Enterosgel 225 q gel
| Dərman forması | Gel |
|---|---|
| Farmakoloji təsir | Enteroadsorbsiyaedici vasitə. ATK kodu: А07В |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
31,13 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ENTEROSGEL daxilə qəbul üçün pasta Beynəlxalq patentləşdirilməmiş adı: Polymethylsiloxane polyhydrate
Tərkibi
Təsiredici maddə:100 q qranulun tərkibində 70 q polimetilsiloksan polihidrat vardır. Köməkçi maddə: təmizlənmiş su. Təsvir Ağ, yaxud ağımtıl rəngli, iysiz pastaşəkilli, bircinsli pastadır.
Farmakoterapevtik qrupu
Enteroadsorbsiyaedici vasitə. ATK kodu: А07В.
Farmakoloji xüsusiyyətləri
Enterosgel , yalnız orta molekulyar toksik metabolitlərə qarşı (m.k. 70-1000) adsorbsiyaedici təsiri ilə xarakterizə olunan hidrofob təbiətli silisium-üzvi matrisanın (molekulyar süngər) mə- saməli strukturuna malikdir. Enterosgel adsorbsiyaedici və detoksikasiyaedici xassələrə malikdir. Mədə-bağırsaq traktı mənfəzində preparat bakteriyalar, bakterial toksinləri, antigenlər, qida allergenləri, dərman vasitələri və zəhərlər, ağır metal duzları, radionuklidlər, alkoqol daxil olmaqla, müxtəlif mənşəli endogen və ekzogen toksik maddələri orqanizmdən çıxarır. Preparat həmçinin orqanizmin maddələr mübadiləsinin bir sıra məhsullarını, o cümlədən, bilirubin, sidik cövhəri, xolesterin və lipid kompleksi qalıqlarını, həmçinin endogen toksikozun inkişafına cavabdehlik daşıyan metabolitləri adsorbsiya edir. Enterosgel vitaminlərin və mikroelementlərin sorulmasını azaltmır, bağırsağın pozulmuş mikroflorasını bərpa edir və onun hərəkət funksiyasına təsir etmir. Farmakokinetikası Preparat mədə-bağırsaq traktında sorulmur, 12 saat ərzində dəyişilməmiş formada xaric olur.
İstifadəsinə göstərişlər
Uşaqlarda və böyüklərdə detoksikasiyaedici vasitə kimi: – müxtəlif mənşəli kəskin və xroniki intoksikasiyalar; – güclü təsirə malik olan və zəhərli maddələrdən, o cümlədən, dərman vasitələri və alkoqoldan, ağır metalların duzlarından kəskin zəhərlənmə; – kompleks terapiyanın tərkibində istənilən mənşəli kəskin bağırsaq infeksiyaları (toksik infeksiyalar, salmonellyoz, dizenteriya, qeyri-infeksiya mənşəli ishal sindromu, disbakterioz); – kompleks terapiyanın tərkibində, açıq-aşkar intoksikasiya ilə müşayiət olunan irinli-septik xəstəliklər; – qida və dərman allergiyası; – hiperbilirubinemiya (virus hepatitləri) və hiperazotemiya (xroniki böyrək çatışmazlığı); – zərərli istehsalatda işləyən işçilərin intoksikasiyasının profilaktikası məqsədilə (politrop tə- sirə malik kimyəvi agentlərdən, ksenobiotiklərdən, radionuklidlərdən, qurğuşun, civə, arsen, neft məhsullarından, üzvi məhlullardan, azot, karbon oksidlərindən, flüoridlərdən, ağır metal duzla- rından zəhərlənmə).
Əks göstərişlər
Preparata qarşı fərdi dözümsüzlük, bağırsağın atoniyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat, digər preparatların istifadəsindən 1-2 saat əvvəl və ya sonra, preparatların qəbul qaydasına riayət etməklə, digər dərmanlarla kompleks terapiya şəklində istifadə edilə bilər . Digər dərman preparatları ilə birlikdə istifadə Enterosgel preparatı ilə birlikdə qəbul zamanı digər preparatların sorulması azala bilər
Hamiləlik və laktasiya dövründə istifadəsi
Enterosgel preparatının hamiləlik və laktasiya dövründə qəbulu əks göstəriş deyil.
İstifadə qaydası və dozası
Enterosgel – dəxilə qəbul üçün pasta, yeməkdən və ya digər dərman vasitələrinin qəbulundan 1- 2 saat əvvəl və ya sonra daxilə su ilə qəbul edilir. Preparatın qəbul üçün lazım olan miqdarını 1/3 nisbətində otaq temperaturunda olan suda həll etmək və su ilə daxilə qəbul etmək lazımdır. Böyüklər üçün doza: sutkada 3 dəfə 15 q – 22,5 q (1 – 1,5 xörək qaşığı). Sutkalıq doza 45 q – 67,5 г. 5-14 yaşlı uşaqlar üçün – sutkada 3 dəfə 15 q (1 xörək qaşığı). Sutkalıq doza 45 q. 5 yaşadək uşaqlar üçün – 7,5 q (0,5 xörək qaşığı) sutkada 3 dəfə. Sutkalıq doza 22,5 q. Körpə uşaqlara 2,5 q preparatı (0,5 xörək qaşığı) 1/3 nisbətdə ana südündə və ya suda qarışdırıb hər dəfə yemək yeməzdən öncə vermək məsləhət görülür (sutkada 6 dəfə). Xroniki intoksikasiyanın profilaktikası üçün – hər ay 7-10 gün ərzində gündə 2 dəfə 22,5 q. Ağır intoksikasiyalar zamanı ilk üç sutka ərzində preparatın dozası iki dəfə artırıla bilər. Kəskin zəhərlənmələr zamanı müalicənin davamlılığı 3-5 sutka, xroniki intoksikasiyalar və allergiyalar zamanı isə 2-3 həftə təşkil edir. Təkrar kurs həkimin tövsiyəsinə əsasən aparılır.
Əlavə təsirləri
Ürəkbulanma və qəbizlik mümkündür. Ağır böyrək və/yaxud qaraciyər çatışmazlığı zamanı preparatdan iyrənmə hissi yarana bilər.
Doza həddinin aşılması
Dozadan artıq qəbul halları aşkar edilməmişdir.
Buraxılış forması
Daxilə qəbul üçün 225 q pasta kombinəolunmuş materiallardan hazırlanmış laminəolunmuş tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
4-30 °С temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qablaşdırma açıldıqdan sonra qurumadan qoruyun. Donmadan qoruyun.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“TNK SİLMA” MMC. 399851, Rusiya, Lipetsk vilayəti, Dankov şəhəri, L. Tolstoy küçəsi, ev 32/2. Теl.:/Faks: (495)223-91-00 www.enterosgel.ru e-mail: [email protected]
Qeydiyyat vəsiqəsinin sahibi
“TNK SİLMA” MMC. 115573, Moskva şəhəri, Şipilovskaya küçəsi, ev 50, korpus 1, tikili 2. Теl.:/Faks: (495)223-91-00. www.enterosgel.ru e-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.