Diabzid plus 1000 mq / 80 mq N30 tablet
| Təsiredici maddə | METFORMIN + GLICLAZIDE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Peroral qəbul üçün nəzərdə tutulmuş hipoqlikemik vasitə (sulfonilsidik cövhəri II nəsil + biquanid) |
| İstehsal ölkəsi | Hindistan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,56 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DİABZİD PLYUS 1000/80 mq örtüklü tabletlər DΙABZΙD PLUS Beynəlxalq patentləşdirilməmiş adı: Metformin Hydrochloride + Gliclazide
Tərkibi
Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 1000 mq metformin hidroxlorid, 80 mq qliklazid vardır. Köməkçi maddələr: natrium nişastaqlikolyatı (tip A), krospovidon, mikrokristallik sellüloza, povidon (PVP K-30), povidon (PVP K 90), kalium polakrilin (Kyron T 314), susuz kolloidal silisium dioksid, maqnezium stearat. Örtük: boya maddəsi – titan dioksid, izopropil spirti, metilen dixlorid.
Təsviri
Ağ rəngli, kapsul şəklində, ikitərəfli qabarıq, bir tərəfində bölmə xətti olan, digər tərəfi hamar olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Peroral qəbul üçün nəzərdə tutulmuş hipoqlikemik vasitə (sulfonilsidik cövhəri II nəsil + biquanid). ATC kodu: A10B.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Qliklazid həm insulin sekresiyasının pozulmasını, həm də insulinə qarşı periferik rezistentliyi korreksiya edərək qanda qlükozanın səviyyəsini azaldır. + Bu, mədəaltı vəzinin β-hüceyrələrində K -kanallarının bağlanması yolu ilə baş verir. Daha sonra, 2+ Ca -kanalları açılır ki, bu da hüceyrədaxili kalsiumun artmasına və insulinin azad olmasına gətirib çıxarır. Qliklazid eyni zamanda β-hüceyrələrin qlükozaya qarşı həssaslığını artırır. Qliklazid, qaraciyərdə qlükozanın sintezini azaltmaq və qlükozanın klirensini artırmaqla insulinə qarşı periferik həssaslığı bərpa edir. Antitrombositar adgeziv aktivlik göstərir və sərbəst radikalların səviyyəsini azaldır və bununla damar ağırlaşmalarının qarşısını alır. Qliklazidin təkrar tətbiq edildikdən sonra plazmada xolesterinin və triqliseridlərin səviyyələrini azaltdığı bildirilmişdir. Metformin qaraciyərin və periferik toxumaların insulinə həssaslığını yaxşılaşdıraraq antihiperqlikemik vasitə kimi təsir göstərir. Zərdabda lipid səviyyələrinə və fibrinolitik aktivliyə faydalı təsir göstərir. Metformin terapiyası bədən kütləsinin artması ilə bağlı deyil. Farmakokinetikası Qliklazidin 40-120 mq birdəfəlik peroral dozası, 2-8 saat müddətində C -un 2,2-8 mq/l qiyməti iləmax nəticələnir. Stabil konsentrasiyaları 40-120 mq qliklazidin 2 günlük istifadəsindən sonra əldə edilir. Qliklazidin qida ilə qəbulu C -u azaldır və T -u ləngidir. Zülallarla geniş birləşməsinə görəmax max paylanma həcmi azdır (85-97%). Qliklazidin yarımxaricolma dövrü, birdəfəlik dozada istifadədən sonra 8,1-20,5 saat arasında dəyişir. Qliklazid, əsasən sidiklə xaric olan 7 metabolitə metabolizə olunur ki, onlardan da ən çox yayılanı karbon turşusunun törəməsidir; dozanın 60-70%-i sidiklə, 10- 20%-i nəcislə xaric olur. Metforminin 50-60% mütləq oral biomənimsənilməyə malikdir. MBT-dən sorulması daxilə qəbul edildikdən sonra 6 saat ərzində tamamlanır, belə ki, absorbsiya olunduqdan sonra metformin orqanizmdə sürətlə paylanır. Metforminin böyrəklər vasitəsilə xaric olması iki fazalıdır. Absorbsiya olunan metforminin 95%-i, yarımxaricolma dövrü 6 saat olan birincili eliminasiya mərhələsində xaric olur. Qalan 5%-i 20 saatlıq yarımxaricolma dövrü ilə yavaş terminal xaricolma mərhələsində xaric olur. Metformin plazma zülalları ilə birləşmir, dozanın 40-60%-i dəyişilməmiş şəkildə sidiklə xaric olunur, 30%-i nəcislə dəyişməmiş şəkildə xaric olunur.
İstifadəsinə göstərişlər
II tip şəkərli diabet (insulindən asılı olmayan şəkərli diabet); piylənməsi olan və olmayan böyüklərdə diabet.
