Elafra 20 mq N30 tablet

Dərman formasıTablet
Farmakoloji təsirİmmunodepressiv vasitə
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

50,00 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ELAFRA örtüklü tabletlər Bəlxalq patentləşdirilməmiş adı: Leflunomide Tərkibi: Təsiredici maddə:1 tabletin tərkibində 20 mq leflunomid vardır; Köməkçi maddə: laktoza monohidrat, aşağı əvəzli hidroksipropilsellüloza, çaxır turşusu, natrium laurilsulfat, maqnezium stearat. Örtük: polivinil spirti, titan dioksid, talk, lesitin, ksantan saqqızı.

Təsviri

Ağ rəngli və ya demək olar ki ağ rəngli, hər iki tərəfi qabarıq, yuvarlaqşəkilli, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

İmmunodepressiv vasitə. ATC kodu: L04AA13.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası ELAFRA antiproliferativ, immunomodullaşdırıcı, immunosupressiv və iltihabəleyhinə təsirlərə malik əsas revmatizməleyhinə preparatdır. Leflunomidin aktiv metaboliti olan А771726 dihidroorotatdehidrogenaza fermentini inhibə etməklə antiproliferativ aktivlik göstərir. А771726 in vitro mitogenlər tərəfindən yaranan proliferasiyanı və DNT T-limfositlərin sintezini tormozlayır. А771726-nın antiproliferativ aktivliyi yəqin ki, pirimidinin biosintezi səviyyəsində aşkar edilir, uridinin hüceyrə kulturasına əlavə edilməsi А771726 metabolitinin tormozlayıcı təsirini aradan qaldırır. Radioizotop liqandların istifadəsi ilə göstərilmişdir ki, А771726 metaboliti seçici olaraq dihidroorotatdehidrogenaza fermenti ilə birləşir və həmin fermenti inaktivləşdirir və G1 mərhələsində limfositlərin proliferasiyasına səbəb olur. Eyni zamanda А771726 reseptorların İnterleykin-“-2-yə, və hüceyrə sikli ilə əlaqəli Ki-67 və PCNA nüvə antigenlərinə ekspressiyasını tormozlayır. Leflunomidin terapevtik təsiri revmatoid artrit də daxil olmaqla bir neçə autoimmun xəstəliklərin eksperimental modelləri üzərində nümayiş etdirilmişdir. Leflunomid revmatoid artritin və psoriatik artritin aktiv formaları zamanı simptomları azaldır və oynaqların zədələnmələrinin proqressivləşməsini ləngidir. Farmakokinetikası Absorbsiyası Preparatın absorbsiyası 82-95% təşkil edir və qida qəbulundan asılı deyil. Qan plazmasında A771726-nın stabil konsentrasiyasına nail olmaq dövrü müalicənin başlanğıcında zərbə (yüksək) dozasının tətbiq edilməməsi şərti ilə təxminən gündəlik istifadə ilə 2 ay təşkil edir. A771726-nın yarımxaricolma dövrünün uzun olmasını (T1 / 2) nəzərə alaraq, yükləmə dozası 100 mq 3 gün ərzində istifadə edilmişdir. Bu qan plazmasında A771726 konsentrasiyasının sürətlə bərabər olmasına nail olmağa imkan verdi. A771726-nın farmakokinetik parametrləri 5 mq-dən 25 mq-a qədər dozalarda tətbiq edilərkən xətti asılılığa malikdir. Bu tədqiqatlarda klinik effekt qan plazmasında A771726-nın konsentrasiyası və leflunomidin gündəlik dozası ilə əlaqələndirilir. Preparatın gün ərzində 20 mq dozada istifadəsi zamanı qan plazmasında A771726 –nın ortalama konsentrasiyası stasionar vəziyyətdə 35 mkq/ml olmuşdur. Qan plazmasında preparatın konsentrasiyası çoxsaylı istifadə zamanı birdəfəlik istifadə ilə müqayisədə 33-35 dəfə artır. Paylanması Plazmada А771726 sürətlə albuminlə birləşir. А771726-nın birləşməmiş fraksiyası 0,62% təşkil edir. Revumatoidli artrit və ya xronik böyrək çatışmazlığı olan pasiyentlərdə A771726-nın bağlanması daha dəyişkəndir və bir qədər azaldılır. Metabolizmi Leflunomid sürətlə bir əsas (А771726) və 4-trifluorometilalanin də daxil olmaqla bir neçə ikinci dərəcəli metabolitlərinə kimi bağırsaq divarına və qaraciyə metabolizə olunur. Leflunomidin A771726 –ya və A771726-nın özünün son metabolizmə kimi biotransformasiyası bir neçə fermentlərlə nəzarət olunur və mikrosomal və digər hüceyrə fraksiyalarında baş verir. Xaric olması (ekskresiyası) А771726-nın xaric olması yavaşdır və 31 ml/saat klirens ilə xarakterizə olunur. Plazma, sidik və nəcisdə leflunomidin izləri müəyyən edilir. Leflunomid bağırsaqlarla (ehtimal ki, biliar ekskresiyanın hesabına) və – təxminən 2 həftədir.böyrəklərlə xaric olunur. Т1/2 Böyrək çatışmazlığı olan pasiyentlərdə farmakokinetika Xroniki ambulator peritoneal dializli (XAPD) pasiyentlərdə А771726-nin farmakokinetikası sağlam könüllülərdə olduğu kimidir. А771726 –nın daha sürətli ekskresiyası hemodializli pasiyentlərdə müşahidə edilir ki, bu da А771726-nın dializatla ekstraksiyası ilə deyil, məhz zülallarla birləşmələrindən ayrılması ilə əlaqədardır. A771726 klirensinin təxminən ikiqat artmasına baxmayaraq, onun son yarımxaricolma dövrü paylanma həcminin artması ilə əlaqədar olaraq sağlam şəxslərdəki ilə eyni olur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə farmakokinetika Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın farmakokinetikasına dair məlumatlar yoxdur. Uşaqlarda farmakokinetika 18 yaşdan kiçik olanlarda preparatın farmakokinetik xüsusiyyətləri öyrənilməmişdir. Yaşlı pasiyentlərdə farmakokinetika Yaşlı pasiyentlərdə (65 yaş və yuxarı) farmakokinetik məlumatlar təxminən orta yaş qrupundakı ilə eynidir.

İstifadəsinə göstərişlər

Aktiv formalı revmatoid artriti olan yetkin pasiyentlərin müalicəsi zamanı xəstəlik simptomlarını azaltmaq və oynaqların struktur zədələnmələrinin inkişafını ləngitmək üçün əsas preparat kimi istifadə edilir. Psoriatik artritin aktiv forması.

Əks göstərişlər

− Leflunomidə, teriflunomidə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq; − Leflunomid və teriflunomidin yanaşı istifadəsi (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); − qaraciyər funksiyasının pozulması; − ağır immunodefisit vəziyyətlər (məsələn, QİÇS); − revmatоid və ya psоriatik artritlə əlaqəli оlmayan sümük iliyində qanyaranmanın ciddi pоzğunluqları və ağır anemiya, leykоpeniya, neytrоpeniya və ya trоmbsitоpeniya; − ağır, nəzarət оlunmayan infeksiyalar; − оrta və ağır dərəcəli böyrək çatışmazlığı (məhdud klinik təcrübəyə görə); − kəskin hipоprоteinemiya (məsələn, nefrоtik sindrоm zamanı); − hamiləlik; leflunomid ilə müalicə zamanı hamilə qalmaq imkanını istisna etməyən qadınlarda reproduktiv yaş; preparatın istifadəsi tamamlandıqdan sonra, qan plazmasında aktiv metabolit A771726-nın konsentrasiyası 0,02 mq/l-dən yuxarı müəyyən edildikdə qadınlar hamilə qalmamalıdırlar (bax: «Hamiləlik və laktasiya dövründə istifadəsi»). Lefunomid ilə müalicəyə başlamazdan əvvəl hamiləlik istisna edilməlidir; − südvermə dövrü (bax: «Hamiləlik və laktasiya dövründə istifadəsi»). leflunomidlə müalicə alan kişilər leflunomidin spermatozoidlər üzərində mümkün xoşagəlməz təsirləri barədə məlumatlandırılmalıdırlar. Leflunоmidlə müalicə zamanı partnyоr üçün kоntrasepsiyanın müvafiq üsullarından istifadə edilməlidir (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”); (bu qrup pasiyentlərdə preparatın istifadəsinin effektivliyi və− 18 yaşa qədər olan pasiyentlər təhlükəsizliyinə dair məlumatların olmamasına görə) ; − laktazaların defisiti, qalaktozanın dözümsüzlüyü, qlükoza-qalaktoza malabsorbsiyası (preparatın tərkibində laktoza olduğuna görə).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

ELAFRA preparatı yalnız hərtərəfli tibbi müayinədən keçmiş pasiyentlərə təyin edilə bilər. Leflunomid bədəndə uzun müddət saxlandığına görə, “yuyulma” proseduru həyata keçirilmədən digər bazis (əsas) preparatın (məsələn metotrksat) istifadəsinə keçid hətta, aradan uzun müddət keçsə belə (kinetik qarşılıqlı təsirlər. orqanotoksiklik) əlavə riskin yaranma ehtimalını artıra bilər. Analoji olaraq, yaxın zamanlarda hepatotoksik və ya hematotoksik preparatlarla (məsələn, metotreksat kimi) müalicə yan təsirlərin artmasına səbəb ola bilər, bu səbəbdən, leflunomid ilə müalicəyə başladıqda, həmin dərman vasitəsinin qəbul edilməsi ilə bağlı bütün müsbət və mənfi aspektlər diqqətlə nəzərdən keçirilməlidir. ELAFRA preparatı ilə müalicəyə başlamazdan qabaq revmatoid artritin müalicəsi üçün əvvəllər hepato- və hematotoksiki təsirlərə malik digər bazis preparatlar istifadə edən pasiyentlərdə əlavə təsirlərin yaranmasının artması ehtimalı nəzərə alınmalıdır. Bu səbəbdən, toksiklik kimi hallar meydana gəldikdə və ya leflunomid ilə müalicədən sonra digər bazis dərmanın istifadəsinə (məsələn, metotreksat) keçməzdən öncə “yuyulma” prosedurunu həyata keçirmək lazımdır. Leflunomidin aktiv metaboliti olan – А771726 plazma zülalları ilə əlaqəli və qaraciyər metabolizmi və öd sekresiyası ilə orqanizmdən xaric olunduğuna görə, hipoproteinemiyalı pasiyentlərin qan plazmasında А771726 metabolitinin konsentrasiyasının arta biləcəyi ehtimal olunur . nəticəsində, hətta leflunomidlə müalicəninLeflunomidin A771726 aktiv metabolitinin uzunmüddətli Т1/2 sona çatdırılması zamanı ağır arzuolunmaz reaksiyalar yarana və ya saxlana bilər (məsələn, hepatotoksiklik, hematotoksiklik və ya allergik reaksiyalar). Ağır əlavə təsirlərin inkişaf etdiyi, və ya hər hansı səbəbdən A771726 metabolitinin orqanizmdən təcili kənarlaşdırılması tələb olunduğu hallarda kolestiramin və ya aktivləşdirilmiş kömür “hamiləlik zamanı və laktasiya dövrü preparatın istifadəsi” bölməsində qeyd olunan şəkildə istifadə edilməli və klinik etiyac olduqda onlardan birinin qəbulu davam etdirilməli və ya təkrarlanmalıdır. Kəskin immunoloji/allergik reaksiyaların olmasından şübhələnildiyi hallarda orqanizmin sürətli və effektiv təmizlənməsi məqsədilə kolestiraminin və ya aktivləşdirilmiş kömürün daha uzun müddətli istifadəsi tələb oluna bilər. Teriflunomidlə leflunomidin yanaşı istifadəsi tövsiyə edilmir, belə ki, leflunomid tərkibcə teriflunomidə yaxın birləşmədir. Qaraciyərdə baş verən reaksiyalar Leflunomidin aktiv metaboliti olan – А771726 plazma zülalları ilə sıx əlaqəli olması və qaraciyər metabolizmi və öd sekresiyası ilə orqanizmdən xaric olunması ilə yanaşı, həmçinin hepatotoksiki təsirlər də göstərə bilər, bu səbəbdən qaraciyər funksiyaları pozulmuş pasiyentlərdə leflunomidinin istifadəsi əks göstərişdir. Qaraciyər xəstəlikləri olan pasiyentlərdə leflunomidin istifadəsi tövsiyə olunmur. Leflunomidlə müalicə zamanı nadir hallarda ölümlə nəticələnə bilən ağır qaraciyər zədələnmələrinin inkişafı barədə məlumatlar verilmişdir. Bu halların çoxu müalicənin ilk 6 ayı ərzində müşahidə edilmişdir. Bu arzuolunmaz təsirlərin leflunomidlə səbəbli əlaqəsinin aşkar edilməməsinə, və halların çoxunda bir neçə əlavə ehtimal edilən faktorların olmasına baxmayaraq, müalicəyə nəzarət üçün tövsiyələrin dəqiq yerinə yetirilməsi mütləq hesab edilir. Leflunomidlə müalicəyə başlamazdan qabaq, həmçinin, müalicəyə başladıqdan sonra ilk 6 ay ərzində ayda 1-2 dəfə və müalicə bitdikdən sonra hər 6-8 həftədən bir qanda ALT-nin aktivliyi yoxlanılmalıdır. Artmış ALT aktivliyinin kəskinliyi və davamlılığından asılı olaraq dozalanma rejiminin tənzimlənməsi və ya preparatın istifadəsinin dayandırılmasına dair tövsiyələr Normal ALT normalarının yuxarı həddinin 2-3 dəfə artması təsdiqləndiyi zaman preparatın dozasının gün ərzində 20 mq-dan 10 mq-a qədər azaldılması bu göstəriciyə diqqətlə nəzarət edilməsi şərtilə leflunomidin istifadəsinin davam etdirilməsinə imkan verə bilər. ALT normalarının yuxarı həddinin 2-3 dəfədən çox artması saxlandığı təqdirdə və ya ALT aktivliyi normalarının 3 dəfədən çox təsdiqlənməmiş artımı mövcuddursa, leflunomidin istifadəsi dayandırılmalıdır. А771726 metabolitinin konsentrasiyasının daha sürətli azaldılması məqsədilə “yuyulma” sxeminə uyğun olaraq kolestiramin və ya aktivləşdirilmiş kömürün istifadəsinə başlamaq lazımdır ( “Hamiləlik zamanı və laktasiya dövrü preparatın istifadəsi” bölməsinə baxın). Leflunomidlə müalicə zamanı alkaqolun (etanolun) əlavə hepatotoksiki təsirlərinin mümkünlüyü səbəbindən istifadəsindən qaçınılmalıdır. Hematopoetik və immun reaksiyalar Əvvəllər anemiya, leykopeniya və/və ya trombositopeniya müşahidə edilmiş pasiyentlərdə, eləcə də, sümük iliyi funksiyaları pozulmuş və ya pozulma riski altında olan pasiyentlərdə hematoloji arzuolunmaz təsirlərin yaranma riski artır. Leflunomidlə müalicəyə başlamazdan qabaq, həmçinin müalicəyə başladıqdan sonra ilk 6 ay ərzində ayda 1-2 dəfə, sonradan isə hər 6-8 həftədən bir leykositar formulanın və trombositlərin sayının təyini də daxil olmaqla qanın bütün klinik