Rinafos 250 mq 5 ml N5 inyeksiya

Təsiredici maddə: PHOSPHOLIPIDS
Təsiredici maddəPHOSPHOLIPIDS
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirQaraciyər və öd yolları xəstəliklərinin müalicəsi üçün preparatlar. Hepatoprotektor vasitə
İstehsal ölkəsiRumıniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

15,84 ₼

Stokda yoxdur

Stokda yoxdur

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

RİNAFOS 250 mq/5 ml venadaxili yeridilmə üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Phospholipids

Tərkibi

Təsiredici maddə: 1 ampulda 250,0 mq soya paxlalarından alınan essensial fosfolipidlər (fosfatidilxolin) vardır. Köməkçi maddələr: natrium dezoksixolat, etil spirti, DL-alfa-tokoferol asetat (E-asetat vitamini), riboflavin natrium fosfat (B2 vitamini), benzil spirti, natrium xlorid/xlorid turşusu, natrium hidroksid, inyeksiya üçün su.

Təsviri

Yaşımtıl-sarı rəngdə, içərisində görünən yad hissəciklər olmayan şəffaf məhluldur.

Farmakoterapevtik qrupu

Qaraciyər və öd yolları xəstəliklərinin müalicəsi üçün preparatlar. Hepatoprotektor vasitə. ATC kodu :A05BA.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Aktiv maddə – fosfatidilxolin.Qaraciyərdə metabolizm proseslərinin pozğunluqlarında preparat qaraciyərin asan mənimsənilən yüksək enerjili essensial fosfolipidlər ilə təminatını həyata keçirir. Essensial fosfolipidlər analoji kimyəvi struktura malik olan endogen fosfolipidlər ilə əlaqəyə girirlər.Qaraciyər hüceyrələrinin membranlarına daxil olurlar. Essensial fosfolipidlər • Qaraciyərin funksiyalarını və qaraciyər hüceyrələrinin metabolik aktivliyini normallaşdırır. • Qaraciyərin enerjiyə olan təlabatını azaldır. • Qaraciyər hüceyrələrinin bərpasına səbəb olur. • Neytral piyləri və xolesterini onların metabolizmini yüngülləşdirən digər formalara çevirir. • Ödün fiziki-kimyəvi xassələrini normallaşdırır. Farmakokinetikası Xolin komponentinin yarımxaricolma dövrü 66 saat, doymamış yağ turşularının isə – 32 saat təşkil edir. Preparatın təxminən 5%-i nəcislə xaric olunur.

İstifadəsinə göstərişlər

• Qaraciyərin piy distrofiyası (o cümlədən şəkərli diabet zamanı). • Kəskin və xroniki hepatitlər, qaraciyərin sirrozu, qaraciyər hüceyrələrinin nekrozu, qaraciyər çatışmazlığı, qaraciyər koması, qaraciyərin toksik zədələnmələri (o cümlədən alkoqolizm zamanı). • Qaraciyərin dərman zədələnmələri. • Hamiləlik toksikozu. • Əməliyyatönü və əməliyyatsonrası müalicə, xüsusən hepatobiliar sahədə olan əməliyyatlar zamanı. • Psoriaz (köməkçi terapiya qismində). • Şüa xəstəliyi.

Əks göstərişlər

• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. • Yenidoğulmuş və yarımçıqdoğulmuş uşaqlar (tərkibində benzil spirti vardır). • 3 yaşa qədər uşaqlar.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yalnız şəffaf məhlullar istifadə edilməlidir. Venadaxili yeridilən məhlulun həll edilməsi üçün elektrolit məhlullar istifadə edilməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Rinafosun tərkibində plasentar baryerdən keçə bilən benzil spirti olduğu üçün, preparat yalnız o halda istifadə oluna bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olmuş olsun. Əgər Rinafosun laktasiya dövründə qəbulu vacibdirsə, preparatın tətbiqinin təhlükəsizliyi barədə məlumat olmadığına görə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat avtomobillərin idarə edilməsi və yüksək diqqət tələb edən işlərin həyata keçirilməsinə təsir göstərmir.

İstifadə qaydası və dozası

Rinafos preparatı venadaxili yeridilmə üçün nəzərdə tutulub, yerli reaksiyaların baş verməsi üçün dəri altına və əzələ daxilinə yeritmək olmaz. Böyüklər Başqa təyinat olmazsa, preparat vena daxilinə şırınqa üsulu ilə asta-asta gündə 5-10 ml (1-2 ampul), ağır hallarda – gündə 10-20 ml (2-4 ampul) yeridilməlidir. Digər dərman preparatları və ya elektrolit məhlulları ilə bir şprisdə qarışdırmaq olmaz. Parenteral yeridilmə təcrübəli həkim tərəfindən həyata keçirilməlidir. Parenteral yeridilməni mümkün qədər tez preparatın peroral qəbulu ilə əvəz etmək tövsiyə olunur. Uşaqlar və yeniyetmələr 250mq/5ml Rinafos preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsinin təhlükəsizliyi və effektivliyi məlum deyil. Tərkibində benzil spirti olduğu üçün yenidoğulmuş və yarımçıqdoğulmuş uşaqlarda istifadəsi əks göstərişdir. Yalnız venadaxili yeridilmə üçündür. Yerli qıcıqlanmanın yaranması mümkün olduğu üçün əzələ daxilinə yeridilməməlidir.

Əlavə təsirləri

Əlavə təsirlərin qiymətləndirilməsi üçün rast gəlmə tezliyinin aşağıdakı göstəricilərdən istifadə olunur: çox tez-tez (>1/10), tez-tez (>1/100- <1/10), bəzən (>1/1000- <1/100), nadir (>1/10000- <1/1000), çox nadir (<1/10000), məlum olmayan tezlikdə (əldə olan məlumatlara görə rastgəlmə tezliyini müəyyən etmək olmur). Həzm sistemi Yüksək dozalarda istifadəsi zamanı nadir hallarda diareyanın inkişaf etməsi mümkündür. İmmun sistem Tərkibində benzil spirti olduğu üçün nadir hallarda hiperhəssaslıq reaksiyaların inkişaf etməsi mümkündür; çox nadir hallarda dəridə allergik reaksiyalar mümkündür (səpgi, ekzantema və ya övrə); məlum olmayan tezlikdə – qaşınma.

Doza həddinin aşılması

Qeyd olunmayıb.

Buraxılış forması

5ml venadaxili yeridilmə üçün məhlul, sındırma yeri halqa ilə qeyd edilən tünd rəngli şüşə ampullarda. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. Konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

2-8°С temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

«K.O.Romfarm Kompani S.R.L», Rumıniya, İlfov, 075100 Otopen ş., Eroilor №1А küç. («S.C. Rompharm Company S.R.L.», Romania, Ilfov, 75100 Otopeni, Str. Eroilor, Nr. 1A).

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Rinafos 250 mq 5 ml N5 inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar