Amoxicilina Max 250 mq N100 kapsul
| Təsiredici maddə | AMOXICILLIN |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Penisillin qrupu antibiotiki |
| İstehsal ölkəsi | Rumıniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Bu dərman preparatını istifadə etməzdən öncə bu içlik vərəqədəki bütün məlumatları diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumat vardır.
Bu içlik vərəqəsini saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz.
Hər hansı sualınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Bu preparat yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin. Hətta həmin insanların xəstəlik əlamətləri sizinkilərlə eyni olsa belə, preparat onlara ziyan vura bilər.
Əgər əlavə təsirlərdən hər hansı biri ağırlaşarsa və ya bu içlik vərəqədə sadalanmayan hər hansı əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin (bax: ”Əlavə təsirləri”).
AMOKSİSİLİNA MAKS 250 mq, 500 mq bərk jelatin kapsullar
AMOXICILINA MAX
Beynəlxalq patentləşdirilməmiş adı: Amoxicillin
Tərkibi
250 mq-lıq kapsullar
Təsiredici maddə: 1 kapsulda amoksisillin trihidrat şəklində 250 mq və ya 500 mq amoksisillin vardır.
Köməkçi maddələr: kapsulun möhtəviyyatı: mikrokristallik sellüloza, talk, maqnezium stearat.
Kapsulun örtüyü: silisium dioksid (E551), natrium laurilsulfat (E487), buzlu asetat turşusu (E260), metil-p-hidroksibenzoat (E 218), N-propil-p-hidroksibenzoat (E 216), qliserin (E915), titan dioksid (E171), jelatin, xinolin sarısı (E 104), allura (cəlbedici) qırmızı AC (E 129).
Təsviri
AMOKSİSİLİNA MAKS 250 mq
Ağ gövdəsi və ağ qapağı olan 1 ölçülü bərk jelatin kapsullardır.
Kapsulun möhtəviyyatı: ağ və ya demək olar ki, ağ dənəvər tozdur.
AMOKSİSİLİNA MAKS 500 mq
Çəhrayı rəngli qeyri-şəffaf gövdəsi və çəhrayı rəngli qeyri-şəffaf qapağı olan 0 ölçülü bərk jelatin kapsullardır.
Kapsulun möhtəviyyatı: ağ və ya demək olar ki, ağ dənəvər tozdur.
Farmakoterapevtik qrupu
Penisillin qrupu antibiotiki.
İstifadəsinə göstərişlər
AMOKSİSİLİNA MAKS orqanizmin müxtəlif hissələrində bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.
AMOKSİSİLİNA MAKS həmçinin, digər dərmanlarla kombinasiyada mədə xorasının müalicəsi üçün istifadə edilə bilər.
Əks göstərişlər
Aşağıdakı hallarda AMOKSİSİLİNA MAKS preparatının istifadəsi əks göstərişdir:
amoksisillinə, penisillinə və ya bu dərman preparatının digər komponentlərindən hər hansı birinə (bax: “Tərkibi”) qarşı yüksək həssaslıq.
Anamnezdə digər antibiotikə qarşı yüksək həssaslığın olması. Bura dərinin müvəqqəti səpməsi və ya üzdə və ya boğazda şişkinlik (ödem) daxildir.
Əgər yuxarıda qeyd edilənlərdən hər hansı biri Sizə aiddirsə, AMOKSİSİLİNA MAKS preparatını qəbul etməyin.
Əgər əmin deyilsinizsə, AMOKSİSİLİNA MAKS preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda AMOKSİSİLİNA MAKS istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin:
• əgər Sizdə infeksion mononukleoz varsa (qızdırma, boğazın qıcıqlanması, limfa düyünlərinin iltihabı və güclü yorğunluq),
• böyrək problemləriniz varsa,
• müntəzəm olaraq sidiyə gedə bilmirsinizsə.
Əgər yuxarıda qeyd edilən xəbərdarlıqların Sizə aid olmasından əmin deyilsinizsə, AMOKSİSİLİNA MAKS preparatını istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Qan və sidik testləri
Əgər Siz:
• Sidik analizi (qlükozanın təyini üçün) və ya qaraciyərin funksional vəziyyətini öyrənmək üçün qan analizi verməlisinizsə,
• Estriolu təyin etmək üçün analiz (dölün normal inkişafını yoxlamaq üçün hamiləlik dövründə istifadə olunur) verməlisinizsə, AMOKSİSİLİNA MAKS preparatını istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin, çünki AMOKSİSİLİNA MAKS bu analizlərin nəticələrini dəyişə bilər.
AMOKSİSİLİNA MAKS preparatının tərkibində metil-p-hidroksibenzoat (E 218) və n-propil-p-hidroksibenzoat (E 216) vardır və onlar allergik reaksiyalara (hətta gecikmiş) səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hazırda hər hansı digər dərman preparatı qəbul edirsinizsə, yaxın zamanlarda qəbul etmisinizsə və ya qəbul edə bilərsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
• Əgər Siz AMOKSİSİLİNA MAKS ilə birlikdə allopurinol (podaqranın müalicəsi üçün istifadə olunur) qəbul edirsinizsə, Sizin dərinizdə allergik reaksiyanın baş verməsi ehtimalı daha yüksək olacaqdır.
• Əgər Siz probenesid qəbul edirsinizsə (podaqranın müalicəsi üçün istifadə olunur), həkiminiz Sizin AMOKSİSİLİNA MAKS preparatının dozasını dəyişdirə bilər.
• Əgər Siz qanın laxtalanma qabiliyyətini aşağı salan dərmanlar (antikoaqulyantlar) qəbul edirsinizsə (məsələn, varfarin), Siz əlavə qan analizləri verməli ola bilərsiniz.
• Əgər Siz digər antibiotiklər istifadə edirsinizsə (tetrasiklin kimi), AMOKSİSİLİNA MAKS daha az effektiv ola bilər.
• Əgər Siz metotreksat (xərçəngin müxtəlif növlərinin və ağır psoriazın müalicəsi üçün istifadə olunur) istifadə edirsinizsə, AMOKSİSİLİNA MAKS əlavə təsirlərin artmasına səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
AMOKSİSİLİNA MAKS preparatından istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərə bilən əlavə təsirlər və simptomlar meydana çıxa bilər.
Özünüzü yaxşı hiss etməyənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.
İstifadə qaydası və dozası
Hər zaman bu dərmanı həkiminizin və ya əczaçının göstərişlərinə dəqiq əməl etməklə qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
• Kapsulu açmadan onu kifayət qədər su ilə udaraq qəbul edin.
• Qəbullar arasında ən azı 4 saatlıq interval saxlamaqla, gün ərzində dozaları bərabər intervallarla qəbul edin.
Adi doza aşağıdakı kimidir:
bədən kütləsi 40 kq-dan aşağı olan uşaqlar
Bütün dozalar uşağın kiloqramla ifadə olunmuş bədən kütləsinə əsaslanır.
Həkiminiz Sizə uşağınıza hansı miqdarda AMOKSİSİLİNA MAKS verməli olduğunuzu deyəcəkdir.
• Adi doza gündə 2 və ya 3 dozaya bölünərək qəbul edilən 40 mq/kq-dan 90 mq/kq-a qədərdir.
• Tövsiyə olunan maksimum doza bədən kütləsinin hər kq-na gündə 100 mq-dır (100 mq/kq/gün).
Böyük, yaşlı və bədən kütləsi 40 kq-a bərabər və ondan yüksək olan uşaq pasiyentlər
AMOKSİSİLİNA MAKS preparatının adi dozası gündə 3 dəfə 250 mq-dan 500 mq-a qədər və ya infeksiyanın ağırlığından və tipindən asılı olaraq, hər 12 saatdan bir 750 mq-dan 1 q-a qədər təşkil edir.
• Ağır infeksiyalar: gündə 3 dəfə 750 mq-dan 1 q-a qədər.
• Sidik yollarının infeksiyası: 1 gün üçün gündə 3 dəfə 3 q.
• Laym xəstəliyi (gənə adlanan parazitlər tərəfindən yayılan infeksiya): eritemanın izoləolunmuş miqrasiyası (erkən mərhələ – qırmızı və ya çəhrayı halqanın çökməsi): gündə 4 q, sistem əlamətlər (son mərhələ – daha ağır simptomlar zamanı və ya xəstəliyin orqanizmdə yayılması zamanı): gündə 6 q-a qədər.
• Mədə xorası: 7 gün ərzində gündə 2 dəfə 750 mq və ya 1 q, mədə xorasının müalicəsi üçün istifadə olunan digər antibiotiklərlə və digər qrup dərmanlarla yanaşı.
• Cərrahi əməliyyat müddətində ürək infeksiyasının profilaktikası: doza cərrahi əməliyyatın tipindən asılı olaraq dəyişəcəkdir.
Həmçinin, digər dərmanlar verilə bilər. Həkiminiz, əczaçı və ya tibb bacısı Sizə daha ətraflı məlumat verə bilər.
• Tövsiyə olunan maksimum doza gündə 6 q-dır.
Böyrək problemləri
Əgər Sizdə böyrəklə bağlı problemlər varsa, doza adi dozadan aşağı ola bilər.
Müalicə müddəti
• Hətta özünüzü yaxşı hiss etsəniz belə, AMOKSİSİLİNA MAKS preparatını həkiminizin təyin etdiyi müddət ərzində qəbul edin. İnfeksiya ilə mübarizə üçün hər bir dozanı istifadə etməlisiniz. Əgər müəyyən qədər bakteriya məhv olmazsa, onlar infeksiyanın qayıtmasına səbəb ola bilər.