analizləri həyata keçirilməlidir. Aşağıdakı hallarda tez-tez qanın hematoloji göstəricilərinə (leykositar formula və trombositlərin sayı da daxil olmaqla qanın ümumi analizi) nəzarət edilməlidir: − İmmunosupressiv və ya qana toksiki təsirə malik dərman vasitələrini yaxın zamanlarda və ya yanaşı istifadə etmiş , eləcə də, leflunomidlə müalicə başa çatdıqdan sonra “yuyulma” periodu həyata keçirilmədən bu dərman vasitələrini istifadə edən pasiyentlərdə; − anamnezində qanda müvafiq kənaraçıxmalar müşahidə edilmiş pasiyentlərə; − müalicəyə başlamaqdan qabaq qan analizlərində oynaqların iltihabi xəstəlikləri ilə əlaqəli olmayan dəyişikliklər qeyd edilən pasiyentlərə. Pansitopeniya da daxil olmaqla, ağır hematoloji reaksiyaların inkişaf etdiyi hallarda ELAFRA preparatının və sümük iliyində qanyaranma prosesinə təsir edəcək bütün digər dərman vasitələrinin istifadəsi sonlandırılmalı və “yuyulma” proseduruna başlanmalıdır. Klinik məlumatların olmamasına baxmayaraq, immunosupressiyanın potensial mümkünlüyü səbəbindən leflunomidin aşağıda qeyd edilmiş xəstəlikləri olan pasiyentlərdə istifadəsi tövsiyə olunmur: − ağır immunodefisit (məsələn QİÇS); − sümük iliyi funksiyalarının kəskin pozulmaları ; − ağır infeksiyalar. İnfeksiyalar Leflunomidə bənzər və immunosupressiv təsirlərə malik dərman preparatlarınin pasiyentləri opportunist infeksiyalar da daxil olmaqla müxtəlif növ infeksiyalara (yalnız immunitetin aşağı düşməsi zamanı göbələklər və mikroorqanimlər tərəfindən yaranan infeksiyalar) qarşı daha həssas etdiyi məlumdur. Baş verən infeksion xəstəliklər bir qayda olaraq ağır keçir və erkən və intensiv müalicə tələb edir. Ağır infeksion xəstəliklərin yaranması hallarında leflunomidlə mualicəni dayandırılmasına və “yuyulma” prosedurunun başlanmasına ehtiyac ola bilər. Müalicəyə başlamazdan qabaq pasiyentlər aktiv və qeyri-aktiv (latent) tuberkulyoza görə yoxlanmalıdırlar. Anamnezində tuberkulyoz olan pasiyentlər xəstəliyin reaktivasiyası ehtimalına görə diqqətlə yoxlanılmalıdırlar. Tənəffüs sistemində baş verən reaksiyalar Leflunomidlə müalicə zamanı nadir hallarda ağciyərlərin interstisial prosesləri qeyd edilmişdir. Anamnezində ağciyərlərin interstisial xəstəlikləri olan pasiyentlərdə onun yaranma riski artır. Ağciyərlərin interstisial xəstəliyi leflunomidlə müalicə zamanı ağırlaşan və potensial olaraq ölümlə nəticələnən xəstəlikdir. Öskürək və təngnəfəslik kimi simptomlar leflunomidin istifadəsinin sonlandırılmasına ışarədir və müvafiq tədbirlərin görülməsinə imkan yaradır. Periferik neyropatiya Leflunomidlə müalicə alan pasiyentlərdə periferik neyropatiya halları müşahidə edilməsi barədə məlumatlar verilmişdir. Bu hallar leflunomidin istifadəsi başa çatdırıldıqdan sonra aradan qalxmışdır, lakin bəzi pasiyentlərdə isə saxlanmışdır. 60 yaşdan yuxarı yaş, neyrotoksik preparatların yanaşı istifadəsi və şəkərli diabet periferik neyropatiyanın yaranma riskini artıra bilər. leflunomid istifadə edən pasiyentlərdə periferik neyropatiyanın yaranması zamanı leflunomidlə müalicənin sona çatdırılması ə baxılmalı və “hamiləlik zamanı və laktasiya dövrü preparatın istifadəsi” bölməsində qeyd edilmiş preparatın orqanizmdən çıxarılması prosedurlarının həyata keçirilməsi məsələlərinə baxılmalıdır. Böyrək çatışmazlığı Hazırki təcrübələr böyrək funksiyaları pozulmuş pasiyentlərdə doza tənzimlənməsinə dair xüsusi tövsiyyələrin verilməsi üçün kifayət etmir. Bu qrup pasiyentlərdə leflunomidin istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur. Leflunomidin aktiv metaboliti olan + А771726 qanın zülalları ilə yüksək əlaqəsi olduğu nəzərə alınmalıdır. Dəri reaksiyaları Yaralı stomatitin yarandığı hallarda leflunomidinin istifadəsi sona çatdırılmalıdır. Leflunomid qəbul edən pasiyentlərdə çox nadir hallarda Steven-Jonson sindromu, toksiki epidermal nekroliz və ya eozinofiliya ilə və sistemli simptomlarla (DRESS-sindromu) müşayiət olunan dərman reaksiyalarının yaranması barədə məlumatlar bildirilmişdir. Dəridə və/və ya selikli qişalarda reaksiyaların müşahidə edildiyi hallarda ELAFRA preparatının istifadəsi dayandırılmalı və dərhal “yuyulma” proseduruna başlanmalıdır. Preparatın orqanizmdən tamammilə çıxarılmasına nail olmaq lazımdır. Bu hallarda preparatın təkrar təyini əks göstərişdir. Arterial təzyiq Leflunomidlə müalicəyə başlamazdan qabaq və başladıqdan sonra periodik olaraq arterial təzyiqə nəzarət edilməlidir, belə ki, müalicə zamanı preparatın təsirindən arterial təzyiq yüksələ bilər. Kişilər üçün tövsiyələr Leflunomidinin kişilərdə istifadəsi zamanı fetotoksikliyin (atanın spermatozoidi üzərində preparatın toksiki təsiri ilə əlaqədar olan) yaranma riskinə dair məlumatlar yoxdur. Bu arzuolunmaz təsirin spesifik riskinin dəyərləndirilməsi üçün heyvanlar üzərində eksperimental tədqiqatlar keçirilməyib. Uşaq planlama zamanı kişi üçün mümkün olan riskləri minimuma endirmək məqsədilə leflunomid qəbul etməyi dayandırmaq və preparatın “yuyulması” prosedurundan keçmək lazımdır. Preparatın istifadəsi ərzində kişilər partnyorlarının hamilə qalmaması üçün müvafiq tədbirlər görməlidirlər

