Milgamma 2 ml N5 inyeksiya

Təsiredici maddə: THIAMINE HCL + PYRIDOXINE HCL + CYANOCOBALAMIN
Təsiredici maddəTHIAMINE HCL + PYRIDOXINE HCL + CYANOCOBALAMIN
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirVitaminlər
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,70 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MİLQAMMA® əzələdaxili inyeksiya üçün məhlul MILGAMMA®

Tərkibi

Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 50 mq tiamin hidroxlorid, 50 mq piridoksin hidroxlorid, 0,5 mq sianokobalamin, 10 mq lidokain hidroxlorid vardır. Köməkçi maddələr: benzil spirti, natrium polifosfat, kalium heksasianoferrat, natrium hidroksid, inyeksiya üçün su.

Təsviri

Qırmızı rəngli şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Vitaminlər. ATC kodu: A11DB02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Neyrotrop B vitaminlər qrupu sinirlərin və hərəki aparatın iltihabi və degenerativ xəstəliklərinə əlverişli təsir göstərir. Qan axınını sürətləndirməklə sinir sisteminin işini yaxşılaşdırır. Tiamin karbohidrat mübadiləsində, həmçinin Krebs siklində mühüm rol oynayır, TPF (tiamin pirofosfatın) və yağların metabolizmində iştirak edir. Hər iki vitaminin fizioloji funksiyası bir-birinin təsirini artırmaqdır ki, vitamininbunun da səviyəsində sinir, sinir-əzələ və ürək-damar sisteminə müsbət təsir göstərir. B6 çatışmazlığı zamanı bu vitaminin yeridilməsi sayəsində geniş yayılmış defisit vəziyyəti aradan qaldırılır. Sianokobalamin mielin qişasının sintezində iştirak edir, hemopoezi stimulə edir, periferik sinir sisteminin zədələnməsi ilə əlaqədar olan ağrı hissini azaldır, fol turşusunu aktivləşdirmək yolu ilə nuklein mübadiləsini stimulə edir. Lidokain yerli anestetik vasitə olmaqla bütün yerli anesteziya növlərini terminal, infiltrasion və keçirici anesteziya törədir. Farmakokinetikası Əzələ daxilinə yeridildikdən sonra tiamin tez bir zamanda inyeksiya yerindən sorularaq qana daxil olur (birinci gün 50 mq doza yeridilərkən 15 dəq-dən sonra 484 nq/ml) və orqanizmdə qeyri-bərabər – leykositlərdə 15%, eritrositlərdə 75% və plazmada 10% paylanır. Onun orqanizmdə kifayət qədər ehiyatı toplanmadığından tiamin orqanizmə gündəlik daxil olmalıdır. Tiamin hematoensefalik və plasentar baryerləri keçir və ana südündə aşkar edilir. Tiamin alfa-fazada 0,15 saatdan sonra, beta- fazada 1 saatdan sonra, terminal fazada isə 2 gün ərzində sidiklə xaric olur. Əsas metabolitlərinə tiaminkarbon turşusu, piramin və bir neçə naməlum metabolitləri aiddir. Tiamin bütün vitaminlər arasında orqanizmdə ən az miqdarda saxlanılandır. Yaşlı insanın orqanizmində 30 mq-a qədər tiamin vardır ki, bunun da təxminən 80 %-i tiamin pirofosfat, 10%-i tiamin trifosfat və qalan miqdarı isə tiamin monofosfat şəklindədir. Əzələ daxilinə yeridildikdən sonra piridoksin tez bir zamanda qan dövranına OH qrupu fosforilləşdikdən sonrasorulur və orqanizmdə paylanır. Bu zaman o, 5-ci vəziyyətdəki CH2 koenzim rolunu oynayır. Vitaminin təxminən 80%-i plazma zülallarla birləşir. Piridoksin bütün orqanizmdə paylanır və plasentar baryerdən keçir, ana südündə aşkar olunur, qaraciyərdə toplanaraq 4- piridoksin turşusuna qədər oksidləşir ki, bu da absorbsiyadan maksimum 2-5 saat sonra sidiklə ekskresiya olunur. İnsan orqanizmində 40-150 mq-a qədər B vitamini vardır və onun gündəlik6 eliminasiya sürəti təxminən 1,7-3,6 mq-a bərabərdir.

