Nazol advans 30 ml sprey
| Təsiredici maddə | OXYMETAZOLINE HCL |
|---|---|
| Dərman forması | Sprey |
| Farmakoloji təsir | Burun xəstəliklərinin müalicəsi üçün vasitə. Yerli istifadə üçün dekonqestantlar və digər vasitələr. |
| İstehsal ölkəsi | İtaliya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,74 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NAZOL ADVANS burun üçün sprey NAZOL ADVANCE Beynəlxalq patentləşdirilməmiş adı: Oxymetazoline
Tərkibi
Təsiredici maddə: 1 ml spreyin tərkibində 0,5 mq (0,5 mq/ml) oksimetazolin hidroxlorid vardır. Köməkçi maddələr: kamfora (rasemik kamfora), mentol (levomentol), evkaliptol (sineol), benzalkonium xlorid, polisorbat 80, propilenqlikol, natrium dihidrofosfat dihidrat, dinatrium fosfat dihidrat, dinatrium edetat dihidrat, xlorid turşusu, təmizlənmiş su.
Təsviri
Şəffaf, rəngsiz, zəif mentol, evkaliptol, kamfora qoxulu mayedir.
Farmakoterapevtik qrupu
Burun xəstəliklərinin müalicəsi üçün vasitə. Yerli istifadə üçün dekonqestantlar və digər vasitələr. АТС kodu: R01АА05.
Farmakoloji xüsusiyyətləri
Oksimetazolin hidroxlorid sintetik adrenomimetikdir. Damardaraldıcı təsiri özünü qan axınının azalması, burun dəliklərinin, əlavə ciblərinin və yevstax borusunun selikli qişasının şişginliyinin azalması ilə göstərir. Bununla da qrip, zökəm və allergik xəstəliklər zamanı burun tənəffüsünü bərpa edir. Burun və əlavə ciblərinin selikli qişasının damarlarının lokal daralması preparatın püskürdülməsindən 5-10 dəq sonra baş verir.
İstifadəsinə göstərişlər
Soyuqdəymə və ot qızdırması ilə əlaqədar burun tutulmasının tez bir zamanda aradan qaldırılması.
Əks göstərişlər
Preparatın hər hansı komponentinə və ya digər adrenergik vasitələrə qarşı yüksək fərdi həssaslıq; atrofik rinit; burun ətrafı dərinin və selikli qişanın iltihabı və qabıqların əmələ gəlməsi (quru rinit); arterial hipertoniyanın agır forması; kəskin ateroskleroz; taxikardiya; ürək astması; yüksək gözdaxili təzyiq, bağlıbucaqlı qlaukoma; hipertireoz; şəkərli diabet; feoxromositoma; böyrək catışmazlığı; prostat vəzinin boyüməsi ilə bağlı çətinləşmiş sidik ifrazı; bərk beyin qabığına təsir edən transfenoidal hipofizektomiya və ya digər cərrahi müdaxilələrdən sonra; MAO inhibitorları ilə birgə qəbul və ya onların qəbulunu dayandırandan sonra 2 həftə ərzində; 6 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Yerli dekonqenstatların uzunmüddətli və yüksək dozalarda istifadəsi onların təsiri azala bilər. Preparatın həddindən artıq qəbulu zamanı: burunun selikli gişasının reaktiv hiperemiyası (rebaund effektı), burunun selikli gişasının xroniki şişməsi (medikamentoz rinit), selikli gişanın atrofiyası rast gəlimir. Porfiriyası olan xəstələrdə ehtiyatla, yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra istifadə etmək lazımdır. Tərkibində olan köməkçi maddələr – benzalkonium xlorid və propilenqlikol dərinin allergik reaksiyalarını (qıcıqlanma və qaşınma) törədə bilər. Benzalkonium xlorid uzunmüddətli istifadə zamanı burunun selikli qişasının ödemini yarada bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Oksimetazolin ilə trisiklik antidepressantların, MAO inhibitorlarının, maprotilinin, pressor vasitələrin eyni zamanda qəbulu arterial təzyiqin artmasına qətirib çıxara bilər. Buna görə də, bu vəsitələrin birgə istifadəsinə yol vermək olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik Oksimetazolinin hamiləliyin ilk üç aylıq dövründə istifadəsinə dair məhdud məlumat onun hamilə qadının və ya dölün/yenidoğulmuşun sağlamlığına heç bir mənfi təsirinin olmadığını göstərir. Digər epidemioloji məlumat yoxdur. Hamiləlik zamanı spreyin yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra istifadəsi tövsiyə olunur. Doza həddinin aşılması hamiləlik zamanı hələ doğulmamış uşağın qan axınını poza bilər. Bunun üçün tövsiyə olunmuş dozaya ciddi riayət etmək lazımdır. Laktasiya Laktasiya dövründə spreyin yalnız fayda/risk nisbətinin qiymətləndirilməsindən sonra istifadəsi tövsiyə olunur. Oksimetazolinin südə kecməsi barədə heç bir məlumat yoxdur. Oksimetazolinin artiq istifadəsi süd ifrazını azalda bilər, ona görə də əmizdirmə zamanı tövsiyə olunmuş doza aşılmamalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir etmir.
İstifadə qaydası və dozası
Ardıcıl olaraq hər burun dəliyinə püskürdülür, püskürtmə zamanı başınızı arxaya əyməyin. Böyüklərə və 6 yaşından yuxarı uşaqlara: hər burun dəliyinə 1 püskürtmə. 12 saatdan tez olmayaraq püskürtməni təkrar etmək olar. Tövsiyə olunmuş doza aşılmamalı və 7 gündən artıq iştifadə edilməmlidir.
Əlavə təsirləri
Oksimetazolin, bir qayda olaraq, yaxşı mənimsənilir və yan təsirləri ortaya çıxarsa, belə qabarıq şəkildə özünü göstərmir və müvəqqəti olur. Tez-tez rast gələn: burunda göynəmə və ya quruluq, askırma. Bəzən rast gələn: dərman vasitəsinin təsiri bitdikdən sonra burun tutulması hissi (reaktiv hiperemiya), burun qanaxması, allergik reaksiyalar (Kvinke ödemi, övrə, qaşınma) baş verə bilər. Nadir hallarda rast gələn: ürəkdöyünmə, taxikardiya, arterial hipertenziya. Çox nadir hallarda: körpələrdə apnoe, yuxusuzluq, yorğunluq (yuxululuq, sedativ effekt), başağrısı, narahatlıq hissi, hallüsinasiyalar (əsasən uşaqlarda), aritmiya, qıcolmalar (əsasən uşaqlarda). Bilinməyən: başgicəllənmə, bayılma qabagı vəziyyət, titrəmə, əsəbilik, oyanıqlıq, narahatlıq, aydın olmayan görmə, burundan axıntının həçminin artması, burun tutulmasının güclənməsı, ağızda quruluq, burun və boğazda qıcıqlanma, ürəkbulanma, səpgi, zəiflik. Göstərilən və həmçinin içlik vərəqədə qeyd olunmayan əlavə təsirlər yarandıqda, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Həddindən artıq və ya təsadufən daxilə qəbul, qan-damar, agciyər, MSS-də həm tormozlanma, həm də stimullaşma ilə əlaqədar simptomlar əmələ gətirə bilər. MSS-in stimullaşması özünü narahatlıq, təşviqat, hallüsinasiyalar və qıcolmalar şəklində biruzə verir. MSS-in tormozlanması isə bədən temperaturunun azalması, süstlük, yuxululuq, koma şəklində özünü biruzə verir. Aşağıdakı əlavə simptomlar baş verə bilər: mioz, midriaz, qızdırma, tərləmə, solğunluq, sianoz, ürəkdöyünmə, taxikardiya, bradikardiya, aritmiya, ürəyin dayanması, arterial hipertenziya, arterial hipotenziya, ağciyərin ödemi, ürəkbulanma, qusma, tənəffüsün depressiyası, apnoe, psixi pozuntular. Doza həddinin aşılması uşaqlarda MSS-in pozulmaları qıcolmalar, bradikardiya, arterial hipertenziya, hipotenziya şəklində özünü biruzə verir, şok, apnoe hallusinasiyalar və komaya qədər. Müalicəsi: oksimetazolinin mənimsənilməsini azaltmaq üçün aktivləşdirilmiş kömür (adsorbent), natrium sulfat və ya maqnezium sulfat (işlədicilər) qəbul etmək, mədəni yumaq lazımdır. Vazopressor vasitələrin qəbulu əks göstərişdir. Zəhərəleyhinə qeyri-selektiv alfa-blokatorlar. Zəruri hallarda temperaturu azaltmaq, antikonvulsant terapiya və ag ciyərlərin suni tənəffüsü.
Buraxılış forması
15 ml və ya 30 ml sprey, püskürdücü ucluqlu flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Flakonu açdıqdan sonra preperat 1 ilə qədər istifadəyə yararlıdır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Istituto de Angeli S.r.l., 50066 Reggello (Florence), Loc. Prulli 103/c, İtaliya.
Qeydiyyat vəsiqəsinin sahibi
Bayer Konsumer Keya AG, Peter Merian-Ştrasse 84, 4052 Basel, İsveçrə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.