Sulfasil natrium 300 mq 10 ml göz damcısı

Təsiredici maddə: SULFACETAMIDE
Təsiredici maddəSULFACETAMIDE
Dərman formasıDamcı
Farmakoloji təsirOftalmologiyada istifadə olunan antibakterial vasitə
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,65 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SULFASİL göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Sulfacetamide

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% quru maddə hesabı ilə 200 mq və ya 300 mq natrium sulfasil vardır. Köməkçi maddələr: natrium tiosulfat, pH 8,0-ə qədər olan 1 M xlorid turşusu məhlulu, inyeksiya üçün su.

Təsviri

Rəngsiz və ya sarımtıl rəngli şəffaf mayedir.

Farmakoterapevtik qrupu

Oftalmologiyada istifadə olunan antibakterial vasitə. ATC kodu: S01AB04.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sulfasil qrammüsbət və qrammənfi bakteriyalara – streptokoklara, pnevmokoklara, qonokoklara, bağırsaq çöpünə, xlamidiyalara, aktinomisetlərə münasibətdə bakteriostatik effekt göstərir. Preparatın təsir mexanizmi para-aminobenzoy turşusu ilə (PABT) konkurent antoqonizm təşkil etməsi və dihidropteroatsintetaza fermentinin konkurent tormozlaması ilə bağlıdır (nəticədə purin və pirimidin əsaslarının sintezi üçün lazım olan tetrahidrofol turşusunun sintezi pozulur. Nəticədə bakteriya hüceyrəsinin nuklein turşularının (DNT və RNT) sintezi pozulur və onların çoxalması ləngiyir. Farmakokinetikası Konyunktivaya damızdırıldıqdan sonra göz toxumalarına nüfuz edir. Əsas etibarilə yerli təsir göstərir, lakin preparatın bir hissəsi iltihablaşmış konyunktivadan sorulur və qan dövranına daxil olur.

İstifadəsinə göstərişlər

Gözün preparata həssas bakteriyalar tərəfindən törədilən infeksion-iltihabı xəstəlikləri: konyunktivitlər, blefaritlər, buynuz qişanın irinli yaraları.

Əks göstərişlər

Anamnezdə preparatın tərkibindəki komponentlərə və sulfanilamidlərə qarşı hiperhəssaslığın olması. Xüsusi göstəriçlər və ehtiyat tədbirləri Yalnız yerli istifadə üçün! Stivens-Conson sindromu, toksik epidermal nekroliz, qaraciyərin ildırımsürətli nekrozu, aqranulositoz, aplastik anemiya və qanın digər patoloji dəyişikliklər şəklində sulfanilamidlərə ciddi reaksiyanın nəticəsi kimi tək-tək ölüm halları qeydə alınmışdır. Sensibilizasiya yeridilmə yolundan asılı olmayaraq, sulfanilamidlər təkrar təyin edildikdə meydana çıxa bilər. Anamnezində sulfanilamidlərə hiperhəssaslığı olmayan şəxslərdə hiperhəssaslıq reaksiyası qeydə alınmışdır. Hiperhəssaslığın ilk əlamətləri – dəri səpgiləri və ya digər ciddi reaksiyalar meydana çıxan kimi bu preparation istifadəsi dayandırılmalıdır. Yerli antibakterial vasitələrin uzun müddət istifadə olunması patogen mikroorqanizmlərin, o cümlədən göbələklərin həddən artıq artmasına, həmçinin sulfanilamidlərə həssas olmayan bakteriyaların inkişafına gətirib çıxara bilər. İrinli ekssudatda paraaminobenzoy turşusunun konsentrasiyası yüksək olduqda sulfanilamidlərin effektivliyi azalır. Sulfanilamidlərin təkrar təyini zamanı və ya müxtəlif sulfanilamidlərin çarpaz həssaslığının nəticəsi kimi sensibilizasiya meydana çıxa bilər. Yüksək həssaslığın ilk əlamətləri zamanı, irinli ifrazatın artması və ya iltihab və ya ağrının artması zamanı xəstə preparatın qəbulunu dayandırmalı və həkimə müraciət etməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Novokain, dikain, anestezinlə birlikdə istifadə edildikdə Sulfasilin bakteriostatik effekti zəifləyir; difenin, PAST, salisilatlar Sulfasilin toksikliyini gücləndirir; dolayı təsirli antikoaqulyantlarla birlikdə istifadə olunduqda sonuncuların spesifik aktivliyi yüksəlir. Gümüş duzları ilə birlikdə istifadə olunduqda uyuşmazlıq yaranır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində sulfanilamid preparatların oftalmologiyada istifadəsinə dair tədqiqatlar aparılmamışdır. Hamilə qadının peroral sulfanilamidlər qəbul etməsi nəticəsində yenidoğulmuşlarda nüvə sarılığı meydana çıxa bilər. Hamilə qadınlarda göz sulfonilamid preparatlarının istifadəsinə aid hər hansı adekvat və yaxşı nəzarət olunan tədqiqatlar yoxdur, eləcə də hamiləlik dövründə sulfanilamid preparatlarının qəbulunun dölə zərər verib-verməməsi məlum deyildir. Bu preparat hamiləlik dövründə istifadə oluna bilər, bir şərtlə ki, onun potensial faydası döl üçün potensial riskdən yüksək olsun. Laktasiya dövrü Ana laktasiya dövründə sulfanilamid qəbul edən hallarda sulfanilamidlərin sistem yeridilməsi yenidoğulmuşda nüvə sarılığına gətirib çıxara bilər.Yenidoğulmuşlarda nüvə sarılığının inkişaf ehtimalı üzündən, südlə qidalandıran qadınlarda sulfanilamidlərin qadınlara göz damcısı şəklində təyin edilməsinin potensial fayda / risk nisbətləri nəzərə alınmaqla qərar verilməlidir.