İstifadəsinə göstərişlər

, B və B vitaminlərinin sübut edilmiş çatışmazlığı nəticəsində yaranan sinir sisteminin müxtəlifB1 6 12 mənşəli xəstəliklərinin patogenetik və simptomatik müalicəsi üçün istifadə olunur: nevritlər, nevralgiyalar, üz sinirinin parezi, retrobulbar nevrit, qanqlionitlər (kəmərləyici dəmrov da daxil olmaqla), pleksopatiya, neyropatiya, polineyropatiya (diabetik, alkoqol və s.) xüsusilə yuxarı yaş qrupunda əzələlərin gecə qıcolmaları, onurğanın osteoxondrozunun nevroloji təzahürləri: radikulopatiyalar, lumboişialgiya, əzələ-tonik sindromlar.

Əks göstərişlər

Keçiriciliyin ağır pozuntuları. Dekompensəolunmuş ürək çatışmazlığı. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Uşaq yaşları. Hamiləlik və laktasiya.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Təsadüfi venadaxili inyeksiya barədə xəbərdarlıq. Milgamma qan dövranına venadaxili inyeksiya (v.d.) şəklində deyil, yalnız əzələdaxili inyeksiya (ə.d.) şəklində tətbiq olunmalıdır. Təsadüfən vena daxilinə inyeksiya hallarına yaranmış simptomların şiddətindən asılı olaraq həkim tərəfindən və stasionar şəraitdə nəzarət edilməlidir. Şiddətli və kəskin ağrı hallarında yüksək qan göstəricilərinin sürətlə fəaliyyətə başlamasına nail olmaq üçün: əvvəlcə gündəlik bir inyeksiya (2 ml). Kəskin mərhələ keçdikdən sonra və daha yumşaq pozğunluq hallarında həftədə 2-3 dəfə 1 inyeksiya. Həftəlik tibbi terapiya monitorinqi tövsiyə olunur. Mümkün olan ən erkən fürsətdə daxilə qəbul terapiyasına keçilməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

vitaminininTiamin tərkibində sulfitlər olan məhlullarda tamamilə parçalanır. Digər vitaminlər B1 parçalanma məhsulları olan şəraitdə inaktivləşir. Levodopa B vitamininin terapevtik dozasının effektini6 zəiflədir. Həmçinin sikloserin, D-pensillamin, adrenalin, noradrenalin, sulfonamidlərlə qarşılıqlı təsirdə ola bilər. Tiamin oksidləşdirici və reduksiyaedici maddələrlə, civə xloridlə, yodidlərlə, karbonatlarla, asetatla, tannin turşusu ilə, dəmir ammonium sitratla, həmçinin fenobarbitalla, riboflavinlə, benzilpensillinlə, dektoza və metilbisulfitlə uyğunsuzluq təşkil edir. Mis tiaminin parçalanmasını sürətləndirir; bundan əlavə tiamin pH-ın göstəricisi yüksəldikdə (pH 3-dən yüksək olduqda) öz təsirini itirir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əks göstərişdir.

İstifadə qaydası və dozası

Şiddətli və kəskin ağrı hallarında yüksək qan göstəricilərinin sürətlə fəaliyyətə başlamasına nail olmaq üçün: əvvəlcə gündəlik bir inyeksiya (2 ml). Kəskin mərhələ keçdikdən sonra və daha yumşaq pozğunluq hallarında həftədə 2-3 dəfə 1 inyeksiya. Həftəlik tibbi terapiya monitorinqi tövsiyə olunur. Mümkün olan ən erkən fürsətdə daxilə qəbul terapiyasına keçilməlidir.

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür. Ayrı-ayrı hallarda tərləmə, taxikardiya, inyeksiya nahiyəsində yanma hissi, səpgilər meydana çıxa bilər. Qaşınma, övrə, tənəffüsün çətinləşməsi, Kvinke ödemi, anafilaktik şok şəklində dəri reaksiyaları müşahidə olunmuşdur.

Doza həddinin aşılması

Preparatın çox tez yeridilməsi zamanı başgicəllənmə, aritmiya, qıcolma mümkündür. Bunlar həmçinin yüksək doza qəbulu zamanı da meydana çıxa bilər. Yüksək doza qəbulunun müalicəsi simptomatikdir.

Buraxılış forması

2 ml məhlul, günəş şüasından qorunan qəhvəyi rəngli hidrolitik şüşədən hazırlanmış və ampulun kəsilmə yeri ağ nöqtə ilə işarələnmiş ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

2-8°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Apteklərdən buraxılma şərti Resept əsasında buraxılır.

İstehsalçı

Solyufarm Farmasyutişe Ertsoiqniss QmbX. Industrieştrasse 3, 34212 Meltsunqen, Almaniya. Vörvaq Farma QmbX və Ko.KQ. Flugfeld-Allee 24, 71034 Böblingen, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Vörvaq Farma QmbX və Ko.KQ. Flugfeld-Allee 24, 71034 Böblingen, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Milgamma 2 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar