DEPAKIN CHRONO 500 MG N30 TAB

Təsiredici maddə: VALPROATE SODIUM / VALPROIC ACID
Təsiredici maddəVALPROATE SODIUM / VALPROIC ACID
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirEpilepsiya əleyhinə vasitə. Yağ turşularının törəmələri
İstehsal ölkəsiFransa

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

10,30 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman vasitəsinə xüsusi nəzarət olunmalıdır. Bu, yeni təhlükəsizlik məlumatlarını tez müəyyən etməyə imkan verəcəkdir. Tibb işçilərindən hər hansı şübhəli əlavə təsir barədə məlumat vermələri xahiş olunur. Dərman vasitəsinin əlavə təsirləri barədə məlumatların bildirilməsi hissəsinə baxın. DEPAKİN XRONO uzunmüddətli təsirə malik örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Valproic acid

Tərkibi

Depakin Xrono 300 mq Təsiredici maddə: natrium valproat 199,8 mq valproy turşusu 87,0 mq natrium valproat formasında 300 mq Köməkçi maddələr: hipromelloza 400 (3000 mPa.s), etilsellüloz (20 mPa.s), susuz kolloidal silisium dioksid, natrium saxarinat. Örtük: hipromelloza (6 mPa.s), makroqol 6000, talk, titanum dioksid, 30%-li poliakrilat dispersiyası. Depakin Xrono 500 mq Təsiredici maddə: natrium valproat 333,0 mq valproy turşusu 145,0 mq natrium valproat formasında 500 mq Köməkçi maddələr: hipromelloza 400 (3000 mPa.s), etilsellüloz (20 mPa.s), susuz kolloidal silisium dioksid, natrium saxarinat. Örtük: hipromelloza (6 mPa.s), makroqol 6000, talk, titanum dioksid, 30%-li poliakrilat dispersiyası.

Təsviri

Uzunsov, ağ rəngli, bölünən örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Epilepsiya əleyhinə vasitə. Yağ turşularının törəmələri. ATC kodu: N03AG01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Valproat əsasən mərkəzi sinir sisteminə təsir göstərir. Heyvanlarda müxtəlif növ qıcolmalarda və insanda müxtəlif növ epilepsiyalarda antiepileptik təsir göstərir. Valproata dair aparılan eksperimental və kliniki tədqiqatlarda qıcolma əleyhinə təsirinin iki növ mexanizmi aşkarlanmışdır. Birinci – valproatın plazmada və beyində konsentrasiyasından asılı olan düz farmakoloji effekt. İkinci – beyində qalmış valproat metabolitləri və ya neyrotransmitterlərin modifikasiyası və ya birbaşa membrana təsiri ilə bağlı olan qeyri-düz farmakoloji effekt. Daha geniş qəbul edilmiş hipoteza qamma-aminoyağ turşusu ilə bağlıdır ki, həmin turşunun səviyyəsi valproatın yeridilməsindən sonra yüksəlir. Valproat yuxunun aralıq fazasının müddətini azaldaraq ləng dalğalı yuxu fazasını uzadır. Farmakokinetikası Valproat ilə aparılan müxtəlif farmakokinetik tədqiqatların nəticələri: Peroral istifadə zamanı qanda valproatın biomənimsənilməsi 100%-ə yaxındır. Paylanma həcmi əsasən qan və tez dəyişən hüceyrəxarici maye ilə məhdudlaşdırılmışdır. Valproat serebrospinal mayeyə və baş beyinə nüfuz edir. Valproatın serebrospinal mayedə konsentrasiyasının göstəriciləri onun, plazmanın sərbəst fraksiyalarında konsentrasiyasının göstəricisinə yaxındır. Plasentar baryerdən keçməsi (“Hamiləlik və laktasiya” bölməsinə bax): Heyvanlarda insanlar ilə müqayisədə valproatın ciftdən keçmə dərəcəsi eynidir. Bir sıra nəşrlərdə doğuş zamanı yenidoğulmuşların göbək bağında valproatın konsentrasiyası qiymətləndirilirmişdir. Göbək bağından əldə edilmiş qan zərdabında valproatın konsentrasiyası döldə valproatın konsentrasiyasını göstərir və ana ilə müqayisədə eyni və ya bir qədər yüksək olmuşdur. Yarımxaricolma dövrü 15-17 saat təşkil edir. Terapevtik effekt üçün qan zərdabında minimal konsentrasiya 40-50 mq/l olmalıdır (40-100 mq/l çərçivəsində). Daha yüksək plazma konsentrasiyaları tələb olunduğu halda gözlənilən fayda və dozadan asılı əlavə təsirlərin inkişafı riski nisbəti qiymətləndirilməlidir. Plazma konsentrasiyası 150 mq/l-dən yüksək olduğu halda dozanın azaldılması tələb olunur. Plazmada davamlı konsentrasiya tez bir zamanda (3-4 gün) əldə edilir. Valproat plazma zülalları ilə yaxşı birləşir; zülallar ilə birləşməsi dozadan asılı və doya biləndir. Valproat, əsasən, qlükuron ilə konyuqasiya və beta-oksidləşmə yolu ilə metabolizmə uğrayaraq sidik ilə xaric edilir. Valproat molekulu dializ də oluna bilər, lakin, hemodializ yalnız valproatın qandakı sərbəst formasına (10%) təsir göstərir. Ədəbiyyatın məhdud məlumatlarına əsasən bəzi pasiyentlərdə valproat və estrogen tərkibli preparatlar ilə yanaşı müalicəsi zamanı valproat klirensinin təxminən 20% yüksəlməsi qeyd olunurdu ki, bu da zərdabda valproat səviyyəsinin azalması ilə nəticələnə bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Şəxsiyyətlərarası dəyişkənlik qeyd olunur. Qeyd olunan qarşılıqlı farmakokinetik təsiri nəticəsində yaranan etibarlı FK-FD əlaqəsinin müəyyən edilməsi üçün kifayət qədər məlumatlar mövcud deyil. Valproat sitoxrom P metabolik sisteminə daxil olan fermentlərə induktor təsir göstərmir: əksər450 digər epilepsiya əleyhinə preparatlardan fərqli olaraq, valproat nə özünün, nə də estrogenlər, proqestogenlər və peroral antikoaqulyantlar kimi digər maddələrin deqradasiyasına təsir göstərmir. Bağırsaqda həll olunan qişa ilə örtüklü formasından fərqli olaraq ekvivalent dozalarda Depakin Xronosfera aşağıda sadalanan xüsusiyyətlərə malikdir: sorulmanın ləngiməsi qeyd olunmur; absorbsiyanın uzanması; biomənimsənilmənin eyni olması; preparatın plazmada maksimal konsentrasiyaları daxilə qəbul edildikdən təxminən 7 saat sonra əldə edilir; plazmada ümumi pik konsentrasiya və valproatın sərbəst formasının pik konsentrasiyası (Сmax) daha aşağıdır (Сmax-ın azalması təxminən 25% təşkil edir, lakin qəbuldan sonra 4-14 saat arasında davam edən stabil plato fazasına malik olur); belə azalma sayəsində valproy turşusunun konsentrasiyası daha stabildir və gün ərzində daha bərabər paylanma müşahidə edilir: gündə iki dəfə eyni dozanın qəbulundan sonra plazmada konsentrasiyanın fluktuasiyası iki dəfə azalır; doza ilə plazma konsentrasiyası (ümumi və sərbəst formanın) arasında daha xətti korrelyasiya; qida qəbulu farmakokinetik profilə təsir göstərmir.

İstifadəsinə göstərişlər

Böyüklərdə: monoterapiya və ya digər antiepileptik vasitələr ilə kombinəolunmuş şəkildə: − generalizə olunmuş epileptik tutmaların müalicəsi üçün: klonik, tonik, tonikoklonik, absanslar, mioklonik və atonik tutmalar; Lennoks-Qasto sindromu. − fokal epilepsiyanın müalicəsi üçün: ikincili generalizasiya ilə müşayiət olunan və ya olunmayan fokal tutmalar. Uşaqlarda: monoterapiya və ya digər antiepileptik vasitələr ilə kombinəolunmuş şəkildə: − generalizə olunmuş epileptik tutmaların müalicəsi üçün: klonik, tonik, tonikoklonik, absanslar, mioklonik və atonik tutmalar; Lennoks-Qasto sindromu. − fokal epilepsiyanın müalicəsi üçün: ikincili generalizasiya ilə müşayiət olunan və ya olunmayan fokal tutmalar;

