Etoflex 50 mq 40 q gel
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Xaricə istifadə üçün iltihabəleyhinə qeyri-steroid preparat |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,40 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ETOFLEKS xaricə istifadə üçün gel Beynəlxalq patentləşdirilməmiş adı: Etofenamate
Tərkibi
Təsiredici maddə: 1 q gelin tərkibində 50 mq etofenamat vardır. Köməkçi maddələr: evkalipt efir yağı, şam ağacının efir yağı, polietilenqlikol 400, emulgin M8, karbomer, trietanolamin, izopropil spirti və ionsuzlaşdırılmış su.
Təsviri
Evkalipt iyli, şəffaf , rəngsiz və ya sarımtıl rəngli geldir.
Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün iltihabəleyhinə qeyri-steroid preparat. ATC kodu: M02AA06. Farmokoloji xüsusiyyətləri Farmakodinamikası Etofenamat – iltihabəleyhinə və ağrıkəsici preparatdır. Siklooksigenazanı inhibə edir, araxidon turşusundan prostaqlandinlərin sintezini tormozlayır. Dəriyə sürtüldükdə etofenamat 5-10 % -lik qatılıqda iltihab və travma zamanı yaranan oynaq və əzələ ağrılarını aradan qaldırır. Tərkibinə daxil olan izopropil spirti yüngül sərinləşdirici effekt göstərir. ETOFLEKS dəridə qızartı və göynəmə vermir. Farmakokinetikası Etofenamat yüksək biomənimsənilmə qabiliyyətinə malikdir, lipofil xüsusiyyətə malik olduğundan 20 % -ə qədəri dəridən sorulur, iltihab sahəsində yüksək effektivliyə malik olur. Preparatın iltihab zonasında konsentrasiyası iltihab zonası olmayan nahiyədəki konsentrasiya- sından 5-20 dəfə çox olur. Daxilə və xaricə bərabər miqdarda, yüksək dozada preparatın qəbulu göstərmişdir ki, daxilə qəbulla müqayisədə xaricə istifadə zamanı etofenamat iltihab zonasında 27,5 dəfə çox toplanır. Xaricə istifadə zamanı qan plazmasında bioloji yarımxaricolma dövrü təqribən 3,3 saat təşkil edir. Lakin onu da qeyd etmək lazımdır ki, etofenamat hələ uzun müddət iltihab zonasında aşkar olunur.
İstifadəsinə göstərişlər
Müxtəlif mənşəli kəskin ağrılar *Ağrı, oynaqların iltihabı və yumşaq toxumanın travma zamanı zədələnməsi, degenerativ və revmatik xəstəliklər (dartılma, çıxıqlar, əzilmələr, lümbaqo, bursit, miozit, tendovaginit, mialgiya, artrit). *boyun və çiyin ağrıları
Əks göstərişlər
Etofenamata, flufenam turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Nadir hallarda baş verən qıcıqlanma preparatın qəbulunu dayandırdıqda aradan qalxır. Açıq yaralara və ekzema zonasına istifadə etmək olmaz. Həssaslıq artdıqda preparatın istifadəsini dayandırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Hamiləliyin altıncı ayından sonra ETOFLEKS -dən istifadə edilməməlidir. Həmçinin bu müddətdən əvvəl də həkiminiz zərurət olduğunu bildirməzsə, ETOFLEKS -dən istifadə etməyin. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz təqdirdə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Etofenamat ana südünə kiçik miqdarda keçdiyi üçün, ETOFLEKS -dən uzun müddət istifadə etməyin və gündəlik doza həddini aşmayın. Dərmanın körpənizə təsir etməsinə yol verməmək üçün körpənizi əmizdirdiyiniz müddət ərzində ETOFLEKS -i döş qəfəsi nahiyənizə çəkməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ETOFLEKS -in avtomobili və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
ETOFLEKS yalnız xaricə, dəri üzərinə istifadə üçündür. Geli udmaq olmaz! ETOFLEKS -i bədəninizin zədələnmiş nahiyələrinə nazik təbəqə şəklində çəkin və yüngül masaj hərəkətləri ilə dəriyə yeridin. ETOFLEKS -i çəkdikdən sonra bir neçə dəqiqə dəridə qurumasını gözləyin. Həkiminiz söylə- mədiyi təqdirdə, müalicə edilən dəri nahiyəsini sarğı ilə örtməyin. Həkiminiz ETOFLEKS ilə müalicə müddətini sizə bildirəcəkdir. İdman xəsarətləri kimi küt travmalar zamanı, adətən, bir həftəlik müalicə kifayət edir. Revmatik xəstəliklər zamanı əksər hallarda 3-4 həftəlik müalicə kifayət edir. Əgər şikayətləriniz davam edərsə, əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün həkiminizlə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərman maddələrində olduğu kimi, ETOFLEKS -in tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər. Arzuolunmaz təsirlərin qiymətləndirilməsi aşağıdakı rastgəlmə tezliklərinə əsaslanır: – Çox tez-tez: 10 xəstədən ən azı 1-də rast gəlinir. – Tez-tez: 10 xəstədə 1-dən az, lakin 100 xəstədə 1-dən çox rast gəlinir. – Bəzən: 100 xəstədə 1-dən az, lakin 1000 xəstədə 1-dən çox rast gəlinir. – Nadir: 1000 xəstədə 1-dən az, lakin 10000 xəstədə 1-dən çox rast gəlinir. – Çox nadir: 10 000 xəstədə 1-dən az rast gəlinir. – Naməlum tezlikdə rast gələn: rastgəlmə tezliyinin mövcud məlumatlar əsasında müəyyənləşdirilməsi mümkün deyildir. ETOFLEKS dərinin geniş sahəsinə və uzun müddət istifadə edilərsə, əlavə təsirlərin yaranma ehtimalı mövcuddur. ETOFLEKS barəsində məlumat verilmiş əlavə təsirlər Bəzən: – dəridə qızartı – qaşınma – yanma hissi – dəridə səpgi – bəzən qabarcıqlar və ya övrə şəklində lokal dəri reaksiyaları Nadir: allergik reaksiyalar – Lokal allergik reaksiyalar (kontakt dermatiti) Dəri reaksiyaları bu dərmandan istifadəni dayandırdıqdan sonra tezliklə keçib gedir. Bu səbəbdən də, hər hansı xüsusi müalicəyə ehtiyac yoxdur. Bu içlik vərəqədə qeyd edilməmiş hər hansı əlavə təsir müşahidə etdiyiniz halda, bu barədə həkiminizi və ya əczaçınızı məlumatlandırın.
Doza həddinin aşılması
Əgər dəriyə təyin edilmiş dozadan artıq ETOFLEKS çəkmisinizsə, onu dərinin üzərindən silin və su ilə yuyun. Əgər siz lazım olduğundan artıq ETOFLEKS istifadə etmisinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Buraxılış forması
40 q gel, tubda. 1 tub, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C -dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çaymayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
SantaFarma İlac Sanayii A.S. Okmeydanı, Boruciçegi Sokak, No: 16 34382. Şişli-ISTANBUL. Tel.: (+90 212) 220 64 00. Faks: (+90 212) 222 57 59. Ünvan SantaFarma İlaç Sanayii A.Ş. GEBKİM 41455 Dilovası – KOCAELİ. Tel.: (+90 262) 674 23 00. Faks: (+90 262) 674 23 21.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.