Əks göstərişlər
− I tip şəkərli diabet (insulindən asılı şəkərli diabet) − Böyrək və ya qaraciyər çatışmazlığı − Alkoqolizm − Ağır ketoasidozla agırlaşmış insulindən asılı olmayan şəkərli diabet − Diabetik prekoma və koma − Cərrahi əməliyyat keçirmiş pasiyentlər − Ağır travmadan sonra və ya infeksiya zamanı − Ağciyərlərin xronik obstruktiv xəstəliyi − Ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, periferik damar xəstəliyi − Hamiləlik − Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Xəbərdarlıq Xəstənin az kalorili qidalanması ilə əlaqədar, təsadüfən və ya qəsdən həddindən artıq yüksək doza qəbulundan, ağır idman, travma və stresdən sonra hipoqlikemiya baş verə bilər. Diabetik qidalanma rejimi təyin etməklə hipoqlikemik simptomlar azaldıla bilər. Hipoqlikemiya əlamətləri və simptomları meydana çıxarsa, dərhal müdaxilə edilməlidir. Ehtiyat tədbirləri İlk bir neçə ayda qan və sidikdə qlükozanın səviyyəsinə görə kombinasiyanın dozasını tənzimləyin. Lakin, böyrək və ya qaraciyər xəstəlikləri olan xəstələrdə laktoasidoz barədə müəyyən məlumatlar verilmişdir. Uşaqlarda istifadəsi Uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diuretiklər, barbituratlar, fenitoin, rifampisin, kortikosteroidlər, estrogenlər, estroprogestagenlər və təmiz progestagenlər qlikemik nəzarəti azalda bilər. Onun hipoqlikemik təsiri salisilatlar, fenilbutazon, sulfonamidlər, β-adrenoblokatorlar, klofibrin turşusu, K vitamininin antaqonistləri, allopurinol, teofillin, kofein və monoaminooksidazanın inhibitorları tərəfindən gücləndirilə bilər. Mikonazolun, perheksilinin və ya simetidinin qliklazid ilə eyni vaxtda qəbulu hipoqlikemiya ilə nəticələnə bilər. Qliklazidin qanda qlükozanın səviyyəsini artıran maddələrlə eyni vaxtda qəbulu zamanı hiperqlikemiyadan qaçmaq üçün qanda qlükozanın səviyyəsinə diqqətlə nəzarət edilməlidir. Akarboza və quar kitrəsinin metforminin peroral biomənimsənilməsini əhəmiyyətli dərəcədə azaltdığı göstərilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Diabzid Plyus tableti hamiləlik dövründə qəbul edilməməlidir. Xəstə hamiləlik dövründə insulinə keçməlidir. Hamiləlik planlaşdıran xəstələr həkimə bu barədə məlumat verməlidirlər. Bu cür xəstələrin insulinə keçməsi tövsiyə olunur. Laktasiya Ana südü ilə mümkün udulmasının qarşısını almaq üçün Diabzid Plyus tableti laktasiya dövründə qəbul edilməməlidir. Zəruri hallarda xəstə insulinə keçməli və ya südəmər uşağını ana südü ilə qidalandırmamalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır. Dərman istifadə edərkən yuxululuq, başgicəllənmə, hipotenziya və ya baş ağrısı kimi əlavə təsirlər meydana çıxarsa, nəqliyyat vasitəsini idarə etmək və ya ağır sənaye texnikaları ilə işləmək təhlükəsiz ola bilməz. Dərmanı istifadə etməyiniz yuxululuğunuza, baş gicəllənməyinizə və ya təzyiqinizin çox aşağı düşməsinə səbəb olarsa, nəqliyyat vasitəsini idarə etməməlisiniz.
İstifadə qaydası və dozası
1 tablet gündə 1 dəfə (qida ilə birlikdə və ya həkim təyinatı ilə). Daxilə qəbul edilir (peroral yol). Tableti bötöv halda su ilə içərək qəbul etmək lazımdır.
Əlavə təsirləri
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir hallarda (≥1/10000 – <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Mədə-bağırsaq pozğunluqları – ürəkbulanma, diareya, mədə ağrısı, qəbizlik, qusma, ağızda metal dadı. Dermatoloji təsirlər – səpgi, qaşınma, övrə, eritema və qızartı. Digər – baş ağrısı və başgicəllənmə. Qliklazid ürək-damar sisteminə əlavə təsir göstərmə potensialına malik ola bilər, lakin qliklazid ürək- damar sisteminə mənfi təsir göstərmədən bir neçə illərdir ki insulindən-asılı olmayan şəkərli diabetin müalicəsi üçün tanınmış bir vasitədir. B vitamini və fol turşusunun mədə-bağırsaq traktında12 absorbsiyasının pozulması uzunmüddətli metformin müalicəsi ilə əlaqələndirilmişdir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı hipoqlikemiya baş verə bilər. Doza həddinin aşılması zamanı mədə yuyulmalı və xəstənin qanında qlükozanın səviyyəsinin davamlı izlənməsi ilə hipertonik qlükoza məhlulunun (10 və ya 30%-li) venadaxili yeridilməsi ilə hipoqlikemiyanın korreksiyasına cəhd edilməlidir.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Survey No. 750/1, Ahmedabad Mehsana Highway Village – Indrad – 382721, Tal.: Kadi, Dist.: Mehsana, Gujarat, Hindistan
Qeydiyyat vəsiqəsinin sahibi
Medeor Life care LLP. 172 Cedar Crest, Nirvana Country I, Sector- 50, Gurgaon 122018, India.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.