• Müalicəniz başa çatdıqdan sonra əgər Siz özünüzü hələ də yaxşı hiss etməsəniz, Siz yenidən həkimə müraciət etməlisiniz.
Əgər AMOKSİSİLİNA MAKS uzun müddət istifadə olunarsa, südağzı (bədənin nəmli hissələrinin göbələk xəstəliyi olub, iltihaba, qaşınmaya və ağ rəngin yayılmasına səbəb ola bilər) baş verə bilər.
Əgər bu baş verərsə, bu barədə həkiminizə məlumat verin.
Əgər Siz uzun müddət AMOKSİSİLİNA MAKS qəbul edirsinizsə, həkiminiz Sizin böyrəklərinizin, qaraciyərinizin və qanınızın normal fəaliyyət göstərməsinə əmin olmaq üçün, Sizə əlavə analizlərin aparılmasını tövsiyə edə bilər.
Qida və içkilərlə birlikdə istifadəsi
AMOKSİSİLİNA MAKS qida qəbulundan əvvəl, qida qəbulu zamanı və qida qəbulundan sonra istifadə edilə bilər.
Əgər AMOKSİSİLİNA MAKS preparatının qəbulunu unutmusunuzsa
• Əgər bir dozanın qəbulunu unutmusunuzsa, xatırlayan kimi onu qəbul edin.
• Növbəti dozanı çox tez qəbul etməyin, növbəti dozanı qəbul etmək üçün 4 saata yaxın gözləyin.
• Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Əgər bu dərman vasitəsinin istifadəsi ilə bağlı əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, baxmayaraq ki, bu, hər kəsdə baş vermir.
Əgər Siz aşağıda göstərilən ciddi əlavə təsirlərdən hər hansı birini hiss etsəniz, AMOKSİSİLİNA MAKS qəbul etməyi dayandırıb, dərhal həkiminizə müraciət edin – Sizə təcili yardım göstərilməsi lazım ola bilər:
aşağıdakı əlavə təsirlər çox nadir hallarda baş verir (10 000 pasiyentdən 1-ə qədərində meydana çıxa bilər):
• allergik reaksiyalar. Bu reaksiyaların simptomları aşağıdakılar ola bilər: qaşınma və ya səpgi, üzdə, dodaqlarda, dildə, bədəndə şişkinlik, tənəffüsün çətinləşməsi. Bunlar ciddi ola bilər və bəzən ölüm halları barədə məlumat verilir.
• dəri altında lokallaşmış səpgi və ya kiçik qırmızı ləkələr və ya dəridə göyərmələr (qançırlar). Onlar allergik reaksiyaya görə qan damarları divarının iltihabı nəticəsində yaranır. Onlar oynaqlarda ağrıya (artrit) və böyrək problemlərinin yaranmasına səbəb ola bilər.
• adətən, AMOKSİSİLİNA MAKS preparatının qəbulundan 7-12 gün sonra gecikmiş allergik reaksiya baş verə bilər, onlardan bəziləri qıcıqlanma, qızdırma, oynaqlarda ağrı və limfa düyünlərinin böyüməsi, xüsusən qolaltı nahiyədə.
• “polimorf eritema” kimi tanınan dəri reaksiyası. O, qaşınan sahələrdə meydana çıxır, dəridə qaşınma ilə müşayiət olunur, xüsusilə ovuclarda və ya ayağın altında, dərinin övrə kimi şişmiş sahələrində, ağızın, gözlərin və cinsiyyət üzvlərinin həssas sahələrində.
Sizdə qızdırma ola və Siz özünüzü çox yorğun hiss edə bilərsiniz.
• Digər ağır dəri reaksiyalarına aşağıdakılar aid ola bilər: dərinin rənginin dəyişməsi, dəri altında lokallaşmış şişkinlik, qabarlar, irinli ocaqlar, qabıqlanma, qızartı, ağrı, qaşınma, qartmaq. Bunlar qızdırma, başağrısı və bədəndə ağrı törədə bilər.
• qızdırma, titrətmə, boğazda qıcıqlanma və ya infeksiyanın digər əlamətləri və ya qançırların (göyərmələrin) asanlıqla meydana çıxması. Bunlar qan hüceyrələrinin zədələnməsi əlamətləri ola bilər.
• Jarisch-Herxheimer reaksiyası Laym xəstəliyinin AMOKSİSİLİNA MAKS ilə müalicəsi zamanı meydana çıxır və qızdırma, titrətmə, başağrısı, əzələ ağrıları və dəridə səpgi törədə bilər,
• yoğun bağırsağın diareya ilə (bəzən qanlı), ağrı və qızdırma ilə müşayiət olunan iltihabı,
• ciddi qaraciyər reaksiyaları baş verə bilər. Bu, xüsusilə uzunmüddətli müalicə alan kişilər və yaşlı adamlar üçün xarakterikdir.
