Gentamisin 80 mq 2 ml N10 inyeksiya
| Təsiredici maddə | GENTAMICIN |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Sistem istifadə üçün antibiotiklər |
| İstehsal ölkəsi | Çin |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
GENTAMİSİN-NELSON inyeksiya üçün steril məhlul (ə/d – v/d) Beynəlxalq patentləşdirilməmiş adı: Gentamicin sulfate
Tərkibi
Təsiredici maddə: 2 ml (1 ampul) məhlulun tərkibində 80 mq gentamisin vardır. Köməkçi maddələr: natrium bisulfat, aktivləşdirilmiş kömür, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün antibiotiklər. ATC kodu: J01GB03
Farmakoloji xüsusiyyətləri
Gentamisin – aminoqlikozid qrupundan olan antibiotikdir. Bir çox qrammüsbət və qrammənfi baketriyalara qarşı bakterisid təsirə malikdir. Gentamisinə qarşı həssas qrammənfi bakteriyalar: – Pseudomonas aeruginosa; – E.coli ; – Enterobacter spp; – Proteus (indolmüsbət və indolmənfi); – Klebsiella ştammları; – Serratia; – Citrobacter; – Providencia; – Campylobacter; – Brucella; – Moraxella; – Salmonella; – Shigella; Gentamisinə qarşı həssas olan qrammüsbət bakteriyalar: – Stafilokokklar (penisillinə və metisillinə davamlı ştammları daxil olmaqla) – Listeria monocytogenes.
İstifadəsinə göstərişlər
Aerob qrammənfi bakteriyalar tərəfindən törədilən sepsis və digər ağır infeksiyalar; abdominal infeksiyalar; peritonit; yeni doğulmuşların ağır infeksiyaları; sidik yollarının infeksiyaları; endokardit (beta-laktam antibiotikləri ilə birgə); tənəffüs yollarının xəstəxanadaxili infeksiyası.
Əks göstərişlər
Gentamisinə və ya preparatın hər hansı köməkçi maddəsinə, aminqlikozid qrupundan olan antibiotiklərə qarşı yüksək həssaslıq; ağır psevdoparalitik miasteniya, miasteniya qravis. Gözlənilməyən əlavə təsir olduqda həkiminizə müraciət edin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gentamisin qəbul edən xəstələr daim həkim nəzarəti altında olmalıdır, çünki o güclü nefrotoksik təsirə malikdir, vestibulyar və eşitmə aparatını zədələyir, sinir-əzələ parkinsonizm və miastenik sindromdan əziyyət çəkən xəstələrə ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Bəzi güclü diuretiklər (etakrin turşusu, furosemid) qentamisinin əlavə təsirlərini gücləndirir, çünki birgə qəbul olunduqda antibiotikin toxumalarda və qan zərdabında konsentrasiyasını artırır. Diuretiklərin venadaxili qəbulu böyrəklərin, vestibulyar və eşitmə aparatının zədələnmə riskini artıra bilər. Gentamisinin sinir-əzələ blokatorları (suksinilxolin və ya tubokurarin) ilə birgə təyini tənəffüsün iflicinə səbəb ola bilər, antidotları kalsium və neostiqmindir. Gеntаmisini digər nеyrоtокsiк prеpаrаtlаrdаn оlаn аmiкаsin, tоbrаmisin, vаnкоmisin, sеfаlоrid, viоmisin və pоlimiкsin B ilə birgə təyin еtməк оlmаz. Əgər gеntаmisin аmfоtеrаsin B, siкlоspоrin, кlindаmisin, pipеrаsillin, mеtокsiflurаn, fоsкаrnеt ilə birliкdə təyin еdilərsə , böyrəкlərin, vеstibulyаr və еşitmə аpаrаtının zədələnmə risкi yüкsələr. Hamiləlik və laktasiya dövrü Aminoqlikozidlər plasentar baryeri keçdiyi üçün dölün vestibulyar və eşitmə aparatını zədələyə bilər, ona görə də hamiləlik zamanı gentamisin əks göstərişdir. Gentamisin ana südünə keçdiyinə görə, laktasiya dövründə gentamisinlə müalicə alan analar uşaqlarını ana südü ilə qidalandırmağı dayandırmalıdırlar. İstifadə qаydаsı və dozası Gentamisin sulfat əzələ daxilinə, vena daxilinə (damcı üsulu ilə) və endolimfatik yolla istifadə olunur. Böyüklərdə və uşaqlarda maksimal gündəlik doza əzələdaxili və venadaxili yeridilmə zamanı 5 mq/kq, endolimfatik yolla yeridildikdə 2 mq/kq təşkil edir. Sidikçıxarıcı yolların infeksiyaları zamanı böyüklər və 14 yaşdan böyük uşaqlar üçün birdəfəlik doza 0,4 mq/kq, gündəlik doza 0,8-1,2 mq/kq təşkil edir. İnfeksiyanm ağır gedişi zamam gündəlik doza 3 mq/kq-a qədər artırıla bilər. Sepsis və digər ağır infeksiyalar (peritonit, destruktiv pnevmoniya, ağciyərlərin absesi və s.) zamanı prosesin ağırlıq dərəcəsindən asılı olaraq böyüklər və 14 yaşdan böyük uşaqlar üçün birdəfəlik doza 0,8-1 mq/kq, gündəlik doza 2,4- 3,2 mq/kq təşkil edir. Venadaxili yeridilmə zamanı preparatın böyüklər üçün birdəfəlik dozası 200 ml 5%-li qlükoza məhlulunda (uşaqlar üçün 50-100 ml) və ya natrium xloridin izotonik məhlulunda həll edilir. Preparat gündə 2 dəfə olmaqla dəqiqədə 60 damcı sürətlə yeridilir. Məhlulda preparatın konsentrasiyası 1 mq/ml-dən çox olmamalıdır. Böyrək çatışmazlığı zamanı yeridilmə sxemi dozanın aşağı salınması və ya yeridilmələr arasındakı fasiləni uzatmaqla korreksiya edilir. Hemodializ aparılarkən əlavə olaraq antibiotikin birdəfəlik dozası yeridilir. Əzələdaxili yeridilmə zamanı müalicənin davam etmə müddəti 7-10 gün təşkil edir, vena daxili yeridilmə zamanı isə 2-3 gündən sonra əzələ daxili müalicəyə keçilir. Preparat endolimfatik yolla ayaqda və ya baldırın aşağı üçdə birində periferik limfa düyünlərinə gündə 1-2 dəfə olmaqla minimum 12 saatlıq fasilə ilə yavaş-yävaş (1 dəqiqədə 0,5-1 ml sürətlə) yeridilir. Müalicə kursu 5-10 gün ərzində 3-8 yeridilmədən ibarətdir. Normal böyrək funksiyalı böyük xəstələrə isə infeksiyanın ağırlıq dərəcəsindən asılı olaraq 3-5 mq /kq/ gün təyin edilir Uşaqlar (1 aylıqdan yuxarı) 1 aylıqdan yuxarı olan uşaqlar üçün əzələdaxili və ya venadaxili bir (tövsiyə olunan) və ya iki dozada bədən kütləsinin hər kq-na üzrə 4,5-7 mq təşkil edir. Yenidoğulmuş körpələr Yenidoğulmuşlar üçün gündəlik doza bədən kütləsinin hər kq-na üzrə 4-7 mq təşkil edir. Uzun müddətli yarımparçalanma dövrü ilə əlaqədar yenidoğulmuşlara zəruri gündəlik doza birdəfəlik doza şəklində təyin edilir. Normal böyrək funksiyali yeniyetmələrə, 1 yaş və daha böyük uşaqlara bir və ya iki dozaya bölünmüş şəkildə 3-6 mg/kg/gün təyin edilir. Böyrək funksiyası pozulmuş xəstələr üçün gentamisinin dozalanması Dozalararası dozalar və Sidik cövhəri Kreatinin klirensi Zərdab intervallar kreatinin mq/100 mmol/l ml/dəq ml/s mq/100 ml ml <40 <6,8 >70 >1,16 <1,4 hər 8 saatdan bir 80 mq* 1,4–1,9 hər 12 saatdan bir 80 mq* 40–100 6,8–17 30–70 0,5–1,16 1,9–2,8 hər 18 saatdan bir 80 mq* 2,8–3,7 hər 24 saatdan bir 80 mq* 100–200 17–34 10–30 0,16–0,5 3,7–5,3 hər 36 saatdan bir 80 mq* >200 >34 5–10 0,08– 5,3–7,2 hər 48 saatdan bir 80 mq* 0,16 *60 mq, gentamisin, əgər bədən kütləsi 60 kq-dan az təşkil edirsə. Yaşlı xəstələrə, eləcə də ağır dərəcəli yanıq xəstəlikləri zamanı dozalanmanın adekvat seçimi üçün plazmada gentamisin konsentrasiyasını müəyyən etmək tələb olunur.
Əlavə təsirləri
Həzm sisteminə: ürəkbulanma, qusma, qaraciyər transaminazalarının aktivliyinin artması, hiperbilirubinemiya, antibiotikdən asılı kolit. Qanyaradıcı sistemə: anemiya, leykopeniya, qranulositopeniya, trombositopeniya. Sidikqovucu sistemə: oliquriya, proteinuriya, mikrohematuriya, böyrək çatışmazlığı. MSS-ə və periferik sinir sisteminə: baş ağrısı, yuxululuq, sinir-əzələ keçiriciliyinin pozulması, eşitmənin zəifləməsi, vestibulyar pozğunluqlar, geriyə dönməz karlıq, uşaqlarda – psixoz. Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, məxmərək, qızdırma, nadir hallarda- Kvinke ödemi Ümumi: hipomaqneziemiya, depressiya, halüsinasiya, anafilaktik şok, konvulsiya.
Buraxılış forması
2 ml məhlul, ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30 C-dən yüksək olmayan temperaturda, donmadan və işıq şüalarından qorumaqla, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Məhlulu yalnız şəffaf olduğu halda istifadə edin.
Yararlılıq müddəti
3 il Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Reyoung Pharmaceutical Co. Ltd., P.R.C.” Lisenziya sahibi “Nelson Worldwide AG., Switzerland”.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.