Bromgeksin 4 mq 60 ml sirop
| Təsiredici maddə | BROMHEXINE |
|---|---|
| Dərman forması | Sirop |
| Farmakoloji təsir | Bəlğəmgətirici dərman vasitəsi |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman vasitəsini istifadə etməzdən əvvəl içlik vərəqəsini diqqətlə oxuyun, belə ki, burada Sizə lazım olan məlumatlar vardır. – İçlik vərəqəsini saxlayın. Çünki onu yenidən oxumaq lazım gələ bilər; – əgər Sizə əlavə məlumat lazım olarsa, həkimə və ya əczaşıya müraciət edin; – əgər Sizdə hər hansı əlavə təsir yaranarsa və ya içlik vərəqədə göstərilməyən əlavə təsirlər müşahidə etsəniz həkimə və ya əczaçıya müraciət edin. – 4-5 gün ərzində xəstəliyin simptomları ağırlaşarsa və ya yaxşılaşma baş verməzsə, həkimə müraciət etmək lazımdır. BROMHEKSİN 4 Berlin-Hemi 4 mq/5 ml məhlul BROMHEXİN 4 Berlin-Chemie Beynəlxalq patentləşdirilməmiş adı: Bromhexine
Tərkibi
Təsiredici maddə: 5 ml (1 ölçü qaşığı) məhlulun tərkibində 4 mq bromheksin hidroxlorid vardır. Köməkçi maddələr: propilenqlikol, sorbit (Ph. Eur.), 3,5%-li xlorid turşusu, ərik aromatizatoru, təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsiz bir qədər özlü mayedir.
Farmakoterapevtik qrupu
Bəlğəmgətirici dərman vasitəsi. ATC kodu: R05CB02.
İstifadəsinə göstərişlər
Bromheksin 4 Berlin-Hemi bəlğəmgətirici dərman preparatıdır (qatı bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan tənəffüs yolları xəstəliklərində bəlğəmin durulaşmasına səbəb olur). Bromheksin 4 Berlin-Hemi qatı bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan bronx və ağciyərlərin kəskin və xroniki xəstəliklərində, bəlğəmi durulaşdırmaq məqsədilə istifadə olunur.
Əks göstərişlər
Bromheksin hidroxloridə və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bromheksin 4 Berlin-Hemi preparatının istifadəsinə başlamazdan əvvəl məsləhət üçün həki- mə və ya əczaçıya müraciət etmək lazımdır. Bromheksin hidroxloridin istifadəsi ilə əlaqədar olan ağır dəri reaksiyaları barədə məlumat- lar var. Pasiyentdə dəridə səpgilər (ağızın, boğazın, burunun, gözlərin, cinsiyyət üzvlərinin selikli qişasının zədələnməsi daxil olmaqla) meydana çıxdıqda Bromheksin 4 Berlin-Hemi preparatının qəbulunu dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Aşağıdakı hallar mövcud olduqda, Bromheksin 4 Berlin-Hemi preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır: – Bromheksin 4 Berlin-Hemi preparatı mədənin və onikibarmaq bağırsağın selikli qişalarının baryer funksiyasına pozucu təsir göstərdiyinə görə, pasiyentdə hal-hazırda və ya əvvəllər mədə və ya onikibarmaq bağırsaq xorası olduqda. – bronxların artıq sekretin toplanması ilə müşayiət olunan nadir xəstəliklərində (məsələn birincili siliar diskineziya (kirpiciklərin diskineziyası)). Belə hallarda, sekretin ehtimal olu- nan toplanmasını nəzərə alaraq, Bromheksin 4 Berlin-Hemi preparatını, yalnız həkim nəzarəti ilə istifadə etmək lazımdır. – Ağır dərəcəli böyrək funksiyalarının pozğunluqlarında və qaraciyərin ciddi xəstəliklərində (bu hallarda, Bromheksin 4 Berlin-Hemi preparatı, yalnız həkim təyinatı ilə preparatın qəbu- lu arasında uzunmüddətli intervalla və ya azaldılmış dozada, istifadə edilir). Ağır dərəcəli böyrək funksiyalarının pozğunluqlarında Bromheksin 4 Berlin-Hemi preparatının parçalanma məhsulları qaraciyərdə toplana bilər. Bromheksin 4 Berlin-Hemi preparatından istifadə etdikdə, qaraciyər funksiyalarının vaxtaşırı yoxlamaq lazımdır, xüsusən uzunmüddətli müalicə zamanı. Uşaqlar Bromheksin 4 BH preparatını, yalnız 2 yaşdan yuxarı uşaqlarda həkim nəzarəti altında istifadə etmək olar. Bromheksin 4 Berlin-Hemi preparatının tərkibində propilenqlikol və sorbit var. Bromheksin 4 Berlin-Hemi preparatından uşaqların müalicəsində istifadə etdikdə, propilenqli- kolun