Papaverin 20 mq 2 ml N10 inyeksiya Zdorovye
| Təsiredici maddə | PAPAVERINE HCL |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Həzm sisteminin funksional pozuntuları zamanı istifadə edilən vasitələr. Papaverin və onun törəmələri |
| İstehsal ölkəsi | Ukrayna |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,09 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PAPAVERİN-ZDOROVYE inyeksiya üçün məhlul PAPAVERINЕ-ZDOROVYE Beynəlxalq patentləşdirilməmiş adı: Papaverine
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 20 mq papaverin hidroxlorid vardır. Köməkçi maddələr:dinatrium edetat, metionin, inyeksiya üçün su.
Təsviri
Şəffaf, azacıq sarımtıl çalarlı məhluldur.
Farmakoterapevtik qrupu
Həzm sisteminin funksional pozuntuları zamanı istifadə edilən vasitələr. Papaverin və onun törəmələri. ATC kodu: A03AD01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Miotrop, spazmolitik və hipotenziv vasitədir. Təsir mexanizmi fosfodiesteraza fermentini inaktivləşdirməsi ilə əlaqədardır, bu isə hüceyrədaxili siklik 3′, 5′-adenozinmonofosfatın toplanmasına səbəb olur və bunun nəticəsində saya əzələlərin yığılmasının pozulmasına və spastik vəziyyətlərdə onların boşalmasına gətirib çıxarır. Hüceyrədaxili kalsiumun miqdarını azaldır. Daxili orqanların (həzm, tənəffüs və sidik-cinsiyyət sistemi) saya əzələlərinin və damarların tonusunu azaldır və onları boşaldır. Arteriyaların genişlənməsinə səbəb olur, qan dövranının, o cümlədən serebral qan dövranının artmasına səbəb olur. Yüksək dozalarda ürək əzələlərinin oyanıqlığını azaldır və ürəkdaxili keçiriciliyi ləngidir. Mərkəzi sinir sisteminə təsiri zəif təzahür edilir (yüksək dozalarda sedativ effekt göstərir). Farmakokinetikası Absorbsiya dərəcəsi yüksəkdir. Plazma zülalları ilə birləşməsi 90%-dir, qan zərdabının albuminilə davamlı komplekslər əmələ gətirir. Orqanizmin toxumalarında yaxşı paylanır, histohematoloji baryerlərdən keçir. Qaraciyərdə metabolizmə uğrayır. Т 0,5-2 saatdır (24 saata qədər uzana bilər).½ Əsasən böyrəklər vasitəsilə metabolitlər şəklində xaric olunur.
İstifadəsinə göstərişlər
– Qarın boşluğu orqanlarının saya əzələlərinin spazmı (pilorospazm, qıcıqlanmış bağırsaq sindromu, xolesistit, öddaşı xəstəliyinin tutmaları); – sidikçıxarıcı yolların spazmı, böyrək sancısı; – beyin damarlarının spazmı; – periferik damarların spazmı (endarteriit).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, arterial hipotenziya, atrioventrikulyar keçiriciliyin pozulması, komatoz vəziyyət, tənəffüsün zəifləməsi, monoaminooksidazanın inhibitorları ilə eyni vaxtda istifadəsi, qlaukoma, qaraciyər çatışmazlığı, bronxoobstruktiv sindrom, 75 yaşdan yuxarı şəxslər (hipertermiya riski).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitəsini orta terapevtik dozadan aşağı dozada belə istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır: – yaşlı pasiyentlər və zəifləmiş pasiyentlər; – kəllə-beyin travması olan pasiyentlər; – xroniki böyrək çatışmazlığı olan pasiyentlər; – mədəciküstü taxikardiyası, dekompensasiya təzahürü ilə ağır ürək çatışmazlığı olan pasiyentlər; – böyrəküstü vəzinin funksiyasının çatışmazlığı, hipotireoz, prostat vəzinin hiperplaziyası, şok vəziyyəti. Preparatın venadaxili yeridilməsi çox asta-asta və arterial təzyiqə, ürək yığılmaların tezliyinə, elektrokardioqrama nəzarət etməklə aparılmalıdır. Stenozlaşdırıcı koronaroskleroz zamanı preparatı venadaxili inyeksiyasını ehtiyatla təyin etmək lazımdır. Yaşlı pasiyentlərdə hipertermiyanın yaranması mümkündür. Tütünçəkmə preparatın effektivliyini pisləşdirir. Preparatdan istifadə edildiyi dövrdə alkoqoldan istifadə etmək olmaz. Bu dərman vasitəsinin tərkibində 1 mmol/dozadan az natrium vardır, daha doğrusu praktik olaraq, natrium yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Barbituratlar, difenhidramin (dimedrol), metamizol natrium (analgin), diklofenak papaverinin spazmolitik təsirini gücləndirir. Digər qrup antihipertenziv dərman vasitələrilə, eləcə də trisiklik antidepressantlar, prokainamid, rezerpin, xinidinlə eyni vaxtda istifadəsi zamanı hipotenziv effekt güclənir. Papaverin levodopanın parkinsonizm əleyhinə effektini və metildopanın hipotenziv effektini azalda bilər. İntrakavernoz yeridilmə üçün alprostadiol ilə eyni vaxtda istifadəsi zamanı priapizmin inkişafetmə riski mövcuddur. Fentolamin birgə yeridilməsi zamanı papaverinin cinsiyyət üzvünün mağaralı cisminə təsirini gücləndirir. Ürək qlikozidlərilə eyni vaxtda istifadəsi zamanı ümumi periferik damar müqavimətinin azalması nəticəsində miokardın yığılma funksiyasının təzahürlü güclənməsi müşahidə edilir. Novokainamidlə eyni vaxtda istifadəsi zamanı hipotenziv effektin güclənməsi mümkündür. Antixolinesteraz preparatların saya əzələlərinə tonuslaşdırıcı effekti papaverin hidroxloridin təsiri altında azalması mümkündür. Morfinin təsiri altında papaverin hidroxloridin spazmolitik aktivliyinin azalması mümkündür. Lakin papaverin hidroxlorid morfin hidroxloridlə sonuncunun spazmogen təsirini azaltmaq üçün və saya əzələlərin spazmı ilə əlaqədar ağrılar zamanı promedolla birlikdə istifadə edilir. Furadoninlə eyni vaxtda istifadəsi zamanı hepatitin inkişaf etməsi barədə məlumat vardır. Rezerpin preparatlarının papaverin hidroxloridlə kombinasiyası zamanı antihipertenziv təsir güclənir. Antidepressantlarla eyni vaxtda istifadəsi zamanı hipotenziv effektin güclənməsi mümkündür. Eyni vaxtda istifadəsi zamanı papaverin hidroxlorid alkoqolun təsirini gücləndirir. Siqaret çəkən pasiyentlərdə papaverinin metabolizmi sürətlənir, onun qan plazmasında konsentrasiyası və farmakokinetik effektləri isə azalır. Farmasevtik cəhətdən dibazolla uyuşur. Uyuşmazlığı Farmasevtik nöqteyi nəzərdən dibazolla uyuşur, kimyəvi cəhətdən kofein-bezoatla uyuşmur. Yalnız məsləhət görülən həlledici istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır. Pediatriyada istifadəsi Preparat 1 yaşdan yuxarı uşaqlarda istifadə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı nəqliyyat vasitələrini idarə etməkdən və digər mürəkkəb mexanizmlərlə işləməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Preparat dərialtı, əzələdaxili və venadaxili istifadə edilir. Dərialtı və əzələdaxili böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 0,5-2 ml (10-40 mq) 2%-li məhlulu yeridilir, venadaxili 1 ml 2%-li papaverin hidroxloridi (20 mq) 0,9%-li 10-20 ml natrium xloriddə həll edərək, çox asta-asta 3-5 ml/dəqiqə sürətlə yeridilir. Daha effektiv üsul venadaxili yeridilmədir. Yaşlı xəstələrdə birdəfəlik doza müalicənin başlanğıcında 10 mq-ı (0,5 ml 2% məhlul) aşmamalıdır. Böyüklər üçün dərialtı və ya əzələdaxili yeridilməsi zamanı maksimal dozalar: birdəfəlik 100 mq (5 ml 2%-li məhlul), sutkalıq 300 mq (15 ml 2%-li məhlul), venadaxili yeridilmə zamanı: birdəfəlik 20 mq (1 ml 2%-li məhlul), sutkalıq 120 mq (6 ml 2%-li məhlul). 1-14 yaşlı uşaqlarda preparat sutkada 2-3 dəfə istifadə edilir. Birdəfəlik doza bədən çəkisinə 0,7-1 mq/kq təşkil edir. Uşaqlar üçün maksimal sutkalıq doza (yeridilmə üsulundan asılı olmayaraq): 1-2 yaşında-20 mq (1 ml 2%-li məhlul), 3-4 yaşında 30 mq (1,5 ml 2%-li məhlul), 5-6 yaşında 40 mq (2 ml 2%-li məhlul), 7-9 yaşında 60 mq (3 ml 2%-li məhlul), 10-14 yaşında 100 mq (5 ml 2%-li məhlul) təşkil edir.
Əlavə təsirləri
Sinir sistemində baş verən pozuntular: yuxululuq, yüksək tərləmə, zəiflik, başağrı, başgicəllənmə. Hiss orqanlarında baş verən pozuntular: görmənin pozulması, diplopiya. Həzm sistemində baş verən pozuntular: anoreksiya, ürəkbulanma, qəbizlik, ağız boşluğunda quruluq, diareya. Hepatobiliar sistemdə baş verən pozuntular: sarılıq, qaraciyər funksiyasının pozulması, qaraciyər transaminazalarının səviyyəsinin yüksəlməsi. Ürək-damar sistemində baş verən pozuntular: aritmiya, taxikardiya, arterial hipotenziya, qismən və ya tam atrioventrikulyar blokada, asistoliya, mədəcik ekstrasistoliyası, mədəciklərin fibrilyasiyası, mədəciklərin səyriməsi, kollaps. Qan sistemində verən pozuntular: eozinofiliya. Tənəffüs sistemində baş verən pozuntular: apnoe. Dəridə, dərialtı toxumada və immun sistemdə baş verən pozuntular: hiperhəssaslıq reaksiyası, o cümlədən, tənəffüs orqanlarında, anafilaktik şok, qaşınma, dəri səpgisi, övrə, bədənin yuxarı hissəsinin, sifətin və əllərin hiperemiyası. Digər: yeridilmə nahiyəsində reaksiyalar, yeridilmə nahiyəsində tromblar daxil olmaqla.
Doza həddinin aşılması
Simptomları Görmənin pozulması, diplopiya, zəiflik, ağız boşluğunda quruluq, qəbizlik, bədənin yuxarı hissəsinində qızartı, hiperventilyasiya, nistaqm, ataksiya, taxikardiya, arterial hipotenziya, asistoliya, mədəcik səyriməsi, kollaps. Preparatın yüksək dozasının istifadəsi və onun venaya sürətli yeridilməsi zamanı aritmiyanın və ya tam atriventrikulyar blokadanın inkişafı mümkündür. Həddindən artıq yüksək dozalarının istifaəsi zamanı papaverin mülayim sedativ təsir göstərir. Müalicəsi Preparatın istifadəsinin dayandırılması, simptomatik müalicə. Spesifik antidotu yoxdur. Hemodializ zamanı qandan tamamilə təmizlənir.
Buraxılış forması
2 ml məhlul ampulda. 10 ampul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi «Pharmaceutical Company «Zdorovye» MMC. Urkayna, 61013, Xarkovskaya vilayəti, Xarkov ş., Şevçenko k., ev 22.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.