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hepatotoksik dərman vasitələri (DV) və ya maddələrlə (etanol da daxil olmaqla) hematotoksik vəya immunosupressiv dərman vasitələri (DV) ilə Yan təsirlərin yaranmasının artması Hepatotoksik dərmanların və maddələrin (etanol daxil olmaqla) və ya hematotoksik və immunosupressiv dərmanların yaxın zamanlarda və ya birgə istifadəsi vəziyyətlərində və ya bu dərmanları leflunomid ilə müalicə bitdikdən sonra “yuyulma” (“Xüsusi təlimatlar” bölməsinə bax) proseduru həyata keçirilmədən istifadə etdikdə baş verə bilər. Metotreksatla Revmatoid artriti olan pasiyentlərin bəzilərində (30 nəfərdən 5-də) leflunomidlə (10-20 mq gün ərzində) metotreksatın (10-25 mq həftədə) yanaşı istifadəsi zamanı qanda “qaraciyər” fermentlərinin aktivliyinin – 2-3 dəfə artdığı, digər 5 pasiyentdə isə qanda “qaraciyər” fermentlərinin aktivliyinin 3 dəfədən çox artması müşahidə edilmişdir. Bütün hallarda bu təsirlər keçib getmişdir: 2 pasiyentdə hər iki preparatın yanaşı istifadəsinin davam etməsi zamanı, 3-cü pasiyentdə isə leflunomidin istifadəsi sonlandırıldıqdan sonra. Buna görə də, leflunomidin istifadəsindən metotreksatın istifadəsinə keçid zamanı ümumiyyətlə “gözləmə” dövrünə ehtiyac olmamasına baxmayaraq, xəstənin leflunomidin istifadəsindən metotreksata köçürülməsindən sonra müalicənin başlanğıcında qan plazmasında “qaraciyər” fermentlərinin aktivliyinin diqqətlə izlənməsi məsləhət görülür. Varfarinlə Leflunomidlə varfarinin yanaşı istifadəsi nəticəsində protrombin müddətinin artması halları qeyd edilmişdir. Klinik-farmakoloji tədqiqatlarda varfarinin A771726 metaboliti ilə farmakodinamik qarşılıqlı təsirləri müşahidə edilmişdir (aşağıda qeyd edilmişdir). Bu səbəbdən, leflunomid və varfarinin yanaşı istifadəsi zamanı beynəlxalq normallaşdırılmış qarşılıqlı əlaqələrə diqqətlə nəzarət edilməsi tövsiyə olunur. Vaksinasiya Leflunomid terapiyası fonunda həyata keçirilən vaksinasiyanın effektivliyi və təhlükəsizliyi barədə heç bir klinik məlumatlar yoxdur. Buna baxmayaraq, canlı vaksinlərlə vaksinasiyanın həyata keçirilməsi tövsiyə edilmir. Leflunoomidin istifadəsinin sonlandırılmasından sonra canlı vaksinlərlə vaksinasiyanın təyini -i nəzərə alınmalıdır.planlaşdırıldığı halda onun uzunmüddətli Т1/2 Qida ilə: Leflunomidin absorbsiya dərəcəsi onun qida qəbulu ilə yanaşı istifadəsı zamanı pozulmur. Digər dərman vasitələrinin (DV) istifadəsinin leflunomidə təsiri İnsanın qara ciyərinin mikrosomları üzərində aparılmış in vitro tədqiqatlarda sitoxrom Р450 CYP1A2, CYP2C19 и CYP3A4 izofermntlərinin leflunomidin metabolizmində iştirak etdiyini göstərilmişdir. Leflunomid və simetidinin (sitoxrom P450 izofermentinin qeyri-spesifik zəif inhibitoru) İn vivo qarşılıqlı təsir tədqiqatları zamanı simetidinin A771726-nın sistem ekspozisiyasına təsirinin olmadığı göstərilmişdir. Çoxsaylı dozada rifampisin (sitoxrom P450 izofermentinin qeyri-spesifik induktoru) qəbul edən pasiyentlərdə leflunomidin tək dozasının istifadəsindən sonra A771726 metabolitinin qan plazmasında maksimal konsentrasiyası (С ) təxminən 40%-ə qədər artmışdır, bu zaman konsentrasiya-zaman (AUC)max əyriliyi altında sahə dəyişilməmişdir. Bu təsirin mexanizmi aydın deyil. Eyni zamanda çox dozada leflunomid və rifampisin qəbul edən pasiyentlərin qanında leflunomid konsentrasiyasının artırmasının davam etməsi ehtimalı nəzərə alınmalıdır. Kolestiramin və ya aktivləşdirilmiş kömürün istifadəsi qan plazmasında A771726 metabolitinin konsentrasiyasının sürətli və əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır ki, bu da A771726 metabolitinin bağırsaq- qaraciyər resirkulyasiyasının pozulması və / və ya onun mədə-bağırsaq traktına dializi ilə əlaqələndirilir. Leflunomidin digər dərman vasitələrinə təsiri Süd vəzisi xərçənginə rezistent nəqliyyat zülallarının substratları (BCRP): А771726 metaboliti ilə BCRP (rozuvastatin) arasında farmakokinetik qarşılıqlı təsirlərin müşahidə edilməsinə baxmayaraq, 12 pasiyentdə leflunomid (gün ərzində 10-20 mq) və metotreksat (BCRP substratı, həftədə 10-25 mq) arasında farmakokitetik qarşılıqlı təsirlər müşahidə edilməmişdir. Dərman vasitələri ilə qarşılıqlı təsirlərə dair tədqiqatlarda leflunomid və üç fazalı oral kontraseptivlər arasında əhəmiyyətli dərman qarşılıqlı əlaqələrinin olmaması göstərilmişdir. Leflunomidlə yanaşı tərkibində 30 mkq etinilestradiol olan üç fazalı peroral kontraseptiv preparatlar istifadə edən sağlam qadın könüllülər üzərində aparılmış tədqiqatlarda tabletlərin kontraseptiv təsirlərində azalmalar müşahidə edilməmişdir, A771726 metabolitinin farmakokinetikası isə özünün adi diapazonu ilə tam olaraq uyğun olmuşdur. А771726 metaboliti ilə kontraseptiv maddələrin farmakokinetik qarşılıqlı təsirləri müşahidə edilmişdir ( aşağı baxın). A771726 metabolitinin farmakokinetik və farmakodinamik qarşılıqlı təsirləri üzərində tədqiqatlar aparılmışdır. Lifunomid tövsiyə olunan dozalarda tətbiq edildiyi zaman bu dərman qarşılıqlı təsirləri istisna edilmədiyindən, leflunomid müalicəsi alan pasiyentlərdə aşağıda qeyd edilmiş tədqiqat nəticələri və tövsiyələr nəzərə alınmalıdır. Repaqlinidə təsiri ( CYP2C8 substratı) və AUCА771726-nın təkrar dozasından sonra repaqlinidin qan plazmasında orta konsentrasiyası Сmax artması müşahidə edilmişdir (müvafiq olaraq 1,7 və 2,4 dəfə) ki, bu da A771726 metabolitinin CYP2C8 izofermentinin in vivo inhibitoru olduğunu sübut edir. CYP2C8 izofermentinin (məsələn, repaqlinid, paklitaksel, pioqlitazon və ya rosiqlitazon) köməyi ilə metabolizə edilən dərman vasitələrinin yanaşı istifadəsi zamanı pasiyentlərin diqqətlə nəzarət edilmələri tövsiyə olunur, çünki bu vəziyyətdə onların sistemli ekspozisiyasının artması mümkündür. Kofeinə təsiri (substrat CYP1А2) və AUC-А771726-nın təkrar dozasının istifadəsi kofeinin qan plazmasında orta konsentrasiyasının Сmax nun azalmasına (müvafiq olaraq 18% və 55%) səbəb olmuşdur ki, bu da A771726 metabolitinin CYP1A2 izofermentinin in vivo induktoru olduğunu sübut edir. Bu səbəbdən CYP1A2 izofermentinin vasitəsilə metabolizə olunan dərman vasitəlrinin ( məsələn, duloksetin, alosetron, teofillin və tizanidin) yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur, belə ki, bu həmin dərman vasitələrinin effektivliyinin azalmasına gətirib çıxara bilər. Üzvi anionların transporteri 3 (ÜAT3) substratları (OAT3) A771726 metabolitinin təkrar dozasından sonra sefaklorun C və AUC orta göstəricilərində artımmax (uyğun olaraq 1,43 və 1,54 dəfə) müşahidə edilmişdir ki, bu da A771726 metabolitinin ÜAT3 in vivo inhibitoru olduğunu sübut edir. Bu səbəbdən, leflunomid və ÜAT substratlarının (məsələn, indometasin, ketoprofen, furasemid, sefaklor, benzilpenisillin, siprofloksatin, simetidin, metotreksat, zidovudin) yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur. BCRP substratları və/və ya B1 və B3 polipeptidlərinin transportedici üzvi anionları (ÜATP1B1/B3) A771726 metabolitinin təkrar dozasından sonra rozuvastatinin orta göstəricilərində С və AUC artımmax müşahidə edilmişdir (uyğun olaraq 2,65 və 2,51 dəfə). Lakin bu effektin HMQ-KoA-reduktazanın (hidroksi-metil-qlütaril-KoA-reduktaza) aktivliyinə təsiri müşahidə edilməmişdir. Yanaşı olaraq istifadəsi zamanı rozuvastatinin dozası gün ərzində 1 dəfə 10 mq-dan artıq olmamalıdır. BCRP-nin digər substratları (məsələn, metotreksat, topotekan, sulfasalazin, daunorubisin, doksorubisin) və üzvi anionların ötürücü zülalları substratlarının, xüsusilə hidroksi-metil-qlütaril-KoA-reduktaza inhibitorlarının (məsələn, simvastatin, atorvastatin, pravastatin, metotreksat, nateqlinid, repaqlini, rifampisin) yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur. Pasiyentlər bu dərman vasitələrinin sistemli ekspozisiyasını artıran əlamətlərin və simptomların aşkar edilməsi üçün diqqətli müşahidə altında olmalıdırlar, həmçinin bu pasiyentlərdə həmin dərman vasitələrinin dozasının azaldılması düşünülməlidir. Peroral kontraseptiv vasitələr (0,03 mq etinilestradiol və 0,15 mq levonorqestreldən ibarət) A771726 metabolitinin təkrar dozasından sonra etinilestradiolun С və AUC orta göstəricilərindəmax 0-24 (uyğun olaraq 1,58 və 1,54 dəfə) və levonorqestrelin C və AUC orta göstəricilərində (uyğun olaraqmax 0-24 1,33 və 1,41 dəfə) artım müşahidə edilmişdir, lakin bu qarşılıqlı təsirin peroral kontraseptiv vasitələrin effektivliyinə əlavə təsiri gözlənilmir. Peroral kontraseptiv tipinin nəzərə alınması tövsiyə olunur. Varfarinə təsiri (substrat CYP2C9) A771726 metabolitinin təkrar dozası S-varfarinin farmakokinetikasına təsir göstərmir, bu da öz növbəsində A771726 metabolitinin CYP2C9 izofermentinin inhibitoru və ya induktoru olmadığını göstərir. Lakin A771726 metaboliti ilə varfarinin yanaşı istifadəsi zamanı beynəlxalq normallaşdırılmış əlaqələrin maksimal göstəricilərində 25% azalma müşahidə edilmişdir.. Bu səbəbdən leflunomidlə varfarinin yanaşı istifadəsi zamanı beynəlxalq normallaşdırılmış əlaqələrə diqqətlə nəzarət edilməlidir. Digər qarşılıqlı əlaqələr Əgər pasiyent artıq qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) və / və ya kortikosteroidlər qəbul edirsə, leflunomide ilə müalicəyə başladıqdan sonra da onların istifadəsini davam etdirə bilər.etmək üçün davam edə bilərsiniz. Hal-hazırda leflunomidin revmatologiyada istifadə edilən malyariyaəleyhinə preparatlarla (məsələn, xloroxin və hidroksixloroxinlə), qızıl preparatları ilə (əzələdaxili və ya peroral olaraq), penisillinlərlə, azatioprinlərlə və digər immunodepressanlarla (metotreksat istisna olmaqla, yuxarı baxın) birgə tətbiqi üzrə heç bir məlumatlar yoxdur. Kompleks terapiyanın xüsusilə üzunmüddətli müalicə zamanı aparılması ilə əlaqəli risklər məlum deyil. Bu tip müalicənin əlavə və ya hətta sinerqid toksikliyin ( məsələn, qana hepatotoksikliyə və ya qana toksiki təsirləri) yaranmasına gətirib çıxarması səbəbindən, leflunomiddən ibarət preparatın digər bazis (əsas) preparatlarla (məsələn metotreksatla) kombinasiyası tövsiyə edilmir. Potensial mielotoksik vasitələrin əvvəllər, hazırda və ya sonrakı istifadəsi qanda pozuntuların yaranma riski ilə əlaqəli ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda leflunomidin istifadəsinə dair klinik tədqiqatlar həyata keçirilməmişdir. Lakin, А771726 heyvanlar üzərində (siçоvul və dоvşanlar) teratоgen təsirlər əks etdirir və insanlarda da bu dölə mənfi təsirlər göstərə bilər. Hamiləlik zamanı və leflunоmid preparatı ilə müalicə ərəfəsində və preparatın istifadəsi tamamlandıqdan sоnra müəyyən müddətdə hamiləliyin mümkünlüyünü istisna etməyən reprоduktiv yaşda оlan qadınlarda istifadəsi əks göstərişdir («gözləmə» dövrü və ya «yuylmanın» qısaldılmış dövrü , aşağı baxın). Müalicəyə başlamazdan qabaq hamiləliyin оlmamasına əmin оlmaq lazımdır. Menstruasiyanın gecikməsi baş verdikdə və ya hamiləliyin оlmasını güman etmək üçün səbəb оlduğu halda pasiyentlər gec qalmadan həkimə məlumat vermələrinə dair məlumatlandırılmalı və hamiləliyin istisna edilməsi üçün müayinə оlunmalıdırlar. Hamiləliyin оlması təsdiqləndiyi halda həkim pasiyentlə hamiləlik ərzində məruz qalınan bütün mümkün riskləri müzakirə etməlidir. Aşağıda təsvir edilən ekskresiya prosedurunu istifadə edərək A771726-nın qan plazmasında konsentrasiyasının sürətlə aşağı salınması menstruasiyanın ilk gecikməsi zamanı embrionun məruz qaldığı riskin azaldılmasına kömək edə bilər. Sonradan preparatın istifadəsi sonlandirilan və kolestiraminin qəbulu ilə “yuyulma” proseduru keçmiş Revmatoid artriti olan hamiləliyin ilk trimesterində ehtiyatsızlıqdan preparatın istifadə edən hamilə qadınların leflunomid qəbul etməyən revmatoid artriti olan 4.2% qadınlarla, və leflunomid qəbul etməyən 4.2%s ağlam qadınlarla müqayisədə canlı uşaqlarının 5.4%-də inkişaf qüsurları aşkar edilmişdir. Leflunomid qəbul edən və hamilə qalmağı planlayan qadınlara dölün A771726 metabolitinin (nəzarət konsentrasiyası 0.02 mq/l-dən az) toksiki təsirlərinə məruz qalmayacaqlarından əmin olmaları üçün aşağıda qeyd edilən prosedurlardan birinə riayət etmələri tövsiyə olunur, belə ki, mövcud olan məlumatlara görə, qan plazmasında 0.02 mq / l-dən aşağı olan aktiv metabolit konsentrasiyası minimal teratogen riskə malikdir. «Gözləmə» dövrü Qan plazmasında A771726 metabolitinin konsentrasiyasının uzun müddət ərzində 0,02 mq / l-dən yuxarı ola biləcəyi gözlənilir. Onun leflunomid müalicəsinin tamamlanmasından 2 il sonra konsentrasiyasının 0.02 mq / l-dən az olacağı düşünülür. Qan plazmasında A771726 konsentrasiyası ilk dəfə iki illik “gözləmə” dövründən sonra müəyyənləşdirilir. Bundan sonra А771726–nın qan plazmasında konsentrasiyasını ən azı 14 gündən sonra təyin etmək lazımdır. «Yuyulma» proseduru Leflunomidlə müalicə sona çatdırıldıqdan sonra aşağıda qeyd olunanlar istifadə olunurт: • kolestiramin 8 q dozada gündə 3 dəfə 11 gün ərzində ; • Və ya 50 q toz halına salınmış aktivləşdirilmiş kömür, gün ərzində 4 dəfə 11 gün müddətində. Seçilmış “yuyulma” prosedurundan asılı olmayaraq, А771726 metabolitinin qan plazmasında konsentrasiyası ən azı iki dəfə intervalla 14 gün ərzində müəyyən edilməli və fertilizasiya üçün qan plazmasında A771726 metabolitinin konsantrasiyasının ilk dəfə olaraq 0.02 mq / l-dən aşağı olması bəlli edildikdən 1.5 ay sonraya qədər gözlənilməlidir. Reprоduktiv yaşda оlan qadınlar leflunоmidlə müalicə tamamlandıqdan sоnra iki il ərzində hamilə qalmamalarına dair məlumatlandırılmalıdırlar. Etibarlı kontrasepsiya ilə 2 illik gözləmə müddəti əsassız göründüyü halda, profilaktik məqsədlər üçün “yuyulma” prosedurundan keçmək məsləhət görülə bilər. Həm kolestiramin həm də aktivləşdirilmiş kömür estrogenlərin və progestagenlərin absorbsiyasına təsir göstərə bilər, bu səbəbdən etibarlı perоral kоntraseptiv vasitələr kоlestiramin və ya aktivləşdirilmiş kömürün istifadəsi ilə “yuyulma” periоdunda yüz faizli zəmanət vermir. Alternativ kontrasepsiya metodlarından istifadə edilməsi tövsiyə olunur. Laktasiya dövrü Heyvanlar üzərində aparılmış tədqiqatlarda leflunomid və onun metabolitlərinin ana südünün tərkibinə daxil olduğu göstərilmişdir. Bu səbəbdən leflunomidin südvermə dövrü istifadəsi əks göstərişdir. Ana üçün müalicənin vacibliyindən asılı olaraq ana südvərmənin davam etdirilməsi və ya müalicəyə başlanmasına dair qərar verməlidir, müalicəyə qərar verildikdə südvermə dayandırılmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müvafiq məlumatlar yoxdur. Lakin, sinir sistemində müşahidə edilən məsələn başgicəllənmə kimi yan təsirlərin profili nəzərə alınmaqla, nəqliyyat vasitələrinin idarə edilməsindən və psixomotor reaksiyaların artan diqqət və sürətini tələb edən digər potensial təhlükəli fəaliyyətlərin həyata keçirilməsindən qaçınılmalıdır.

İstifadə qaydası və dozası

Preparatın istifadəsinə revmatoid artritin və psoriatik artritin müalicəsində təcrübəyə malik həkimlərin nəzarəti altında başlanmalıdır. Revmatoid artrit zamanı müalicə adətən 3 gün ərzində gündə bir dəfə preparatın 100 mq yükləmə dozasının istifadəsi ilə başlanılır. Lakin, bir yükləmə dozasının istisna olunması reaksiyaların yaranma riskini (xüsusilə də mədə-bağırsaq traktına və qan plazmasında “qaraciyər” fermentlərinin fəaliyyətinə təsirini) azalda bilər. Tövsiyə olunan terapevtik dozası gündə bir dəfə 20 mq təşkil edir. Müalicənin ilk günündən (yəni yükləmə dozası qəbul etmədən) preparatın gündə bir dəfə 20 mq dozada qəbul edərkən, revmatoid artrit zamanı preparatın effektivliyi azalmamışdır. Preparatın 20 mq dozasının pis keçirildiyi halda doza gündə bir dəfə 10 mq-a qədər azaldıla bilər. Psoriatik artrit zamanı müalicənin başlanğıcında preparat həmçinin sütkada bir dəfə 100 mq dozada 3 gün ərzində istifadə edilir. Saxlanma dozası sütka ərzində bir dəfə 20 mq təşkil edir. Hər iki göstərişlər zamanı preparatın terapevtik təsiri 4 həftədən sonra özünü göstərir və 4-6 aya qədər inkişaf edə bilər. Müalicə adətən uzunmüddət ərzində həyata keçirilir. Xüsusi qrup pasiyentlər Böyrək funksiyaları pozulmuş pasiyentlər: Böyrək funksiyaları pozulmuş pasiyentlərdə doza rejiminə xüsusi tövsiyələr vermək üçün mövcud təcrübə kifayət deyil. Qeyd edək ki, leflunomidin aktiv metaboliti olan A771726 zülallarla yüksək yaxınlığı nəzərə alınmalıdır. Qaraciyər funksiyaları pozulmuş pasiyentlər: dozanın tənzimlənməsi və ya preparatın istifadəsinin sonlandırılması üçün tövsiyələr alanin aminotransferazanın (ALT) artan aktivliyinin şiddətindən və ya davamlılığından asılı olaraq dərman qəbul edilməsi fonunda “Xüsusi təlimatlar” bölməsində verilmişdir. 18 yaşa qədər olan pasiyentlər Bu qrup pasiyentlərdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyinə dair məlumatlar yoxdur. 65 yaşdan yuxarı pasiyentlər: bu qrup pasiyentlər üçün doza tənzimlənməsi tələb olunur. İstifadə qaydası Daxilə, bütöv şəkildə udmaqla, kifayət qədər su ilə qəbul edilir. Qida qəbulu leflunomidin absorbsiyasına təsir etmir.