hesabına, alkoqollu içkilərdən istifadə etdikdən sonra baş verən simptomlara bənzər, simptomlar meydana çıxa bilər. Dərman preparatının tərkibində sorbit var. Bu səbəbdən, pasiyentdə hər hansı şəkər növünə qarşı dözümsüzlüyün olması barədə həkimə məlumat vermək və məsləhət almaq lazımdır. Sorbitin kaloriliyi 2,6 kkal/q təşkil edir. Bir ölçü qaşığında 2 q sorbit (0,5 q fruktoza mən- bəyi) var ki, bu da təxminən 0,17 çörək vahidinə müvafiqdir. Sorbit yüngül işlədici təsir göstərə bilər. Digər dərman vasitələrilə qarşılıqlı təsiri Hazırda istifadə edilən dərman vasitələri barədə və ya bir müddət əvvəl istifadə edilmiş preparatlar barədə və ya istifadəsi planlaşdırılan dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Bromheksin 4 Berlin-Hemi preparatı öskürəyi aradan qaldıran dərman vasitələri (öskürəkkə- sici preparatlar) ilə birlikdə istifadə edildikdə, öskürək refleksinin tormozlanması nəticəsində tənəffüs yollarında bəlğəmin toplanması təhlükəsi var – belə halı nəzərə alaraq, bu kombi- nasiyada preparatları təyin edərkən preparatların istifadəsi barədə göstərişlərlə diqqətlə ta- nış olmaq lazımdır. Mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərən preparatlarla birlikdə təyin etdikdə, Bromheksin 4 Berlin-Hemi preparatının təsirindən mədənin selikli qişasının qıcıqlanması arta bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Müalicəyə başlamazdan əvvəl hamiləlik, laktasiya, ehtimal edilən hamiləlik və ya hamilə- liyin planlaşdırılması barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır. Preparatının hamiləlik dövründə istifadə təcrübəsi barədə indiyə qədər məlumat yoxdur; bu səbəbdən, hamilə qadınlara Bromheksin 4 Berlin-Hemi preparatı, yalnız pasiyent üçün “fayda- risk” nisbəti hərtərəfli qiymətləndirildikdən sonra təyin oluna bilər; hamiləliyin ilk trimes- trində preparatdan istifadə etmək tövsiyə edilmir. Bromheksin ana südünə nüfuz edir. Bromheksinin yenodoğulmuş körpələrə təsiri öyrənilmədiyi üçün, preparatı laktasiya dövründə istifadə etmək olmaz. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bromheksin 4 Berlin-Hemi preparatı nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir və ya çox əhəmiyyətsiz dərəcədə təsir göstərir.
İstifadə qaydası və dozası
Preparatı içlik vərəqədə olan göstərişlərə müvafiq və ya həkim və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Dozalanması Tövsiyə edilən dozalar təfsilatı ilə aşağıdakı cədvəldə göstərilib. Pasiyentlər Dozalanma Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr Sutkada 3 dəfə 2-4 ölçü qaşığı (sutkada 24-48 mq Bromheksin hidroxloridə müvafiqdir) 6 yaşdan 14 yaşa qədər uşaq və yeniyetmələr, Sutkada 3 dəfə 2 ölçü qaşığı (sutkada 24 həmçinin bədən kütləsi 50 kq-dan aşağı olan mq Bromheksin hidroxloridə müvafiqdir) pasiyentlər 6 yaşa qədər uşaqlar Sutkada 3 dəfə 1 ölçü qaşığı (sutkada 12 mq Bromheksin hidroxloridə müvafiqdir) Böyrək funksiyalarının pozğunluqlarında və qaraciyərin ağır dərəcəli xəstəliklərində preparat kiçik dozada və ya qəbulu arasında uzunmüddətli intervalla istifadə edilir. Bu barədə həkimlə məsləhətləşmək lazımdır. İstifadə qaydası Bromheksin 4 Berlin-Hemi preparatı daxilə qəbul etmək üçün məhluldur. Qablaşmada 5 ml həcmində ölçü qaşığı var. Bromheksin 4 Berlin-Hemi preparatının dozalarını bu ölçü qaşığı ilə ölçmək lazımdır. Qeyd: Preparatı daxilə kifayət qədər su ilə qəbul etmək lazımdır. Preparın istifadə müddəti, xəstəliyin əmələ gəlmə mənşəindən və ağırlığından asılı olaraq, həkim tərəfindən müəyyən edilir. Pasiyentdə xəstəliyin simptomları ağırlaşarsa və ya 4-5 gün müddətində pasiyentin vəziyyətində yaxşılaşmaya doğru irəliləyiş qeyd olunmazsa, həkimə müraciət etmək lazımdır. Bromheksin 4 Berlin-Hemi preparatının