Alceba 10 mq N30 tablet
| Təsiredici maddə | MEMANTINE |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Demensiyaəleyhinə dərman vasitəsi |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
30,79 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Beynəlxalq patentləşdirilməmiş adı: Memantine Hydrochloride
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 8,31 mq memantinə ekvivalent olan 10 mq memantin hidroxlorid vardır. Köməkçi maddələr:natrium kroskarmelloza, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, talk, maqnezium stearat. Örtük: HPMC-E5, titanium dioksid, talk, PEG 4000, deionlaşdırılmış su.
Təsviri
konusşəkilli uzunsov örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Demensiyaəleyhinə dərman vasitəsi. ATC kodu: N06DX01.
Farmakoloji xüsusiyyətləri
Alsheymer xəstəliyi zamanı yaddaşın itməsi beyində oyadıcı impulsların ötürülməsinin pozulması ilə əlaqədardır. Beyində yaddaşın formalaşması üçün əhəmiyyətli olan sinir impulslarının ötürülməsində iştirak edən N-metil-D-aspartat (NMDA) reseptorları vardır. Alçeba NMDA- reseptor antaqonistləri ailəsinə daxil olan dərman vasitəsidir. Alçeba NMDA-reseptorlarına birbaşa təsir edərək, sinir hüceyrələrinin membranından ionların daşınmasını tənzimləyir, kalsium kanallarını blokada edir, membran potensialını normallaşdırır, sinir impulslarının ötürülməsini, koqnitiv funksiyaları, yaddaşı və öyrənmə qabiliyyətini yaxşılaşdırır, gün ərzində aktivliyi yüksəldir.
İstifadəsinə göstərişlər
Alsheymer xəstəliyi, damar və qarışıq tipli demensiyaların bütün ağırlıq dərəcələri;
Əks göstərişlər
Memantin hidroxloridə və ya Alçebanın tərkibində olan hər hansı digər komponentə qarşı allergiya (yüksək həssaslıq). 18 yaşdan aşağı yeniyetmələr və uşaqlar. Qaraciyər funksiyasının təzahürlü pozuntusu Xüsusi göstərişlər ve ehtiyat tədbirləri – əgər Sizdə epilepsiya (anamnezinizdə epileptik tutmalar olmuşdursa, yaxud epilepsiyanın inkişaf riski varsa) və ya tireotoksikoz mövcuddursa; – əgər yaxın zamanlarda miokard infarktı (ürək tutması) keçirmişsinizsə və ya kongestiv ürək çatışmazlığından, yaxud labil arterial hipertenziyadan (yüksək qan təzyiqi) əziyyət çəkirsinizsə. Qeyd olunan vəziyyətlərdə həkim müalicəyə əsaslı şəkildə nəzarət etməli və müalicənin klinik faydalarını müntəzəm şəkildə qiymətləndirməlidir. Əgər böyrəklərinizdə funksional pozğunluq mövcuddursa, həkim sizin böyrək funksiyalarınızı yoxlamalı və lazım gəldikdə memantinin dozasını uyğunlaşdırmalıdır. Alçebanın amantadin (Parkinson xəstəliyinin müalicəsi üçün istifadə olunur), ketamin (anestetik kimi istifadə olunur), dekstrometorfan (öskürəyi müalicə etmək üçün istifadə olunur) və digər NMDA-antaqonistləri ilə eyni zamanda istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər preparatından (reseptsiz buraxılanlar da daxil olmaqla) istifadə etmişsinizsə və ya edirsinizsə, bu barədə həkimi məlumatlandırın. dozasının həkim tərəfindən yenidən tənzimlənməsinə ehtiyac yarana bilər: – amantadin, ketamin, dekstrometorfan, dantrolen, baklofen, simetidin, ranitidin, prokainamid, xinidin, xinin, nikotin, hidroxlorotiazid (və ya hər hansı hidroxlorotiazid kombinasiyası) antixolinergiklər (hərəkət pozğunluqları və bağırsaq qıcolmalarının müalicəsi üçündür); – antikonvulsantlar (qıcolma tutmalarının qarşısını almaq üçündür); – barbituratlar (yuxugətirici kimi istifadə olunur); – dofamin aqonistləri (L-dopa, bromokriptin kimi maddələrdir); – neyroleptiklər (əqli pozğunluğu müalicə etmək üçündür); – oral antikoaqulyantlar. Bu zaman həkimə Alçeba qəbul etməyiniz barədə məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərman vasitəsini qəbul etməzdən öncə həkim və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, bu barədə həkimi məlumatlandırın. Hamiləlik və laktasiya dövründə memantinin istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Həkim Sizi preparatın avtomobil, yaxud potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumatlandıracaq. qabiliyyətinizi poza bilər.