Əks göstərişlər

anamnezdə valproata, diavlproata, valpromidə və dərman preparatının hər hansı bir tərkib hissəsinə qarşı yüksək həssaslıq; kəskin hepatit; xroniki hepatit; pasiyentdə və ya onun ailə üzvlərində ağır, xüsusilə də dərman mənşəli hepatit; qaraciyər porfiriyası; dazıotu ilə kombinasiya (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); Diaqnozu müəyyən edilmiş mitoxondrial ferment γ-polimerazanı kodlaşdıran nüvə geninin mutasiyası səbəbindən inkişaf edən mitoxondrial xəstəlikləri (POLG; məsələn, Alpers- Guttenloxer sindromu) olan pasiyentlər və POLG-əlaqəli xəstəliyə şübhə ilə 2 yaşdan aşağı uşaqlar. Sidik cövhəri yaranması siklinin pozulması olan pasiyentlər. Hamiləlik zamanı epilepsiyanın müalicəsi üçün, müvafiq alternativ müalicə mövcud olmadığı hallar istisna olmaqla (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Hamiləlik zamanı bipolyar pozulmanın müalicəsi üçün (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Fertil yaş dövründə olan qadınlarda, Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Xüsusi göstərişlər Hamiləliyin qarşısının alınması proqramı Hamiləliyin Qarşısının alınması Proqramı Milli Səlahiyyətli Orqan ilə uyğunlaşdırılır. Valproat yüksək teratogen potensiala malikdir və bətndaxili dövrdə valproatın təsirinə məruz qalmış uşaqlar yüksək anadangəlmə inkişaf qüsurları və əqli və fiziki inkişafın pozulması riskinə malikdir (“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax). Depakin Xrono aşağıda göstərilən hallarda əks göstərilmişdir: Hamiləlik zamanı epilepsiyanın müalicəsi üçün, müvafiq alternativ müalicə üsulları mövcud olmadığı hallar istisna olmaqla (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Hamiləlik zamanı bipolyar pozulmanın müalicəsi üçün (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Fertil yaş dövründə olan qadınlarda Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Hamiləliyin qarşısının alınması proqramının şərtləri Preparatı təyin edən həkimin əsas funksiyaları İndividual şərtləri hər bir halda qiymətləndirmək və pasiyent ilə müzakirə etmək. Nəticədə pasiyentin iştirakı və risklər, riskin azaldılması məqsədi ilə aparılan tədbirlər ilə yanaşı terapevtik imkanların anlamı əldə edilir. Bütün qadın pasiyentlərdə hamiləliyin baş vermə mümkünlüyünü qiymətləndirmək. Pasiyent anadangəlmə inkişaf qüsurlarının və sinir sistemi inkişafı pozulmalarının yaranma risklərini və həmçinin, bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış uşaqlar üçün həmin risklərin ciddiliyini anlamalı və dərk etməlidir. Pasiyent, müalicəyə başlamazdan əvvəl və müalicə müddətində hamiləlik testinin aparılmasının zəruriliyini anlamalıdır. Pasiyent kontrasepsiya üsullarına dair məlumatlandırılmalıdır, və pasiyent valproat ilə müalicə müddətində fasiləsiz effektiv kontrasepsiya üsullarından istifadə etməyə razılaşmalıdır (“Kontrasepsiya” bölməsinə bax). Pasiyent, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim tərəfindən müalicənin müntəzəm qaydada (ən azı ildə 1 dəfə) qiymətləndirilməsinin zəruriliyini anlamalıdır. Pasiyent, mayalanmadan və kontrasepsiyanın istifadəsinin dayandırılmasından əvvəl müzakirənin aparılmasını və alternativ müalicə variantlarına keçməsini vaxtında təmin etmək üçün, hamiləliyini planlaşdırmazdan əvvəl həkim ilə məsləhətləşmənin zəruriliyini anlamalıdır. Pasiyent, hamiləlik baş verdiyi halda həkim ilə təcili məsləhətləşmənin zəruriliyini anlamalıdır. Pasiyent, “Pasiyent Kitabçası”-nı əldə etməlidir. Pasiyent, valproatların qəbulu ilə bağlı təhlükəni və ehtiyat tədbirlərinin görülməsinin vacibliyini anlamalıdır (Hər il doldurulan risklər ilə tanışlıq forması). Sadalanan şərtlər, həmçinin, hazırda cinsi cəhətdən qeyri-aktiv olan qadınlara da aiddir, hamiləliyin baş verməsi riskinin olmamasını göstərən əsaslı səbəblərlər mövcud olduğu hallar istisna olmaqla. Əczaçının və ya səhiyyə sahəsində digər mütəxəssisin funksiyaları Valproatın təyini və ya resept əsasında buraxılması halında pasiyentin kartı təqdim edilir və pasiyent həmin kartın məzmununu anlamalıdır. Planlaşdırılmış və ya şübhə altında olan hamiləlik zamanı valproat ilə müalicənin dayandırılmaması və pasiyentin dərhal həkimə müraciət etməsi tövsiyə olunur. Qızlar Preparatı təyin edən həkimlər əmin olmalıdır ki, qızların valideynləri/qanuni təmsilçiləri valproat qəbul edən qızda ilk aybaşı baş verdikdə dərhal həkimə müraciət etməklərinin zəruriliyini anlayır. Həkim, ilk aybaşıları başlamış qızların valideynlərinin/qanuni təmsilçilərinin bətndaxili inkişafı müddətində valproatların təsirinə məruz qalmış uşaqlarda anadangəlmə inkişaf qüsurlarının və sinir-psixi inkişafın pozulmalarının yaranma riskləri haqqında ətraflı məlumatın almasını təmin etməlidir. İlk aybaşıları başlamış qızlarda həkim hər il valproatların qəbulunun zəruriliyini qiymətləndirməli və alternativ müalicə üsullarını nəzərdən keçirməlidir. Valproatların qəbulu yeganə münasib müalicə üsulu olduğu halda, effektiv kontrasepsiya vasitələrinin istifadəsinin zəruriliyi və həmçinin, Hamiləliyin Qarşısının alınması Proqramının digər şərtləri müzakirə olunmalıdır. Həmin qızlarda 18 yaşlarına çatanadək alternativ müalicənin aparılması həkim tərəfindən həyata keçirilməlidir. Hamiləlik testi Hamiləlik, valproat ilə müalicəyə başlamazdan əvvəl istisna olunmalıdır. Fertil yaş dövründə olan qadınlarda, hamiləlik zamanı təsadüfi istifadəsinin qarşısını almaq məqsədi ilə, həkim tərəfindən təsdiqlənmiş hamiləlik testinin (qan plazmasının təhlili əsasında hamiləlik testi) mənfi nəticəsi əldə olunmamış valproat ilə müalicəyə başlamaq olmaz. Kontrasepsiya Valproatın qəbulu təyin edilmiş fertil yaş dövründə olan qadınlar valproat ilə müalicə müddətində fasiləsiz effektiv kontrasepsiyadan istifadə etməlidir. Həmin qadınlar hamiləliyin qarşısının alınması haqqında ətraflı məlumatlandırılmalı və onların effektiv kontrasepsiya üsullarından istifadə etmədiyi halda, kontrasepsiya üzrə konsultasiyaya yönləndirilməlidir. Ən azı bir effektiv kontrasepsiya üsulundan (istifadəçidən asılı olmayan formalar, məsələn, uşaqlıqdaxili vasitə və ya implant üstünlük təşkil edir) və ya iki əlavə kontrasepsiya üsulundan (baryer üsulu daxil olmaqla) istifadə olunmalıdır. Hər bir halda, pasiyentin iştirakı ilə kontrasepsiya üsulunun seçiminin müzakirəsi zamanı, pasiyentin cəlb olunmasında və seçilmiş tədbirlərə riayət etməsində əmin olmaq üçün fərdi səbəblər qiymətləndirilməlidir. Pasiyentdə hətta amenoreya olduğu halda o, effektiv kontrasepsiyaya dair bütün məsləhətlərə əməl etməlidir. Həkim müalicəsinin illik qiymətləndirilməsi Həkim ən azı ildə bir dəfə valproatların pasiyent üçün daha çox uyğun olan müalicə üsulu olduğunu yoxlamalıdır. Həkim, müalicənin əvvəlində və həmçinin, müalicənin illik qiymətləndirilməsi zamanı, hər il doldurulan risklər ilə tanışlıq formasını müzakirə etməlidir və pasiyentin həmin formanın məzmununu anladığından əmin olmalıdır. Hamiləliyin planlaşdırılması Qadın hamiləliyi planlaşdırdığı halda, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim, valproat ilə müalicəni nəzərdən keçirməli və alternativ müalicə variantlarını təklif etməlidir. Mayalanmadan əvvəl və kontrasepsiyanın dayandırılmasından əvvəl müvafiq alternativ müalicəyə keçmək lazımdır (“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax). Müalicənin dəyişdirilməsi mümkün olmadığı halda, qadın onun gələcək uşağı üçün valproatın qəbulu ilə bağlı risklərə dair əlavə konsultasiya almalıdır ki, o, ailənin planlaşdırılmasına dair şüurlu qərar verə bilsin. Hamiləlik baş verdiyi halda Valproatları qəbul edən qadın hamilə qaldığı halda, o, valproat ilə müalicə sxeminə yenidən baxılması və alternativ müalicə üsullarının seçimi məqsədi ilə dərhal həkimə müraciət etməlidir. Valproat ilə müalicə zamanı hamilə qalmış bütün qadınlar hamiləlik ilə əlaqədar qiymətləndirilmə və konsultasiya məqsədi ilə həkim-genetikin müayinəsindən keçməlidir (“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax). Maarifləndirici materiallar Hamiləlik zamanı valproatın təsirindən qaçınmaq məqsədi ilə və fertil yaş dövründə olan qadınlarda valproatın istifadəsinə dair xüsusi göstərişlər və tövsiyələr və Hamiləliyin Qarşısının alınması Proqramının təfərrüatları ilə tanış etmək üçün qeydiyyat vəsiqəsinin sahibi tibb işçilərinə və pasiyentlərə təlim materiallarını təqdim etmişdir. Pasiyentin Kitabçası və pasiyentin Kartı valproat qəbul edən fertil yaş dövründə olan bütün qadınlara təqdim edilməlidir. Risklər ilə tanışlıq Forması müalicənin əvvəlində və valproat ilə müalicənin illik qiymətləndirilməsi zamanı və həmçinin, hamiləliyin planlaşdırılması zamanı və ya qadın hamilə qaldığı halda istifadə olunmalıdır. Qıcolmaların güclənməsi Digər epilepsiya əleyhinə preparatların qəbulu zamanı olduğu kimi, valproatın qəbulu zamanı bəzi pasiyentlərdə simptomların zəifləməsi əvəzinə qıcolmaların tezliyi və ağırlıq dərəcəsi yüksələ bilər (epileptik statusun inkişafına qədər) və ya yeni növ qıcolmalar yarana bilər. Qıcolmalar gücləndiyi halda pasiyentin dərhal həkimə müraciət etməsi tövsiyə olunur (“Əlavə təsirlər” bölməsinə bax). Həmin qıcolmalar yanaşı aparılan antiepileptik müalicənin dəyişiklikləri və ya farmakokinetik qarşılıqlı təsirlər nəticəsində yaranan (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) və ya toksiklik ilə bağlı (qaraciyər xəstəlikləri və ya ensefalopatiya) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Əlavə təsirlər” bölmələrinə bax) və ya doza həddinin aşılması ilə bağlı qıcolmalardan fərqləndirilməlidir. Nəzərə alsaq ki, preparat orqanizmdə valproy turşusuna çevirilir, həmin preparatın eyni transformasiyaya uğrayan dərman preparatları (məsələn, seminatrium valproat, valpromid) ilə yanaşı istifadəsindən qaçınmaq lazımdır (valproy turşusunun doza həddinin aşılmasının qarşısını almaq məqsədi ilə). Qaraciyər xəstəlikləri Yaranma şərtləri Ağır, bəzən də ölüm ilə nəticələnən qaraciyər zədələnmələri qeydə alınmışdır. Epilepsiyanın ağır formasından və xüsusilə də, baş beyinin zədələnməsi, əqli inkişafın geriliyi və/və ya metabolizmin genetik pozulması və ya degenerativ xəstəlik ilə bağlı olan epilepsiyadan əziyyət çəkən körpələr və 3 yaşdan aşağı uşaqlarda risk daha yüksəkdir. 3 yaşdan yuxarı uşaqlarda xəstəliyin rast gəlinmə tezliyi daha aşağı olub yaş ilə tədricən azalır. Əksər hallarda qaraciyərin zədələnməsi müalicənin ilk 6 ayı müddətində (adətən, 2ci və 12-ci həftələr arasında) və əsasən, kompleks antiepileptik müalicə aparıldığı halda müşahidə edilmişdir. Erkən əlamətlər Erkən diaqnostika xəstəliyin klinik təsviri üzərində əsaslanır. Məsələn, sarılıqdan öncə meydana çıxan iki növ simptomlar nəzərə alınmalıdır, xüsusilə də risk qrupuna aid pasiyentlərdə (bax: Yaranma şərtləri): Birincisi, adətən qəflətən yaranan, bəzən qusma və qarında ağrılar ilə müşayiət olunan asteniya, anoreksiya, həddən artıq yorğunluq, yuxululuq kimi qeyri-spesifik simptomlar; İkincisi, müalicənin düzgün aparılmasına baxmayaraq epileptik tutmaların residivləri. Pasiyent və ya onun ailəsi bilməlidir ki, qeyd olunan simptomlardan biri yarandığı halda onlar dərhal həkimə müraciət etməlidir. Bu halda klinik müayinədən başqa qaraciyər funksiyasının təxirəsalınmaz müayinəsi aparılmalıdır. Aşkarlanma Müalicəyə başlamazdan əvvəl və müalicənin ilk 6 ayı müddətində vaxtaşırı qaraciyər funksiyası yoxlanılmalıdır. Standart sınaqlar arasında daha vacib olan zülal sintezinin vəziyyətini əks etdirən sınaqlardır (xüsusilə də protrombin indeksi). Dəyişikliyə uğramış digər laborator nəticələri (fibrinogen səviyyəsinin və qanın laxtalanma faktorunun xeyli dərəcədə azalması; bilirubin və transaminazalar səviyyəsinin yüksəlməsi – “Xüsusi göstərişlər” bölməsinə bax) ilə müşayiət olunan protrombinin anormal aşağı səviyyəsinin aşkarlanması zamanı Depakin Xrono ilə müalicə dayandırılmalıdır. Müalicə sxemində yanaşı salisilat törəmələri istifadə olunduğu halda ehtiyat tədbiri olaraq onların qəbulu da dayandırılmalıdır. Pankreatit Çox nadir hallarda bəzən ölüm ilə nəticələnən pankreatitin ağır formaları qeydə alınmışdır. Həmin halların pasiyentin yaşından və müalicənin müddətindən asılılığı yox idi, lakin uşaqlar daha böyük riskə məruz qalmışdır. Arzuolunmaz nəticə ilə pankreatit, adətən, kiçik yaşlı uşaqlarda və ya ağır epilepsiya, beyin zədələnmələri ilə pasiyentlərdə və ya kompleks qıcolma əleyhinə müalicənin istifadəsi zamanı qeyd olunurdu. Qaraciyər çatışmazlığı fonunda keçən pankreatit zamanı ölüm ilə nəticələnən hallarının rast gəlinmə tezliyi daha yüksəkdir. Qarında kəskin ağrı ilə pasiyentlər təcili müayinə olunmalıdır. Pankreatit diaqnozu təsdiqlədiyi halda valproatların qəbulu dayandırılmalıdır. Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli oral kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da valproatın zərdabda konsentrasiyasının azalması və valproatın effektivliyinin zəifləməsi ilə nəticələnə bilər. Estrogen tərkibli preparatların qəbulunun əvvəlində və ya qəbulunun dayandırılması zamanı həkimlər klinik cavabı (tutmanın nəzarəti və əhval- ruhiyənin nəzarəti) nəzarət altında saxlamalıdır. Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılması tövsiyə olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Suisidal fikirlər və davranış Bir sıra göstərişlərə əsasən epilepsiya əleyhinə preparatlar qəbul edən pasiyentlərdə suisidal fikirlərin və davranışın inkişafı halları qeydə alınmışdır. Epilepsiya əleyhinə preparatlarına dair aparılan randomizasiya olunan, plasebo-nəzarətli tədqiqatların meta-təhlili, həmçinin, suisidal fikirlərin və davranışın inkişafı riskinin bir qədər yüksəlməsini göstərmişdir. Beləliklə, pasiyentlərdə suisidal fikirlərin və davranışın əlamətlərinin aşkarlanması ciddi nəzarət altında saxlanılmalı və müvafiq müalicə təyin edilməlidir. Pasiyentlər (qəyyumları və tibbi personal) suisidal fikirlərin və davranışın inkişafının əlamətləri meydana çıxdıqdan dərhal sonra həkimə müraciət etməlidir. Dərman preparatının lamotricin ilə yanaşı istifadəsi tövsiyə edilmir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Valproy turşusunun/valproatların karbapenemlər ilə yanaşı istifadəsi tövsiyə edilmir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Mitoxondrial patologiyalar ilə və ya bu patalogiyalara şübhə ilə pasiyentlər Valproat, mitoxondrial DNT-nin və həmçinin, kodlaşdıran POLG nüvə geninin mutasiyası nəticəsində yaranan əsas mitoxondrial patologiyaların klinik simptomlarının yaranmasına və ya güclənməsinə səbəb ola bilər. Məsələn, kəskin qaraciyər çatışmazlığı və qaraciyər patologiyası ilə bağlı ölüm halları, mitoxondrial y-polimeraza genində (POLG) mutasiyalar nəticəsində yaranan irsi neyrometabolik sindromları (məsələn, Alpers-Guttenloxer sindromu) olan pasiyentlərdə daha çox valproat müalicə ilə əlaqəli olmuşdur. POLG ilə bağlı pozulmaları ailə anamnezi ilə və ya POLG pozulmaları üçün səciyyəvi olan suqqestiv simptomlar (mənşəyi məlum olmayan ensefalopatiya, refrakter epilepsiya (fokal, mioklonik), epileptik status, inkişafın ləngiməsi, psixomotor reqress, aksonal motor-sensor nevropatiya, miopatik beyincik ataksiyası, oftalmoplegiya, oksipital nahiyədə fəsadlaşmış miqren) ilə pasiyentlərdə güman etmək olar. POLG mutasiyalarının mövcudluğuna dair tədqiqatlar həmin patologiyaların diaqnostikası üçün nəzərdə tutulmuş hazırkı klinik təcrübəyə uyğun olaraq