Papaverin 20 mq N10 rektal şam
| Təsiredici maddə | PAPAVERINE HCL |
|---|---|
| Dərman forması | Rektal şam |
| Farmakoloji təsir | Spazmolitik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
1,20 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
PAPAVERİN rektal suppozitoriyalar Beynəlxalq patentləşdirilməmiş adı: Papaverine
Tərkibi
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 20 mq papaverin hidroxlorid vardır. Köməkçi maddələr:bərk yağ (vitepsol (H 15,W 35 markalı), supposir (NA 15, NAS 50 markalı)).
Təsviri
Ağ rəngdən sarımtıl və ya qəhvəyi çalarlı ağ rəngə qədər, torpedo formalı suppozitoriyalardır. Suppozitoriyanın səthində ağ ərpin və kəsikdə hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Spazmolitik vasitə. ATC kodu: А03АD01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Papaverin hidroxlorid miotrop spazmolitik vasitədir. Fosfodiesterazanı inhibə edir, hüceyrədə siklik 3,5-adenozinmonofosfatın (AMF) toplanmasına və kalsiumun miqdarının azalmasına səbəb olur. Daxili orqanların (mədə-bağırsaq sisteminin, tənəffüs yollarının, sidik-cinsiyyət sisteminin) və damarların saya əzələlərini boşaldır. Yüksək dozada ürək əzələsinin oyanıqlığını azaldır və ürəkdaxili keçiriciliyi ləngidir. Papaverinin mərkəzi sinir sisteminə təsiri zəif təzahür edir, lakin yüksək dozada o, sedativ effekt göstərir. Farmakokinetikası Rektal yeridilmədən sonra papaverinin biomənimsənilməsi (klinikayaqədərki məlumatlara əsasən) 25%-ə qədərdir. Plazma zülalları ilə 90% birləşir. Yaxşı paylanır, histohematik baryerdən keçir. Qaraciyərdə metabolizmə uğrayır. Yarımxaricolma dövrü (T ) 0,5-2 saatdır (24 saata qədər1/2 uzanması mümkündür). Metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
Saya əzələlərin spazmı: qarın boşluğu orqanlarının (xolesistit, pilorospazm, spastik kolit zamanı); böyrək sancısı zamanı; periferik damarların (endarteriit zamanı); baş beyin damarlarının (miqren zamanı); ürəyin (stenokardiya zamanı kompleks müalicənin tərkibində); bronxların (bronxospazm zamanı) saya əzələlərin spazmı.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, atrioventrikulyar blokada, qlaukoma, ağır qaraciyər çatışmazlığı, ahıl yaşı (hipertermiyanın inkişafı riski), uşaqlar, belə ki, uşaqlarda dozalanma rejimi qeyd edilməmişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla Kəllə-beyin travmasından sonrakı vəziyyətdə, xroniki böyrək çatışmazlığı, böyrəküstü vəzi funksiyasının çatışmazlığı, hipotireoz, prostat vəzinin hiperplaziyası, mədəciküstü taxikardiya, şok vəziyyətində ehtiyatla və kiçik dozalarda istifadə edilir. Preparatla müalicə dövründə alkoqol istisna edilməlidir. Tütün çəkilməsi zamanı vazodilatasiyaedici təsiri azalır. Digər dərman preparatları ilə qarşılıqlı təsiri Papaverin levodopanın parkinsonism əleyhinə təsirini və metildopanın hipotenziv effektini azaldır. Barbituratlarla kombinasiyada papaverinin spazmolitik təsiri güclənir. Trisiklik antidepressantlarla, prokainamidlə, rezerpinlə, xinidinlə eyni vaxtda istifadəsi zamanı hipotenziv təsirin güclənməsi mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Preparatın hamiləlik dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olduğu halda mümkündür. Preparatla müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə dövründə nəqliyyat vasitələrinin idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Suppozitoriya konturlu qablaşdırmadan çıxarılıb düz bağırsağa yeridilir. Bağırsağın təbii boşalmasından və ya təmizləyici imalədən sonra gündə 2-3 dəfə 1 suppozitoriya istifadə edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar, atrioventrikulyar blokada, mədəcik ekstrasistoliyası, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi, arterial təzyiqin enməsi, yuxululuq, qəbizlik, eozinofiliya mümkündür.
Doza həddinin aşılması
Simptomları Diplopiya, zəiflik, arterial təzyiqin enməsi, yuxululuq. Müalicəsi Simptomatikdir (arterial təzyiqin dəstəklənməsi).
Buraxılış forması
Rektal suppozitoriyalar 20 mq. 5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25С-dan yuxarı olmayan temperaturda, istehlakçı qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır. İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603105, Nijniy-Novqorod ş., Salqanskaya k., ev 7. Tel.: (831) 278-80-88. Faks: (831) 430-72-28. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.