Engystol N50 tablet

Dərman formasıTablet
Farmakoloji təsirHomeopatik dərman vasitəsi. Digər terapevtik məhsullar
İstehsal ölkəsiAzərbaycan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ENGİSTOL tabletlər

Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Vincetoxicum hirundinaria D6 75 mq, Vincetoxicum hirundinaria D10 75 mq, Vincetoxicum hirundinaria D30 75 mq, Sulfur (kükürd) D4 37,5 mq, Sulfur D10 37,5 mq. Köməkçi maddələr: maqnezium stearat.

Təsviri

Yuvarlaq, kənarları kəsik, hamar səthli, ağdan sarı-ağ rəngə qədər dəyişən tabletlərdir.

Farmakoterapevtik qrupu

Homeopatik dərman vasitəsi. Digər terapevtik məhsullar. ATC kodu:V03AX.

İstifadəsinə göstərişlər

Qrip və digər şübhəli virus infeksiyalarında qeyri-spesifik müdafiə mexanizmini aktivləşdirmək üçün.

Əks göstərişlər

Preparatın tərkibində olan bir və ya bir neçə komponentə qarşı allergiya (yüksək həssaslıq).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin. Əgər simptomlar davam edərsə və ya pisləşərsə həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya dövründə toksik təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə müalicə həkimi ilə məsləhətləşin.

İstifadə qaydası və dozası

Adi hallarda gündə 3 dəfə 1-3 tableti ağızda həll edərək qəbul etmək lazımdır.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu homeopatik preparat da əlavə təsirlərə səbəb ola bilər, lakin bu hamıda müşahidə olunmur. Ayrı-ayrı hallarda keçici dəri reaksiyaları (məs., səpgi, qaşınma və ya eritema) və mədə-bağırsaq şikayətləri (məs., abdominal ağrı və ya diskomfort) bildirilmişdir.

Buraxılış forması

50 və ya 250 tablet, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

Biologische Heilmittel Heel GmbH Dr.-Reckeweg-Str. 2-4 76532 Baden-Baden. Rəsmi distribyutor Planeta PCC. Djavadkhan Street, 24. AZ 1111, Baku City, Azerbaijan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Engystol N50 tablet” üçün ilk rəyi siz yazın.