pasiyentin orqanizminə həddən artıq güclü və ya həddən artıq zəif təsir göstərməsi barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazım- dır. Preparatın qəbulu ötürüldükdə ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza qə- bul etmək olmaz. Preparatın qəbulu ötürüldükdə və ya preparat təyin olunan dozadan kiçik dozada qəbul edildikdə, preparatı növbəti qəbul vaxtı təyin edilən dozada qəbul etmək lazımdır. Xəstəliyin gedişini ağırlaşdırmamaq məqsədilə, həkimlə məsləhətləşmədən dərman preparatının qəbulunu dayandırmaq olmaz. Preparatın istifadəsilə bağlı suallar yarandıqda həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi Bromheksin 4 Berlin-Hemi preparatının da əlavə təsirləri mövcuddur. Lakin bu təsirlər hər zaman və hər pasiyentdə meydana çıxmır. Pasiyentdə aşağıda göstərilən əlavə təsirlərdən hər hansı meydana çıxdıqda preparatın qəbulunu dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən birində müşahidə oluna bilər) – üşütmə; – ürəkbulanma, qarın nahiyəsində ağrılar, qusma, ishal. Nadir hallarda baş verən əlavə təsirlər (1000 pasiyentdən birində müşahidə oluna bilər) – hiperhəssaslıq reaksiyaları; – səpgi, övrə; Əlavə təsirlərin başvermə tezliyi məlum deyil (əldə olunan məlumatların əsasında qiymətləndirmək mümkün deyil) – anafilaktik şok, angionevrotik ödem (dəri, dərialtı toxumalar, selikli qişalar və selikli qişa altında yerləşən toxumaların tez inkişaf edən ödemi) və dərinin qaşınması kimi simptomlar daxil olmaqla, anafilaktik reaksiyalar; – ağır arzuolunmaz dəri reaksiyaları (multiform eritema, Stivens-Conson sindromu/toksik epidermal nekroliz və kəskin generalizə olunmuş ekzantematoz pustulyoz daxil olmaqla). Hiperhəssaslıq reaksiyaların ilkin əlamətləri meydana çıxdıqda və həmçinin, dəridə və se- likli qişalarda qeyri-adi dəyişikliklər qeyd olunduqda Bromheksin 4 Berlin-Hemi preparatının qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Əlavə təsirlər aşkar edildikdə, o cümlədən bu içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər, həkimə, əczaçıya və ya tibb bacısına müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirə, içlik vərəqədə qeyd edilən və qeyd edilməyən, aiddir. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı ş.,Fuad İbrahimbəyov k., 31.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20. Qaynar xətt (99412) 596-07-12). Belə məlumatların sayəsində dərmanın təhlükəsizliyi barədə daha çox informasiya əldə etmək olar.
Doza həddinin aşılması
Preparatın istifadəsi zamanı doza həddinin aşılması simptomları, preparatın istifadəsi nəticəsində meydana çıxan əlavə təsirlər çərçivəsində baş verir. Xəstəliyin simptomları ağır olduqda qan dövranına nəzarət tələb oluna bilər və zərurət yarandıqda simptomatik müali- cə aparılmalıdır. Uşaq Bromheksin 4 Berlin-Hemi preparatından artıq miqdarda qəbul etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Buraxılış forması
Etiketlə təchiz edilmiş, burulan qapaqlı və icazəsiz müdaxilədən mühafizəli 60 ml və ya 100 ml qonur rəngli orijinal flakon. Hər qutunun icində dozalanma üçün nəzərdə tutulan ölçü qaşığı var. 1 flakon içlik vərəqə ilə birlikə qatlanan karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Saxlanma şəraiti barədə xüsusi tələblər yoxdur. Heç bir dərman vasitəsini kanalizasiyaya və ya məişət tullantıları olan yerə atmaq olmaz. Dərman vasitəsinin istifadə edilməyən hissəsini utilizasiya etmək məqsədilə aptek işçisi ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına komək edə bilər.
Yararlılıq müddəti
3 il. Flakon açıldıqdan sonra 3 ay ərzində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi BERLİN-HEMİ AQ. Qliniker Veq 125. 12489 Berlin, Almaniya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.