aparılmalıdır. Ehtiyat tədbirləri Böyrək xəstəliyindən əziyyət çəkdiyiniz halda həkimi bu haqqda məlumatlandırın. Cərrahi əməliyyatın aparılması gözlənildiyi halda cərrahı və anestezioloqu valproat qəbul etdiyiniz haqqda məlumatlandırın. Qaraciyər funksiyasının nəzarəti Müalicəyə başlamazdan əvvəl (“Əks göstərişlər” bölməsinə bax) və müalicənin ilk 6 ayı müddətində vaxtaşırı qaraciyər funksiyasının müayinəsi aparılmalıdır, xüsusilə də risk qrupuna aid pasiyentlərdə. Depakin ilə müalicə zamanı, digər epilepsiya əleyhinə preparatlar ilə müalicə zamanı olduğu kimi, transaminazalar səviyyəsinin klinik simptomlar ilə müşayiət olunmayan cüzi, təcrid olunmuş və müvəqqəti yüksəlməsi qeyd oluna bilər, xüsusilə də müalicənin əvvəlində. Göstərilən halda, dozanı tənzimləmək üçün və göstəricilərin dəyişilməsindən asılı olaraq laborator müayinələri yenidən yerinə yetirmək üçün daha ətraflı laborator müayinə (protrombin indeksinin təyinini daxil edən) aparılmalıdır. Alkoqol Valproat ilə müalicə zamanı spirtli içkilərin qəbulu tövsiyə edilmir. Hematoloji sınaqlar Müalicəyə və ya cərrahi əməliyyatın aparılmasına başlamazdan əvvəl və səbəbsiz əmələ gələn hematomaların və ya qanaxmaların inkişafı zamanı qanın hematoloji təhlilinin aparılması (qan elementlərinin sayı (trombositlərin sayı daxil olmaqla), qanaxma müddəti və koaqulyasion sınaqlar) tövsiyə edilir (“Əlavə təsirlər” bölməsinə bax). Uşaqlar 3 yaşdan aşağı uşaqlarda valproatın yalnız monoterapiya şəkilində istifadəsi tövsiyə edilir, lakin müalicəyə başlamazdan əvvəl preparat ilə müalicənin potensial faydasının və qaraciyər xəstəliklərinin və pankreatitin inkişafı riskinin nisbətinin qiymətləndirilməsi aparılmalıdır. Uşaqlarda hepatotoksiklik riski və qanaxmalar riski ilə bağlı salisilatlar törəmələri ilə yanaşı istifadəsindən qaçınmaq lazımdır. Böyrək çatışmazlığı Böyrək çatışmazlığı zamanı dərman preparatının dozasının azaldılması tələb oluna bilər. Valproatın plazma konsentrasiyasının monitorinqi səhv nəticələr verə bilər, bu səbəbdən doza klinik monitorinqin nəticələrinə müvafiq olaraq tənzimlənməlidir. II tip karnitin-palmitoiltransferaza çatışmazlığı ilə pasiyentlər II tip karnitin-palmitoiltransferaza çatışmazlığı (CPT-II) ilə pasiyentlərdə valproatın qəbulu zamanı rabdomioliz inkişafının yüksək riski qeyd olunur. Sidik cövhərinin əmələ gəlmə siklinin pozulması Karbamid siklin fermentlərinin çatışmazlığı ilə pasiyentlərə natrium valproatın qəbulu əks göstərişdir. Həmin pasiyentlərdə stupor və/və ya koma ilə müşayiət olunan bir neçə hiperammoniemiya halı qeydə alınmışdır. Anamnezdə mənşəyi məlum olmayan qaraciyər və mədə-bağırsaq simptomları (anoreksiya, qusma, kəskin sitoliz halları), letargiya və ya koma olan uşaqlarda, əqli inkişafın geriliyi ilə uşaqlarda və ya ailə anamnezində yenidoğulmuşun və ya uşağın ölümü halları mövcud olduğu halda natrium valproat ilə müalicəyə başlamazdan əvvəl metabolizmin, xüsusilə də, acqarnına və qida qəbulundan sonra ammoniemiyanın müayinəsi aparılmalıdır. Sistem qırmızı qurd eşənəyi ilə pasiyentlər Valproat ilə müalicə zamanı immun sisteminin funksiyalarının pozulması çox nadir hallarda qeyd olunur, buna baxmayaraq, sistem qırmızı qurd eşənəyindən əziyyət çəkən pasiyentlərdə valproatın təyini zamanı preparatın istifadəsinin potensial faydası və potensial riski müqayisə olunmalıdır. Bədən çəkisinin artması Müalicə müddətində bədən çəkisinin artması mümkündür. Bədən çəkisinin artmasının qarşısını almaq üçün pasiyent pəhrizə riayət etməli və bədən çəkisinə nəzarət etməlidir. Depakin Xrono preparatı ilə yanaşı bütün qəbul etdiyiniz (hətta, hərdən qəbul etdiyiniz) dərmanlara (həmçinin, aptekdən reseptsiz buraxılan) dair həkiminizi məlumatlandırın. Müalicə müddətində uşaqlara aspirin tərkibli dərman preparatlarının təyini tövsiyə edilmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əks göstərilmiş kombinasiyalar (“Əks göstərişlər” bölməsinə bax) Dazıotu Valproy turşusunun terapevtik effektin zəifləməsi ilə müşayiət olunan qan plazmasında konsentrasiyasının azalması riski. Tövsiyə edilməyən kombinasiyalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Lamotricin Valproat lamotricinin metabolizmini zəiflədir və onun yarımxaricolma dövrünü 2 dəfə uzadır ki, bu da lamotricinin toksikliyinin artmasına səbəb olaraq ağır dəri reaksiyaların (toksidermal nekroliz) inkişafı ilə nəticələnir. Bu səbəbdən, qeyd olunan dərman preparatlarının yanaşı istifadəsi zamanı ciddi kliniki nəzarət və dozanın tənzimlənməsi tələb olunur (lamotricinin dozası azaldılmalıdır). Karbapenemlər (panipenem, meropenem, imipenem və s.) Depakin Xrono preparatını istifadə etməzdən əvvəl, bakterial infeksiyaların müalicəsi üçün antibiotik (karbapenem) qəbul etdiyinizi həkiminizə bildirin. Karbapenemlər ilə yanaşı istifadəsi zamanı valproy turşusunun qan plazmasında konsentrasiyasının 2 gün müddətində 60-100% azalması qeyd olunur ki, bu da bəzən tutmalar ilə müşayiət olunur. Valproy turşusunun qan plazmasında konsentrasiyasının azalması qısa müddətdə inkişaf etdiyi və nəzarətə tabe olmadığı üçün, stabil vəziyyətdə olan və qıcolmalardan azad olan pasiyentlərdə qıcolmaların yaranması riski səbəbindən karbapenemlərin istifadəsindən qaçınmaq lazımdır. Qeyd olunan kombinasiyanın istifadəsi qaçılmaz olduğu halda, qanda valproy turşusunun səviyyəsinin ciddi nəzarəti aparılmalıdır. Xüsusi ehtiyat tədbirlərini tələb edən kombinasiyalar Asetazolamid Valproy turşusunun asetazolamid ilə yanaşı istifadəsi ensefalopatiyanın və/və ya hiperammoniemiyanın inkişafı ilə əlaqəlidir. Hiperammoniemik ensefalopatiyanın simptomlarının aşkarlanması üçün ciddi klinik və laborator monitorinqin aparılması tövsiyə edilir. Aztreonam Valproy turşusunun qan plazmasında konsentrasiyasının azalması səbəbindən qıcolmaların inkişafı riski. Qeyd olunan dərman preparatı ilə yanaşı müalicənin aparılması zamanı və həmin preparatın qəbulunun dayandırılmasından sonra klinik müşahidə, qan plazmasının təhlili və ehtiyac olduğu halda, qıcolma əleyhinə preparatının dozasının tənzimlənməsi aparılmalıdır. Karbamazepin Karbamazepin valproy turşusunun qan plazmasında konsentrasiyasını azaldır. Kombinə olunmuş müalicə zamanı valproatın dozası klinik cavaba və valproatın plazma konsentrasiyasına uyğun olaraq tənzimlənməlidir. Valproat karbamazepinin toksik təsirini gücləndirə bildiyi üçün, valproatın karbamazepin ilə yanaşı istifadəsi zamanı klinik toksiklik haqqında məlumat verilmişdir. Kombinə olunmuş müalicə zamanı, xüsusilə də müalicənin əvvəlində, klinik monitorinqin aparılması tövsiyə edilir, ehtiyac olduğu halda karbamazepinin dozası tənzimlənməlidir. Felbamat Valproy turşusu felbamatın klirensini 16% azalda bilər. Digər tərəfdən felbamat və valproatın yanaşı istifadəsi valproy turşusunun klirensini 22-50% azaldaraq valproy turşusunun plazmada konsentrasiyasını yüksəldir. Bununla əlaqədar, valproatın dozası ciddi nəzarət altında saxlanılmalıdır. Nimodipin (peroral və ekstrapolyasiya ilə parenteral istifadə) Nimodipin və valproatın yanaşı istifadəsi nimodipinin plazma konsentrasiyalarını 50% yüksəldə bilər. Hipotenziyanın inkişafı zamanı nimodipinin dozası azaldılmalıdır. Fenobarbital Fenobarbital valproy turşusunun qan plazmasında konsentrasiyasını azaldır ki, kombinə olunmuş müalicə zamanı valproatın dozası klinik cavaba və valproatın plazmada konsentrasiyasına müvafiq olaraq tənzimlənməlidir. Fenobarbital ilə yanaşı istifadəsi zamanı valproy turşusunun metabolitlərinin səviyyəsi yüksələ bilər. Hər iki preparatı qəbul edən pasiyentlərdə hiperammoniemiyanın simptomlarının aşkarlanması ciddi nəzarət altında olmalıdır. Valproat fenobarbitalın plazmada konsentrasiyasını