İstifadə qaydası və dozası
Alçebanı həkim təyin etdiyi qaydada qəbul edin. Əgər qəbul qaydası ilə bağlı sizdə hər hansı bir sual yaranarsa, həkimə müraciət edin. Böyüklər üçün təyin olunan maksimal gündəlik doza 20 mq-dır. Əlavə təsirlərin başvermə ehtimalını azaltmaq üçün başlanğıcda ilk həftə ərzində 5 mq (1/2 tablet) dozada qəbulu tövsiyə edilir. Müalicənin ikinci həftəsində doza artırılaraq 10 mq/gün-ə (gündə 2 dəfə ½ tablet), üçüncü həftədə isə 15 mq/gün (1 tablet səhər və ½ tablet günorta) dozaya çatdırılır. Müalicənin dördüncü həftəsindən etibarən 20 mq/gün (gündə iki dəfə 1 tablet) doza ilə davamlı qəbula keçilir. Məsləhət görülən gündəlik dəstəkləyici doza 20 mq-dır. Preparatın axşam yeməyinə qədər qəbulu məsləhət görülür. Lazımi effekti əldə etmək üçün dərman vasitəsini müntəzəm şəkildə hər gün eyni vaxtda qəbul etmək məsləhətdir. Böyrək fəaliyyəti pozulmuş xəstələr üçün doza Həkim sizin vəziyyətinizə uyğun doza təyin edəcək. Bu zaman böyrəklərin fəaliyyəti həkiminiz tərəfindən vaxtaşırı yoxlanılmalıdır. Ağır böyrək çatışmazlığı zamanı günlük doza 10 mg-dır. Ağır qaraciyər çatışmazlığı zamanı preparatın qəbulu tövsiyə olunmur. Qida ilə birgə qəbulu Tabletlər qida qəbulundan asılı olmadan, çeynənmədən, bir qədər su ilə udulmalıdır. Müalicə müddəti Müalicə müddəti həkim tərəfindən təyin olunur. Həkiminiz müntəzəm şəkildə müalicənin gedişini qiymətləndirməlidir. Alçebanı qəbul etməyi unutmuşsunuzsa Gözləyin və növbəti dozanı öz vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Preparatın istifadəsinə dair əlavə suallarınız olsa, həkimə və ya əczaçıya müraciət edin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, Alçebanın da əlavə təsirləri ola bilər. Ümumiyyətlə, müşahidə olunmuş əlavə təsirlər yüngül və orta dərəcəli olaraq qiymətləndirilir. Adətən (hər 100 nəfərdən 1-10-da): – Baş ağrısı, yuxululuq, təngnəfəslik, qəbizlik, başgicəllənmə, dərman hiperhəssaslığı, müvazinət pozğunluğu, yüksək qan təzyiqi, qaraciyər testlərində artım. Bəzən (hər 1000 nəfərdən 1-10-da): – Yorğunluq, çaşqınlıq, hallüsinasiyalar, yerimənin pozulması, qusma, göbələk infeksiyaları, ürək tutması (stenokardiya) və damarlarda qan laxtalarının yaranması (tromboz/tromboemboliya). Çox nadir (hər 10000 nəfərdən 1-dən azında): – Qıcolma tutmaları. Rastgəlmə tezliyi məlum olmayan: – Mədəaltı vəzin iltihabı, hepatit və psixotik reaksiyalar. Əlavə təsirlər ciddiləşərsə, yaxud içlik vərəqədə qeyd olunmayan hər hansı əlavə təsir meydana çıxarsa, həkimə və ya əczaçıya məlumat verin.
Doza həddinin aşılması
Klinik tədqiqatlara və marketinqdən sonrakı təcrübəyə əsaslanaraq, dərmanın həddindən artıq dozası ilə bağlı məhdud təcrübə mövcuddur. Simptomlar: Nisbətən böyük doza həddinin aşılması (3 gün ərzində müvafiq olaraq 200 mq və 105 mq/gün) yalnız yorğunluq, zəiflik və/yaxud ishal simptomları ilə, ya da heç bir simptomla müşayiət olunmamışdır. 140 mq-dan aşağı dozada və ya naməlum dozada xəstələrdə mərkəzi sinir sistemi tərəfindən (şüur pozğunluqları, yuxululuq, başgicəllənmə, həddindən artıq həyəcan, aqressiya, hallüsinasiyalar, yerişin pozulması) və / və ya mədə-bağırsaq traktı tərəfindən (qusma və ishal) simptomlar müşahidə edildi. Bir xəstədə memantinin həddindən artıq dozada 2000 mq peroral qəbulu halında sinir sisteminə təsirlər müşahidə edilmişdir (10 gün ərzində koma, sonra diplopiya və oyanıqlılıq). Xəstəyə simptomatik müalicə və plazmaferez aparılıb. Xəstə geri dönməz nəticələr olmadan tam bərpa olub. Memantinin 400 mq oral dozadan artıq qəbulu ilə bağlı başqa bir halda narahatlıq, psixoz, vizual hallüsinasiyalar, prokonvulsiyalar, yuxululuq, stupor və huşun itirilməsi kimi mərkəzi sinir sisteminin simptomları müşahidə edilmişdir. Bu xəstə də geri dönməz nəticələr olmadan tam bərpa olub. Müalicə: doza həddinin aşılması zamanı müalicə simptomatik olmalıdır. İntoksikasiya və ya həddindən artıq doza qəbulu üçün xüsusi antidot yoxdur. Lazım olduqda standart klinik prosedurlar tətbiq edilməlidir. Ümumi MSS hiperstimulyasiyası əlamətləri və simptomları görünərsə, diqqətli simptomatik klinik müalicə nəzərdən keçirilməlidir.
Buraxılış forması
10 tablet, PVX/Al blisterdə. 3 və ya 10 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, orijinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merkez Laboratuarı İlaç San. ve Tic. A.Ş. Çamlık Mah., Sırrı Çelik Bul., Ayça Sok. No:6, Taşdelen – Çekmeköy, İstanbul, Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Helba İlaç İç ve Dış San. Tic. A.Ş. Çamlık Mah., Pamuk Sok., A Blok Apt., No:12-16/17 Ümraniye, İstanbul, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.