Teraflu N10 paket
| Təsiredici maddə | PARACETAMOL (ACETAMINOPHEN) + PHENYLEPHRINE + PHENIRAMINE MALEATE + ASCORBIC ACID |
|---|---|
| Dərman forması | Oral məhlul hazırlamaq üçün toz |
| Farmakoloji təsir | Sinir sistemi. Analgetiklər. Digər analgetiklər-antipiretiklər. Anilidlər. Parasetamol, psixoleptiklər istisna olmaqla kombinasiyada |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
11,50 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TERAFLYU (limon dadlı) daxilə qəbul üçün məhlul hazırlamaq üçün toz Beynəlxalq patentləşdirilməmiş adı: Paracetamol + Feniramin + Phenylephrine + Ascorbic acid
Tərkibi
Təsiredici maddə: 1 paketdə (22.1 q) 325 mq parasetamol, 20 mq feniramin maleat, 10 mq fenilefrin hidroxlorid, 50 mq askorbin turşusu vardır. Köməkçi maddələr: alma turşusu, natrium sitrat dihidrat, xinolin sarısı (E 104), sarı günəş qürubu boya maddəsi (E 110), titan dioksid (E 171), saxaroza, limon aromatızatoru 3201, üçəsaslı kalsium fosfat, susuz limon turşusu.
Təsviri
Kənar hissəciklər olmayan, səpilmək xassəsinə malik, qranullaşdırılmış sarı xallı ağ rəngli tozdur. Saxlanma müddətində topaların əmələ gəlməsi mümkündür.
Farmakoterapevtik qrupu
Sinir sistemi. Analgetiklər. Digər analgetiklər-antipiretiklər. Anilidlər. Parasetamol, psixoleptiklər istisna olmaqla kombinasiyada. ATC kodu: N02BE51.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Parasetamol – ağrıkəsici və qızdırmasalıcı vasitədir. Ehtimal olunur ki, onun təsir mexanizmi ilk növbədə, mərkəzi sinir sistemində prostaqlandinlərin sintezinin inhibə olunmasına əsaslanır. Prostaqlandinlərin periferik toxumalarda inhibə olunmamasını nəzərə alaraq, anamnezlərində mədə-bağırsaq qanaxmaları olan pasiyentlərdə və ya yaşlı pasiyentlərdə istifadə etmək üçün yararlıdır. Feniramin maleat – H -reseptorların blokatoru, antihistamin preparatdır. Tənəffüs yollarının1 xəstəlikləri ilə əlaqəli, ümumi allergik simptomların yüngülləşdirilməsini təmin edir. Burunda ödemə qarşı təsir göstərir və burun mukozasının yerli ekssudativ simptomlarının şiddətini azaldır. Fenilefrin hidroxlorid – əsasən α-adrenoreseptorlara təsir göstərən simpatomimetik preparatdır. Fenilefrin hidroxlorid burunun selikli qişasının ödemini azaldır. Askorbin turşusu (C vitamini) soyuqdəymə daxil olmaqla, virus xəstəliklərinin başlanğıc mərhələlərində baş verən C vitamin itkisini kompensasiya etmək üçün adətən, soyuqdəyməəleyhinə komponentlərin kombinasiyasına daxil edilir. Farmakokinetikası Parasetamol mədə-bağırsaq traktından sürətlə sorulur və orqanizmin bir çox toxumalarında paylanır. Qan plazmasında parasetamolun maksimal konsentrasiyası 10-60 dəqiqədən sonra əldə edilir. Terapevtik dozalarından istifadə etdikdə, parasetamolun qan plazmasının zülalları ilə birləşməsi minimaldır. Qaraciyərdə metabolizmə məruz qalır və əsasən, qlükuronid və sulfat şəklində sidiklə xaric olunur, 5%-dən aşağı miqdarı orqanizmdən dəyişilməmiş halda xaric olunur. Feniramin maleat 1-2,5 saatdan sonra qan plazmasında zirvə konsentrasiyasına çatır; yarımxaricolma dövrü 16-19 saat təşkil edir. Peroral dozanın 70-83%-i orqanizmdən dəyişilməmiş halda və ya metabolitlər şəklində sidiklə xaric olunur. Fenilefrin hidroxlorid mədə-bağırsaq traktından qeyri-bərabər sorulur və monoaminooksidaza fermenti vasitəsi ilə bağırsaqda və qaraciyərdə ilkin metabolizmə məruz qalır. Beləliklə, peroral yolla qəbul edildikdə, fenilefrin hidroxloridin biomənimsənilməsi aşağıdır. Sidiklə sulfat şəklində xaric olunur. Askorbin turşusu mədə-bağırsaq traktından sürətlə sorulur və orqanizmin bütün toxumalarında paylanır, 25%-i qan plazmasının zülalları ilə birləşir. Askorbin turşusunun artıq miqdarı metabolitlər şəklində sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
“Soyuqdəymə” və qrip simptomlarının qısamüddətli yüngülləşdirilməsi, məsələn: − burunun və burunətrafı ciblərin tutulması; − zökəm; − asqırma; − bədəndə sızıltı hissi və ağrı, məsələn, boğaz ağrısı, baş ağrısı, əzələ ağrıları və burunətrafı ciblər nahiyəsində ağrı; − bədən temperaturunun yüksəlməsi və bununla əlaqəli üşütmə.
Əks göstərişlər
Aşağıda göstərilən pasiyentlərə preparatın istifadəsi əks göstərişdir: − anamnezlərində parasetamola, feniraminə, fenilefrinə, askorbin turşusuna və ya preparatın tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslıq qeyd olunan pasiyentlərə; − hal-hazırda və ya son 2 həftə müddətində, bir qayda olaraq, depressiyanın müalicəsi üçün istifadə olunan monoaminooksidaza (MAO) fermentinin inhibitorlarından istifadə edən pasiyentlərə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
PREPARATIN TƏRKİBİNDƏ PARASETAMOL VAR. Digər parasetamol-tərkibli preparatlarla, dekongestantlarla (burun tutulması simptomlarının yüngülləşdirilməsi üçün nəzərdə tutulan preparatlarla) və soyuqdəyməəleyhinə preparatlarla eyni zamanda istifadə etmək olmaz. Parasetamol-tərkibli digər preparatlarla eyni zamanda istifadəsi, doza həddinin aşılmasına gətirib çıxara bilər. Parasetamolun istifadəsi nəticəsində meydana çıxan doza həddinin aşılması, qaraciyər transplantasiyasını tələb edən və ya ölüm nəticəsinə gətirib çıxara bilən, qaraciyər çatışmazlığına səbəb ola bilər. Qlutation səviyyəsi aşağı olan pasiyentlərdə (həddindən artıq arıqlama müşahidə olunduqda, anoreksiyadan əziyyət çəkən pasiyentlərdə, bədən kütləsinin indeksi aşağı olan pasiyentlərdə, ağır dərəcəli xroniki alkoqolizmdən əziyyət çəkən pasiyentlərdə və ya sepsis zamanı) qaraciyər disfunksiyası/çatışmazlığı halları barədə məlumatlar mövcuddur. Preparatın dekongestantlarla və antihistamin preparatlarla eyni zamanda istifadəsindən çəkinmək lazımdır. Aşağıdakı vəziyyətlərdə, preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır: qaraciyər və ya böyrək çatışmazlığı olduqda (mövcud qaraciyər xəstəliyi, parasetamolun qəbulu ilə əlaqəli qaraciyər zədələnməsi riskini yüksəldir); ağır infeksiya zamanı olduğu kimi, qlutation səviyyəsinin aşağı düşməsi (məsələn, sepsis, həddindən artıq arıqlama, bədən kütləsinin aşağı olması, xroniki alkoqolizm zamanı); çünki bu, metabolik asidoz riskini yüksəldə bilər. Metabolik asidozun aşağıda göstərilən simptomlarının kombinasiyası müşahidə olunduqda, pasiyent dərhal həkimə müraciət etməlidir: dərin, sürətli, çətin tənəffüs; əhvalın pisləşməsi; ürəkbulanma, qusma; iştahanın itməsi; arterial hipertenziya (qan təzyiqinin yüksəlməsi), ürək-damar xəstəlikləri, şəkərli diabet, hipertireoidizm (qalxanabənzər vəzinin hiperfunksiyası), bağlıbucaqlı qlaukoma (gözdaxili təzyiqin yüksəlməsi), feoxromositoma (böyrəküstü vəzilərin nadir şiş xəstəliyi), prostat vəzinin hipertrofiyası (prostat vəzində patologiya və ya sidik ifrazının çətinləşməsi), okklyuziv damar xəstəlikləri (məsələn, soyuğun təsiri altında əl və ayaq barmaqlarında keyləşmə, sancma və rəngin dəyişməsi (ağ, göy və daha sonra qırmızı) şəklində meydana çıxan Reyno xəstəliyi kimi) müşahidə olunan pasiyentlər. Simpatomimetiklərdən (məsələn, dekongensantlar, iştahanın tormozlanması üçün istifadə olunan preparatlar və amfetaminəbənzər preparatlar kimi), β-adrenoblokatorlardan və digər antihipertenziv preparatlardan, trisiklik antidepressantlardan (məsələn, amitriptilin), diqoksindən və ürək qlikozidlərindən, çovdar mahmızı alkaloidlərindən (məsələn, erqotamin və metisergid) istifadə edən pasiyentlərə göstərilən preparatı ehtiyatla qəbul etmək lazımdır. Əlavə effektlərə daha çox məruz qalmasına meylli olan yaşlı pasiyentlərdə preparatı istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək vacibdir. Şüurun dumanlanması müşahidə olunan yaşlı pasiyentlər preparatdan istifadə etməməlidirlər. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər nəzərə almalıdırlar ki, preparatın tərkibində 20 q saxaroza vardır. Fruktozaya qarşı anadangəlmə dözümsüzlük, qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza- izomaltoza çatışmazlığı kimi nadir irsi xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə preparatı istifadə etmək tövsiyə olunmur. Natrium-nəzarətli pəhriz saxlayan pasiyentlərdə preparatı istifadə etdikdə, nəzərə almaq lazımdır ki, bir paketdə 28,3 mq natrium vardır. Preparatın tərkibində, allergik reaksiyalara səbəb ola bilən Günəş qürubu sarısı (Sunset yellow, E 110) qida rəngləyicisi vardır. Zədələnmiş paketin içərisində olan preparatı istifadə etmək olmaz. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər zaman, preparatı istifadə etməzdən əvvəl dərman preparatının istifadəsi üzrə təlimatı oxumaq vacibdir. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Preparatı qəbul etməzdən əvvəl, aşağıda göstərilən preparatların istifadəsi barədə həkimlə məsləhətləşmək lazımdır. Monoaminooksidaza fermentin Fenilefrin kimi simpatomimetik aminlər və MAOi arasında inhibitorları (MAOi) təsirlərin qarşılıqlı güclənməsi baş verə bilər (“Əks göstərişlər” bölməsinə bax) Simpatomimetiklər (məsələn, Fenilefrinin digər simpatomimetik aminlərlə eyni zamanda dekongensantlar, iştahanın tormozlanması istifadəsi, ürək-damar sistemində baş verən əlavə effektlər üçün istifadə olunan preparatlar və riskini yüksəldə bilər (“Xüsusi göstərişlər və ehtiyat amfetaminəbənzər preparatlar) tədbirləri” bölməsinə bax) β-Adrenoblokatorlar və digər Fenilefrin β-blokatorların və antihipertenziv preparatların antihipertenziv preparatlar (debrizoxin, effektivliyini aşağı sala bilər. Hipertoniyanın və digər ürək- quanetidin, rezerpin, metildofa daxil damar effektlərinin meydana çıxma riski yüksələ bilər olmaqla) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Trisiklik antidepressantlar (məsələn, Ürək-damar effektlərinin meydana çıxma riski yüksəlir amitriptilin) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Diqoksin və ürək qlikozidləri Fenilefrinlə eyni zamanda istifadəsi, qeyri-müntəzəm ürək çırpınması və ya miokard infarktı riskinin yüksəlməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Çovdar mahmızı alkaloidləri (məsələn, Fenilefrinlə eyni zamanda istifadəsi, erqotizmin meydana erqotamin və metisergid) çıxmasına səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax) Varfarin və digər kumarinlər Parasetamolun uzunmüddətli gündəlik istifadəsi, varfarinin və digər kumarinlərin antikoaqulyant effektini gücləndirə bilər ki, bu da qanaxmaların baş vermə riskini yüksəldir; preparatın birdəfəlik dozaları əhəmiyyətli təsir göstərmirlər Alkoqol Alkoqol feniraminin sedativ təsirini gücləndirir Sedativ və yuxugətirici preparatlar Feniramin digər sedativ preparatların mərkəzi tormozlayıcı (məsələn, barbituratlar, benzodiazepinlər, təsirini gücləndirir anksiolitiklər və antidepressantlar) Antixolinergik preparatlar (məsələn, digər Feniramin antixolinergik aktivliyə malikdir və antihistaminlər, parkinsonizməleyhinə antixolinergik aktivliyə malik digər preparatların preparatlar və fenotiazin sırasından olan antixolinergik təsirini gücləndirə bilər neyroleptiklər) Pasiyent istənilən dərman preparatlarının istifadəsi barədə həkimi və ya əczaçını məlumatlandırmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda preparatın istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Reproduktiv toksikliyin heyvanlar üzərində öyrənilməsi istiqamətində aparılan tədqiqatlar yetərli deyil. Preparatın ana üçün faydası döl üçün gözlənilən risklərdən üstün olduğu hallar istisna olmaqla, hamiləlik və laktasiya dövründə preparatın istifadəsindən çəkinmək lazımdır. Qısa müddət ərzində ən aşağı effektiv dozanın istifadəsi ilə müalicənin aparılmasını nəzərdən keçirmək olar. Hamiləlik dövründə parasetamolu (digər dərman preparatları kimi) istifadə etməzdən əvvəl, hamilə qadınlar həkimlə məsləhətləşməlidirlər. Heyvanlar üzərində aparılan tədqiqatlardan və ya hamilə qadınlarda və laktasiya dövründə feniraminin istifadəsi barədə heç bir klinik məlumat mövcud deyil. Hamilə qadınlar tərəfindən fenilefrinin istifadəsi barədə məhdud məlumatlar mövcuddur. Askorbin turşusu üçün tövsiyə olunan, istifadənin yolverilən yuxarı səviyyəsi (UL) 1800 mq/sutkada (hamiləlik <18 yaş) və 2000 mq/sutkada (hamiləlik >18 yaş) təşkil edir. İstifadənin yolverilən yuxarı səviyyəsi (UL) – sağlamlığa mənfi təsir riskinin meydana çıxmasına səbəb olmayan, qida maddələrinin sutkalıq istifadəsinin maksimal səviyyəsidir. Tövsiyə olunan dozalarda daxilə qəbul edildikdə, parasetamol ana südünə klinik əhəmiyyətə malik olmayan miqdarda nüfuz edir. Fenilefrin ana südünə nüfuz edə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bəzi pasiyentlərdə feniramin yuxuya meyillilik, başgicəllənmə, görmə itiliyinin pozulması, koqnitiv funksiyaların və hərəkət koordinasiyasının pozulması kimi əlamətlərin meydana çıxmasına səbəb ola bilər ki, bu da nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Alkoqolun və ya digər sedativ preparatların istifadəsi, göstərilən pozğunluqları əlavə gücləndirə bilər.
İstifadə qaydası və dozası
Preparat yalnız daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. 1 paketin möhtəviyyatını 1 stəkan isti suda həll etmək lazımdır. İstifadə üçün yararlı temperatura qədər soyuduqdan sonra, məhlulu qəbul etmək olar. Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) və yaşı 12 və daha yuxarı olan uşaqlar: zərurət yarandıqda, hər 4-6 saatdan bir 1 paket qəbul etmək. 24 saat müddətində 4 paketdən artıq istifadə etmək olmaz. Preparatı 4 saatdan artıq tezliklə qəbul etmək olmaz. 12 yaşdan kiçik uşaqlar üçün tövsiyə olunmur. Həkim məsləhəti olmadan, 7 gündən artıq istifadə etmək tövsiyə olunmur. Simptomlar saxlanıldığı halda həkimə müraciət etmək lazımdır. Effektin əldə olunması üçün preparatı, ən aşağı dozalarda və minimal qısa müddət ərzində istifadə etmək lazımdır.
Əlavə təsirləri
Preparatın istifadəsi zamanı qeyri-adi reaksiya müşahidə olunduqda, həkimə müraciət etmək lazımdır. Sistem və orqanlar sinifi Əlavə təsirlər Tezlik Parasetamol Qan və limfa sistemində baş Trombositopeniya Çox nadir verən pozğunluqlar hallarda İmmun sistemdə baş verən Anafilaksiya, dəri üzərində hiperhəssaslıq Çox nadir pozğunluqlar reaksiyaları, o cümlədən başqaları arasında toksik hallarda epidermal nekroliz, Stivens-Conson sindromu, angionevrotik ödem, səpgilər daxil olmaqla Tənəffüs sistemində, döş qəfəsi Aspirinə və ya digər qeyri-steroid iltihabəleyhinə Çox nadir və divararası orqanlarda baş preparatlara (QSİƏP) qarşı həssas pasiyentlərdə hallarda verən pozğunluqlar bronxospazm Hepato-biliar sistemdə baş Qaraciyər disfunksiyası Çox nadir verən pozğunluqlar hallarda Feniramin Qan və limfa sistemində baş Leykopeniya, trombositopeniya, hemolitik anemiya Məlum deyil verən pozğunluqlar İmmun sistemdə baş verən Anafilaktik şok, angionevrotik ödem, hiperhəssaslıq, Nadir hallarda pozğunluqlar övrə Sinir sistemində baş verən Antixolinergik simptomlar, hərəkət koordinasiyasının Məlum deyil pozğunluqlar pozulması, tremor, yaddaşın və ya diqqət konsentrasiyasının itməsi*, müvazinətin pozulması*, başgicəllənmə*, əzginlik**, yuxuya meyillilik**. Hallyusinasiyalar, dezoriyentasiya, həddindən artıq oyanıqlıq effektləri (həyəcan, əsəbilik, yuxusuzluq) Görmə orqanında baş verən Midriaz, akkomodasiyanın pozulması Məlum deyil pozğunluqlar Ürəkdə baş verən pozğunluqlar Ürək çırpınması Məlum deyil Damarlarda baş verən Ortostatik hipotenziya Məlum deyil pozğunluqlar Mədə-bağırsaq traktında baş Qəbizlik Məlum deyil verən pozğunluqlar Dəridə və dərialtı toxumalarda Ekzema, hemorragik səpgilər, eritema, qaşınma Nadir hallarda baş verən pozğunluqlar Böyrəklərdə və sidik-ifrazat Sidik ifrazının ləngiməsi Məlum deyil sistemində baş verən pozğunluqlar İstifadə qaydası ilə əlaqəli Burunun selikli qişasında quruluq Məlum deyil ümumi pozğunluqlar və dəyişikliklər Fenilefrin İmmun sistemdə baş verən Başgicəllənmə, baş ağrısı, yuxusuzluq, narahatlıq Tez-tez pozğunluqlar (əsəbilik) Ürəkdə baş verən pozğunluqlar Arterial təzyiqin yüksəlməsi Tez-tez Taxikardiya, ürək çırpınması Nadir hallarda Mədə-bağırsaq traktında baş Qusma, ürəkbulnma Tez-tez verən pozğunluqlar İmmun sistemdə baş verən Hiperhəssaslıq, allergik dermatit, övrə Nadir hallarda pozğunluqlar Görmə orqanında baş verən Bağlıbucaqlı qlaukomanın kəskinləşməsi (artıq aşkar Nadir hallarda pozğunluqlar edilmiş bağlıbucaqlı qlaukomadan əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), midriaz Dəridə və dərialtı toxumalarda Səpgi Nadir hallarda baş verən pozğunluqlar Böyrəklərdə və sidik-ifrazat Sidik ifrazının ləngiməsi (intravezikulyar obstruksiya Nadir hallarda sistemində baş verən sindromundan, məsələn, prostat vəzinin pozğunluqlar hipertrofiyasından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir), dizuriya. * Yaşlı pasiyentlərdə. ** Müalicənin əvvəlində daha tez-tez qeydə alınmışdır. Aşağıdakı vəziyyətlər baş verdikdə preparatın istifadəsini dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır: bəzən tənəffüsün çətinləşməsi, ağızın, üz nahiyəsinin, dodaqların, boğazın və ya gözlərin qızarması və/və ya şişkinliyi ilə müşayiət olunan səpgi və ya övrə (qaşınan, kələ-kötür səpgilər) kimi allergik reaksiyalar meydana çıxdıqda; dəri üzərində qabıqlanma və ya ağız boşluğunda xoralar meydana çıxdıqda; aspirindən və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlardan istifadə etdikdə, əvvəllər tənəffüs ilə problemlər müşahidə olunduqda və həmçinin, bu dərman preparatından istifadə etdikdə, oxşar reaksiya meydana çıxdığı halda; etiologiyası müəyyən olunmamış qançırlar və ya qanaxmalar meydana çıxdıqda; dərinin solğunlaşması, başgicəllənmə və yorğunluqla eyni zamanda, sidiyin rənginin tündləşməsi qeyd olunduqda; hallyusinasiyalar (görmə və ya eşitmə) müşahidə olunduqda; həddindən artıq sürətli nəbz və ya həddindən artıq sürətli qeyri-müntəzəm nəbz qeyd olunduqda; görmə qabiliyyətinin pisləşməsi meydana çıxdıqda; bu, gözdə qeyri-normal yüksək qan təzyiqi ilə əlaqəli ola bilər. Göstərilən reaksiyanın meydana çıxması çox nadir hallarda baş verir və qlaukomadan əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir; sidik ifrazı ilə problemlər müşahidə olunduqda. Göstərilən reaksiyanın meydana çıxması, prostat vəzinin hiperplaziyasından əziyyət çəkən kişilərdə daha çox ehtimal edilir. Yuxarıda qeyd olunan reaksiyalar nadir hallarda və ya çox nadir hallarda müşahidə oluna bilər.
Doza həddinin aşılması
Preparatı, tövsiyə olunandan artıq miqdarda qəbul etdikdə, hətta pasiyentdə heç bir simptom müşahidə olunmadıqda belə, qaraciyər çatışmazlığı riskini nəzərə alaraq, dərhal həkimə müraciət etmək lazımdır. Doza həddinin aşılması şüurun itməsinə və ya komaya gətirib çıxara bilər. Uşaqlarda qıcolmalar (tutmalar) meydana çıxa bilər. Parasetamol Simptomları: parasetamolun istifadəsi nəticəsində doza həddinin aşılması baş verdikdən sonra aparılan tədqiqatlar onu təsdiq edir ki, qaraciyər zədələnməsinin klinik əlamətləri, bir qayda olaraq, 24-48 saatdan sonra inkişaf edirlər və 4-6 gündən sonra maksimal həddə çatırlar. Doza həddinin aşılması qaraciyər çatışmazlığına səbəb ola bilər ki, bu da qaraciyər transplantasiyasının tələb olunmasına və ya ölüm nəticəsinə gətirib çıxara bilər. Bir qayda olaraq, qaraciyər disfunksiyası və hepatotoksikliklə müşayiət olunan kəskin pankreatit halları qeydə alınmışdır. Müalicəsi: doza həddinin aşılması baş verdikdə, hətta bu vəziyyətin simptomları müşahidə olunmadıqda belə, tibbi yardımın göstərilməsi tələb olunur. Parasetamolun istifadəsi nəticəsində doza həddinin aşılması ehtimal edildikdə və doza həddinin aşılması təsdiq olunduqda, qaraciyərin gecikmiş toksik zədələnməsinin qarşısını almaq məqsədi ilə, hətta doza həddinin aşılmasının simptomları və ya əlamətləri olmadıqda belə, dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır. N-asetilsisteinin və ya metioninin yeridilməsi tələb oluna bilər. Feniramin Simptomları: doza həddinin aşılması qıcolmaların inkişaf etməsinə (xüsusilə, uşaqlarda), şüurun pozulmasına və komaya gətirib çıxara bilər. Müalicəsi: spesifik simptomların aradan qaldırılması istiqamətində ümumi dəstəkləyici müalicə aparılmalıdır. Fenilefrin Simptomları: fenilefrinin istifadəsi nəticəsində baş verən doza həddinin aşılmasının simptomları, “Əlavə təsirləri” bölməsində təsvir olunmuş simptomlarla oxşardır. Həmin simptomlardan əlavə, fenilefrinin istifadəsi nəticəsində doza həddinin aşılması, qıcıqlanmanın, narahatlığın, arterial təzyiqin yüksəlməsinin və ehtimal edilən nəticə kimi, reflektor bradikardiyanın meydana çıxmasına səbəb ola bilər. Ağır hallarda şüurun dumanlanması, hallyusinasiyalar, qıcolmalar və aritmiyalar meydana çıxa bilərlər. Müalicəsi: simptomatikdir. Ağır dərəcəli hipertenziya müşahidə olunduqda, fentolamin kimi, α- adrenoblokatorların istifadəsi tələb oluna bilər. Askorbin turşusu: askorbin turşusunun yüksək dozaları (>3000 mq) müvəqqəti osmotik diareyanın və mədə-bağırsaq traktında ürəkbulanma və qarın nahiyəsində diskomfort kimi, pozğunluqların meydana çıxmasına səbəb ola bilər. Askorbin turşusunun istifadəsi zamanı doza həddinin aşılmasının nəticələri və parasetamolun istifadəsi zamanı doza həddinin aşılması nəticəsində baş verən qaraciyər intoksikasiyası ilə əlaqələndirilir.
Buraxılış forması
22,1 q toz, kombinəolunmuş materialdan hazırlanmış paketlərdə. 10 paket, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Delpharm Orléans. 5, avenue de Concyr, Orléans Cedex 02, 45071, France.
Qeydiyyat vəsiqəsinin sahibi
GSK Consumer Healthcare SARL, Route de l`Etraz, 1260 Nyon, Switzerland. Preparatdan istifadə etdikdə arzuolunmayan hallar meydana çıxdığı halda aşağıda göstərilən elektron ünvana məlumat vermək lazımdır: [email protected] (Azərbaycan, Gürcüstan Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan üçün) və [email protected] (Ermənistan, Belarus və Qırğızstan üçün). Preparatın keyfiyyətinə dair şikayətlər, aşağıda göstərilən elektron ünvanda qəbul olunur: [email protected]. Ticarət nişanları GSK şirkətlər qrupuna məxsusdur və ya onların lisenziyası əsasında istifadə olunurlar. © 2022 GSK şirkətlər qrupu və ya onların lisenziyarı.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.