yüksəldir ki, bu da sedativ effektin inkişafına səbəb ola bilər, xüsusilə də uşaqlarda. Kombinə olmuş müalicənin ilk 15 günü müddətində klinik monitorinqin aparılması tövsiyə edilir, sedativ effektin əlamətləri meydana çıxdığı halda fenobarbitalın dozası dərhal azaldılır, ehtiyac olduqda plazmada konsentrasiyaların monitorinqi aparılır. Primidon Valproat primidonun plazmada konsentrasiyasını yüksəldir ki, bu da onun əlavə təsirlərin (məsələn, sedasiya) meydana çıxmasına səbəb olur. Klinik monitorinqin aparılması tövsiyə edilir, xüsusilə də kombinə olunmuş müalicənin əvvəlində, ehtiyac olduğu halda dozanın tənzimlənməsi aparılır. Fenitoin və ehtimala görə fosfenitoin Fenitoin valproy turşusunun qan plazmasında konsentrasiyasını azaldır. Kombinə olunmuş müalicə zamanı valproatın dozası klinik cavaba və valproatın plazmada konsentrasiyasına müvafiq olaraq tənzimlənməlidir. Fenotoin ilə yanaşı istifadəsi zamanı valproy turşusunun metabolitlərinin səviyyəsi yüksələ bilər. Hər iki preparatı qəbul edən pasiyentlərdə hiperammoniemiyanın simptomlarının aşkarlanması ciddi nəzarət altında saxlanılmalıdır. Valproat fenitoinin plazmada ümumi konsentrasiyasını azaldır. Bundan başqa, valproat fenitoinin sərbəst formasının səviyyəsini yüksəldərək doza həddinin aşılmasının simptomlarının yaranmasına səbəb olur (valproy turşusu fenitoini plazma zülalları ilə birləşmələrdə əvəz edir və onun qaraciyərdə katabolizmini zəiflədir). Fenitoinin sərbəst formasının plazmada konsentrasiyasının təyini ilə müşayiət olunan klinik monitorinqinin aparılması tövsiyə olunur. Propofol Valproy turşusu propofolun qanda konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Valproat ilə yanaşı istifadəsi zamanı propofolun dozasının azaldılması məsələsinə baxılmalıdır. Rifampisin Rifampisin valproy turşusunun qan plazmasında konsentrasiyasını azalda bilər ki, bu da terapevtik effektin zəifləməsinə səbəb ola bilər. Bu səbəbdən, həmin preparatların yanaşı istifadəsi zamanı valproatın dozasının tənzimlənməsi tələb oluna bilər Olanzapin Valproy turşusu olanzapinin plazmada konsentrasiyasını azalda bilər. Rufinamid Valproy turşusu rufinamidin plazmada konsnetrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu yüksəlmə valproy turşusunun konsentrasiyasından asılıdır. Ehtiyat tədbirləri görülməlidir, xüsusilə də uşaqlarda, cünki həmin effektə daha çox uşaqlar populyasiyasında rast gəlinir. Topiramat Valprotatın və topiramatın yanaşı istifadəsi ensefalopayanın və/və ya hiperammoniemiyanın inkişafı ilə əlaqəlidir. Hiperammoniemik ensefalopatiyanın simptomlarının aşkarlanması məqsədi ilə ciddi klinik və laborator monitorinqin aparılması tövsiyə edilir. Zidovudin Yanaşı istifadəsi zamanı zidovudinin plazmada konsentrasiyasının yüksəlməsi qeyd olunur ki, bu da onun toksikliyinin güclənməsi ilə nəticələnir. Zidovudinin əlavə təsirlərinin (xüsusilə də hematoloji) riskinin artması qeyd olunur. Kombinə olunmuş müalicənin ilk 2 ayı müddətində mümkün ola bilən anemiyanın diaqnostikası məqsədi ilə klinik və laborator müşahidənin aparılması, qan hüceyrələri sayının hesablanması tövsiyə edilir. Zonisamid Ensefalopatiyanın inkişafının yüksək riski ilə müşayiət olunan hiperammoniemiyanın inkişafının yüksək təhlükəsi. Ciddi kliniki və laborator monitorinqin aparılması tövsiyə edilir. Mefloksin Mefloksin valproatın metabolizmini gücləndirir və konvulsiv effektə malikdir. Kombinə olunmuş müalicə zamanı epileptik tutmaların tezləşməsi qeyd oluna bilər. Estrogen tərkibli preparatlar Estrogen tərkibli preparatlar, estrogen tərkibli hormonal kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da valproatın zərdabda konsentrasiyasının azalmasına və valproatın potensial effektivliyinin azalmasına səbəb ola bilər. Estrogen tərkibli preparatların qəbulunun başlanğıcında və ya istifadəsi dayandırıldıqda həkim kliniki cavabı nəzarət altında saxlamalıdır (tutmanın və ya əhval-ruhiyyənin nəzarəti). Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir. Neyroleptiklər, MAO inhibitorları, antidepressantlar və benzodiazepinlər Valproat müxtəlif psixotrop vasitələrin (neyroleptiklərin, MAO inhibitorlarının, antidepressantların və benzodiazepinlərin) effektini gücləndirə bilər. Klinik monitorinqin aparılması tövsiyə edilir, ehtiyac olduğu halda doza tənzimlənə bilər. Qeyri-düz antikoaqulyantlar Qeyri-düz antikoaqulyantlar ilə (K antivitaminləri ilə) yanaşı istifadəsi zamanı protrombin indeksinin ciddi nəzarəti aparılmalıdır. Qarşılıqlı təsirlərin digər formaları Peroral kontraseptivlər Valproat fermentləri induksiya edici təsirə malik deyil, bu səbəbdən hormonal kontraseptiv vasitələr qəbul edən qadınlarda hestoproqestagenlərin effektivliyini azaltmır. Litium Valproat litiumun zərdab konsentrasiyalarına təsir göstərmir. Aspirin Yanaşı istifadəsi zamanı valproy turşusunun qan zərdabında səviyyəsi yüksələ bilər. Simetidin, eritromisin Simetidin və ya eritromisin ilə yanaşı qəbulu zamanı valproy turşusunun zərdabda səviyyəsi yüksələ bilər (qaraciyər metabolizmin zəifləməsi nəticəsində). Kvetiapin Kvetiapin və valproatın yanaşı istifadəsi neytropeniyanın/leykopeniyanın inkişafı riskini yüksəldə bilər. Proteaza inhibitorları Yanaşı istifadəsi zamanı lopinavir, ritonavir kimi proteaza inhibitorları valproatın plazmada səviyyəsini azaldır. Xolestiramin Yanaşı istifadəsi zamanı xolestiramin valproatın plazmada səviyyəsini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı bipolyar pozulmanın müalicəsi üçün valproatın istifadəsi əks göstərilib. Hamiləlik zamanı epilepsiyanın müalicəsi üçün valproatın istifadəsi əks göstərilib, epilepsiyanın müalcəsi üçün müvafiq alternativ müalicə üsulları mövcud olmadığı hallar istisna olmaqla. Fertil yaş dövründə olan qadınlarda Hamiləliyin Qarşısının alınması Proqramının şərtləri yerinə yetirilmədiyi halda valproatın istifadəsi əks göstərilib (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Teratogenlik və inkişaf qüsurları Hamiləliyə təsiri və valproat ilə bağlı risk Valproatın monoterapiya və digər epilepsiya əleyhinə vasitələri daxil edən politerapiya şəkilində istifadəsi hamiləliyin arzuolunmaz fəsadlarının inkişafına səbəb ola bilər. Əldə olan məlumatlara əsasən ehtimal etmək olar ki, tərkibində valproat olan epilepsiya əleyhinə politerapiya valproatın monoterapiya şəkilində istifadəsi ilə müqayisədə anadangəlmə inkişaf qüsurlarının daha yüksək riski ilə bağlıdır. Heyvanlarda: siçanlar, siçovullar və dovşanlar üzərində aparılan eksperimental tədqiqatlar teratogen təsiri nümayiş etdirmişdir. Anadangəlmə inkişaf qüsurları Metatəhlilin (həmçinin, reyestrin və qrup tədqiqatların) nəticələri göstərmişdir ki, hamiləlik zamanı anaları yalnız valproat ilə müalicə alan uşaqlarda anadangəlmə inkişaf qüsurlarının rast gəlinmə tezliyi ümumi populyasiya ilə müqayisədə daha yüksəkdir 10,73% (95% Eİ: 8,16-13,29) vs 2-3%. Anadangəlmə inkişaf qüsurları riski dozadan asılıdır, lakin hədd dozasının müəyyən olunması mümkün deyil. Əldə olan məlumatlara əsasən yüngül və ağır dərəcəli inkişaf qüsurları hallarının sayı artır. Daha çox rast gəlinən inkişaf qüsurları növlərinə sinir borusunun formalaşması qüsurları, üz dismorfizmi, dodaq və damaq yarıqları, kraniostenoz, ürək, böyrək və sidik-cinsiyyət sistemi qüsurları, ətrafların qüsurları (həmçinin, mil sümüyünün ikitərəfli aplaziyası) və həmçinin, orqanizmin müxtəlif sistemləri ilə bağlı digər inkişaf qüsurları aiddir. Ana bətnində valproatın təsiri nəticəsində eşitmə qabiliyyətinin itməsi və ya karlıq yarana bilər. İnkişaf qüsurları Əldə olan məlumatlara əsasən valproatın ana bətnində dölə təsiri uşaqların fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Risk