Aflubin 20 ml damcı
| Təsiredici maddə | ACONITUM + BRYONIA + GENTIANA + ... |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Digər terapevtik məhsullar |
| İstehsal ölkəsi | Avstriya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
10,92 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AFLUBİN ® daxilə qəbul üçün damcı
AFLUBİN ®
Tərkibi
Təsiredici maddələr: 100 ml-nin tərkibində 1 ml Gentiana lutea D1, 10 ml Aconitum napellus D6, 10 ml
Bryonia D6, 10 ml Ferrum phosphoricum D12, 10 ml Acidum lacticum D12
vardır.
Köməkçi maddələr: 43% etanol (kütləyə görə), təmizlənmiş su, laktoza monohidrat izi.
1 ml = təxminən 25 damcı.
Təsviri
Şəffaf rəngsiz və ya yüngül sarımtıl çalarlı məhluldur.
Farmakoterapevtik qrupu
Digər terapevtik məhsullar.
ATC kodu: V03AX
Farmakoloji xüsusiyyətləri
AFLUBİN ® – kompleks homeopatik vasitədir.
Bir-birinin effektivliyini tamamlayan komponentlər göstərişlərin spektrini və istifadəsinin təhlükəsizliyini
artırır, xəstəliklərin profilaktikasını və müalicəsini asanlaşdırır.
Fərdi komponentlər üzrə farmakokinetik məlumatlar yoxdur.
İstifadəsinə göstərişlər
– Qrip, qripəbənzər infeksiyaların və soyuqdəymə xəstəliklərinin profilaktikası
– Kəskin respirator xəstəliklərin (qrip və paraqrip infeksiyası daxil olmaqla), həmçinin oynaqların
ağrı sindromu ilə müşayiət olunan iltihabi və revmatik xəstəliklərin müalicəsi (simptomlarını
yüngünləşdirmək məqsədi ilə)
Əks göstərişlər
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində bitki mənşəli xammal olduğundan qoxunun və dadın dəyişməsi, həmçinin az nəzərə
çarpan bulanıqlıq müşahidə oluna bilər, bunlar preparatın keyfiyyətinə və effektivliyinə təsir göstərmir.
Preparatın birdəfəlik dozasında (10 damcıda) 160 mq etanol vardır. Alkoqolizmdən əziyyət çəkən
pasiyentlərin sağlamlığı üçün təhlükəli ola bilər. Qaraciyər və ya epilepsiya xəstəliyi olan pasiyentlərdə
alkoqolun miqdarı nəzərə alınmalıdır.
Preparatın tərkibində laktoza monohidratın izləri vardır (maksimal sutkalıq dozada 10 mq-dan az).
Laktozaya qarşə dözümsüzlüyü olan pasiyentlər üçün bu miqdar təhlükəli deyil.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri qeydə alınmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti ilə istifadə oluna bilər.
Pediatriyada istifadəsi
2 yaşa qədər uşaqlarda həkimin məsləhəti ilə istifadə oluna bilər.
İstifadə qaydası və dozası
AFLUBİN ® damcı təmiz halda və ya bir qədər suda həll edilərək qəbul olunur. Uşaqlara yalnız suda həll
edilmiş şəkildə verilməlidir.
