasına çəkib barmaqların arasına yerləşdirmək tövsiyə edilir. ESPADRİL 1%-li kremi ilə müalicənin müvəffəqiyyətli olması üçün gigiyena tədbirlərinə müntəzəm riayət edilməlidir. Ayaqlarda göbələk xəstəliyi varsa, barmaqların araları yuyulduqdan sonra yaxşıca qurudulmalı və corablar hər gün dəyişdirilməlidir. ESPADRİL 1%-li kreminin tərkibinə setostearil spirti daxildir, bu maddə nadir hallarda yerli dəri reaksiyalarına (məsələn, kontakt dermatitə) səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman maddələri ilə hər hansı bir qarşılıqlı təsiri yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Tərkibində izokonazol olan dərmanların hamiləlik dövründə istifadə edilməsi zamanı hər hansı zərərli təsir riskini aşkara çıxarmamışdır. İzokonazolun ana südünə keçməsi tədqiq olunmamışdır, buna görə döşlə əmizdirmədən öncə preparatın bilavasitə süd vəzilərinin dərisinə istifadəsindən çəkinmək məsləhətdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

ESPADRİL 1%-li kreminin avtomobil idarəetmə və digər mexanizmlərdən istifadə etmə qabiliyyətinə təsiri yoxdur.

İstifadə qaydası və dozası

ESPADRİL 1%-li kremi xaricə, gündə 1 dəfə olmaqla, dərinin zədələnmiş nahiyələrinə nazik qat şəklində çəkilərək, yüngül sürtmə hərəkətləri vasitəsilə dəriyə yeridilərək istifadə edilir. Müalicənin davam etmə müddəti 2-3 həftədir. Müalicəyə çətin tabe olan infeksiyalarda (xüsusilə ayaq barmaqları arasındakı dərinin zədələnmələri zamanı) 4 həftədir. Daha uzun müddətli müalicə kursları da təyin edilə bilər. Residivlərin qarşısını almaq məqsədi ilə, xəstəliyin simptomları aradan qalxdıqdan sonra da ən azı 2 həftə ərzində dərmandan istifadə edilməlidir.

Əlavə təsirləri

Bütün dərman maddələrində olduğu kimi, ESPADRİL 1%-li kreminin tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər. ESPADRİL 1%-li kreminin əsas təsiredici maddəsi olan izokonazolla müalicə zamanı bəzi hallarda qaşınma, yanğı hissi, eritema və ya suluqların əmələ gəlməsi kimi yerli simptomlar yarana bilər. Həmçinin allergik dəri reaksiyalarının baş verməsi də mümkündür.

Doza həddinin aşılması

Bir dəfəlik yüksək doza (geniş dəri sahəsinə bir dəfəlik çəkilmə) və ya təsadüfən udulma zamanı hər hansı bir riskin olması məlum deyil.

Buraxılış forması

30 q kremi, alüminium tubda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, uşaqların əli çatmayan yerdə, öz qablaşdırmasında saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Santa Farma İlaç Sanayii A.Ş . GEBKİM 41455 Dilovası-KOCAELİ. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21.

Qeydiyyat vəsiqəsinin sahibi

Santa Farma İlaç San.A.Ş. 34382 Şişli-İSTANBUL,Türkiyə. Tel.: +90 212 220 64 00. Faks: +90 212 222 57 59. Eksklüziv distributor Azerimed QSC.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Espadril 1 % 30 q krem” üçün ilk rəyi siz yazın.