dozadan asılıdır, lakin əldə olan məlumatlara əsasən hədd dozasının müəyyən olunması mümkün deyil. Qeyd olunan effektlərin inkişaf riski üçün dəqiq hestasiya dövrü müəyyən edilməmişdir və hamiləlik müddətində riskin yaranma ehtimalı istisna oluna bilməz. Bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış məktəbəqədər yaşlı uşaqlar qrupunda aparılan tədqiqatlar göstərmişdir ki, 30-40% uşaqlarda erkən inkişafın ləngiməsi, xüsusilə də nitq və yerişin inkişafının ləngiməsi, zehni qabiliyyətlərinin zəifləməsi, danışıq və anlamanın zəifləməsi və yaddaşın pozulması müşahidə olunur. Bətndaxili inkişafı dövründə valproatın təsirinə məruz qalmış məktəblilərdə (6 yaşlı) digər epilepsiya əleyhinə preparatların təsirinə məruz qalmış uşaqlar ilə müqayisədə intellektual inkişaf əmsalı (İQ) orta hesabla 7-10 bənd daha aşağı olmuşdur. Təhrifedici faktorların rolu istisna olunmadığına baxmayaraq, sübut edilmişdir ki, valproatın təsirinə məruz qalmış uşaqlarda əqli inkişafın pozulmasının yaranması riski ananın İQ göstəricisindən asılı olmaya bilər. Uzunmüddətli nəticələrə dair məhdud məlumatlar mövcuddur. Əldə olan məlumatlar onu göstərir ki, bətndaxili inkişaf müddətində valproatın təsirinə məruz qalmış uşaqlarda ümumi populyasiya ilə müqayisədə autik spektr pozulmaları (təxminən 3 dəfə) və uşaq autizmi (təxminən 5 dəfə) riski daha yüksəkdir. Əldə olan məhdud məlumatlara əsasən ana bətnində valproatın təsirinə məruz qalmış uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) inkişafına daha çox rast gəlinir. Qadın hamiləliyi planlaşdırdığı halda Epilepsiya diaqnozu ilə qadın hamiləliyi planlaşdırdığı halda, epilepsiyanın müalicəsi sahəsində təcrübəsi olan həkim valproat ilə müalicəni yenidən qiymətləndirməli və alternativ müalicə üsullarını nəzərdən keçirməlidir. Müvafiq alternativ müalicə mayalanmadan əvvəl və kontrasepsiyanın dayandırılmasından əvvəl tətbiq olunmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Alternativ müalicənin tətbiqi qeyri-mümkün olduğu halda, ailə planlaşdırılması məsələsində şüurlu qərarın verilməsinə səbəb olmaq üçün qadını, valproatın uşağa təsirinin riski haqqında məlumatlandırmaq lazımdır. Bipolyar pozulma diaqnozu ilə qadın hamiləliyi planlaşdırdığı halda bipolyar pozulmanın müalicəsi sahəsində təcrübəsi olan həkimə müraciət etməlidir. Valproat ilə müalicə mayalanmadan əvvəl və kontrasepsiyanın dayandırılmasından əvvəl dayandırılmalıdır. Ehtiyac olduğu halda alternativ müalicə variantlarına baxılmalıdır. Hamiləlik Valproat, bipolyar pozulmanın müalicəsi olaraq, hamiləlik zamanı əks göstərilmişdir. Valproat, epilepsiyanın müalicəsi olaraq, hamiləlik zamanı əks göstərilmişdir, müvafiq alternativ müalicə variantları mövcud olmadığı hallar istisna olmaqla (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Valproat qəbul edən qadın hamilə qaldığı halda o, alternativ müalicə variantlarının seçilməsi üçün dərhal həkimə müraciət etməlidir. Hamiləlik zamanı toniko-klonik tutmalar və anada hipoksiya ilə müşayiət olunan epileptik status ana və gələcək uşaq üçün ölüm riski ilə nəticələnə bilər. Valproatın hamiləlik zamanı qəbulu ilə bağlı mövcud olan riskə baxmayaraq və alternativ müalicəyə ciddi baxıldıqdan sonra epilepsiya diaqnozu ilə hamilə qadın valproat qəbul etmək məcburiyyətində olduğu halda tövsiyə olunur: Preparatın minimal effektiv gündəlik dozası istifadə olunmalıdır. Gündəlik doza bir neçə kiçik dozalara bölünməlidir. Plazmada konsentrasiyanın yüksək zirvələrinin qarşısını almaq məqsədi ilə uzunmüddətli təsirə malik dərman formaları istifadə olunmalıdır. Hamiləlik zamanı valproat qəbul edən bütün hamilə qadınlar və onların partnyorları preparatın qəbulu zamanı hamiləliyin qiymətləndirilməsi məqsədi ilə həkim-genetik tərəfindən müayinə olunmalıdır. Sinir borusunun formalaşması qüsurları və ya digər inkişaf qüsurlarının aşkarlanması məqsədi ilə xüsusi prenatal monitorinq aparılmalıdır. Hamiləlikdən əvvəl fol turşusunun (gündə 5 mq) qəbulu sinir borusunun formalaşması qüsurları riskini azalda bilər. Lakin fol turşusunun qəbulunun, anadangəlmə qüsurların və ya valproatın qəbulu ilə bağlı olan inkişaf qüsurlarının qarşısını aldığı sübut olunmayıb. Yenidoğulmuşlar Anaları hamiləlik zamanı valproat qəbul etmiş yenidoğulmuşlarda tək-tək hemorragik sindromun inkişafı halları qeydə alınmışdır. Hemorragik sindrom trombositopeniya, hipofibrinogenemiya və/və ya digər qanın laxtalanma faktorları ilə bağlıdır, həmçinin, afibrinogenemiya halları (ola bilsin ölüm ilə nəticələnən) qeydə alınmışdır. Valproatın qəbulu zamanı hemorragik sindrom, ola bilsin ki, K vitamini çatışmazlığı ilə bağlı deyil. Doğuşdan əvvəl qadınlarda trombositlərin sayının, fibrinogen səviyyəsinin təhlili və koaqulyasiya müddətinin (aktivləşmiş sefalin zamanı: ASZ) müayinəsi aparılmalıdır. Anada normal nəticələr yenidoğulmuşda hemostaz anomaliyalarını tam istisna etmir, bu səbəbdən doğuşdan sonra yenidoğulmuşda trombositlərin sayının, fibrinogenin plazmada səviyyəsinin müayinəsi, koaqulyasion sınaqlar və qanın laxtalanma faktorlarının müayinəsi aparılır. Doğuş travması qanaxma riskini yüksəldə bilər. Ananın hamiləliyin 3-cü trimestri müddətində valproat qəbul etmiş yenidoğulmuşlarda hipoqlikemiya halları qeydə alınmışdı. Anaları hamiləlik zamanı valproat qəbul etmiş yenidoğulmuşlarda hipotireoz halları qeydə alınmışdır. Anaları hamiləliyin sonuncu trimestrində valproat qəbul etmiş yenidoğulmuşlarda ləğvetmə sindromu (narahatlıq, əsəbilik, yüksək oyanıqlıq, yüksək sinir-reflektor oyanıqlıq sindromu, hiperkineziya, əzələ tonusunun pozulması, tremor, qıcolmalar və qida qəbulunun pozulması) qeyd oluna bilər. Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli oral kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da valproatın zərdabda konsentrasiyasının azalması və valproatın effektivliyinin zəifləməsi ilə nəticələnə bilər. Estrogen tərkibli preparatların qəbulunun əvvəlində və ya qəbulunun dayandırılması zamanı həkimlər klinik cavabı (tutmanın nəzarəti və əhval- ruhiyənin nəzarəti) nəzarət altında saxlamalıdır. Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılması tövsiyə olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Fertillik Valproat qəbul edən qadınlarda amenoreya, yumurtalıqların polikistozu və testosteron səviyyəsinin yüksəlməsi halları qeydə alınmışdır. Valproatın qəbulu, həmçinin, kişilərdə fertilliyin zəifləməsinə (spermatozoidlərin hərəkətinin zəifləməsinə) səbəb ola bilər. Fertilliyin pozulmaları müalicənin dayandırılmasından sonra geri dönən olur. Laktasiya dövrü Valproy turşusunun ana südünə ekskresiyası aşağı olub ananın zərdabında konsentrasiyasının 1- 10%-ni təşkil edir. Anaları laktasiya dövründə preparatı qəbul etmiş yenidoğulmuşlarda/körpələrdə hematoloji pozulmaların aşkarlanması halları qeydə alınmışdır (“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax). Ana südü ilə qidalandırmanın və ya Depakin Xrono preparatının qəbulunun dayandırılmasına dair qərarı ana südünün uşaq üçün və müalicənin ana üçün faydasını nəzərə alaraq vermək lazımdır. Lakin, bətndaxili inkişaf dövründə valproatın təsirinə məruz qalmış uşaqlarda verbal qabiliyyətlərin zəifləməsinə dair məlumatları nəzərə alaraq, ana südü ilə qidalandırma tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə müddətində nəqliyyat vasitələrini idarə edərkən və yüksək diqqət və psixomotor reaksiyaların cəldliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olarkən ehtiyyat tədbirlərinə riayət etmək lazımdır. Pasiyent yuxululuğun inkişafı riski haqqında məlumatlandırılmalıdır, xüsusilə də, qıcolma əleyhinə politerapiya zamanı və ya benzodiazepinlər ilə yanaşı istifadəsi zamanı.

İstifadə qaydası və dozası

Depakin Xrono Depakin preparatının uzunmüddətli təsirə malik forması olub, təsiredici maddənin plazmada maksimal konsentrasiyasının səbəb olur və gün ərzində daha sabit konsentrasiyanı təmin edir. Bu dərman preparatı bədən çəkisi 17 kq-dan artıq olan uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur. Tablet şəkilində olan dərman formasının 6 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə edilmir (tənəffüs yollarına düşmək təhlükəsi). 11 yaşdan aşağı uşaqlar üçün daha uyğun dərman forması sirop və uzunmüddətli təsirə malik qranulalardır. 18 yaşa qədər pasiyentlərdə bipolyar affektiv pozulmalar zamanı maniakal sindromun müalicəsi üçün Depakin prepartının qəbulunun effektivliyi və təhlükəsizliyi qiymətləndirilməmişdir. Dozalanması Başlanğıc gündəlik doza adətən 10-15 mq/kq təşkil edir, sonra isə doza optimal dozaya qədər artırılır. Orta doza 20-30 mq/kq/gün. Lakin, tutmalar müalicəyə tabe olmadığı halda doza həkimin ciddi nəzarəti altında artırıla bilər. Uşaqlar üçün gündəlik doza adətən 30 mq/kq təşkil edir. Böyüklər üçün gündəlik doza adətən 20-30 mq/kq təşkil edir. Ahıl yaşlı pasiyentlərdə tutmaların nəzarəti üçün tələb olunan fərdi doza müəyyən edilir. Fərdi doza müalicə həkimi tərəfindən təyin edilir. Qızlar, fertil yaş dövründə olan qadınlar və hamilə qadınlar Depakin Xrono epilepsiya və ya bipolyar pozulmanın müalicəsi sahəsində mütəxəssis olan həkim tərəfindən təyin və nəzarət olunmalıdır. Valproat fertil yaş dövründə olan qızlar və qadınlar tərəfindən istifadə olunmamalıdır, digər müalicə üsulları dözümsüzlük səbəbindən qeyri-effektiv və ya qeyri-mümkün olduğu hallar istisna olmaqla (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Valproat Hamiləliyin Qarşısının alınması Proqramına müvafiq olaraq təyin edilir (“HQP Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Epilepsiya ilə qadınlarda hamiləlik zamanı valproat yeganə müalicə variantı olduğu istisna hallarında Depakin Xrono monoterapiya şəkilində minimal effektiv dozada təyin edilir və mümkün olduğu halda, ləng azad olan buraxılış fomasında. Hamiləlik zamanı preparatın dərhal azad olan buraxılış formasının gündəlik dozası ən azı iki qəbula bölünməlidir (“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax). Estrogen tərkibli preparatlar Valproat hormonal kontraseptivlərin effektivliyini azaltmır. Lakin, estrogen tərkibli preparatlar, estrogen tərkibli hormonal kontraseptivlər daxil olmaqla, valproatın klirensini yüksəldə bilər ki, bu da zərdabda valproatın konsentrasiyasının azalmasına və valproatın potensial effektivliyinin azalmasına səbəb ola bilər. Estrogen tərkibli preparatların qəbulunun başlanğıcında və ya istifadəsi dayandırıldıqda həkim kliniki cavabı nəzarət altında saxlamalıdır (tutmanın və ya əhval-ruhiyyənin nəzarəti). Zərdabda valproatın səviyyəsinin monitorinqinin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Gündəlik doza, preparatın zərdabda konsentrasiyası və terapevtik effekti ilə arasında olan dəqiq korrelyasiya müəyyən edilməmişdir: doza klinik cavab əsasında təyin edilməlidir. Epilepsiya nəzarət olunmadığı halda və ya əlavə təsirlərin inkişafına şübhə olduğu halda klinik nəzarətin aparılması ilə yanaşı plazmada valproy turşusunun səviyyəsinin müəyyən edilməsi tələb oluna bilər, klinik nəzarəti tamamlaya bilər. Terapevtik effekt, adətən, 40-100 mq/l (300-700 mkmol/l) konsentrasiyalarda özünü büruzə verir. İstifadə qaydası Daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Gündəlik dozanın bir və ya iki dəfəyə, qida qəbulu zamanı qəbul edilməsi tövsiyə olunur. Tabletlər əzilmədən və çeynənmədən udulur. Ehtiyac olduğu halda tablet iki yerə bölünə bilər (bir tərəfində ayırıcı xətt mövcuddur). Müalicənin başlanğıcı – Depakinin xəstəliyin nəzarətini təmin edən dərhal azad olan formasının Depakin Xrono preparatı ilə əvəz olunduğu halda gündəlik doza dəyişilməz qalır. – Hazırda müalicədə olan və digər antiepileptik preparat qəbul edən xəstələrdə Depakin Xrono tədricən yeridilərək, onun optimal dozası təxminən 2 həftədən sonra əldə edilməlidir; sonra isə, ehtiyac olduğu halda, aparılan müalicənin effektivliyindən asılı olaraq, əvvəlki preparatın dozası azaldılır. – Digər epilepsiya əleyhinə preparatları qəbul etməyən xəstələrdə optimal dozanın bir həftə müddətində əldə edilməsi üçün preparatın dozası təxminən 2-3 gündən sonra artırılmalıdır. – Digər epilepsiya əleyhinə preparatlar ilə kombinasiya zəruri olduğu hallarda, həmin preparatlar tədricən tətbiq edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Əlavə təsirləri