Yaş Doza (birdəfəlik) İstifadə tezliyi və
müddəti
İstifadə rejimi
Kəskin respirator xəstəliklərin 1-2-ci günü (qrip və paraqrip infeksiyası daxil olmaqla)
12 yaşdan yuxarı
yeniyetmələr və
böyüklər
10 damcı
Hər 30-60 dəqiqədən
bir (8 dəfədən çox
olmayaraq)
Yaxşılaşma
başlayandan sonra
dozanın qəbulu gündə
3 dəfəyə
endirilməlidir
Təmiz halda və ya 1 xörək qaşığı
suda həll edərək qida qəbulundan 30
dəqiqə əvvəl və ya 1 saat sonra
ağızda müəyyən müddət saxlamaqla
daxilə qəbul edilir
2-12 yaş arası
uşaqlar 5 damcı
2 yaşa qədər uşaqlar 1 damcı
1 çay qaşığı suda həll edərək
körpənin əmizdirilməsindən və ya
qida qəbulundan 30 dəq. əvvəl və ya
1 saat sonra verilir
Kəskin respirator xəstəliyin və ya qripin klinik təzahürlərinin sonrakı müalicəsi
12 yaşdan yuxarı
yeniyetmələr və
böyüklər
10 damcı
Gündə 3 dəfə
5–10 gün ərzində
Təmiz halda və ya 1 xörək qaşığı
suda həll edərək qida qəbulundan
30 dəqiqə əvvəl və ya 1 saat sonra
ağızda müəyyən müddət
saxlamaqla daxilə qəbul edilir
2-12 yaş arası
uşaqlar 5 damcı
2 yaşa qədər uşaqlar 1 damcı
1 çay qaşığı suda həll edərək
körpənin əmizdirilməsindən və ya
qida qəbulundan 30 dəq. əvvəl və
ya 1 saat sonra verilir
İlin soyuq vaxtının başlanğıcında və ya qrip epidemiyasından əvvəl
xəstəliyin kəskinləşməsinin planlı profilaktikası
12 yaşdan yuxarı
yeniyetmələr və
böyüklər
10 damcı
Gündə 2 dəfə
3 həftə ərzində
Təmiz halda və ya 1 xörək qaşığı
suda həll edərək qida qəbulundan
30 dəqiqə əvvəl və ya 1 saat sonra
ağızda müəyyən müddət
saxlamaqla daxilə qəbul edilir
2-12 yaş arası
uşaqlar 5 damcı
2 yaşa qədər uşaqlar 1 damcı
1 çay qaşığı suda həll edərək
körpənin əmizdirilməsindən və ya
qida qəbulundan 30 dəq. əvvəl və
ya 1 saat sonra verilir
Təcili profilaktika – qrip və ya KRX xəstələri ilə təmasdan dərhal sonra
və ya ağır hipotermiyadan sonra
12 yaşdan yuxarı
yeniyetmələr və
böyüklər
10 damcı
Gündə 2 dəfə
2 gün ərzində
Təmiz halda və ya 1 xörək qaşığı
suda həll edərək qida qəbulundan
30 dəqiqə əvvəl və ya 1 saat sonra
ağızda müəyyən müddət
saxlamaqla daxilə qəbul edilir
2-12 yaş arası
uşaqlar 5 damcı
2 yaşa qədər uşaqlar 1 damcı
1 çay qaşığı suda həll edərək
körpənin əmizdirilməsindən və ya
qida qəbulundan 30 dəq. əvvəl və
ya 1 saat sonra verilir
Oynaqların ağrı sindromu ilə müşayiət olunan iltihabi və revmatik xəstəliklərin müalicəsi
12 yaşdan yuxarı
yeniyetmələr və
böyüklər
10 damcı Müalicənin
başlanğıcında gündə
3-8 dəfə
( 1-2 gün), sonralar
gündə 3 dəfə
1 ay ərzində
Təmiz halda və ya 1 xörək qaşığı
suda həll edərək qida qəbulundan
30 dəqiqə əvvəl və ya 1 saat sonra
ağızda müəyyən müddət
saxlamaqla daxilə qəbul edilir
2-12 yaş arası
uşaqlar 5 damcı
Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60
dəqiqədən bir 8-10 damcı (8 dəfədən çox olmayaraq) istifadə oluna bilər. Yaxşılaşma başlayandan sonra
dozanın qəbulu gündə 3 dəfəyə endirilməlidir.
Əlavə təsirləri
Bu vaxta qədər məlum deyil. Bəzən ağızsuyu ifrazının artması baş verir.
Doza həddinin aşılması
Bu vaxta qədər doza həddinin aşılması barədə məlumat yoxdur.
Buraxılış forması
Daxilə qəbul üçün damcı.
20 ml, 50 ml və ya 100 ml məhlul, plastik damcıladıcısı (ASPE) və burulan plastik qapağı (YSPE) olan
qəhvəyi rəngli şüşə flakonlarda.
Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 °C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Richard Bittner AG, Ossiacherstraße 7, 9560 Feldkirchen, Avstriya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.