Əgər aşağıdakı hallar meydana çıxarsa, Siz dərhal həkimə müraciət etməlisiniz:
– ağır qanlı ishal (diareya),
– dəridə qabarcıqların, qızartının və ya qansızmaların meydana çıxması,
– sidiyin tündləşməsi və nəcisin açıq rəngdə olması,
– dəridə və göz ağında saralma (sarılıq). Həmçinin, aşağıda anemiyaya baxın, hansı ki, sarılıq törədə bilər.
Bunlar preparatdan istifadə zamanı və ya istifadəyə başladıqdan bir neçə həftə sonra baş verə bilər.
Əgər Sizdə yuxarıdakı simptomlardan hər hansı biri meydana çıxarsa, dərmanın qəbulunu dayandırın və dərhal həkiminizlə əlaqə yaradın.
Bəzi hallarda aşağıdakı kimi az ağır dəri reaksiyaları baş verə bilər:
– yüngül qaşınma (iri, çəhrayı-qırmızı ləkələr), çiyinlərdə, ayaqlarda, ovuclarda və əllərdə övrə kimi şişmiş sahələr. Bunlar 100 pasiyentdən 1-ə qədərində meydana çıxa bilər.
Əgər bu simptomlardan hər hansı biri meydana çıxarsa, AMOKSİSİLİNA MAKS ilə müalicənizin davam etdirilməsinin məqsədəuyğun olub-olmaması barədə həkiminizlə məsləhətləşin.
Digər mümkün əlavə təsirlərə aiddir:
Tez-tez (10 pasiyentdən 1-ə qədərində meydana çıxa bilər)
• dəridə səpgi
• ürəkbulanma
• diareya.
Bəzən (100 pasiyentdən 1-ə qədərində meydana çıxa bilər)
• qusma
Çox nadir (10 000 pasiyentdən 1-ə qədərində meydana çıxa bilər)
• südağzı (uşaqlıq yolunda, ağızda və ya dəri büküşlərində göbələk infeksiyası); həkiminiz və ya əczaçı sizdə olan südağzı xəstəliyini müalicə etməyi tövsiyə edə bilər.
• böyrək problemləri,
• yüksək dozalar qəbul edən pasiyentlərdə və ya böyrəklərlə bağlı problemləri olanlarda qıcolmalar müşahidə edilə bilər,
• başgicəllənmə,
• hiperaktivlik,
• sidikdə kristalların olması sidiyi bulanıq edə və sidiyəgetmə zamanı diskomfort yarada bilər.
Bu simptomların başvermə riskini azaltmaq üçün kifayət qədər maye içməlisiniz:
• dil sarı, qəhvəyi və ya qara rəngə boyana və tüklü görünə bilər.
• eritrositlərin miqdarının həddindən artıq azalması, bu, anemiyaya səbəb ola bilər.
Bunun əlamətləri aşağıdakılar ola bilər: yorğunluq, başağrısı, tənəffüslə bağlı problemlər, başgicəllənmə, dərinin solğunluğu və dərinin və gözün ağının saralması.
• leykositlərin miqdarının azalması
• qanın laxtalanmasında iştirak edən hüceyrələrin miqdarının azalması
• qanın laxtalanma müddəti normalda olduğundan yüksək ola bilər. Əgər burnunuzdan qan axarsa və ya Siz qanı dayandırırsınızsa, bunu görə bilərsiniz.
Əlavə təsirlər barədə məlumatın verilməsi
Əgər bu içlik vərəqədə sadalanmayan əlavə təsirlər də daxil olmaqla, hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyinə dair daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Əgər Siz həddindən artıq AMOKSİSİLİNA MAKS qəbul etmisinizsə, Sizdə mədənin pozulması əlamətləri (ürəkbulanma, qusma və ya diareya) meydana çıxa və ya sidikdə kristallar müşahidə edilə bilər ki, onlar da naməlum ola və sidiyəgetməni çətinləşdirə bilər. Həkiminizlə mümkün qədər tez əlaqə yaradın. Həkiminizə göstərmək üçün dərmanınızı da özünüzlə götürün.
Buraxılış forması
10 kapsul, PVX/Al blisterdə. 10 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Hər hansı dərman preparatını çirkab sularının və ya məişət tullantılarının içərisinə atmaq olmaz. Artıq istifadə olunmayan dərman preparatının necə atılmalı olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində EXP.-dən sonra göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
ARENA GROUP S.A.
54 Dunarii Bd.Voluntari City, Ilfov County,
Cod 077190, Romania (Rumıniya).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.