Otofa 2,6 % 10 ml qulaq damcısı
| Təsiredici maddə | RIFAMYCIN |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | LOR-praktikada yerli istifadə üçün antibakterial preparat. Rifamisin (Rifamycin) |
| İstehsal ölkəsi | Fransa |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
13,28 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OTOFA qulaq damcısı
Tərkibi
Təsiredici maddə: 100 ml məhlulun tərkibində 2 000 000 BV (2,6 q) rifamisin (natrium duzu şəklində) vardır. Köməkçi maddələr: makroqol 400, askorbin turşusu, dinatrium edetat, kalium metabidisulfit, litium hidroksid, təmizlənmiş su.
Təsviri
Şəffaf qırmızı-narıncı rəngli mayedir.
Farmakoterapevtik qrupu
LOR-praktikada yerli istifadə üçün antibakterial preparat. Rifamisin (Rifamycin). ATC kodu: S02AA12.
Farmakoloji xüsusiyyətləri
Otolarinqologiyada yerli istifadə üçün rifamisin qrupundan olan antibiotik. Bir çox qrammüsbət və qrammənfi bakteriyalara qarşı antimikrob aktivliyə malikdir. Bakterisid təsir göstərir. Rifamisinin təsir mexanizmi DNT-asılı RNT-polimeraza ilə davamlı kompleksin yaranması ilə bağlıdır, həmin kompleks bakteriyaların artımına mane olur.
İstifadəsinə göstərişlər
Uşaqlarda və böyüklərdə kəskin və xroniki otitlər (o cümlədən təbil pərdəsinin təcrid olunmuş şəkildə irinli zədələnmələri və perforasiyası zamanı); orta qulaqda cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər.
Əks göstərişlər
Rifamisinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Soyuq mayenin qulağa düşməsi nəticəsində yaranan xoşagəlməz hissin qarşısını almaq üçün, qulaq damcılarının istifadəsindən əvvəl flakonu əldə qızdırmaq lazımdır. İstifadə etməzdən əvvəl damcısalan başlığın ucuna toxunmayın və ya onun hər hansı bir səthə toxunmasına yol verməyin. Eyni vaxtda digər dərman vasitələri damızdırmayın. Məhlulu udmaq olmaz. Antibiotikin yerli istifadəsi onun təsiredici maddəsinə qarşı sensibilizasiyaya və sistem reaksiyaların baş verməsinə səbəb ola bilər. Əgər dəri səpgisi və ya allergik reaksiyaların digər sistem təzahürləri meydana çıxarsa, preparatın istifadəsini dərhal dayandırmaq lazımdır. Əgər 10 günlük müalicə kursundan sonra simptomlar davam edərsə, müalicə taktikasını nəzərdən keçirmək lazımdır. Preparatın paltarla kontaktından qaçmaq lazımdır (məhlul parça üzərində ləkə qoya bilər).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz hər hansı digər dərman preparatını istifadə edirsinizsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparat yalnız həkim məsləhəti ilə istifadə edilə bilər. Laktasiya dövründə istifadəsi mümkündür. Nəqliyyat vasitələrini və digər potensial tahlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın avtonəqliyyat vasitələrini və mexanizmləri idarə etmə qabiliyyətinə mənfi təsiri haqqında məlumat yoxdur.
İstifadə qaydası və dozası
Dərman vasitəsini istifadəyə başlamazdan əvvəl pipet-damcıladıcı olan paketi qayçı ilə kəsin. Flakonun alüminium qapağını çıxarın, rezin tıxacı açın. Pipet-damcıladıcını flakona birləşdirin və ucundakı qoruyucu qapağı burub açın. Başınızı yana doğru əyin, məhlulu damızdırın və qulağın aşağı hissəsindən bir neçə dəfə çəkin. Damcıların qulaq keçəcəyinə keçməsini təmin etmək üçün başı belə vəziyyətdə təxminən 5 dəqiqə saxlayın. Gərəkirsə proseduru digər qulaqda təkrarlayın. İstifadə etdikdən sonra pipet- damcıladıcının qoruyucu qapağını burub bağlayın. Böyüklərə: zədələnmiş qulağın xarici qulaq keçəcəyinə 5 damcı gündə 3 dəfə damızdırılır. Uşaqlara: zədələnmiş qulağın xarici qulaq keçəcəyinə 3 damcı gündə 3 dəfə damızdırılır. Müalicə kursunun müddəti adətən 7 gün təşkil edir. Preparat həkim tərəfindən müəyyən edilən müddət ərzində istifadə edilməlidir. Buraxılmış dozanı kompensə etmək üçün ikiqat doza istifadə etməyin.
Əlavə təsirləri
Tərkibində sulfitlər olduğu üçün allergik reaksiyaların yaranması riski vardır. Təbil pərdəsinin çəhrayı rəngə boyanması mümkündür (otoskopiya zamanı görünən).
Doza həddinin aşılması
Əgər lazım olduğundan artıq miqdarda istifadə etmisinizsə, həkimlə və ya əczaçı ilə məsləhətləşin.
Buraxılış forması
2,6 %-li qulaq damcısı. 10 ml, rezin tıxacı və alüminium qapağı olan tünd rəngli şüşə flakonda. 1 flakon, damcısalan başlığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C -dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Zone İndustrielle, Krafft, 67150 Erstein, Fransa. Marketinq lisenziyasının sahibi BOUCHARA-RECORDATI Laboratories. 70 Avenue du Général de Gaulle. 92 800 PUTEAUX, Fransa.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.