Əlavə təsirləri

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən arzuolunmaz reaksiyalar yaranma tezliyinə uyğun olaraq aşağıdakı kimi təsnif olunmuşdur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-ə kimi), bəzən (≥1/1000-dən <1/100-ə kimi), nadir (≥1/10 000-dən <1/1000-ə kimi), çox nadir (<1/10 000), tezliyi naməlum (mövcüd məlumatlara əsasən yaranma tezliyinin təyini mümkün olmayan). İmmun sistemdə baş verən pozuntular: Tez-tez: yüngül allergik reaksiyalar (makulo-papulyoz səpgilər və səpgilərin digər növləri də daxil olmaqla), qaşınma, ekzema, dəri örtüklərində quruluq, saçların tökülməsinin artması. Bəzən: örə. Çоx nadir: ciddi anafilaktik və ya anafilaktоid reaksiyalar; Stiven-Jhоnsоn sindrоmu (çоxfоrmalı eritema); tоksiki epidermal nekrоliz (hazırda leflunоmidlə müalicə ilə əlaqəsi tam öyrənilməmişdir, lakin istisna edilmir); vaskulit, eləcə də dəri nekrоzlaşdırıcı vaskulit (əsas xəstəliyə görə leflunomidlə müalicə arasındakı səbəb-nəticə əlaqəsinin müəyyən edillməsi mümkün deyil). İnfeksion və parazitar xəstəliklər: Nadir: ölümlə nəticələnə bilən ağır infeksiyaların və sepsisin yaranması. Bu halların əksəriyyətində pasiyentlər digər immunosupressiv müalicə almışlar və revmatik xəstəlikdən başqa pasiyentlərin infeksiyalara qarşı meylliliyinin artmasına səbəb olan digər xəstəliklərə malik olmuşlar. İmmunosupressiv təsirə malik dərman preparatları oppotunik infeksiyalar da daxil olmaqla pasiyentləri infeksiyalara qarşı daha həssas edə bilər. Rinit, bronxit və pnevmoniyanın yaranma tezliyi cüzi arta bilər. Xoşxassəli, bədxassəli və müəyyən olunmamış yenitörəmələr: Bəzi immunosupressiv preparatların istifadəsi zamanı maliqnizasiya riskinin, xüsusilə, limfoproliferativ xəstəliklərin yaranma riskinin artması məlumdur. Qan və limfatik sistemlərdə baş verən pоzuntular: Tez-tez: leykopeniya (qanda leykositlərin miqdarı >2000/mkl). Bəzən: anemiya, trombositopeniya (qanda trombositlərin miqdarı 100 000/mkl-dən az). Nadir: leykopeniya (qanda leykositlərin miqdarı <2000/mkl), eozinofiliya, pansitopeniya. Çоx nadir: аqranulositoz. Potensial olaraq mielotoksik dərmanların əvvəlki, yanaşı və ya sonrakı istifadəsi daha çox hematoloji arzuolunmaz təsirlərin riski ilə əlaqələndirilə bilər. Sinir sistemində baş verən pоzuntular: Tez-tez: başağrı, başgicəllənmə, paresteziya. Bəzən: dadbilmənin pozulması, narahatlıq, həyəcan. Çоx nadir: periferik neyropatiya. Maddələr mübadiləsi və qidalanmada baş verən pоzuntular: Tez-tez: bədən çəkisinin azalması. Bəzən: hipokaliemiya. Yaranma tezliyi naməlum: cüzi hiperlipidemiya, cüzi hipofosfatemiya, laktatdehidroginaza (LDG) fermentinin aktivliyinin cüzi artması, kreatinfosfokinaza fermentlərinin (KFK) aktivliyinin cüzi artması, urikurik effektlər səbəbindən hipourikemiya. Tənəffüs sistemində, döş qəfəsi orqanlarında və orta divar orqanlarında baş verən pоzuntular: Nadir: ölümlə nəticələnmə ehtimalı olan ağciyərlərin interstisial xəstəlikləri (interstisial pnevmonit də daxil olmaqla) Damarlarda baş verən pоzuntular: Tez-tez: arterial təzyiqin yüksəlməsi. Yaranma tezliyi naməlum: ağciyər hipertenziyası. Mədə-bağırsaq traktında baş verən pоzuntular: Tez-tez: iştahanın azalması, ürəkbulanma, qusma, ishal, ağız bоşluğunun selikli qişasının zədələnməsi (məsələn, aftоz stоmatit və ya ağız bоşluğunun selikli qişasının ulserasiyası), qarında ağrılar, коlit mikrоskоpik коlit də daxil оlmaqla). Çоx nadir: pankreatit. Qaraciyər və ödçıxarıcı yоllarda baş verən pоzuntular: Tez-tez: qaraciyər fermentlərinin aktivliyinin artması (ən çоx-ALT, az – qammaqlütamiltranspeptidazalar (QQTP), qələvi fоsfatazalar (QF), hiperbilirubinemiya. Nadir: hepatit, sarılıq/xоlestaz. Çоx nadir: qaraciyərin kəskin zədələnməsi (qaraciyər çatışmazlığı, qaraciyərin sərt nekrоzu hansı ki, fatal (ölümcül) оla bilər. Dəri və dərialti tоxumada baş verən pоzuntular: Yaranma tezliyi naməlum: diskoid qırmızı qurdeşənəyi, pustuloz psorioz və ya psoriozun kəskinləşməsi, eozinofiliya və sistemik simptomlarla dərman reaksiyası (DRESS-sindromu) (“Xüsusi təlimatlar” bölməsinə baxın). Skelet-əzələ sistemində və birləşdirici tоxumada baş verən pоzuntular: Yaranma tezliyi naməlum: tendоsinоvit və bağların (tendоnların) qırılması (leflunоmidlə müalicə ilə qarşılıqlı əlaqəsi öyrənilməmişdir). Böyrəklərdə və sidikçıxarıcı yоllarda baş verən pоzuntular: Yaranma tezliyi naməlum: böyrək çatışmazlığı. Cinsiyyət оrqanları və süd vəzisində baş verən pоzuntular : Yaranma tezliyi naməlum: spermanın kоnsentrasiyasının, spermatоzоidlərin ümumi miqdarının və оnların hərəkiliyinin cüzi azalması. Ümumi reaksiyalar və yeridilmə yerində reaksiyalar: Tez-tez: аsteniya.

Doza həddinin aşılması

Tövsiyə olunan dozadan 5 dəfə artıq doza leflunomid qəbul edən pasiyentlərdə xroniki doza aşımına dair, həmçinin böyüklərdə və uşaqlarda kəskin doza aşımına dair məlumatlar bildirilmişdir. Doza həddinin aşılması hallarının çoxunda arzuolunmaz reaksiyaların yaranması qeyd edilməmişdir. Yaranmış arzuolunmaz təsirlər leflunomidin təhlükəsizlik profili ilə müqayisə edilmişdir. Daha çox müşahidə edilən arzuolunmaz təsirlər ishal, qarında ağrılar, leykopeniya, anemiya və “qaraciyər” fermentlərinin aktivliyinin artması olmuşdur. Müalicə: doza həddinin aşılması və ya toksiklik hallarında orqanizmin təmizlənməsinin sürətləndirilməsi məqsədilə kolestiramin və ya aktivləşdirilmiş kömür istifadə edilməsi tövsiyə olunur. Sağlam könüllülər tərəfindən peroral olaraq 8 q dozada sutkada 3 dəfə 24 saat ərzində istifadə edilən kolestiramin A771726 metabolitinin qan plazmasında konsentrasiyasını təxminən 24 saatdan sonra 40%, və 48 saatdan sonra isə 49-65%-ə qədər azalmasına səbəb olmuşdur. Aktivləşdirilmiş kömürün (suspenziyaya çevrilmiş toz) peroral və ya mədə zondu (50 q hər 6 saatdan bir sutka ərzində) vasitəsilə istifadəsi qan plazmasında А771726 aktiv metabolitinin konsentrasiyasını 24 saatdan sonra 37% və 48 saatdan sonra 48% azaldığını qeyd edilmişdir. “Yuyulma” prosedurları klinik göstərişlərə əsasən təkrar edilə bilər. Hemodilaiz və xroniki ambulator peritoneal dializlə (XAPD) aparılan tədqiqatlar zamanı leflunomidin əsas metaboliti olan A771726 –nin dializ yolu ilə xaric olmadığı göstərilmişdir.

Buraxılış forması

30 örtüklü tablet, plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda, rütubətdən və işıqdan uzaq yerdə saxlanmalıdır.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

S.C. Romfarm Kompani S.R.L», Rumıniya, İlfov, 075100 Otopeni ş., Eroilor küç., №1А.

Qeydiyyat vəsiqəsinin sahibi

S. C. Romfarm Kompani S.R.L», Rumıniya, İlfov, 075100 Otopeni ş., Eroilor küç., №1А.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Elafra 20 mq N30 tablet” üçün ilk rəyi siz yazın.