Arzuolunmaz reaksiyaların rast gəlinmə tezliyi Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən müəyyən edilir: çox tez-tez rast gəlinən ≥ 10%; tez-tez rast gəlinən ≥ 1% və < 10%; bəzən ≥ 0,1% və < 1%; nadir hallarda rast gəlinən ≥ 0,01% və < 0,1%; çox nadir hallarda rast gəlinən < 0,01%; rast gəlinmə tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən arzuolunmaz reaksiyaların rast gəlinmə tezliyinin müəyyən edilməsi mümkün deyil). Anadangəlmə, irsi və genetik xəstəliklər Anadangəlmə inkişaf qüsurları və nevroloji pozulmalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Qan və limfatik sistemi tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: anemiya, trombositopeniya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Bəzən: pansitopeniya, leykopeniya. Nadir hallarda rast gəlinən: sümük iliyi funksiyasının zəifləməsi (həmçinin, həqiqi eritrositar aplaziya), aqranulositoz, makrositar anemiya, makrositoz. Adətən klinik fəsadlar ilə müşayiət olunmayan və xüsusilə, preparatın yüksək dozalarının istifadəsi nəticəsində meydana çıxan fibrinogen səviyyəsinin azalması və qanaxma müddətinin uzanmasının tək-tək halları qeydə alınmışdır. Valproat trombositlər aqreqasiyasının ikinci fazasına inhibisiya edici təsir göstərir. Klinik fəsadlar ilə müşayiət olunmayan və müntəzəm surətdə aşkarlanan dozadan asılı trombositopeniyanın inkişafı halları qeydə alınmışdır. Simptomsuz trombositopeniya ilə pasiyentlərdə, mümkün olduğu halda, trombositlərin səviyyəsi nəzərə alınmalı və xəstəliyin gedişinə nəzarət olunmalıdır. Dərman vasitəsinin dozasının azaldılması, adətən, trombositopeniyanın dayandırılmasına səbəb olur. Sinir sistemi tərəfindən baş verən pozulmalar Çox tez-tez rast gəlinən: tremor. Tez-tez rast gəlinən: ekstrapiramid pozulmalar, stupor*, yuxululuq, qıcolmalar*, yaddaşın zəifləməsi, baş ağrısı, nistaqm, ürəkbulanma və ya başgicəllənmə. Bəzən: koma*, ensefalopatiya*, letargiya*, yuxululuq, geri dönən parkinsonizm, ataksiya, paresteziya, qıcolmaların güclənməsi. Nadir hallarda rast gəlinən: baş beyinin geri dönən atrofiyası ilə bağlı olan geri dönən demensiya, koqnitiv pozulmalar. *Stupor və letargiya bəzən tranzitor komanın/ensefalopatiyanın inkişafı ilə nəticələnir; həmin hallar müstəqil və ya valproat ilə müalicə fonunda qıcolma tutmalarının tezləşməsi ilə bağlı olmuşdur, onların tezliyi müalicənin dayandırılmasından və ya dozanın azaldılmasından sonra azalmışdır. Görmə qabiliyyətinin pozulması Nadir hallarda: diplopiya. Eşitmə orqanı tərəfindən pozulmalar və labirint pozulmaları Tez-tez rast gəlinən: eşitmə qabiliyyətinin zəifləməsi/itməsi. Tənəffüs sistemi, döş qəfəsi və aralıq orqanları tərəfindən baş verən pozulmalar Bəzən: plevral ekssudat. Mədə-bağırsaq traktı tərəfindən baş verən pozulmalar Çox tez-tez rast gəlinən: ürəkbulanma. Tez-tez rast gəlinən: qusma, qinqival xəstəliklər (əsasən damaq hiperplaziyası), stomatit, qarında ağrılar, ishal; müalicənin əvvəlində başlayır və adətən, bir neçə gündən sonra preparatın qəbulunun dayandırılmasını tələb etmədən aradan qaldırılır. Bəzən : bəzən ölüm ilə nəticələnən pankreatit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Böyrək və sidik yolları tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: sidiyin saxlaya bilməməsi. Bəzən: böyrək çatışmazlığı. Nadir hallarda rast gəlinən: enurez, tubulointerstisial nefrit, sidiyin saxlaya bilməməsi, geri dönən Fankoni sindromu, lakin qeyd olunan vəziyyətdə preparatın təsir mexanizmi müəyyən edilməmişdir. Dəri və dərialtı toxumalar tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: yüksək həssaslıq, saçların müvəqqəti və/və ya dozadan asılı tökülməsi, dırnaqların və dırnaq yataqlarının zədələnməsi. Bəzən: Kvinke ödemi, səpgi, saçların teksturasının, rənginin dəyişilməsi, saçların uzanma sürətinin dəyişilməsi). Nadir hallarda rast gəlinən: toksiki epidermal nekroliz, Stivens-Jonson sindromu, poliform eritema, eozinofliya və sistem simptomları ilə müşayiət olunan dərman mənşəli səpgi (DRESS sindrom), dərmanlara qarşı yüksək həssaslıq sindromu. Skelet-əzələ və birləşdirici toxuma tərəfindən baş verən pozulmalar Bəzən: preparat ilə uzunmüddətli müalicə alan pasiyentlərdə sümük toxumasının mineral sıxlığının azalması, osteopeniya, osteoporoz və sınıqlar. Preparatın sümük toxumasının metabolizminə təsir mexanizmi müəyyən edilməmişdir. Nadir hallarda rast gəlinən: sistemli qırmızı qurd eşənəyi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), rabdomioliz. Maddələr mübadiləsi və qidalanma tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: hiponatriemiya, bədən çəkisinin artması*. *Bədən çəkisinin artması ciddi nəzarət altında saxlanılmalıdır, çünki bədən çəkisinin artması polikistoz yumurtalıqlar sindromunun inkişafına səbəb olan faktordur. Nadir hallarda rast gəlinən: hiperammoniemiya* (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), piylənmə. *Qaraciyər funksiyasının göstəricilərinin dəyişilməsi ilə müşayiət olunmayan təcrid olunmuş və orta ağırlıq dərəcəli hiperammoniemiya halları qeyd oluna bilər; preparatın qəbulunun dayandırılması tələb olunmur. Həmçinin, nevroloji simptomlar (komanın inkişafına qədər) ilə keçən və əlavə müayinələrin aparılmasını tələb edən hiperammoniemiya halları məlumdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Xoşxassəli, bədxassəli və müəyyən edilməmiş yenitörəmələr (kistalar və poliplər daxil olmaqla) Nadir hallarda: mielodisplastik sindrom. Endokrin sistemi tərəfindən baş verən pozulmalar Bəzən: ADH qeyri-adekvat sekresiyası sindromu, hiperandrogeniya (hirsutizm, virilizm, akne, kişi tipi üzrə keçəlləşmə və/və ya androgenlərin səviyyəsinin yüksəlməsi). Nadir hallarda rast gəlinən: hipotireoz (“Hamiləlik və laktasiya” bölməsinə bax). Damarlar tərəfindən pozulmalar Tez-tez rast gəlinən: qanaxmalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Hamiləlik və laktasiya dövrü” bölmələrinə bax). Bəzən : vaskulit. Ümumi pozulmalar və yeridilmə yerində pozulmalar Bəzən: bədən temperaturunun enməsi, yüngül dərəcəli periferik ödem. Laborator və instrumental müayinələrin nəticələrinə təsiri Nadir hallarda rast gəlinən: qanın laxtalanma faktorlarının (ən azı birinin) səviyyəsinin enməsi, koaqulyasion sınaqların nəticələrinin dəyişilməsi (protrombin zamanının uzanması, aktivləşmiş parsial tromboplastin zamanının uzanması, trombin zamanının uzanması, BNN uzanması), vitamin H (biotin) çatışmazlığı, biotinidaza çatışmazlığı. Qaraciyər və öd yolları tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: qaraciyər zədələnməsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Cinsiyyət orqanları və süd vəziləri tərəfindən baş verən pozulmalar Tez-tez rast gəlinən: dismenoreya. Bəzən: amenoreya. Nadir hallarda rast gəlinən: spermatogenezə təsiri (məsələn, spermotozoidlərin hərəkətinin sürətinin azalması), kişi sonsuzluğu, yumurtalıqların polikiztozu. Psixikanın pozulması Tez-tez rast gəlinən: huşun qarışıqlığı, hallüsinasiyalar, aqressivlik, həyəcanlıq, diqqətin pozulması. Nadir hallarda rast gəlinən: qeyri-normal davranış, psixomotor hiperaktivlik, öyrənmə qabiliyyətinin pozulması. Qeyd olunan pozulmalara, əsasən, pediatrik təcrübədə rast gəlinir.

Doza həddinin aşılması

Dərmanın doza həddinin aşılması zamanı dərhal həkimə və ya təcili yardım bölməsinə müraciət edin! Ağır kəskin zəhərlənmənin klinik təsvirində adətən əzələ hipotoniyası, hiporefleksiya, mioz, tənəffüsün pozulması, metabolik asidoz, hipotenziya və ürək çatışmazlığı/sirkulyator şok ilə müşayiət olunan dərin koma qeyd olunur. Adətən, doza həddinin aşılmasının proqnozu əlverişlidir, lakin bir neçə ölüm halları qeydə alınmışdır. Preparatın qanda həddən artıq yüksək konsentrasiyaları zamanı qıcolma tutmaları qeyd olunur. Beyin ödemi ilə bağlı bir neçə kəllədaxili hipertenziya halları qeydə alınmışdır. Preparatın tərkibində natrium olduğu üçün doza həddinin aşılması zamanı hipernatriemiyanın inkişafı mümkündür. Stasionarda aparılan müalicə: mədənin yuyulması (ehtiyac olduğu halda), effektiv diurezin saxlanılması, ürək-damar və tənəffüs sisteminə daimi nəzarət. Çox ağır hallarda dializin aparılması tələb oluna bilər.

Buraxılış forması

Depakin Xrono, uzunmüddətli təsirli, bölünən, örtüklü tabletlər, 300 mq. 50 tablet, dehumidifikator polietilen tıxac ilə polipropilen flakonda. 2 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Depakin Xrono, uzunmüddətli təsirli, bölünən, örtüklü tabletlər, 500 mq. 30 tablet, dehumidifikator polietilen tıxac ilə polipropilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25℃-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmaz yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Seriya, istehsal tarixi və yararlılıq müddəti texniki səbəblərdən flakonun altında göstərilmişdir. Aptekdən buraxılma şərtləri Resept əsasında buraxılır.

İstehsalçı

Sanofi Vintrop İndustriya, Fransa (Sanofi Winthrop Industrie, France). 1, rue de la Vierge Ambares et Lagrave 33565 CARBON BLANC Cedex, Fransa.

Qeydiyyat vəsiqəsinin sahibi

Sanofi-Aventis, Fransa. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected] və [email protected] Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumatı verərək Siz, həmin dərman vasitəsinin istifadəsinin təhlükəsizliyinə dair əlavə məlumatın toplanmasına kömək edə bilərsiniz.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“DEPAKIN CHRONO 500 MG N30 TAB” üçün ilk rəyi siz yazın.