İstifadə qaydası və dozası

Sulfasil böyüklərin zədələnmiş gözünə gündə 5-6 dəfə olmaqla (hər 4-5 saatdan bir) hər dəfə 2-3 damcı tökülür. 2 aylıqdan yuxarı uşaqların zədələnmiş gözünə 200 mq/ml məhluldan gündə 4-5 dəfə olmaqla hər dəfə 1-2 damcı tökülür. Müalicə kursu xəstəliyin ağırlıq dərəcəsindən və xarakterindən asılı olaraq həkim tərəfindən müəyyənləşdirilir. Orta hesabla müalicə kursu 7-10 gündür. Uşaqlar 2 aylıqdan aşağı yaşda olan yenidoğulmuşlarda sulfasilin 200 mq/ml və 300 mq/ml göz damcılarının effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tədqiqat aparılmamışdır.

Əlavə təsirləri

Oftalmoloji praktikada sulfanilamidlərlə müalicə zamanı buynuz qişanın bakterial və göbələk mənşəli xoraları qeydə alınmışdır. Daha çox yerli qıcıqlanma, iynəbatma və yanğı hissi kimi reaksiyalar haqqında məlumat yayılmışdır. Qeyri-spesifik konyunktivit, konyunktivanın hiperemiyalaşması, ikincili infeksiyalaşma və allergik reaksiyanı özündə cəmləşdirən reaksiyalar haqqında az məlumatlar vardır. Stivens-Conson sindromu, toksik epidermal nekroliz, fulminant hepatonekroz, aqranulositoz, aplastik anemiya və qanın digər pozğunluqları kimi sulfanilamidlərə ağır reaksiya nəticəsində tək- tək letal nəticələr qeydə alınmışdır.

Doza həddinin aşılması

Preparatdan tez-tez istifadə etdikdə gözdə qızartı, qaşınma, göz qapaqlarının ödemi meydana çıxa bilər. Bu halda müalicəni Sulfasilin aşağı konsentrasiyalı məhlulu ilə davam etdirir və lazım olan hallarda preparatdan istifadə dayandırılır və simptomatik müalicə təyin edilir.

Buraxılış forması

5 ml və 10 ml-lik polietilen flakon, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

2-8°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2 il Flakon açıldıqdan sonra preparat 28 gün ərzində istifadəyə yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

«Farmak» SC. 04080 Ukrayna, Kiyev şəhəri, Kirillovskaya küçəsi, 74.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Sulfasil natrium 300 mq 10 ml göz damcısı” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar