Primavir 250 mq 2 ml N5 inyeksiya
| Təsiredici maddə | SODIUM OXODIHYDROACRIDINYLACETATE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | İmmunostimuləedici vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
55,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PRİMAVİR əzələdaxili inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Oxodihydroacridinylacetate sodium
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 125 mq oksodihidroakridinilasetat natrium (Neovir ) vardır. Köməkçi maddələr: natrium sitrat dihidrat, limon turşusu monohidrat (pH 7,5-8,3-ə qədər); inyeksiya üçün su.
Təsviri
Yaşılımtıl-sarı rəngli, şəffaf mayedir.
Farmakoterapevtik qrupu
İmmunostimuləedici vasitə. ATC kodu: L03A.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Preparat DNT və RNT-genom viruslarına münasibətdə antivirus təsirə malikdir. Xlamidiya əleyhinə aydın ifadə olunmuş təsirə malikdir. Primavir α, β, γ endogen interferonların, xüsusilə α-interferonun titrlərinin sürətlə artmasına səbəb olur. 250 mq Primavir preparatının əzələdaxili yeridilməsi interferonun aşkar edilən zərdab konsentrasiyasına görə 6-9 mln BV rekombinant α-interferonun yeridilməsinə ekvivalentdir. Qanda interferonların pik aktivliyi 1,5-2 saatdan sonra müşahidə edilir və Primavirin yeridilməsindən sonra 16-20 saat müddətində saxlanılır. Nəticədə orqanizmdə törədicilərin və onların zədələdikləri hüceyrələrin məhvinə və xaric olmasına yönəlmiş immun reaksiyaların enerji mənbələri induksiyalaşır. İnterferon hasil edən hüceyrələr patoloji agent tərəfindən törədilən təkrar induksiyaya cavab olaraq güclü interferon hasil etmə qabiliyyəti kəsb edirlər. Bu xüsusiyyət, preparatın qəbulunun dayandırılmasından sonra da uzun müddət saxlanılır. İmmunostimullaşdırıcı təsir Primavir preparatının qanyaradıcı gövdə hüceyrələri aktivləşdirmə, T-limfositlərin subpopulyasiya balansını normallaşdırma, immun sistemin effektor həlqəsini stimullaşdırma qabiliyyəti ilə əlaqədardır. Primavir preparatı makrofaqların və polimorfnüvəli leykositlərin miqrasiyasını və faqositar aktivliyini gücləndirməklə onların funksional aktivliyinə aydın ifadə olunmuş stimullaşdırıcı təsir göstərir. Primavir preparatı, toxumanın böyüməsini korrektə edir: NK-hüceyrələri (Natural (normal) killer hüceyrələr) aktivləşdirir, sitotoksikliyin bütün formalarını gücləndirir, hüceyrələrin adhezivliyinin bərpa olunmasına müsbət təsir göstərir, onların proliferativ və metastatik aktivliyini inhibə edir. Farmakokinetikası Sorulması Əzələdaxili yeridilmə zamanı Primavir preparatının biomənimsənilməsi 90%-dən artıq təşkil edir. 100-150 mq Primavir preparatının yeridilməsindən sonra plazmada maksimal konsentrasiyaya 15-30 dəqiqədən sonra çatır və 8,3 mkq/ml təşkil edir. 5 saatdan sonra Primavir preparatının, yalnız çox az miqdarı təyin edilir, 6 saatdan sonra plazmada Primavir preparatı aşkar edilmir. Paylanması Yeridildikdən 15-30 dəqiqə sonra Primavir preparatı qan plazmasında endogen interferonların, xüsusilə erkən α-interferonun titrini artırmağa başlayır. Plazmada α-interferonun 2 piki aşkar edilmişdir: 1,5-2 saatdan sonra 70 BV/ml və 8-10 saatdan sonra 110 BV/ml, bundan sonra α- interferonun miqdarı aşağı düşməyə başlayır. 24 saatdan sonra endogen interferonların konsentrasiyası kifayət qədər yüksək qalır, yeridildikdən 46-48 saat sonra başlanğıc vəziyyətinə qayıdır. Xaricolması Primavir preparatı orqanizmdən böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə, metabolizmə uğramadan xaric olur, yarımxaricolma dövrü 1 saat təşkil edir.
İstifadəsinə göstərişlər
Monoterapiya şəklində və ya kompleks müalicənin tərkibində: − qrip və digər respirator virus infeksiyaları, o cümlədən immunçatışmazlığı fonunda; − Herpes simplex, Varicella zoster, Herpes simplex genitalis viruslarının törətdikləri infeksiyalar, o cümlədən immun sistemin çatışmazlığı olan şəxslərdə; − İmmunçatışmazlığı olan şəxslərdə sitomeqalovirus infeksiyası; − Radiasion immunçatışmazlığı; − İİV-infeksiyaları; − virus mənşəli ensefalitlər və ensefalomielitlər; − kəskin və xroniki hepatit B və C; − xlamidiya mənşəli uretritlər, epididimitlər, prostatitlər, servisitlər və salpingitlər; − venerik (zöhrəvi) limfoqranulemalar; − onkoloji xəstəliklər; − dağınıq skleroz; − dərinin və selikli qişaların kandidoz zədələnmələri; − papillomavirus infeksiyaları; Qripin və digər kəskin respirator virus infeksiyalarının profilaktikası.
Əks göstərişlər
Preparata qarşı fərdi dözümsüzlük. Ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəqiqədən az). Autoimmun xəstəliklər. Hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparat pis keçirildiyi və ya yeridilmə nahiyəsində ağrı olduğu halda, Primavir preparatını yerli anestetik məhlulla (2 ml 0,25-0,5%-li prokain məhlulu) yeritmək məsləhət görülür. İstifadə edilən anestetikin həssaslığını öyrənmək məqsədilə, əvvəlcədən dəri üzərində sınaq qoyulmalıdır. Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır: − qaraciyər və ödçıxarıcı yollarda baş verən pozğunluqlar zamanı; − böyrəklər və sidikçıxarıcı yollarda baş verən pozğunluqlar zamanı. Yaşlı insanlarda bir qayda olaraq, qaraciyər və böyrəklərin funksiyası zəiflədiyi üçün onlara Primavir dərman vasitəsi ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmasevtik cəhətdən Primavir preparatı ilə aparılan bütün tədqiqatlarda fiziki-kimyəvi qarşılıqlı təsir və arzuolunmaz təsirlərin digər növləri aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə Primavirin istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir, bu səbəbə görə preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat, avtomobil və yüksək konsentrasiya və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etməsi barədə məlumat yoxdur.
İstifadə qaydası və dozası
İnyeksiya üçün məhlul əzələ daxilinə yeridilir, birdəfəlik terapevtik doza 250 mq (1 ampul) və ya pasiyentin bədən kütləsinin hər kq-na 4-6 mq təşkil edir. Ehtiyac olduqda, Primavir preparatının birdəfəlik dozası 500 mq-a qədər artırıla bilər. Xüsusi göstəriş olmadıqda, müalicə kursu 48 saat intervalla 250 mq dozada Primavir preparatının 5-7 inyeksiyasından ibarət olur, kurs doza klinik mənzərədən asılıdır. Kursun müddəti 8-12 gündür. Birdəfəlik profilaktik doza 250 mq (1 ampul) və ya bədən kütləsinin hər kq-na 4-6 mq təşkil edir. Uzunmüddətli istifadə zamanı Primavirin yeridilmələri arasında tövsiyə olunan interval 3-7 gündür. İİV-infeksiya zamanı inyeksiya üçün Primavir preparatı xüsusi virusəleyhinə preparatlarla kombinəolunmuş şəkildə istifadə olunur. Müalicə kursu 250 mq dozada 48 saat intervalı ilə 10 inyeksiya təşkil edir. Kurs müalicədən sonra 2 ay fasilə verilir. Göstəriş üzrə təkrar kurslar istifadə oluna bilər. Uzun müddət istifadəsi zamanı Primavir preparatının yeridilməsi arasındakı məsləhət görülən interval 3-7 sutkadır.
Əlavə təsirləri
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar: səpgi. Çox nadir hallarda – 1/10000 (˂ 0,01%). İmmun sistemdə baş verən pozğunluqlar: hiperhəssaslıq reaksiyaları, anafilaktik reaksiyalar, bədən temperaturunun artması daxil olmaqla. Çox nadir hallarda – 1/10000 (˂ 0,01%). Ümumi və yeridilmə nahiyəsində pozğunluqlar: yeridilmə nahiyəsində ağrı daxil olmaqla, yeridilmə nahiyəsində reaksiyalar mümkündür. Çox nadir hallarda – 1/10000 (˂ 0,01%).
Doza həddinin aşılması
Primavir preparatının doza həddinin aşılması halları qeyd edilməyib.
Buraxılış forması
250 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul. 2 ml məhlul işıqkeçirməyən şüşə ampulda. 5 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Primavir məhlulunun ağ-süd rəngə qədər bulanıqlaşması saxlanma şəraitinin pozulmasına və preparatın istifadə üçün yararsız olmasına dəlalət edir.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf Nazirliyi, Federal Dövlət Büdcə Təşkilatı “Rusiya Kardiyoloji Elmi İstehsalat Kompleksi” – tibbi bioloji preparatların eksperimental istehsalı (RFSSİN, FDBT, RKEİK), Rusiya Federasiyası. Leninqrad vilayəti, Vsevolojskiy rayonu, Kuzmolovskiy qəsəbəsi, Kapitolovo stansiyası, №134. Tel.:/Faks: (499) 149-02-13.
Qeydiyyat vəsiqəsinin sahibi
“Farmsintez” ASC. Leninqrad vilayəti, Vsevolojskiy rayonu, Kuzmolovskiy qəsəbəsi, Kapitolovo stansiyası, №134. Əlavə məlumat almaq və ya reklamasiya istiqamətləndirmək üçün “Farmsintez” ASC. Rusiya, 188663, Leninqradskaya vilayəti, Vsevoljskiy r., Kuzmolovskiy q., kapitolovo st., № 134, liter 1. Tel.: (812) 329-80-80. Faks: (812) 329-80-89.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.